Müəllimin uğuru şagirdləridir. Onların hər bir nailiyyəti bizləri sevindirir.Onlar gələcəyimizi işıqlandıran nurlu sabahdır. Belə şagirdlərimdən biri də dəfələrlə inşa müsabiqələrinin qalibi olmuş Fərhadova Nərmindir. Bu səhifədə onun inşaları, kiçik hekayələri ilə sizi tanış edəcəyəm.
Bu gün yeni bir fərd dünyaya gəldi. Bu
gün həyata yeni nəfəs bəxş etdi bir ana. Bir ailənin sevincinə şərik oldu bu bəşəriyyət.
Bu gün ana və atanın sevinci yerə-göyə sığmırdı. Bu sevincli hadisənin üzərindən
günlər keçdi, aylar bir-birini əvəz etdi. Hər şey dəyişdi. Dəyişməyən bu ailənin
sevinci oldu. Körpə süqutluq içərisində olan ailəyə yeni nəfəs verdi. Artıq
körpənin bir yaşı vardı. Valideynləri ona görə nəfəs alır, hər addımlarında onu
düşünürdülər. Ana xəyallar qururdu. O,fikirləşirdi: ”Qızım böyüyəcək, mən onun
saçlarını səlqəyə salıb məktəbə yola salacağam , o, mənim yalnız qızım yox,
dostum da olacaq. Hər şeyimizi bölüşəcəyik ”.
-Salam
Ata isə işə gedərkən iş saatının tez
bitməsini və övladının yanına qayıtmasını səbirsizliklə gözləyirdi. İllər beləcə
keçirdi. Uşaq artıq gəzirdi, danışırdı. Danışdığı hər kəlmə ailəyə baldan şirin
olurdu.Tanrı bu xoşbəxtliyi bəxş etmişdi. Onlar uşağa ad verdikdə belə, bu adın
onun üçün uğurlu olacağını düşünürdülər. Fatimə.... Anasının və atasının
ilki..... Fatimə artıq altı yaşında idi. İllər cox sürətlə hərəkət edirdi.
Fatimənin məktəbə gedişini səbirsizliklə gözləyən anası onun məktəb yollarına
qoyduğu ilk izlərə baxdıqca kövrəlirdi.
Sanki ananın da arzuları Fatimə ilə birlikdə böyüyürdü. Odur, o körpə balası
parta arxasında oturub bir anda anasını gözdən qoymaq istəmirdi. Amma çox tez
öyrəşdi bu partaya, bu sinfə, bu uşaqlara. Ondan heç bir zaman şikayət eşitməzdilər.
Sadiq dost, sevimli şagird idi. Valideynləri fəxr edərdilər onunla!
Zaman keçdikcə, Fatimə böyüdükcə onun yeni keyfiyyətləri üzə çıxırdı.
Bir gün anası onun məktəb dəftərləri arasında bir rəsmə rast gəldi. Adi
karandaşla çəkilmiş rəsm idi bu, lakin çox gözəl idi. Ana övladını yanına çağırdı.
O, düşünürdü ki ,bu rəsmi qızı çəkməyib. Çünki onun hələ on yaşı vardı. Lakin
ana düşündüyü cavabı almadı. Bu rəsmi Fatimə çəkmişdi. Ana gözlərinə inanmadı.
O, övladının zərif əllərinə diqqət yetirdi. Və o, bu əllərinə necə böyük qüdrətə
sahib olduğunu anladı.
Bir neçə gün sonra artıq Fatimənin
boyaları, rəsm albomları var idi. İllər keçdikcə bu albomlar tablolarla əvəz
edildi.Valideynləri inanırdı övladlarının gələcəyinə.Zaman keçirdi, Fatimə
yalnız rəssamlıq barədə düşünürdü, hətta ali təhsil almaq üçün savadını
artırırdı. Fatimənin valideynləri Yeganə və Nadir isə illərin amansız hücumuna
məruz qalmışdı. Onların saçı getdikcə ağarırdı. Fatimə isə valideynlərini yeni
nailiyyətləri ilə sevindirirdi. O, rəsm çəkərkən sanki qarşısındakı çətinlikləri
görürdü. Artıq Fatimənin 18 yaşı vardı. O, ali məktəbə qəbul olmuşdu. Üç il
sonra atası qızının rəsm əsərlərindən sərgi yaratmağı planlaşdırırdı. Bu isə
Fatimənin ad gününə təsadüf edirdi. Onun bundan xəbəri yox idi. Gözlənilən gün
gəldi. Fatimə gözlərinə inanmırdı. Bu gecə o, səhərə kimi ağlamışdı... Zaman
keçdikcə o, artıq tanınmış rəssama çevrildi. Dövlət tərəfindən ona belə bir təklif
gəldi ki, o, əsərlərini xarici ölkələrin təqdim etsin. Valideynləri buna razı
olmadı. Lakin sonradan onlar Fatimə ilə razılaşdı və Fatimə bir aylıq Avropanın
tanınmış şəhərlərindən birinə yola düşdü.Valideynləri daim məktublaşır, hər
şeyin yolunda olduğunu söyləyirdi. Lakin iki həftədən sonra onun yazdığı məktublar
belə idi:
" Ana, ata, bəlkə də bu sizə son
məktubumdur. Mən bura sərgiyə görə gəlmədim, mənim ağır xəstəliyim var idi.
Atamın sərgi açdığı gün bu barədə həkimdən öyrəndim. Avropaya gəlmək bəhanə
idi, sizdən uzaqlaşmağımın səbəbi siz həyatda məni daim güclü görmək istəmişsiniz.
Mən bunu bacarmadım. Sizin gözləriniz görə-görə məhv olmaq istəmədim. Ana,
artıq o uzun saçlarım yoxdur. Ata, rəsm çəkə bilmirəm, əllərim sözümə qulaq
asmır. Gücüm qalmayıb artıq. Məni bağışlayın!"
Onlar inanmadı bu məktuba. Geriyə cavab məktubu yazdılar. Məktubun
cavabı isə ölüm şəhadətnaməsi, qızlarının son gündə yazdığı məktubları və öz şəkilləri
oldu. Fatimənin həyat hekayəsi isə burada bitdi. 21 yaşlı cavan qız valideynlərini
övladsız qoydu. Bu gün o şəxsin həyat hekayələri bitdi ki, bütün rəsm
qalereyalarında onun rəsmi öndə gəlirdi. Bu rəsm isə Fatimənin ölümündən əvvəl
çəkdiyi rəsm idi.
-Salam
-Buyurun, əyləşin və probleminizi bildirin.
-Təşəkkür, həkim. Bilirsiniz, mən bu aralar bir az qəribəyəm. Bəlkə də, bir az yox…Düzü , bura gəldikdə belə tərəddüd etdim.
-Keçək əsas məsələyə , sizi narahat edən nədir?
-Həkim , mənim yaşadıqlarım bugünümə qədər çox pis təsir edir. Bəlkə də, bu mənə həm də psixoloji təsir edib. Məncə, bu mənim keçmişim ilə bağlıdır.
-Buyurun çəkinmədən keçmişinizi danışın.
-Bilirsiniz, mən atasız-anasız uşaq evində böyümüşəm, gəncliyim tənha keçib. Bəlkə də, tənha olmaya bilərdim.
-Artıq şərhə ehtiyac yoxdur. Mən artıq sizi anladım. Və sizə kömək olmaq üçün əlimdən gələni edəcəyəm. Bu günlük isə bəsdir. Seanslarımıza davamlı olaraq gəlməyinizi tövsiyə edirəm.
-Hələlik.
-Hələlik.
Görəsən, niyə o qadına tam şəkildə qulaq asmadım? Onun simasında sanki öz həyatımı gördüm. O öz həyatının çətinliklərini unutmaq üçün psixoloqa müraciət edib. Bəs mən kimə müraciət edim? Bütün həyatım cansıxıcı keçir. Özümdən və iş yoldaşlarımdan başqa heç kimi tanımıram. Artıq iş vaxtı qurtarmaq üzrədir. Hazırlaşıb işdən çıxdım. Məhləyə çatdıqda binanın bütün pəncərələrinə nəzər yetirdim.Yalnız mənim mənzilimin işığı yanmırdı. Qapını açıb evə daxil oldum. Hər şey çox cansıxıcıdır. Sanki mənim tənhalığımdan artıq buz divarlar belə təngə gəlmişdi. Amma bu həqiqəti qəbul etməli idim. Həyatın axarını saxlamaq olmurdu.Həyat davam edir, günlər bir-birini qovalayırdı. Bilmirəm günlər mənlə yarışırdı, yoxsa mən. Yeni bir sabah,yeni bir gün. Nə isə yeni olan hər şey mənim üçün köhnə idi.Bu yeniliyin içində köhnələn mən idim. Səhər açıldı və işə hazırlaşdım. Bu dəfə işə gedəndə mənzilin bütün işıqlarını yandırdım. Axı bunun nə mənası var? Mən artıq qəbul etməliydim tənhalığımı.
Ağır addımlarla iş yerimə çatdım. Bir neçə dəqiqə keçdikdən sonra isə otağıma bir xəstə daxil oldu və əyləşdi. Öz dərdlərini danışdıqdan, bir-iki məsləhət aldıqdan sonra isə sağollaşaraq otağı tərk etdi. Onun həyatı mənə çox normal goründü. Ən azından övladı varıydı bu həyatda.Onu düşünən valideynləri, həyat yoldaşı var idı. Görəsən, insanlar niyə belə gücsüzdür? Bunları düşünərkən otağa dünənki qadın daxil oldu. Bu gün çox sevincli görünürdü.
-Salam xanım. Bu gün çox gümrah görünürsünüz.
-Salam. Bəli,əslində mən dünən sizin gözünüzdən axan iki damla yaşı gördüm. Siz bizlərə kömək edirsiniz. Həmişə bizləri dinləyir, o şəfalı sözlərinizlə həyatımızın qaranlıq səhifələrini işıqlandırıb bizi həyata bağlayırsınız. İnanın ki, sizi özümə bacı qədər yaxın gördüm. İstərdim, bu yaxınlıq davam etsin.
-Mən düşünürəm ki, mən tənhayam.
-Xeyr xanım , tənha deyilsiniz.Ən azından siz həyatdan küsmüş insanlara kömək edirsiniz. Bu özü bir böyüklükdür.
Aradan bir neçə dəqiqə keçdi. Çox sevincli idim, məni dinləyən, mənə səmimi dostluq təklif edən insanla üz-üzəyəm. O, üzünü mənə tutub dedi:
-Mənim bu gün rəsm sərgim olacaq, ora sizi də dəvət edirəm . Axşam saat 19:00-da gözləyəcəyəm.(Ünvanı vərəqə yazıb mənə uzatdı.)
Axşam mən hazırlaşıb sərgiyə getdim. Bu rəsmlər sanki dil açıb insanlarla ünsiyyət qururdu.(Mən bunları hiss edirdim).Portrertlərə yeni rəfiqəmlə bərabər tamaşa edirdim. Son bir portret isə tamamlamamışdı. Bunun səbəbin ondan soruşduqda isə o belə cavab verdi:
-Bu portrertdə ailəmi təsvir edirdim. Lakin bir gün rayona gedərkən yol qəzası keçirdik. Və mənim həyat yoldaşım ilə iki övladım dünyasını dəyişdi. O gündən bu portretə davam edə bilmədim. Gücüm çatmadı.
-Xeyr, ağlama!
Artıq gec idi. Mən gecəyə görə təşəkkür edərək evə gəldim. Son zamanlar aynaya baxmağa qorxurdum. Bu dəfə isə çəkinmədim. Daha sonra otağa keçərək yarımçıq portreti davam etdirdim.
Mən də ağ səhifələrə can verən, ona məna qatan, heçdən var edən rəssam idim. Bir il idi ki, portret tamamlanmırdı. Çünki portret də üzünü görmədiyim valideynlərimi təsvir olunurdu.
Məndən kömək istəyən qadın sonda özü kömək oldu. Həyata yeni gözlə baxdım. Ən azından mənim portreti tamamlamamaq üçün səbəbim yox idi.
Mən qurbanam! Amansız müharibənin qurbanıyam. Müharibə usaqları sevir. Bəzən evdə yatmış körpə olduqda biz onu oyatmamaq ucun barmaqlarımızın ucunda gəzirik. Amma muharibə... Muharibə isə ən cox yatmış uşaqları sevir. Yatmış ve bir daha hec vaxt oyanmayacaq usaqları sevir muharibə! O, səssizcə gəlir və bir fırtına qopararaq sakit bir yel kimi əsib kecir. Geriyə qalan isə dul qadınlar, valideynsiz usaqlar, yaxud ömrünün baharını yasayarkən həyata əlvida deyən körpələr olur.
Mən də bir zamanlar belə bir həyatı yaşamışam. Mən də hələ körpəlikdən muharibənin nə demək olduğunu anlamışdım. Anamın gecələr yorğanın altında gizlincə aglamasının, atamın aylarla evə gəlməməsinin səbəbini illər sonra anlamışdım. Yadımdadır, anam evləri təmizləyərkən qapı döyüldü, mən atamın gəldiyini sanıb qapıya tərəf yüyürməyə başladım. Bir kişi məndən anamın harada olduğunu soruşdu. Elə bu an anam qapıya tərəf gələrək kağız parçasını kişidən aldı. Hələ nə baş verdiyini anlamırdım, anam məktubu açıb oxuyanda ağlamağa basladı, mənim onda hələ 6 yasım var idi, anam evdə mənə hərfləri öyrətmişdi, məktubu oxumaq istəyəndə anam icazə vermədi. Anamın ağlamağına nəyin səbəb olduğunu bilməkdən ötrü gecəni gözlədim. Anam bütün gecəni ağlayaraq səhərə yaxın yuxuya getmişdi, mən də anamdan xəbərsiz məktubu oxumağa calışdım. Lakin hec nə basa düşmədim. Bir neçə il belə kecdi, artıq mən böyüyürdüm, lakin "Atam haradadir? "-sualına hələ cavab tapa bilməmişdim. Anam bir gün mənimlə söhbət edərkən həqiqətləri danışdı. Və atamın artıq hec bir zaman gəlməyəcəyini dedi və basa düşdum ki, bir neçə il bundan qabaq mənə oxunması qadağan olunan məktubun adı qara məktubdur. Lakin mən bununla barışmaq istəmirdim. Muharibə mənim atamı məndən aldı, mən yetimliyin nə demək olduğunu uşaq yaşlarımdan "Atam haradadır?"- deyə aglayarkən anlamışdım. O gündən muharibəyə nifrət edirdim. Muharibə sözun eşidəndə sanki qəlbimdəki yaralar yenidən qanayırdı.
Uzun illər kecdi, artıq muharibə bitmisdi, lakin muharibənin yenidən başlama ehtimalı hele de bitmirdi. Mən evlənmişdim və iki körpə övladım var idi. Bir gün radioda yenidən yaxınlaşan muharibə təhlükəsi barədə məlumat verildi, artıq muharibənin soyuq nəfəsi ətrafa yayılmağa başayırdı. Əslində ən çox bu anı gözləyirdim, mən atamın qisasını almaq istəyirdim. Muharibə baslanan andan mən hərbi xidmətə bir daha getdim.Muhariənin qızışdığı bir anda mən ailəmlə əlaqə saxlaya bilmirdim. Yazdığım məktublar cavabsız qalmışdı. Narahat idim... Lakin vuruşmağı özümə borc bilirdim. Bir gün evimə yollandım, lakin küçəmizi gördükdə tanıya bilmədim, buralar sanki xarabalığa cevrilmişdi. Evimizin qapısı açıq idi, evim yiyəsiz qalmışdi. Burada partlayış bas verdiyini dedilər və qonşularımız mənim anamın, yoldaşımın və iki körpəmin həlak olduğunu dedilər. Bu an dünya gözümdə qaraldı, dizlərim büküldü, muharibə yenə məni pis vəziyyətə saldı. Ailəm artıq mənimlə deyildi. Ətrafda insanlar " Zabit, qac" deyərək qışqırırdılar, mən isə hec nə anlamırdım. Həm kar, həm kor, həm də lal olmuşdum. Və birdən atəş açıldığını duydum, bu atəş mənə yönəlmişdi,düşmən gülləsi məndən yan keçmədi. Bu gün əlil arabasında kimsəsiz olmamın səbəbi budur. Mənim acı taleyim! Ətrafımda hec kim yoxdur, kitablarımdan başqa... Mən daim yazıram. Adətən yazıçı müxtəlif mövzulara müraciət etməlidir. Amma mən bunu bacarmırdım, mənim mövzularım yalnız muharibə, muharibənin qurbanları və muharibədən sonrakı həyat barədə olurdu. Buna baxmayaraq, oxucular bu barədə oxumaqdan usanmırdılar. Mənim isə bu həyatda yalnız bir məqsədim var idi, muharibənin insan həyatında buraxdığı dərin izləri yenidən bərpa etmək olmayacağını onlara çatdırmaqdır...
Afərin
YanıtlaSilTəşəkkür edirəm.
YanıtlaSilCox tesiredicidi.Aferin!
YanıtlaSilÇox sağ olun,Elnarə müəllimə.Bu şagirdimin qələminin güçüdür.
YanıtlaSil