Qarabağ nəinki Azərbaycanın, hətta bütün dünyanın ən qədim torpaqlarından biridir. Bu ərazidə ən qədim dövrlərə aid yerlər aşkar olunmuşdur. 1968-ci ildə Azıx mağarasında Azıxantrop adlı primitiv Azıx adamının çənə sümüyü tapılmışdır. Çox guman ki, Azıx adamları burada 250-300 min il bundan əvvəl yaşamışlar. Bütün tarix boyu Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olmuşdur. Ərəb xilafətinin işğalı və Qafqaz Albaniyası dövlətinin süqutu ilə VII-IX əsrlərdə Qarabağın tarixində əhəmiyyətli dəyişikliklər baş verdi.
Ərəb işğalının nəticəsində Albaniyanın xristian əhalisinin əksəriyyəti İslamı qəbul etdi, qalanları, xüsusilə Albaniyanın Qarabağ yüksəkliklərində yaşayan əhali isə IV əsrdə Albaniyanın dövlət dini elan olunmuş xristianlıqdan imtina etmədi. XIX əsrin əvvəllərində Şimali Azərbaycan ərazilərinin Rusiya tərəfindən işğalından sonra Eçmiədzinin təzyiqi və israrlı müraciətləri nəticəsində Rus çarının Alban Katalikosunun ləğvi barədə qərarı Qarabağ yüksəkliklərinin Alban əhalisinin gürcüləşdirmə və erməniləşdirmə prosesinin başlanğıcını qoydu. Qarabağ Sacilər, Salarilər, Şəddadilər, Atabəylər, Hülakilər (Elxanilər), Qaraqoyunlu, Ağqoyunlu kimi ərəblərin işğalından sonra Azərbaycanda biri birini əvəz etmiş müxtəlif müsəlman dövlətlərinin tərkibində olmuşdur. Azərbaycan Səfəvilər Dövlətinin (1501) yaranması bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinin əsasını qoydu. Səfəvilər tərəfindən yaradılmış dörd əyalətdən birinin adı Qarabağ və ya Gəncə idi. Səfəvilər Dövlətinin mövcudluğuna son qoymuş Nadir şahın ölümündən sonra Azərbaycanda yeni müstəqil və yarı-müstəqil dövlətlər, xanlıqlar və sultanlıqlar yarandı. Onlardan biri Qarabağ xanlığı idi. Qarabağ xanlığı Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli Bəy Cavanşir tərəfindən yaradılmışdır. Onun oğlu İbrahim xanın dövründə Qarabağ xanlığı daha da gücləndi. 1805-ci ildə İbrahim xan Rusiya silahlı qüvvələrinin komandiri P.D.Sisianov ilə Kürəkçayda müqavilə imzaladı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı müsəlman – Azərbaycan torpağı kimi Rusiyaya birləşdirildi. Kürəkçay müqaviləsi Qarabağın, onun dağlıq bölgəsi də daxil olmaqla, tarixi Azərbaycan torpağı olduğunu sübut edən ən mühüm sənədlərdən biridir. Şimali Azərbaycanın işğalından sonra bu torpaqlarda mövqeyini möhkəmləndirmək məqsədi ilə çarizm erməniləşdirmə siyasətini tətbiq etməyə başladı. 1828-ci il Türkmənçay müqaviləsi və 1829-cu il Ədirnə müqaviləsinə əsasən İran və Türkiyədən köçürülmüş ermənilər Qarabağ da daxil olmaqla Şimali Azərbaycanda məskunlaşdırıldılar. 1918-ci il mayın 28-də, təxminən 100 illik Rusiya müstəmləkəsindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ üzərində də siyasi hakimiyyəti saxladı. Eyni zamanda, yeni yaranmış Ermənistan (Ararat) respublikası da Qarabağa qarşı əsassız ərazi iddiaları ilə çıxış etdi. Qarabağı ələ keçirmək məqsədi ilə bu dövrdə ermənilər əvvəllər də həyata keçirdikləri soyqırım aktlarını törətməyə davam etdilər. Vəziyyətlə əlaqədar olaraq, 1919-cu ilin yanvarında Azərbaycan hökuməti Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Baş Qarabağ Əyalətini yaratdı. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet dövlətinin bərqərar olmasından bir neçə il sonra, 1920-1923-cü illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibində olmuş Azərbaycan torpaqları özlərinin ənənəvi tarixi və geocoğrafi bütövlüyünü itirdi. Sovetləşdirildikdən sonra Azərbaycan Dağlıq Qarabağa muxtar vilayət statusu verməyə məcbur edildi. Beləliklə, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrə bölündü. Bütün bu tarixi ədalətsizliklərə baxmayaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin siyasi, sosial, iqtisadi və mədəni inkişafını təmin etmək üçün Azərbaycan bu bölgədə kompleks islahatlar həyata keçirdi. Amma yenə də erməni separatçıları öz mənfur siyasətlərini həyata keçirməyə və bununla da Azərbaycana ciddi ziyan vurmağa davam etdilər.SSRİ-nin süqutu ərəfəsində onlar öz fəaliyyətini sürətləndirdilər. Azərbaycana qarşı təcavüzkar müharibə başlandı.SSRİ-nin süqutu ərəfəsində onlar öz fəaliyyətini sürətləndirdilər.Azərbaycana qarşı təcavüzkar müharibə başlandı.
Müharibə uşaqların gözü ilə
Müharibə insanları sonsuz bir qaranlığa sürüyüb
aparan acı bir həqiqətdir. Acı da olsa, bu həqiqətin dalınca getmək istədim. Birinci
bu sualdan başladım. Müharibə zamanı baş verən fəlakətlərin günahkarı kimdir?
Qarşı tərəflər, yoxsa müharibəni özləri üçün maraq dairəsi hesab edən böyük
dövlətlər? Müharibənin törətdiyi fəlakətlərin cavabdehi kimdir? Bəlkə, bu
suallara cavab vermək mənim üçün çətin
olacaq. Müharibə uşaqlar üçün insani olan hər şeyin -xoşbəxtliyin, firavanlığın,
gözəlliyin faciəsidir. Milyonlarla insanların ölümünə səbəb olan, dəhşətli dərəcədə
amansız olan, müharibə! Bir anda tanıdığın adamı apara bilən, cavana, qocaya, qadına,
uşağa fərq qoymayan, müharibə! Döyüş meydanında həlak olan hər bir əsgərin
arxasında təkcə onun özü yox, onu əzab-əziyyətlə böyütmüş ata-anasının,
yaxınlarının puç olmuş arzu-istəklərini görürəm.
Tarixin qəm pəncərəsini açıb keçmişə boylandım. Azərbaycan
xalqını çarizmin gücündən istifadə edərək qırıb talayan faşist ermənilər.
Budur, budur, baxın yenə bir qapını döyürlər.Pəncərədən
baxaraq qışqırıram:
-Açma qapını!
Onun isə qapını açmamağa ixtiyar yoxdur. Açmasa belə,
açacaqlar.
Müharibə, müharibə, faciə, faciə!
Bu faciə xalqımızın yaddaşının qanlı səhifələrindən
biridir. Dözə bilmədim, başqa tərəfə baxdım. Əli-qolu bağlı gedənləri
tanıyıram. Müşfiq, Cavid, Cavad... Vətən
oğlu, dayan o, qələminizin ucunu kim dindirəcək, kim ağladacaq, kim güldürəcək!
Bu da yeni bir səhifə... Xocalı faciəsi, 1992-ci il
fevralın 26-sı. Daha bu ağrıya, acıya dözə bilmədim, pəncərini örtüb
televizorun qarşısına keçdim.
Xocalı faciəsi xalqımızın qan yaddaşıdır. Həmişə
Xocalı faciəsi ilə bağlı televiziya verlişləri gedir. Bunları izləmək mənim
üçün çox ağırdır. Bəlkə də, izləmirəm. Çünki həmin kadırlar gələndə əllərimi üzümə tutur, hərdən
barmaqlarımın arasından gözücü baxıram. Mən həmin körpələrin qisasını almaq, onların
məhv olmuş arzuları, istəkləri qarşısında demək istəyirəm ki, açın gözlərinizi!
Bu işıqlı dünyaya doyunca baxın, yaşamaq
sizin də haqqınızdır. Bu haqqı sizin əlinizdən almağa heç kimin ixtiyarı
yoxdur.
Xəyalən onların arasında gəzirəm. Onların da
yaşamaq arzuları qəlblərini oxşayır, hər şeyə füsunkar bir gözəlliklə baxıb
gülümsəyirlər. Bilirsiniz, mən də onların arasındayam. Hətta onlara ad qoyuram.
Sevinc, Arif, Əli...
Ay Allah! Sayıram, qurtarmır. Bu vəhşətdən yer-göy
titrəsin, dağlar,daşlar lərzəyə gəlsin, bu haqsızlıq aradan qalxsın. Onlar ki
müharibənin nə olduğunu bilmirdilər. Necə qıydı o vəhşi əllər onlara!
Xəyallarım yenə mənə uzaqlara apardı. Azad və
firavan dünya! Gözləri azadlıq eşqi ilə
işıldayır. Hə, bu mənim həmyaşıdım Sevinc.
Gələcəyin müəllimi. Vətən övladlarını yığıb
qarşısına vətənə olan məhəbbətini sözü ilə, səsi ilə uşaqlarının beyninə həkk
edir. O,sevinclə deyir: "Vətən bölünməzdir!"
Budur məndən
bir neçə yaş balaca Arif...Ah Arif! Qardaşım, dur ayağa Mübarizin səsinə səs
ver, Vətən torpağı səni səsləyir. Görürsən, Arif, sənin intiqamını Mübariz
qardaşın necə alır?! Axı Mübariz meydanda tək qalıb.O, düşmənə hücum edəndə sən
də onun yanında olmalı, onu arxadan qorumalı idin.
Mən əvvəldə bu körpə balalara yaşıdlarım dedim.
Onların on dörd, on beş yaşları var idi. Onlar açılmamış kitab, açılmamış qönçələrdir.
Bu kitablar açılmamış toz basdı. Bu qönçələr açılmamış saralıb-soldu. Bu
toz-torpaq, qar-boran onları nə tez yox etdi! Artıq Xocalı faciəsindən uzun illər
keçdi. Bu illəri üst -üstə qoysaq, bizlərdən çox böyük olarlar.
Uzaqdan bir
cığır görünür. Biz bu cığırla getdik, qarşımıza iki yol çıxdı. Nağıllarda olduğu
kimi... Onlar burda məndən ayrılmaq istədilər. Lakin mən buna razı olmadım.
Onlar qaranlıq yolu mənə göstərib dedilər:
-Bura gedər-gəlməz yoldur. Biz istəmədən bura düşmüşük,
bu yol səni işıqlı dünyaya aparacaq. Mən onları qucaqladım. Bu zaman kim isə məni
onlardan var gücü ilə ayırdı. Bəlkə, bu bir yuxu idi. Bəlkə, bütün bunlar xəyal
idi. Məni uzanan əllər yuxudan oyatdı. Artıq gec idi, veriliş qurtarmışdı.
Anam dedi:
-Hələ yatmamısan?
Bu, narahat ürəyin sözləri idi. Oyaq olsam da,
yatsam da, xəyala dalsam da, bu ürəyi mən daşıyıram. Bu sözlərin hamısı kiçik
ürəkdən süzülərək bu ağ səhifələrə qovuşdu.
Biz, gənc nəsil, neçə-neçə insanların ölümünə bais
olan müharibəni lənətləyirik!
Hiç yorum yok:
Yorum Gönder