SƏNƏTKARLAR etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
SƏNƏTKARLAR etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

6 Aralık 2014 Cumartesi

Amerika və avropalı şagirdlər hansı əsərləri mütaliə edir? Bu əsərlərdən Azərbaycan məktəblərində istifadə etmək olarmı?


Bədii mütaliə istənilən halda insanın mənəvi cəhətdən kamilləşməsində xüsusi əhəmiyyətə malikdir. Bədii mütaliənin müsbət təsiri yeniyetməlik dövründə daha da effektiv olur. Bu dövr insan yaddaşının ən həssas dövrü olduğu üçün şagirdlər həmin imkandan maksimum şəkildə yararlanmalıdır. Şagirdlərdə bədii zövqün formalaşması sinifdənxaric oxu və mütaliədən daha çox asılıdır. Uşaq ədəbiyyatı və ümumiyyətlə, bədii ədəbiyyat, yaş dövründən asılı olaraq, ardıcıl şəkildə mütaliə olunduqda daha effektiv olur.
Ölkəmizdə dövlətin diqqət və qayğısı sayəsində bu istiqamətdə bir sıra mühüm işlər görülüb. Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi və çoxsaylı nəşr olunaraq respublikanın bütün kitabxana şəbəkəsinə hədiyyə edilib. Bu nəşrlər sayəsində gənc nəsil bədii və elmi ədəbiyyata ehtiyacını ödəməklə istifadə edə bilir. Lakin bununla belə şagirdlərimizə, sinifdənxaric oxu üçün bir neçə dünya miqyaslı yazıçıların əsərlərini tövsiyə edirik. Qeyd edək ki, həmin müəlliflərin əsərləri Avropa - Amerika və ümumiyyətlə, dünyanın bir çox ölkələrinin orta məktəblərində sinifdənxaric oxu kimi tövsiyə olunur və hətta müəyyən hallarda birbaşa dərsliklərə daxil edilir. XX əsrin ən böyük ədəbiyyatçılarından biri, görkəmli ingilis yazıçısı Ernest Seton Tompsonun "Seçilmiş əsərləri", əsasən də "Balaca vəhşilər", "Mənim həyatım" romanları və bir çox hekayələri, xüsusən 5-11-ci sinif şagirdləri üçün faydalı ola bilər. Dünyaca məşhur yazıçı, britaniyalı Lüis Kerrolun əsərləri isə əsasən ibtidai siniflər üçün çox əhəmiyyətli hesab olunur. Onun "Alisa möcüzələr ölkəsində" adlı əsəri xüsusən Avropa xalqlarına mənsub uşaqların çox sevdiyi əsərdir.

   Yazıçının ikinci, "Alisa güzgü arxasında" nağıl-povestinin baş qəhrəmanı isə bu qız olmuşdur. Kerrol, "Deyingənin ovu" və "Silviya və Bruno" adlı əsərlər də yazmışdır.  Müasir dünya ədəbiyyatının digər məşhur yazıçısı isə Amerika ədəbiyyatının çox istedadlı ədibi Con Hoyer Apdaykdır. Yazıçının "Seçilmiş əsərləri", xüsusən də "Dovşan, qaç", "Kentavr" romanları və müxtəlif məzmunlu hekayələri, əsasən yuxarı sinif şagirdlərimizə tövsiyə olunur  Daha sonra digər yazıçı, alman ədəbiyyatının görkəmli nümayəndəsi Lion Feyxtvangerdir. Yazıçının "Qəribə adamın müdrikliyi, yaxud "Jan-Jak Russonun ölümü və ölməzliyi", "Lautenzak qardaşları" romanları və müxtəlif hekayələri mütaliə üçün məqsədəuyğundur. Bu yazıçı həm də XX əsr ədəbiyyatına ən oxunaqlı tarixi roman müəllifi kimi daxil olmuşdur.   Bədii irsinin öyrənilməsi, xüsusən yeniyetmələr üçün məsləhət görülən yazıçılardan biri də ingilis yazıçısı, Nobel mükafatı laureatı Redyard Kiplinqdir. O, 1882-1889-cu illərdə Hindistanda yaşayıb. Buna görə də onun əsərlərində Hindistan mövzusu geniş yer tutur. Müəllifin "Cəngəlliklər", "Nağıllar" kitabları bütün dünyada uşaqlar tərəfindən böyük maraqla oxunur. Bu yazıçı "Puk Təpəsinin Cırtdanı", "Mükafatlar və Pərilər" adlı məşhur kitabların müəllifidir. Həmin kitablardakı əsərlər qədim İngiltərə nağılları əsasında yazılıb. Şekspirin pyeslərindən götürülmüş "Cırtdan Pak"-ın dili ilə söylənilən qədim ingilis nağılları da Avropa uşaq ədəbiyyatında özünəməxsusluğu ilə seçilir. "Cəsur kapitanlar" əsəri isə sırf yeniyetmələr üçün nəzərdə tutulub.
Müəllifi olduğu bədii əsərlərlə dünyada diqqət çəkən digər yazıçılardan biri də alman ədibi Erix Mariya Remarkdır.   Yazıçının dilimizə tərcümə edilən əsərlərindən "Zəfər tağı" və "Lissabon gecəsi" romanlarını misal göstərmək olar. Digər ədib isə Cənubi Amerika ədəbiyyatının istedadlı nümayəndəsi, Braziliya yazıçısı Jorj Amadudur. Bu yazıçının da bədii əsərləri dünyada maraqla oxunur. Oxuculara təqdim olunan "Qum dəryasının kapitanları", "Möcüzələr dükanı" romanları, "Zolaqlı Pişik və Göy Qaranquş" povesti və "Piranyansda möcüzə" hekayəsi yazıçının dünyaca məşhur əsərlərindəndir. Qeyd edək ki, adları sadalanan bütün əsərlər dilimizə tərcümə olunub.
Sonda bir daha əziz şagirdlərimizə haqqında məlumat verdiyimiz yazıçıların əsərlərini sinifdənxaric oxu və mütaliə üçün tövsiyə edirik. Çünki həmin bədii əsərlər hazırda dünyanın bir çox orta təhsil müəssisələrində mütaliə üçün tövsiyə olunur.

2014-CÜ İLİN DEKABR AYI ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ GÜNLƏRİN TƏQVİMİ

1. Beynəlxalq QİÇS-lə (SPİD) mübarizə günü. 1996-cı ildə Azərbaycan Parlamenti “İnsanın immunçatışmazlıq virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması” haqqında Qanun qəbul etmişdir. Dünyanı bu müdhiş xəstəliyə qarşı mübarizə aparmağa sövq etmək üçün BMT-nin qərarı ilə 1 dekabr 1988-ci ildən QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü elan edilmişdir.
2. Şair Zeynal Vəfanın anadan olmasının 75 illiyi (1938) Kitabları: “ Mənim körpə çinarım”, “Qəlbimin səsi”, “Körpələrin xatirinə”, “Beşiklərdən gələn səslər” və s.
3. Beynəlxalq Əlillər günü. 1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi dekabrın 3-nü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunması haqqında bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
6. Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı.
7. Ümumdünya mülki aviasiya günü.
9. Yazıçı, tənqidçi Cəlal Məmmədovun anadan olmasının 90 illiyi (1918-1983) Kitabları: “Mərziyə Davudova”, “Ələsgər Ələkbərov”, “Nuranə” və s.
10. Ümumdünya İnsan Hüquqlarının müdafiəsi günü. BMT Baş Məclisinin təşəbbüsü ilə 1950-ci ildən qeyd olunur.
11. Xalq yazıçısı Bayram Bayramovun anadan olmasının 95 illiyi (1918-1944) Kitabları: “Tək adam”, “Yarpaqlar”, “Sənsiz”, “Arakəsmələr”, “Yasəmən”, “Onun gözləri”, “”Qaşsız üzük”, “Karvan yolu”, “Çox sözdən sonra” və s.
12. Xalq artisti, aktyor Abbas Mirzə Şərifzadənin anadan olmasının 120 illiyi (1893-1938)
12. Qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 85 illiyi (1928-2008) Kitabları: “Qiyamət”, “Əlvida, Gülsarı”, “Köşək gözü” və s.
14. Uşaqların Beynəlxalq Televiziya və Radio günü. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il sentyabrın 27-də BMT-nin Uşaq hüquqları konvensiyasını imzalayıb. Həmin dövrdən başlayaraq dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycan Respublikasında da hər il uşaqların Beynəlxalq Televiziya və Radio günü bayram edilir.
21. Xalq artisti, xanəndə Tükəzban İsmayılovanın 90 illiyi (1923-2008)
21. Şair, tərcüməçi Ələkbər Ziyatayın anadan olmasının 100 illiyi (1913-1982) Kitabları: “Məhəbbət sınağı”, “Həyat mahnıları”, “Bakı gecələri”, “Şerə dönən duyğular” və s.
21. İtalyan bəstəkarı Cakoma Puççininin andan olmasının 155 illiyi (1858-1924)
22. Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin anadan olmasının 95 illiyi (1918-1944)
23. Yazıçı Yasif Nəsirlinin anadan olmasının 75 illiyi (1938-2012) Kitabalrı: “Araz daşan yerdə”, “Qırmızı qərənfil”, “Adsız təpə”, “Bolluq yaradanlar”, “Ömür” və s.
27. Xalq artisti, aktrisa Safurə İbrahimovanın anadan olmasının 75 illiyi (1938)
28. Şair İbrahim Kəbirlinin anadan olmasının 95 illiyi (1918-1995) Kitabları: “Gəncliyim”, “İmtahan”, “Adsız adam”, “İnsan sevinmir”, “Mənim qismətim”, “Ürəyimlə görürəm” və s.
31. Ədəbiyyatşünas, tənqidçi Abbas Səmədovun anadan olmasının 80 illiyi (1933) Kitabları: “Təbiət hekayələri”, “Alleqoriya və təmsillər” və s.


31. Dünya Azərbaycanlıların həmrəylik günü. Ümummilli liderimiz Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı. Naxçıvan MR Ali Məclisinin bu qərarını əsas tutaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 25-də qərara gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd edilsin.

Ağalar Bayramov - Qara paltarlı qadın

20 Ekim 2014 Pazartesi


Böyük Azərbaycan şairi Xəlil Rza Ulutürkün doğum günüdür.

Bu gün xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür. Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 2 saylı Salyan şəhər orta məktəbində təhsil alıb. Şairin ilk mətbu şeiri “Kitab” 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. Xəlil Rza Ulutürk 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayıb. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilib. Onun ilk şeirlər toplusu – “Bahar gəlir” (1957) kitabı da nəşr olunub. 1959-cu ildə Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. O, 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edib. Filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı nəşr edilib. Şair 1994-cü il iyunun 22-də vəfat edib. Xəlil Rza Ulutürk Fəxri xiyabanda dəfn olunub. Onun məzarı üstündə şairin əzəmətli heykəli yüksəldilib. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilib.
 80-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə, poeziyası ilə, amalı ilə yetişdirdiyi və zamanın hökmü ilə ortaya çıxan xalq hərəkatına qoşulmuşdu. Hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.
Vətənpərvər böyük şair! Azərbaycan azadlığını varlığından üstün tutan ölməz sənətkar!Sənin qoyduğun iz azadlığa gedən cığırdır. Elə bir cığırdır ki,bu insanların ürəyindən keçir.Sənə olan sevgi də məhz bu yoldan keçir.Azərbaycan xalqı azadlıq carçısı bu böyük şairi həmişə qəlbində yaşadacaq.
Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,

Mən ümmanlar təşnəsiyəm.