Azərbaycan Respublikasının Dövlət himni
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
Azərbaycan
Respublikasının Dövlət bayrağı Azərbaycan
dövlətinin
müstəqilliyinin rəmzidir. Azərbaycan Respublikasının 05 fevral
1991-ci il tarixli 17 XII nömrəli Qanunu ilə təsbit edilmişdir.
Bayrağımızda olan mavi rəng –
türkçülüyün; qırmızı rəng müasirlik və
demokratiyanın; yaşıl rəng islamın rəmzidir.
Aypara və səkkizguşəli ulduz isə Ay ilə Günəşi əks etdirən xoşbəxtlik və əbədilik ifadəsidir.
Azərbaycan
Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqillik rəmzidir. Azərbaycan
Respublikasının 19 yanvar
1993-cü il
tarixli 460 nömrəli Qanunu ilə təsbit edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan dövlətinin,
onun müstəqilliyinin və milli birliyinin rəmzidir. Azərbaycan Respublikasının
27 may 1992-ci il tarixli 142 nömrəli Qanunu ilə təsbit edilmişdir.
NOVRUZ BAYRAMI
Azərbaycanda
adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin
canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə
növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış,
hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("Gün,
çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını
ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq
ənənələrinin davamıdır.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhW4nUQDQhCuamOpJ9Rkn0qC1CJFxzkXi2uNF5ai6Bx0lnhB7Q2TeBGILdM7EH6xFDy4AwixyPr69W1vazUFbvw5KtN1O6nHhy-sxtMV65BHro6XIs9NOZLvgFXHRJJcRF6afrEfEfTqck/s1600/2625_KECEL_KOSA.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEievyJH56qsLb1pQkFKGzr5ldgZGUzpQdMvbgIXGd-VShO7yAH4OQnR5MoaDJ7Ddrot7aPyBhH8dZDyIG-n8RUieM2conxA2GhW3eiJErp2nPX_LEMETzn2j7NYLPzuBM5ij-V683SBySU/s1600/images.jpg)
Novruz
bayramında süfrədə yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan xörəklər
olmalıdır. Şirniyyatlardan şəkərbura, paxlava, badamburma,ballıbadı və s. qədər
saymaq olar. Adətə görə süfrəyə "S" hərfi ilə başlayan 7 növ ərzaq
qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzməvə sairə də
bayram süfrəsinin bəzəyi olur
Novruz
bayramını kosasız təsəvvür etmək mümkün deyil. Sevindirici haldır ki, kosa
oyunu hər bayram xatırlanır, rəqs etməyi bacaran bir uşağın əyninə tərsinə
çevrilmiş kürk geyindirərək, üzünə kağızdan qayrılmış üzlük (maska) taxıb,
başına da kəllə qənd kağızından uzun şiş papaq qoyardılar. Belinə zəncirovlu
bir kəmər bağlanardı. Boynuna da zınqırovlar asardılar. Bu şəkildə hazırlanan
kosanı məhəllə uşaqları araya alıb, həyətləri gəzdirərək bir hava ilə xor
halında xüsusi bir nəğmə oxuyar, kosa isə oynayardı. Kosanın xurcununa bayram
sovqatı qoyardılar. Kosanı adətən keçəl müşayiət edərdi.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcXauxNT8edUSNRlHPj-Zi2ZV-Fb9phiu4SgeBhFL4ijEhzXsO5Yg4xmueVgy7Y6riZe0Gq1P1f42xika5QhzwRKl1YLoQBsR-vq9NfgOjuVatGhR0N_5BhSn72_37FC-tg3pp9KJJM-s/s1600/F9C17E85-44FF-443C-B959-C1940D054E9F_mw1024_n_s.jpg)
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən -
su, od, torpaq və küləkdən yaranıb. Buna uyğun olaraq da Novruz bayramı ərəfəsində 4 çərşənbə qeyd olunur.
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu əkin üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalanır. Hər ailə üzvünün adına bir dənə şam yandırılır, Xonçalar hazırlanır.
Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə bu çərşənbə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi və onu əkinə hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Nənələrimiz "Səməni, saxla məni, ildə göyərdərəm səni"- deyib buğda isladırlar.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDkvyLkYwVpDSFsp7PTgKbFV8Uy-ef97QQF-AWWgzHjOjnnseNgA5V9ZPzq_j1zW8hRa9i3nfRzetSh0sLwxOHC4A-FKlAtGySVzcmpiVQGaorrX9yAfYpukjH9cHsu-bpRzJll5XTvH8/s1600/Azeri_carpet_Dord_fesil.jpeg.jpeg)
Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri
haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X
əsrə aid "Hüdud əl-aləm" ("Dünyanın sərhədləri") əsərində
naməlum müəllif Muğanda toxunulan palaz və çullardan, Naxçıvanın zili toxunuşlu
xalılarından məlumat verir, "Kitabi Dədə Qorqud" dastanında Azərbaycanın
ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami, Xaqaninin (XII əsr) əsərlərində xovlu
və xovsuz xalçalar tərənnüm olunur.
Azərbaycan xalçaları digər xalqların xalçası kimi nümayiş etdirilir.
Bu günədək
Kiyev incəsənət muzeyində erməni xalısı kimi nümayiş olunan "Dağkəsəmən"
Qazax xalısının 18-ci əsr Qazax mədəniyyətinə aid olduğu sübuta yetirilib. Bu səhv
Kiyev İncəsənət Muzeyində baş tutan sərgidə düzəldilib. Muzeydə Ukrayna, Azərbaycan,
Rusiya və Polşadan olan ekspertlərin iştirakı ilə keçirilən elmi-praktik konfrans
zamanı Azərbaycan xalçaçıları əsər üzərində olan ornametlər vasitəsilə xalının
həqiqətən də Azərbaycan xalçaçılıq məktəbinə aid olduğunu sübuta yetiriblər.
Milli geyimlər
Azərbaycan xalqının tarixi və milli
mədəniyyətilə bağlı əsas atributlarından biri də milli geyimlərdir. Bu növ ona
görə unikaldır ki, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif
halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq geyimlərdə öz əksini
tapıb.
Azərbaycan XVII əsrdə yaxın Şərqin ən
böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri
ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki,
Şuşa rayonlarında da ipəkçilik istehsalı çox inkişaf etmişdi. Bu rayonlarda
ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal
olunurdu. Geyimin stili onun yiyəsinin ailə vəziyyətini və yaşını əks
etdirirdi. Subay qızların geyimlərı evli qadınların geyimlərindən fərqlənirdi.
Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər.
Çəpkən - çiyinüstü, astarlı və yalançı
qollara malik olan qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir
neçə növ ipək parçalardan tikilirdi.
Ləbbadə - çiyinüstü üst gödəkçəsidir. Bu
geyim sırıqlı astarda olur, tirmədən, məxmərdən və başqa parçalardan tikilirdi.
Güləcə - qadın çiyinüstü üst geyimidir. Bu geyim astarlı olur və tirmədən,
məxmərdən tikilirdi.
Baharı - sırıqlı astarda qadın
çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi.
Kürdü - qadın üst geyimidir. Bu geyim
tirmədən, məxmərdən tikilirdi, xəz dəri və sıx naxışlarla bəzədilirdi.
Eşmək - qadın sırıqlı üst geyimidir, tirmədən və məxmərdən tikilirdi. Bu
geyimin yaxası, ətəyi və qolları safsar xəzdərisilə, qızılı şəbəkə torla və
şəridlə bəzədilirdi.
Qadın bel üst geyimi - bir neçə
tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi.
Şəhərlərdə qadınlar evdən çıxanda
tumanın üstündən çaxçur geyərdilər. Kişi milli üst geyimi - üst köynək,
arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət idi. Bir və ya ikiyanlı arxalıqlar
ipək, atlas, kişmir, mahud, satin və başqa parçalardan tikilirdi.
Qaba - kişi çiyinüstü üst geyimidir və
əsasən tirmədən tikilirdi.
Çuxa - içi tüklü qoyun dərisindən
tikilmiş düyməsiz, naxışlı şubadır.
parçalardan istifadə olunurdu. Ən yaxşı
material birrəng qırmızı, zoğalı, bənövşəyi və yaşıl rəngli məxmər idi.
Həmçinin müxtəlif tonlarda olan nazik mahud, parça, tirmə, atlas və tumac
dəridə tikilirdi. Qızılı tikmə üçün qızılı və ya gümüşü saplardan istifadə
olunurdu. Belə növ tikmə bir terminlə adlanırdı: güləbatın. Çox zaman qızılı
tikməylə üst qadın geyimini, baş geyimlərini, ev məişət əşyalarını, at üçün
bəzəkləri və daha xırda məmulatları bəzəyirdilər. Hətta belə bir adət vardı ki,
gəlinin cehizinə qızılı tikməylə tikilmiş müxtəlif məişət təyinatlı əşyalar
daxil edilirdi. Rəngli ipək saplarla tikilən naxışlar arasında daha çox
yayılanı tambur tikiliş tikmə idi. Tambur tikmələrinin istehsal mərkəzi XIX
əsrdə Şəki şəhəri olub. Tambur tikmələri üçün əsas rolu nazik yerli və ya
xaricdən gətirilən qırmızı, qara və tünd - göy rəngli məxmər və mahud parça
oynayırdı. Mürəkkəb və qəribə (qəşəng) naxış tünd fonda parlaq ipək
saplarla tikilirdi.
Bir çox kişilər bu tətbiqi sənət
sahəsində qeyri-adi ustalıq göstərmişdilər. Dəzgahda dartılmış parça
üzərində sənətkar əvvəlcə rəsmin cizgi xətlərini tikir, sonra bütün içini
doldururdu.
Tambur tikmələri üçün iynə
"qarmaç" adlanırdı. Tambur tikmələri ilə qadın geyimləri, böyük
yastıq üzləri, hamam xalçaları, örtüklər bəzədilirdi.
Şuşa qalası
Şuşa qalası-Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır.Qala uzun müddət ərzində şəhəri xarici müdaxilələrdən qorumuş,uzun müddət alınmazlıq simvolu olmuşdur. Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı qala uzun müddət mühasirədə saxlanılsa da ələ keçirilə bilinməmişdir.
Şuşa qalasının əsasının nə zaman qoyulması haqqında dəqiq məlumat yoxdur.Mənbələr sadəcə bu qalanın monqolların Azərbaycana ikinci yürüşü zamanı dağıdıldığı haqqında məlumat verir.
Bəzz qalası
Bəzz qalası - Güney Azərbaycanın Şərqi Azərbaycan ostanının Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşən qala.
Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400-600 metr dərinlikdə dərələr əhatə edir.
Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb".
Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans və Azərbaycan Atabəy Eldəgəzlər dövlətlərinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala ərazisindən təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılmışdır. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli qardaşlarımız qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.
Qız qalası
Qız qalası — Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının (İçəri Şəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur.
Hündürlüyü 28 m, diamеtri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır].
Azərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir.
Son illərdə Qız qalasında və onun ətrafndakı meydanda hər il Novruz bayramı şənliklərinin keçirilməsi ənənəsi yaranmışdır
Əlincə qalası
Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq "Alıncaq", "Alancıq" , "Əlincək" və "Əlincə" şəklində çəkilən qala Naxçıvan-Culfayolunun kənarında, Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir. Bu adın qədim türk dilindəki "alan" (yastı, düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir.[1] Lakin qədim türk dilində dağın təpəsi anlamını verən "alın" və qənimət anlamı daşıyan "alınc" sözləri də olmuşdur. H. Qəzvinin məlumatına görə Naxçıvan yaxınlığında Alancıq, Surmari, Taqmar və Faqnan adlı möhkəm qalaların uçuqları yüksəlir. Elxanilər zamanı müəyyən dağıntılara uğramış Əlincə qalası sonrakı dövrdə yenidən bərpa edilmişdir.
Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. "Kitabi-Dədə Qorqud" dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat vermişlər. Tikinti sənətinin xüsusiyyətlərinə görə Əlincə qalası daha qədim dövrə aiddir. XII əsr erməni tarixçisi Stepanos Orbeliyan [2] bu qalanın çox qədimlərdə tikildiyini qeyd edir.
Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınmış, çağının ən güclü hərbi qüvvələrini məğlubyyətə uğradan böyük cahangirƏmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirmişdir. Əlincə qalası on ildən artıq sürən müqavimətdən sonra Teymurilərə1401 – ci ildə təslim olmuş və qalanın belə dözümünün səbəbini aydınlaşdırmaq üçün əmir Teymur şəxsən Əlincəyə qalxmışdır. Bəzi mənbələrdə isə qeyd edilir ki, Şah İsmayıl uşaq ikən bir müddət bu qalada gizlədilmişdir. [3]
Azərbaycan atabəyləri–Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdi. Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı və Eldənizlərin xəzinəsi Əlincəqalada yerləşirdi. 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Manqburnının Azərbaycana hücumu zamanı Eldəniz hökmdarı Özbək (1210 – 1225) Əlincəqalaya sığınmış və burada döyüşlərin birində öldürülmüşdür. Əlincəqala XIII – XIV əsrlərdə Hülakülərin, XIV əsrin II yarısında Cəlairilərin hakimiyyəti altında olmuşdur. Hakimlərindən Sultan Tahirin, kutvallarından (qala rəisi) Uztəmurun (1343), Xacə Cövhərin (1390), əmir Altunun (1390), Seyid Əlinin, Hacı Salehin və Əhməd Oğulşayinin (1401) adları bəllidir.
İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403 – 1406 -cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincə qalanı belə təsvir etmişdir: "Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir".
Mərdəkan qalası
Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. Daxili həyəti 28x25-dir. İçəridən qala 5 yarusa bölünür.
Hiç yorum yok:
Yorum Gönder