26 Aralık 2015 Cumartesi

Zəhmətkeşlərin əziz xatirəsinə



Qızımdan Nigaranam                                           

Yenə həmşəki kimi pencərəyə düşən işıq bir simmetriya ilə evi işıqlandırmışdı. Sübh tezdən çıxan günəş göz qamaşdırırdı. Noyabır ayının olmağına baxmayaraq, hava başqa günlərə nisbətən isti idi. Saat 06 :00. Zəngli saat çaldı. Cavid saatı söndürdü. Gecə gec yatdıgından  yorğun olmuşdu. Lakin birdən işə getmək məcburiyyətində olduğunu xatırladı. Artıq 15-ci gün idi ki, evdı idi. İşə getmək vaxtı gəlmişdi. Yəqin ki, 15 gün deyəndə işin nə olduğunu təssəvür etdiniz . Cavid neft daşlarında həkim işləyirdi.  O, tez ayağa qalxdı və hazırlaşmağa başladı. Yoldaşı səs-küyə ayıldı və həyat yoldaşı üçün tədarük  gördü. Onlar artıq 6 il idi ki, evli idilər. İki əkiz altı yaşında qız uşaqlar vardı. Birinin adı Nigar, o birisinin adı isə Nəzrin.  Cavid qonşu otaqda yatan qızlarının üzündən öpdü və ata nəvazişi ilə saçlarını sığalladı. Nigar ayıldı. O, uşaq olsa da , yaşıdlarından seçilirdi. Deyirlər, əkizlərin  xasiyyətləri bir olur. Ancaq onlarda nisbətən fərqli idi. Nigar Nəzrindən fərqli olaraq cox bilirdi və sanki hər bir xırda şeyi hiss edirdi.   Cavid ayağa durmaq istəyərkən yorğanın altından nazik  bir səs eşitdi.                          
-Ata, bu gün getməsən olmaz?
Atası  gülümsəyərək qızını qucaqladı.                                                                                                                          –Anam, əgər getməsəm, sənə gələndə kim şokalad alar?                                                                       Alacaqsan,ata?                                                                  
-Nə vaxt dediyimi eləməmişəm?                                                                    
 Bu vaxt həyat yoldaşı Ayşənin səsi eşidildi:                                                                    -Cavid, axı gecikirsən , tez ol!                                                                      
Cavid qapını yavaşca açıb son bir dəfə yoldaşına baxıb evdən cıxdı...                                                        
 Günlər sanki keçmək bilmirdi. Cavid 30 yaşında çəlimsiz, qaraşın, bəstəboy, girdəsifət oğlan idi. Əslində uşaqlıqdan polis olmaq istəyən Cavid atasının təkidi ilə həkim olmuşdu. O, hardasa 4 il olardı ki, bu neft daşlarinda işləyirdi. Otağının balaca bir pencərəsi var idi. Günəş bu nəfəslikdən içərini işıqlandırırdı. Otaq sakit, bir o qədər də darıxdırıcı idi...Bu gün Cavidin işə gəldiyi 9 gün olardı. Birdən çöldən səs-küy , çığır-bağır eşidildi. Səs getdikcə yaxınlaşırdı. O, qapını açdı və qucaqda gələn dostunu gördü. Bəli ,bu onun ən yaxın dostu Sahibdir. Axı ona nə olmuşdu? Həkim olsa da, insan əzizinin barmağı  qanasa belə, nə edəcəyini bilmir.                                                                                        
 –Cavid, tez ol kömək elə! O , nəfəs almır!                                                                         Sahibi otağa gətirdilər. Cavidin sanki  nitqi  qurumuşdu. Birdən ele bil ki , özünə gəlib qışqırdı:                                                                                                                                -Çox adam olmasın!                                                                                 
Nəbzi çox yavaş atırdı. Rəngi ağarıb, bədəni soyumuşdu. Yavaş-yavaş ürəyinin döyüntüsü 20-yə düşdü. Cavid əlindən heç nə gəlmiyəcəyini bilsə də, yenə əl çəkmirdi. Axı dostunun əlində ölməyinə necə göz yuma bilərdi? Son dəfə Sahib gözünü açdı və Cavidin yaşarmış gözlərinə baxdı. Sanki o nəsə demək istəyirdi.  -Cavid...                       Sonsuzadək gözünü yumdu. Cavid var gücüylə qışqırdı. Amma nə edə bilərdi ... Üç gün keçdi. Cavid elə bil otağa sığmırdı. Otaqda o yana-bu yana hərlənirdi. Şişmiş gözləri ilə güzgüyə yansıyan surətinə baxıb özünə sual verdi;  ”Görəsən yaşamaqda məqsədimiz, amalımız nədir? Halbuki hamımız bilirik, axırımız Sahibi yola saldığımız son mənzil-soyuq qəbirdir.” Tezliklə evə getmək istəyirdi. Son üç günü necə keçirəcəyinə aid bir fikri yox idi. Cib telefonu ilə evdəkilərlə soraqlaşdı. Yaxşı olduqlarını bilib az da olsa, ürəyinə sərinlik gəldi. Onlarla danışmaq elə bil ruh halını düzəltmişdi. Ancaq bu vəziyyət çox çəkmədi. Qapını açdı və dəhlizə çıxdı. Dəhlizdən eşidilən münaqişə onun diqqətini çəkdi. Cavid bir az da  yaxına getdi. Qarışıq səsələr gəlirdi “Ay başıva dönüm, mənim arvad-uşağım var. Qoy cıxıb gedək xarabamıza!” , “Belə olmaz!” ,”Sakit olun bir !”  Cavid yanında dayanan sarışın oğlandan nə baş verdiyini xəbər aldı. Dediklərinə görə iş çox olduğuna görə nə evə getməyə icazə var , nə də gələnlərə. Elə bu an işıqlar söndü. Bütün qurğular dayandı. Qışqırıq səsləri eşididi. Yanğın baş vermişdi. Alov qığılcımlarının yaratdığı tüstü yarım saat əvvəl əslində özünü biruzə vermişdi. Ancaq başı  söz-söhbətə qarışan yazıq insanlar bunun fərqində belə olmamışdı.   Dəhlizi cığırtı götürdü. İnsanlar nə edəcəyini  bilmirdilər. Cavid hardasa beş dəqiqə donub qaldı. Bəlkə, o, necə qurtulacağını fikirləşirdi, ya da ona nəsə olsa , ailəsinin necə olacağını.                        
  Dəhlizin başından səs eşidildi “filan otağa keçin, qayıqları  sahmana salmağımızı gözləyin.” Hamı bir anda otağa doluşdu. Qadınlar çox qorxmuşdu. Kimisi ağlayır, kimisi isə dua edib yalvarırdı. Cavidə daha çox təsir edən yanında dayanan Səkinə xalanın ağlayaraq dua etməsi idi. O ,bu qadını çoxdan tanıyırdı. 46 yaşında  bu qadının  bir oğlu ,bir qızı var. Hələ uşaqlarının bir, iki yaşı olanda yoldaşı atıb getmişdi. Uşaqlarını min bir əziyyətlə böyüdən bu qadın həyatın o qədər zorluqlarına qarşı dimdik durmağa çalışmışdı. Cavid bu qədər vaxtda ilk dəfə onu ağlayan gördü.”Allahım, məni uşaqlarıma bağışla. Onları ikinci dəfə yetim qoyma” ancaq bu sözləri təkrarlayırdı.  Cavid ətrafa nəzər yetirdi, tüstüdən boğulan insanların halı ona bir anlıq özünü unutdurmuşdu. Bu insanların hamısı  bir tikə çörəkpuluna görə işləyir , bu əziyyətlərə qatlanırdı.Artıq yarım saatdan cox olardı ki,onlar bir otaqda boğula-boğula qalmışdılar.Alovun istisi onların üzlərini qızartmışdı. Alov dilimləri ərşə ucalırdı. Nə onlara köməyə gələn təyyarəni yaxına buraxır, nə də zəifləyirdi. Sanki ləpələr də  alovla əlbir olub gücsüz, qüvvəsiz insanların  sonuna cıxmaq istəyirdi. Demək olar ki, ilk dəfə idi ki, Xəzər dənizinin cəllad dalğalarının hündürlüyü 10 metrə çatırdı və yanğına təkan verirdi.Qurtula bilməyəcəyini başa düşən insanlar son dəfə evdəkilərlə vidalaşmaq istədilər. Hər kəs telefona əl atdı. Cavid elə evdəkilərə xəbər vermək istəmişdi ki, nəsə onu bu fikrindən daşındırdı.  Elə bu an qapı açıldı və onlara cıxaraq qayıqlara minmək göstərişi verildi. Hamı bu an çölə çıxdı. İki qayıq var idi . Axı 50 nəfəri iki qayığa necə yerləşdirmək olardı? Qurtulmaq ümidləri yox idi . Cavid yoldaşına zəng vurmaq istədi. Əlini cibinə atanda telefonun icəridə qaldığını başa düşdü. Bir anlıq təlaşla içəri qaçdı. Həyəcandan, bəlkə də , yanındakılardan telefon istəmək ağlına gəlməmişdi. Bəlkə, bu elə belə də olmalıydı. İçəri keçən zaman qulağına boğuq bir iniliti sesi gəldi. Bu cavan bir oglan idi. Üzərindəki geyimdən fəhlə işlədiyi aydın görünürdü. Tüstüdən bozarmış yazıq  sifəti, həndəvərindən çıxmış göz bəbəyi ətrafdakılardan imdad diləyirdi. Cavid bu oglanı 4 il ərzində görməmişdi. Nə vaxtsa rastlaşmış olsalar belə, hadisənin yaratdığı həyəcandan xatırlamamağı normal idi . Cavid burda qalmaqla həyatını təhlükəyə salırdı. O, tez oğlana yaxınlaşdı və sudurqa keçirtdiyini gördü. Yalniz o ,oğlanı bu halda qoyub gedə bilməzdi.  Cavid birinci qayığı qaçırtdı. Hardasa 30 nəfər bir qayığa doluşdu. 30 insana bir qayıq tab gətirə bilərdimi ?  Bu bir möcüzə olardı.İkinci qayığı salmaq istəyərkən qayıq çevrilib suya düşdü.Qayığı göz qırpmında düzəldib ,oturdular.Yalnız qayığın deşiyinin olmasının fərqinə belə varmamışdılar. Onlar həmin qayığa minməmişdən qabaq Cavid həmin oğlanı da götürüb qayığa tərəf getdi.Oglanı qayığa mindirib, evə zəng vurdu.            
      –Ayşən, uşaqlara yaxşı bax!                                                                                                -Nə? Başa düşmədim ,Cavid nə olub?                                                                                  Sən bilirsən ki, səni də, uşaqlarım da çox sevirəm. Nəzrinimlə  Nigarımdan                    narahatam. Onlar sənə əmanət.                                                                                             Ayşən ağlıyaraq bir də soruşdu:                                                                                         -Ay kişi ,başıva dönüm nə olub.                                                                    
Bu anda kimsə arxadan Cavidə dəydi, telefon  yerə düşdü. Elə bu vaxt qayığı hərəkətə gətirdilər. Həmin dəqiqə Cavidin başı telefona  qarışmışdı. Onun həyəcandan əli , ayağı  əsirdi. Axı niyə o, qayığa minmirdi? Bəlkə də, o, bu hadisəyə xas olan huşsuzluqla hər şeyi unutmuşdu . Arxaya dönərkən qayığın artıq uzaqlaşdığını gördü.Qışqırsa da, bundan sonra  xeyri yox idi. Dizləri üstə cökdü və alovun dilimlərinə baxdı. On dəqiqə keçmişdi. Cavid bu on dəqiqənin içində ancaq dizi üstə sakit oturaraq təzə doğulmuş uşaq kimi  ətrafı heyrətlə müşahidə edirdi. Elə bil o, bu dünyada deyildi. Bir anlıq istinin diz qapaqlarını yandırdığını hiss etdi və  göz qırpımında ayağa qalxdı. Onun qarşısında iki ölüm seçimi qalmışdı: boğulmaq və ya yanmaq. Dalğalara baxaraq həyatında ilk dəfə ağlamağa başladı . O,özünə-öləcəyinə görəmi ağlayırdı? Əlbəttə ki, yox! Səbəb arxada qoyub getdikəri idi.  Kim deyir ki,kişilər ağlamaz?!                                                           
Cavid heç bir şey fikirləşmədən özünü ucsuz –bucaqsız sulara atdı. Dalğalar onu o taydan bu taya çırpırdı. Öləcəyini bilsə də, hələ də mübarizə aparırdı. Bütün ömrü insanalara kömək eləməklə kecən bu adama indi kim kömək edəcəkdi? Boğulmamaq üçün  çırpınırdı. Yavaş –yavaş suyun dərinliyinə çökməyə başladı. Nə qəribədir, ölməyini bilə-bilə ölümün gözünə dik baxmaq. Onun gözünün qarşısına qızları gəldi. O an sanki altına torba tikilmiş gözlərində bir işıq parladı, yuxarı qalxmağa çalışdı. Dalğa onu aparmasın deyə, bir turba tapıb tutdu. Bərk-bərk sıxdı.... Ayşən Cavidlə danışandan sonra elə bil o dünyanı gördü, həyatına qaranlıq çökdü. Bu 2 saatda 20 il qocalmışdı. Anasının ağladığını görən qızları nə baş verdiyini bilmədən anasına qoşularaq hönkürtü vurdu.Gecə xəbər gədi ki, Neft daşlarında işləyən 50 işçidən 28-i sağ çıxıb xəstəxanadadı. Ayşən bu xəbəri eşidib birinci duruxsundu, sonra tez iki uşağınıda götürüb sevinclə ,bir ümid cırağı ilə xəstəxanaya ayaqyalın qaçdı.Yalnız bu sevinc çox çəkmədi. Ərinin nə ölüsü var idi , nə də dirisi. Yenə bədbəxt qızı uşaqları ilə birgə evə qayıtdı...                                 
 Üç gün keçmişdi. Amma Ayşən üçün gün keçirdimi? O, gecəni gündüz eləyir, günəşin doğmağın belə izləyir, yata bilmirdi. Beş ölünün daha tapıldığı bilindi. Bu ölülərdən ikisinin kimliyi bilinmirdi. Ayşən bir təlaşla ağlaya-ağlaya , şişkin gözlərini silərək morqa tərəf yola düşdü. Heç evdən necə çıxdığı haqda bir fikri yox idi. Ölülərin üzün açarkən ərinin  olmadığını görüb bircə anlıq sevindi. Bu sevinc də bədbəxtin yenə ürəyində qaldı. Həmin vaxt xəbər gəldi ki, bir ölü daha  tapılıb. Bu Cavid idi . Onun soyuq bədənini dirəyə yapışmış halda tapmışdılar. Qadın Cavidin cansız bədəninə baxıb elə bir fəryad cəkdi ki, səsi qulaqlarda  çınladı. Bu fəryad ananın fəryadı idi . Bu cavan bir qadının həyatının ən parlaq bir dövründə qurduğu arzuların feryadı, sönmüş bir ocağın fəryadı idi.  Havalanmış bir halda xəstəxanadan çıxan qadın  nə edəcəyini bimirdi. O, uşaqlarını belə yaddan çıxartmışdı. Evinə ölü  halda yaxınlaşarkən evindən tüstü çıxdığını və camaatın ətrafa yığışdığını gördü. Hər ağızdan bir avaz gəlirdi ”Məsuliyyətsiz ana!”, ”Anaya bax ! qoyub uşaqları tək başına evi yandırıblar.”, ” Yazıq uşaqlar!” Ananın vay səsi ətrafdakıların üryinə vahimə ,qorxu saldı. Onun iki əkiz balasının cansız bədənini evdən çıxartdılar. Ana yerə  çöküb yaşadıqlarının bir xəyal olduğun düşündü. O , artıq həqiqi mənada dəli olmuşdu. Bir yanğın bir insanın həyatını bu qədərmi məhv edə bilər? Sizcə, artıq o qadının yaşamağının bir mənası varmı?                                                                       

       Nərmin İsgəndərli                                                                                                                             

                 Qızımdan Nigaranam                                           Zəhmətkeşlərin əziz xatirəsinə

Yenə həmşəki kimi pencərəyə düşən işıq bir simmetriya ilə evi işıqlandırmışdı. Sübh tezdən çıxan günəş göz qamaşdırırdı. Noyabır ayının olmağına baxmayaraq, hava başqa günlərə nisbətən isti idi.
Saat 06 :00. Zəngli saat çaldı. Cavid saatı söndürdü. Gecə gec yatdıgından  yorğun olmuşdu. Lakin birdən işə getmək məcburiyyətində olduğunu xatırladı. Artıq 15-ci gün idi ki, evdı idi. İşə getmək vaxtı gəlmişdi. Yəqin ki, 15 gün deyəndə işin nə olduğunu təssəvür etdiniz . Cavid neft daşlarında həkim işləyirdi.  O, tez ayağa qalxdı və hazırlaşmağa başladı. Yoldaşı səs-küyə ayıldı və həyat yoldaşı üçün tədarük  gördü. Onlar artıq 6 il idi ki, evli idilər. İki əkiz altı yaşında qız uşaqlar vardı. Birinin adı Nigar, o birisinin adı isə Nəzrin.  Cavid qonşu otaqda yatan qızlarının üzündən öpdü və ata nəvazişi ilə saçlarını sığalladı. Nigar ayıldı. O, uşaq olsa da , yaşıdlarından seçilirdi. Deyirlər, əkizlərin  xasiyyətləri bir olur. Ancaq onlarda nisbətən fərqli idi. Nigar Nəzrindən fərqli olaraq cox bilirdi və sanki hər bir xırda şeyi hiss edirdi.   Cavid ayağa durmaq istəyərkən yorğanın altından nazik  bir səs eşitdi.                          
-Ata, bu gün getməsən olmaz?                                                  Atası  gülümsəyərək qızını qucaqladı.                                                                                                             –Anam, əgər getməsəm, sənə gələndə kim şokalad alar?                                                                       Alacaqsan,ata?                                                                   -Nə vaxt dediyimi eləməmişəm?                                                                                                                      Bu vaxt həyat yoldaşı Ayşənin səsi eşidildi:                                                                                               -Cavid, axı gecikirsən , tez ol!                                                                                                                Cavid qapını yavaşca açıb son bir dəfə yoldaşına baxıb evdən cıxdı...                                            Günlər sanki keçmək bilmirdi.                                                                                                                          Cavid 30 yaşında çəlimsiz, qaraşın, bəstəboy, girdəsifət oğlan idi. Əslində uşaqlıqdan polis olmaq istəyən Cavid atasının təkidi ilə həkim olmuşdu. O, hardasa 4 il olardı ki, bu neft daşlarinda işləyirdi. Otağının balaca bir pencərəsi var idi. Günəş bu nəfəslikdən içərini işıqlandırırdı. Otaq sakit, bir o qədər də darıxdırıcı idi...                                 Bu gün Cavidin işə gəldiyi 9 gün olardı. Birdən çöldən səs-küy , çığır-bağır eşidildi. Səs getdikcə yaxınlaşırdı. O, qapını açdı və qucaqda gələn dostunu gördü. Bəli ,bu onun ən yaxın dostu Sahibdir. Axı ona nə olmuşdu? Həkim olsa da, insan əzizinin barmağı  qanasa belə, nə edəcəyini bilmir.                                                                                        
 –Cavid, tez ol kömək elə! O , nəfəs almır!                                                                                                       Sahibi otağa gətirdilər. Cavidin sanki  nitqi  qurumuşdu. Birdən ele bil ki , özünə gəlib qışqırdı:                                                                                                                                                                          -Çox adam olmasın!                                                                                                                                                 Nəbzi çox yavaş atırdı. Rəngi ağarıb, bədəni soyumuşdu. Yavaş-yavaş ürəyinin döyüntüsü 20-yə düşdü. Cavid əlindən heç nə gəlmiyəcəyini bilsə də, yenə əl çəkmirdi. Axı dostunun əlində ölməyinə necə göz yuma bilərdi? Son dəfə Sahib gözünü açdı və Cavidin yaşarmış gözlərinə baxdı. Sanki o nəsə demək istəyirdi.                                                      -Cavid....                                                                                                  
 Sonsuzadək gözünü yumdu. Cavid var gücüylə qışqırdı. Amma nə edə bilərdi ... Üç gün keçdi. Cavid elə bil otağa sığmırdı. Otaqda o yana-bu yana hərlənirdi. Şişmiş gözləri ilə güzgüyə yansıyan surətinə baxıb özünə sual verdi;  ”Görəsən yaşamaqda məqsədimiz, amalımız nədir? Halbuki hamımız bilirik, axırımız Sahibi yola saldığımız son mənzil-soyuq qəbirdir.” Tezliklə evə getmək istəyirdi. Son üç günü necə keçirəcəyinə aid bir fikri yox idi. Cib telefonu ilə evdəkilərlə soraqlaşdı. Yaxşı olduqlarını bilib az da olsa, ürəyinə sərinlik gəldi. Onlarla danışmaq elə bil ruh halını düzəltmişdi. Ancaq bu vəziyyət çox çəkmədi. Qapını açdı və dəhlizə çıxdı. Dəhlizdən eşidilən münaqişə onun diqqətini çəkdi. Cavid bir az da  yaxına getdi. Qarışıq səsələr gəlirdi “Ay başıva dönüm, mənim arvad-uşağım var. Qoy cıxıb gedək xarabamıza!” , “Belə olmaz!” ,”Sakit olun bir !”                         Cavid yanında dayanan sarışın oğlandan nə baş verdiyini xəbər aldı. Dediklərinə görə iş çox olduğuna görə nə evə getməyə icazə var , nə də gələnlərə. Elə bu an işıqlar söndü. Bütün qurğular dayandı. Qışqırıq səsləri eşididi. Yanğın baş vermişdi. Alov qığılcımlarının yaratdığı tüstü yarım saat əvvəl əslində özünü biruzə vermişdi. Ancaq başı  söz-söhbətə qarışan yazıq insanlar bunun fərqində belə olmamışdı.                                     Dəhlizi cığırtı götürdü. İnsanlar nə edəcəyini  bilmirdilər. Cavid hardasa beş dəqiqə donub qaldı. Bəlkə, o, necə qurtulacağını fikirləşirdi, ya da ona nəsə olsa , ailəsinin necə olacağını.                                                                                                                                                                    Dəhlizin başından səs eşidildi “filan otağa keçin, qayıqları  sahmana salmağımızı gözləyin.” Hamı bir anda otağa doluşdu. Qadınlar çox qorxmuşdu. Kimisi ağlayır, kimisi isə dua edib yalvarırdı. Cavidə daha çox təsir edən yanında dayanan Səkinə xalanın ağlayaraq dua etməsi idi. O ,bu qadını çoxdan tanıyırdı. 46 yaşında  bu qadının  bir oğlu ,bir qızı var. Hələ uşaqlarının bir, iki yaşı olanda yoldaşı atıb getmişdi. Uşaqlarını min bir əziyyətlə böyüdən bu qadın həyatın o qədər zorluqlarına qarşı dimdik durmağa çalışmışdı. Cavid bu qədər vaxtda ilk dəfə onu ağlayan gördü.”Allahım, məni uşaqlarıma bağışla. Onları ikinci dəfə yetim qoyma” ancaq bu sözləri təkrarlayırdı.                                            Cavid ətrafa nəzər yetirdi, tüstüdən boğulan insanların halı ona bir anlıq özünü unutdurmuşdu. Bu insanların hamısı  bir tikə çörəkpuluna görə işləyir , bu əziyyətlərə qatlanırdı.                                                                                                                                                                Artıq yarım saatdan cox olardı ki,onlar bir otaqda boğula-boğula qalmışdılar. Alovun istisi onların üzlərini qızartmışdı. Alov dilimləri ərşə ucalırdı. Nə onlara köməyə gələn təyyarəni yaxına buraxır, nə də zəifləyirdi. Sanki ləpələr də  alovla əlbir olub gücsüz, qüvvəsiz insanların  sonuna cıxmaq istəyirdi. Demək olar ki, ilk dəfə idi ki, Xəzər dənizinin cəllad dalğalarının hündürlüyü 10 metrə çatırdı və yanğına təkan verirdi.             Qurtula bilməyəcəyini başa düşən insanlar son dəfə evdəkilərlə vidalaşmaq istədilər. Hər kəs telefona əl atdı. Cavid elə evdəkilərə xəbər vermək istəmişdi ki, nəsə onu bu fikrindən daşındırdı.  Elə bu an qapı açıldı və onlara cıxaraq qayıqlara minmək göstərişi verildi. Hamı bu an çölə çıxdı. İki qayıq var idi . Axı 50 nəfəri iki qayığa necə yerləşdirmək olardı? Qurtulmaq ümidləri yox idi .                                                                          Cavid yoldaşına zəng vurmaq istədi. Əlini cibinə atanda telefonun icəridə qaldığını başa düşdü. Bir anlıq təlaşla içəri qaçdı. Həyəcandan, bəlkə də , yanındakılardan telefon istəmək ağlına gəlməmişdi. Bəlkə, bu elə belə də olmalıydı. İçəri keçən zaman qulağına boğuq bir iniliti sesi gəldi. Bu cavan bir oglan idi. Üzərindəki geyimdən fəhlə işlədiyi aydın görünürdü. Tüstüdən bozarmış yazıq  sifəti, həndəvərindən çıxmış göz bəbəyi ətrafdakılardan imdad diləyirdi. Cavid bu oglanı 4 il ərzində görməmişdi. Nə vaxtsa rastlaşmış olsalar belə, hadisənin yaratdığı həyəcandan xatırlamamağı normal idi . Cavid burda qalmaqla həyatını təhlükəyə salırdı. O, tez oğlana yaxınlaşdı və sudurqa keçirtdiyini gördü. Yalniz o ,oğlanı bu halda qoyub gedə bilməzdi.                                                   Cavid birinci qayığı qaçırtdı. Hardasa 30 nəfər bir qayığa doluşdu. 30 insana bir qayıq tab gətirə bilərdimi ?  Bu bir möcüzə olardı.İkinci qayığı salmaq istəyərkən qayıq çevrilib suya düşdü.Qayığı göz qırpmında düzəldib ,oturdular.Yalnız qayığın deşiyinin olmasının fər     qinə belə varmamışdılar. Onlar həmin qayığa minməmişdən qabaq Cavid həmin oğlanı da götürüb qayığa tərəf getdi.Oglanı qayığa mindirib ,evə zəng vurdu.              –Ayşən, uşaqlara yaxşı bax!                                                                                                                                -Nə? Başa düşmədim ,Cavid nə olub?                                                                                                          
 -Sən bilirsən ki, səni də, uşaqlarım da çox sevirəm. Nəzrinimlə  Nigarımdan narahatam. Onlar sənə əmanət.                                                                                                                         
 Ayşən ağlıyaraq bir də soruşdu:                                                                                                                        -Ay kişi , başıva dönüm nə olub.                                                                                                                         Bu anda kimsə arxadan Cavidə dəydi, telefon  yerə düşdü. Elə bu vaxt qayığı hərəkətə gətirdilər. Həmin dəqiqə Cavidin başı telefona  qarışmışdı. Onun həyəcandan əli , ayağı  əsirdi. Axı niyə o, qayığa minmirdi? Bəlkə də, o, bu hadisəyə xas olan huşsuzluqla hər şeyi unutmuşdu .                                                                                                                                                         Arxaya dönərkən qayığın artıq uzaqlaşdığını gördü.Qışqırsa da, bundan sonra  xeyri yox idi. Dizləri üstə cökdü və alovun dilimlərinə baxdı. On dəqiqə keçmişdi. Cavid bu on dəqiqənin içində ancaq dizi üstə sakit oturaraq təzə doğulmuş uşaq kimi  ətrafı heyrətlə müşahidə edirdi. Elə bil o, bu dünyada deyildi. Bir anlıq istinin diz qapaqlarını yandırdığını hiss etdi və  göz qırpımında ayağa qalxdı. Onun qarşısında iki ölüm seçimi qalmışdı: boğulmaq və ya yanmaq. Dalğalara baxaraq həyatında ilk dəfə ağlamağa başladı . O,özünə-öləcəyinə görəmi ağlayırdı? Əlbəttə ki, yox! Səbəb arxada qoyub getdikəri idi.  Kim deyir ki,kişilər ağlamaz?!                                                                                                    Cavid heç bir şey fikirləşmədən özünü ucsuz –bucaqsız sulara atdı. Dalğalar onu o taydan bu taya çırpırdı. Öləcəyini bilsə də, hələ də mübarizə aparırdı. Bütün ömrü insanalara kömək eləməklə kecən bu adama indi kim kömək edəcəkdi? Boğulmamaq üçün  çırpınırdı. Yavaş –yavaş suyun dərinliyinə çökməyə başladı. Nə qəribədir, ölməyini bilə-bilə ölümün gözünə dik baxmaq. Onun gözünün qarşısına qızları gəldi. O an sanki altına torba tikilmiş gözlərində bir işıq parladı, yuxarı qalxmağa çalışdı. Dalğa onu aparmasın deyə, bir turba tapıb tutdu. Bərk-bərk sıxdı....                                                                      Ayşən Cavidlə danışandan sonra elə bil o dünyanı gördü, həyatına qaranlıq çökdü. Bu 2 saatda 20 il qocalmışdı.                                                                                                                           Anasının ağladığını görən qızları nə baş verdiyini bilmədən anasına qoşularaq hönkürtü vurdu.Gecə xəbər gədi ki, Neft daşlarında işləyən 50 işçidən 28-i sağ çıxıb xəstəxanadadı. Ayşən bu xəbəri eşidib birinci duruxsundu, sonra tez iki uşağınıda götürüb sevinclə ,bir ümid cırağı ilə xəstəxanaya ayaqyalın qaçdı.Yalnız bu sevinc çox çəkmədi. Ərinin nə ölüsü var idi , nə də dirisi. Yenə bədbəxt qızı uşaqları ilə birgə evə qayıtdı...                                   Üç gün keçmişdi. Amma Ayişə üçün gün keçirdimi? O, gecəni gündüz eləyir, günəşin doğmağın belə izləyir, yata bilmirdi. Beş ölünün daha tapıldığı bilindi. Bu ölülərdən ikisinin kimliyi bilinmirdi. Ayişə bir təlaşla ağlaya-ağlaya , şişkin gözlərini silərək morqa tərəf yola düşdü. Heç evdən necə çıxdığı haqda bir fikri yox idi. Ölülərin üzün açarkən ərinin  olmadığını görüb bircə anlıq sevindi. Bu sevinc də bədbəxtin yenə ürəyində qaldı. Həmin vaxt xəbər gəldi ki, bir ölü daha  tapılıb. Bu Cavid idi . Onun soyuq bədənini dirəyə yapışmış halda tapmışdılar. Qadın Cavidin cansız bədəninə baxıb elə bir fəryad cəkdi ki, səsi qulaqlarda  çınladı. Bu fəryad ananın fəryadı idi . Bu cavan bir qadının həyatının ən parlaq bir dövründə qurduğu arzuların feryadı, sönmüş bir ocağın fəryadı idi.                           Havalanmış bir halda xəstəxanadan çıxan qadın  nə edəcəyini bimirdi. O, uşaqlarını belə yaddan çıxartmışdı. Evinə ölü  halda yaxınlaşarkən evindən tüstü çıxdığını və camaatın ətrafa yığışdığını gördü. Hər ağızdan bir avaz gəlirdi ”Məsuliyyətsiz ana!”, ”Anaya bax ! qoyub uşaqları tək başına evi yandırıblar.”, ” Yazıq uşaqlar!”                                 Ananın vay səsi ətrafdakıların üryinə vahimə ,qorxu saldı. Onun iki əkiz balasının cansız bədənini evdən çıxartdılar. Ana yerə  çöküb yaşadıqlarının bir xəyal olduğun düşündü. O , artıq həqiqi mənada dəli olmuşdu. Bir yanğın bir insanın həyatını bu qədərmi məhv edə bilər? Sizcə, artıq o qadının yaşamağının bir mənası varmı?                                                                        

       Nərmin İsgəndərli                                                                                                                                                                                                                                                          

26 Aralık 2014 Cuma

Dekabrın 26-da Təhsil Nazirliyi tərəfindən keçirilən V “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.






Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, rayon təhsil şöbələrinin rəsmiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
 Mərasimdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov artıq 5-ci ildir keçirilən müsabiqəyə marağın böyük olduğunu bildirib. Ümumilikdə 1104 layihənin təqdim olunduğu müsabiqənin rəsmi internet səhifəsində (www.musabiqe.edu.az)qeydiyyatdan keçmiş 6930 müəllim, 1877 tələbə, 5349 şagird və 638 valideyn layihələrin onlayn müzakirəsində iştirak edib.
Müsabiqənin keçirilməsində məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini genişləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqə 3 əsas istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Yüksək bal toplayan namizədlər Təşkilat Komitəsi qarşısında öz işlərini nümayiş etdiriblər. Son nəticədə 21 nəfər qalib elan olunub. 47 nəfərin işi isə fərqləndirilib.
Qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub. Fərqlənən iştirakçılara da müxtəlif hədiyyələr verilib.
Müsabiqənin keçirilməsinə “AZEDUNET”, “Edumedia”, “Ultra”, “Mədəd Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Nar Mobile” və “Dr.Web” şirkətləri sponsorluq edib.

22 Aralık 2014 Pazartesi

"Tarixi hekayə” müsabiqəsi haqqında Ə S A S N A M Ə



1. Ümumi müddəalar
Müsabiqə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının 1905.az portalı tərəfindən keçirilir.
Müsabiqənin məqsədi – yazarlarımızın ölkəmizin tarixi keçmişinə müstəqil müraciəti sayəsində ermənilərin bölgəyə köçürülmələri, azərbaycanlıların məruz qaldıqları soyqırımlar, tarixi Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması, soydaşlarımızın əzəli torpaqlarından deportasiya edilmələri, Ermənistanın Azərbaycan təcavüzü mövzularını bir daha qabartmaqdır.
2. Müsabiqənin iştirakçıları
Yaşından asılı olmadan bütün şəxslər müsabiqənin iştirakçısı ola bilərlər.
3. Müsabiqənin keçirilmə qaydası
3.1. Müsabiqə 1 noyabr 2014-cü ildən 28 fevral 2015-ci il tarixədək keçiriləcək (hekayələrin baxılması və ekspertizadan keçirilməsi münsiflər heyəti tərəfindən həyata keçiriləcəkdir). Münsiflər heyətinin baxdığı hekayələr 1905.az saytında dərc ediləcəkdir.
3.2. Müsabiqə iki nominasiyada keçirilir:
Hekayə – təxəyyül (elmi-tarixi elementlərlə);
Hekayə – yazarın şahidi olduğu hadisələr
3.3. Hər iştirakçı müsabiqəyə yalnız bir iş təqdim edə bilər.
3.4. Müsabiqədə Azərbaycan dilində yazılmış və indiyə qədər dərc edilməmiş əsərlər iştirak edəcək.
3.5. Tərtibata tələblər:
Mətnlər Times New Roman şrifti ilə, 14 keqldə yığılmalıdır. Sətirlər arası interval 1 və ya 1,5 ola bilər. Hekayələr elektron variantda təqdim olunur. Fayl müəllifin adı və soyadı, "hekayə” qeydi ilə adlandırılır (məsələn, "arif ibrahimov_hekaye”)
Hər bir hekayə aşağıdakılar göstərilməklə göndərilir:
Hekayənin adı,
Müsabiqə iştirakçısının adı, soyadı və atasının adı,
əlaqə telefonu (mobil və ya ev telefonu nömrəsi) və elektron poçt ünvanı,
anadan olduğu tarix (il, ay və gün).
Müsabiqəyə göndərilmiş hekayələrə rəy verilmir.
4. Müsabiqəyə yekun vurulması və qaliblərin mükafatlandırılması
4.1. Müsabiqəyə 2015-ci ilin mart ayında yekun vurulacaq;
4.2. Müsabiqədə qalib (I yer) gəlmiş və mükafata layiq yer tutmuş (II və III yer) hekayələrin müəlliflərinə mükafatlar təqdim olunacaqdır. Əlavə olaraq saytda oxucuların ən çox bəyəndiyi hekayə müəllifi "Oxucu simpatiyası” adlı xüsusi mükafat qazanacaq.
4.3. Müsabiqədə fərqlənmiş hekayələr "1905.az saytının kitabxanası” seriyasından ayrıca kitab kimi buraxılacaqdır.

5. Müsabiqəyə təqdim ediləcək hekayələr tarixihekaye@1905.az elektron ünvanına göndərilməlidir.

6 Aralık 2014 Cumartesi

Amerika və avropalı şagirdlər hansı əsərləri mütaliə edir? Bu əsərlərdən Azərbaycan məktəblərində istifadə etmək olarmı?


Bədii mütaliə istənilən halda insanın mənəvi cəhətdən kamilləşməsində xüsusi əhəmiyyətə malikdir. Bədii mütaliənin müsbət təsiri yeniyetməlik dövründə daha da effektiv olur. Bu dövr insan yaddaşının ən həssas dövrü olduğu üçün şagirdlər həmin imkandan maksimum şəkildə yararlanmalıdır. Şagirdlərdə bədii zövqün formalaşması sinifdənxaric oxu və mütaliədən daha çox asılıdır. Uşaq ədəbiyyatı və ümumiyyətlə, bədii ədəbiyyat, yaş dövründən asılı olaraq, ardıcıl şəkildə mütaliə olunduqda daha effektiv olur.
Ölkəmizdə dövlətin diqqət və qayğısı sayəsində bu istiqamətdə bir sıra mühüm işlər görülüb. Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi və çoxsaylı nəşr olunaraq respublikanın bütün kitabxana şəbəkəsinə hədiyyə edilib. Bu nəşrlər sayəsində gənc nəsil bədii və elmi ədəbiyyata ehtiyacını ödəməklə istifadə edə bilir. Lakin bununla belə şagirdlərimizə, sinifdənxaric oxu üçün bir neçə dünya miqyaslı yazıçıların əsərlərini tövsiyə edirik. Qeyd edək ki, həmin müəlliflərin əsərləri Avropa - Amerika və ümumiyyətlə, dünyanın bir çox ölkələrinin orta məktəblərində sinifdənxaric oxu kimi tövsiyə olunur və hətta müəyyən hallarda birbaşa dərsliklərə daxil edilir. XX əsrin ən böyük ədəbiyyatçılarından biri, görkəmli ingilis yazıçısı Ernest Seton Tompsonun "Seçilmiş əsərləri", əsasən də "Balaca vəhşilər", "Mənim həyatım" romanları və bir çox hekayələri, xüsusən 5-11-ci sinif şagirdləri üçün faydalı ola bilər. Dünyaca məşhur yazıçı, britaniyalı Lüis Kerrolun əsərləri isə əsasən ibtidai siniflər üçün çox əhəmiyyətli hesab olunur. Onun "Alisa möcüzələr ölkəsində" adlı əsəri xüsusən Avropa xalqlarına mənsub uşaqların çox sevdiyi əsərdir.

   Yazıçının ikinci, "Alisa güzgü arxasında" nağıl-povestinin baş qəhrəmanı isə bu qız olmuşdur. Kerrol, "Deyingənin ovu" və "Silviya və Bruno" adlı əsərlər də yazmışdır.  Müasir dünya ədəbiyyatının digər məşhur yazıçısı isə Amerika ədəbiyyatının çox istedadlı ədibi Con Hoyer Apdaykdır. Yazıçının "Seçilmiş əsərləri", xüsusən də "Dovşan, qaç", "Kentavr" romanları və müxtəlif məzmunlu hekayələri, əsasən yuxarı sinif şagirdlərimizə tövsiyə olunur  Daha sonra digər yazıçı, alman ədəbiyyatının görkəmli nümayəndəsi Lion Feyxtvangerdir. Yazıçının "Qəribə adamın müdrikliyi, yaxud "Jan-Jak Russonun ölümü və ölməzliyi", "Lautenzak qardaşları" romanları və müxtəlif hekayələri mütaliə üçün məqsədəuyğundur. Bu yazıçı həm də XX əsr ədəbiyyatına ən oxunaqlı tarixi roman müəllifi kimi daxil olmuşdur.   Bədii irsinin öyrənilməsi, xüsusən yeniyetmələr üçün məsləhət görülən yazıçılardan biri də ingilis yazıçısı, Nobel mükafatı laureatı Redyard Kiplinqdir. O, 1882-1889-cu illərdə Hindistanda yaşayıb. Buna görə də onun əsərlərində Hindistan mövzusu geniş yer tutur. Müəllifin "Cəngəlliklər", "Nağıllar" kitabları bütün dünyada uşaqlar tərəfindən böyük maraqla oxunur. Bu yazıçı "Puk Təpəsinin Cırtdanı", "Mükafatlar və Pərilər" adlı məşhur kitabların müəllifidir. Həmin kitablardakı əsərlər qədim İngiltərə nağılları əsasında yazılıb. Şekspirin pyeslərindən götürülmüş "Cırtdan Pak"-ın dili ilə söylənilən qədim ingilis nağılları da Avropa uşaq ədəbiyyatında özünəməxsusluğu ilə seçilir. "Cəsur kapitanlar" əsəri isə sırf yeniyetmələr üçün nəzərdə tutulub.
Müəllifi olduğu bədii əsərlərlə dünyada diqqət çəkən digər yazıçılardan biri də alman ədibi Erix Mariya Remarkdır.   Yazıçının dilimizə tərcümə edilən əsərlərindən "Zəfər tağı" və "Lissabon gecəsi" romanlarını misal göstərmək olar. Digər ədib isə Cənubi Amerika ədəbiyyatının istedadlı nümayəndəsi, Braziliya yazıçısı Jorj Amadudur. Bu yazıçının da bədii əsərləri dünyada maraqla oxunur. Oxuculara təqdim olunan "Qum dəryasının kapitanları", "Möcüzələr dükanı" romanları, "Zolaqlı Pişik və Göy Qaranquş" povesti və "Piranyansda möcüzə" hekayəsi yazıçının dünyaca məşhur əsərlərindəndir. Qeyd edək ki, adları sadalanan bütün əsərlər dilimizə tərcümə olunub.
Sonda bir daha əziz şagirdlərimizə haqqında məlumat verdiyimiz yazıçıların əsərlərini sinifdənxaric oxu və mütaliə üçün tövsiyə edirik. Çünki həmin bədii əsərlər hazırda dünyanın bir çox orta təhsil müəssisələrində mütaliə üçün tövsiyə olunur.

2014-CÜ İLİN DEKABR AYI ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ GÜNLƏRİN TƏQVİMİ

1. Beynəlxalq QİÇS-lə (SPİD) mübarizə günü. 1996-cı ildə Azərbaycan Parlamenti “İnsanın immunçatışmazlıq virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması” haqqında Qanun qəbul etmişdir. Dünyanı bu müdhiş xəstəliyə qarşı mübarizə aparmağa sövq etmək üçün BMT-nin qərarı ilə 1 dekabr 1988-ci ildən QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü elan edilmişdir.
2. Şair Zeynal Vəfanın anadan olmasının 75 illiyi (1938) Kitabları: “ Mənim körpə çinarım”, “Qəlbimin səsi”, “Körpələrin xatirinə”, “Beşiklərdən gələn səslər” və s.
3. Beynəlxalq Əlillər günü. 1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi dekabrın 3-nü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunması haqqında bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
6. Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı.
7. Ümumdünya mülki aviasiya günü.
9. Yazıçı, tənqidçi Cəlal Məmmədovun anadan olmasının 90 illiyi (1918-1983) Kitabları: “Mərziyə Davudova”, “Ələsgər Ələkbərov”, “Nuranə” və s.
10. Ümumdünya İnsan Hüquqlarının müdafiəsi günü. BMT Baş Məclisinin təşəbbüsü ilə 1950-ci ildən qeyd olunur.
11. Xalq yazıçısı Bayram Bayramovun anadan olmasının 95 illiyi (1918-1944) Kitabları: “Tək adam”, “Yarpaqlar”, “Sənsiz”, “Arakəsmələr”, “Yasəmən”, “Onun gözləri”, “”Qaşsız üzük”, “Karvan yolu”, “Çox sözdən sonra” və s.
12. Xalq artisti, aktyor Abbas Mirzə Şərifzadənin anadan olmasının 120 illiyi (1893-1938)
12. Qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 85 illiyi (1928-2008) Kitabları: “Qiyamət”, “Əlvida, Gülsarı”, “Köşək gözü” və s.
14. Uşaqların Beynəlxalq Televiziya və Radio günü. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il sentyabrın 27-də BMT-nin Uşaq hüquqları konvensiyasını imzalayıb. Həmin dövrdən başlayaraq dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycan Respublikasında da hər il uşaqların Beynəlxalq Televiziya və Radio günü bayram edilir.
21. Xalq artisti, xanəndə Tükəzban İsmayılovanın 90 illiyi (1923-2008)
21. Şair, tərcüməçi Ələkbər Ziyatayın anadan olmasının 100 illiyi (1913-1982) Kitabları: “Məhəbbət sınağı”, “Həyat mahnıları”, “Bakı gecələri”, “Şerə dönən duyğular” və s.
21. İtalyan bəstəkarı Cakoma Puççininin andan olmasının 155 illiyi (1858-1924)
22. Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin anadan olmasının 95 illiyi (1918-1944)
23. Yazıçı Yasif Nəsirlinin anadan olmasının 75 illiyi (1938-2012) Kitabalrı: “Araz daşan yerdə”, “Qırmızı qərənfil”, “Adsız təpə”, “Bolluq yaradanlar”, “Ömür” və s.
27. Xalq artisti, aktrisa Safurə İbrahimovanın anadan olmasının 75 illiyi (1938)
28. Şair İbrahim Kəbirlinin anadan olmasının 95 illiyi (1918-1995) Kitabları: “Gəncliyim”, “İmtahan”, “Adsız adam”, “İnsan sevinmir”, “Mənim qismətim”, “Ürəyimlə görürəm” və s.
31. Ədəbiyyatşünas, tənqidçi Abbas Səmədovun anadan olmasının 80 illiyi (1933) Kitabları: “Təbiət hekayələri”, “Alleqoriya və təmsillər” və s.


31. Dünya Azərbaycanlıların həmrəylik günü. Ümummilli liderimiz Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı. Naxçıvan MR Ali Məclisinin bu qərarını əsas tutaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 25-də qərara gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd edilsin.

Ağalar Bayramov - Qara paltarlı qadın