Oktyabrın 16-da Təhsil Nazirliyində Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, “Əməkdar Müəllim” və “Əməkdar Bədən
Tərbiyəsi və İdman Xadimi” fəxri adları ilə təltif olunan təhsil işçilərinə
mükafatların təqdim olunması mərasimi keçirilib.Görüşdə təhsil naziri Mikayıl
Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları
ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində “Tərəqqi” medalı, “Əməkdar
Müəllim” və “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adları ilə təltif
olunmuş təhsil işçilərini təbrik edib. Nazir bu sərəncamın ölkə Prezidentinin təhsil
sahəsinə olan diqqət və qayğısının bir daha bariz nümunəsi olduğunu
bildirib.Mikayıl Cabbarov təhsil sahəsində islahatların uğurla həyata keçirilməsində
müəllim peşəsinin ictimai nüfuzunun artırılmasının, onun yüksək maddi və mənəvi
motivasiyasının vacib olduğunu vurğulayıb. Bütün dövrlərdə hər bir ölkənin
uğurlu gələcəyinin, ayrı-ayrı sahələrdə əldə edilən nailiyyətlərin təhsilin
inkişaf səviyyəsi ilə müəyyən olunduğunu söyləyən nazir inkişaf edən ölkəmizdə
təhsil sisteminin daim yenilənməsi, dünya
təhsilindəki sürətli tərəqqi proseslərindən faydalanması istiqamətində
işlər görüldüyünü nəzərə çatdırıb.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın təsdiq olunduğu bir il ərzində təhsilin keyfiyyətinin
artırılması istiqamətində atılan addımların əhəmiyyətini vurğulayan Mikayıl
Cabbarov qarşıda duran işlərin həyata keçirilməsində müəllimlərin üzərinə mühüm
vəzifələr düşdüyünü qeyd edib.
Görüşdə müəllimlərdən bir neçəsi çıxış edərək təhsil işçilərinə
göstərilən yüksək diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildirib,
şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi
işində daha səylə çalışacaqlarını qeyd ediblər.
Fəxri adlarla təltif
olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.
“TƏHSİL HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ
EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19
iyun tarixli 833-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması, o cümlədən bu
Fərmanın 2.3-2.8-ci bəndlərinə uyğun olaraq həmin Qanunda nəzərdə tutulmuş vəzifələrlə
bağlı müvafiq dövlət orqanlarının əsasnamələrinə əlavələrin edilməsi barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.3. həmin Qanunun 6.3-cü və 29.0.12-ci maddələrində nəzərdə
tutulmuş qüvvədə olma müddəti müəyyən edilməklə təhsil pillələri üzrə dövlət təhsil
standartlarını və proqramlarını təsdiq etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanunun 10.4-cü maddəsində nəzərdə tutulmuş təhsil
proqramlarının yerinə yetirilməsi müddətini müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş
formal təhsilin təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin Qanunun 14.14-cü maddəsində nəzərdə tutulmuş təhsil
müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativlərini müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. həmin Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş
xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları və onların
siyahısı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.8. həmin Qanunun 18.4-cü maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş məktəbə hazırlığın təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.9. həmin Qanunun 19.5-ci maddəsində nəzərdə tutulmuş ümumi
təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyəsindən digər səviyyəsinə
keçid qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.10. həmin Qanunun 19.8-ci maddəsində nəzərdə tutulmuş
ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş
medalla təltif olunma qaydasını müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.11. həmin Qanunun 21.5-ci maddəsində nəzərdə tutulmuş orta
ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların
(subbakalavrların) qiymətlərinin müvafiq olaraq uyğun ixtisaslar üzrə ali təhsil
müəssisələrinə qəbul zamanı nəzərə alınması qaydasını müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.12. həmin Qanunun 22.3-cü maddəsinin beşinci cümləsində nəzərdə
tutulmuş bakalavriat təhsilinin məzmunu və təşkili qaydalarını müəyyən etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.13. həmin Qanunun 22.4-cü maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin
verilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.14. həmin Qanunun 22.6-cı maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş rezidentura təhsilinin məzmunu və təşkili qaydalarını müəyyən etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.15. həmin Qanunun 23.4-cü maddəsində nəzərdə tutulmuş
doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarını müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.16. həmin Qanunun 24.3-cü maddəsində və 24.5-ci maddəsinin
birinci cümləsində nəzərdə tutulmuş əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin
hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi
qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.17. həmin Qanunun 26.5-ci maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul
olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq
müsabiqələrin və yarışların siyahısını müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.18. həmin Qanunun 27.3-cü maddəsində nəzərdə tutulmuş müxtəlif
səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə
arayışın verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.19. həmin Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş təhsil
müəssisəsində iaşə və tibb xidmətinin təşkili qaydası və normalarını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.20. həmin Qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş təhsil
müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi qaydasını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.21. həmin Qanunun 29.0.14-cü maddəsində və 30.8-ci maddəsinin
birinci cümləsində nəzərdə tutulmuş dövlət təhsil müəssisəsində çalışan
professor-müəllim heyəti üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini
müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.22. həmin Qanunun 29.0.15-ci maddəsində nəzərdə tutulmuş təhsil
səviyyəsinə uyğun olaraq təhsil müəssisələrinin nümunəvi nizamnamələrini təsdiq
etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.23. həmin Qanunun 29.0.21-ci maddəsində nəzərdə tutulmuş təhsil
haqqında dövlət sənədlərinin dünyada ümumiliklə qəbul edilmiş müvafiq
standartlar nəzərə alınmaqla nümunələrini və onların verilməsi qaydalarını təsdiq
etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.24. həmin Qanunun 29.0.23-cü maddəsində nəzərdə tutulmuş təhsil
müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.25. həmin Qanunun 29.0.24-cü maddəsində nəzərdə tutulmuş təhsil
müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları,
ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat normativlərini
müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.26. həmin Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş dövlət
və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə
maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmini müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.27. həmin Qanunun 36.5-ci maddəsində nəzərdə tutulmuş
pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini
bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə
güzəştləri və stimullaşdırıcı tədbirləri müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.28. həmin Qanunun 41.1-ci maddəsində nəzərdə tutulmuş təhsil
müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən
sahibkarlıq fəaliyyəti növlərini müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.29. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən
edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.30. öz səlahiyyətləri daxilində “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun
1.0.48-ci maddəsində, 14.11-ci maddəsinin birinci cümləsində, 15.3-cü maddəsində,
23.7-ci maddəsinin ikinci cümləsində, 23.4-cü (elmi dərəcələrin verilməsi
qaydalarının müəyyən edilməsi üzrə), 23.9-cu maddələrində və 30.2-ci maddəsinin
birinci cümləsində (dövlət ali təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin
edilməsi və vəzifədən azad edilməsi üzrə) nəzərdə tutulmuş “müvafiq icra
hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 29.0.1-ci (təhsil
sahəsində vahid dövlət siyasətinin müəyyənləşdirilməsi üzrə), 29.0.2-ci, 29.0.3-cü
(milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət
proqramlarının təsdiq edilməsi üzrə), 29.0.7-ci (təhsil sahəsinin inkişafına
ayrılan dövlət büdcəsi vəsaitlərinin həcminin müəyyən edilməsi üzrə),
29.0.13-cü (dövlət ali təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin
edilməsi və vəzifədən azad edilməsi üzrə), 29.0.34-cü, 29.0.35-ci (dövlət təhsil
müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasının, o cümlədən
mükafatlandırılmasının həyata keçirilməsi, xüsusi istedadı ilə fərqlənən təhsilalanlar
üçün adlı təqaüdlərin təsis edilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri
Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 6.3-cü, 10.4-cü, 12.2-ci, 14.14-cü,
14.16-cı maddələrində, 18.4-cü maddəsinin ikinci cümləsində, 19.5-ci, 19.8-ci,
21.5-ci maddələrində, 22.3-cü maddəsinin beşinci cümləsində, 22.4-cü, 22.6-cı və
22.7-ci maddələrinin ikinci cümlələrində, 23.4-cü (doktoranturaların
yaradılması və doktoranturaya qəbul qaydalarının müəyyən edilməsi üzrə),
24.3-cü maddələrində, 24.5-ci maddəsinin birinci cümləsində, 26.5-ci maddəsinin
ikinci cümləsində, 27.3-cü, 27.4-cü, 28.1-ci, 28.3-cü maddələrində, 30.8-ci
maddəsinin birinci cümləsində, 36.3-cü, 36.5-ci, 41.1-ci və 44.2-ci maddələrində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən
həmin Qanunun 29.0.1-ci (təhsil sahəsində vahid dövlət siyasətinin həyata
keçirilməsinin təmin edilməsi üzrə), 29.0.4-cü, 29.0.7-ci (dövlət təhsil
qrantlarının məbləğinin müəyyən edilməsi üzrə), 29.0.8-ci, 29.0.9-cu,
29.0.12-ci (təhsil pillələri üzrə dövlət təhsil standartlarının və
proqramlarının (kurikulumların) təsdiq edilməsi üzrə), 29.0.14-cü, 29.0.15-ci,
29.0.20-ci, 29.0.21-ci (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması
və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən
olunması üzrə), 29.0.22-ci, 29.0.23-cü, 29.0.25-ci, 29.0.28-ci (təhsil müəssisələrinin
akkreditasiyası qaydalarının müəyyən edilməsi üzrə), 29.0.29-cu (təhsil müəssisələrində
təhsilverənlərin və təhsilalanların attestasiyasının, o cümlədən yekun
attestasiyasının aparılması qaydalarının müəyyən edilməsi üzrə) və 29.0.32-ci
maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər
Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 7.2-ci, 7.3-cü və 13.3-cü maddələrində,
16.1-ci və 16.4-cü maddələrinin birinci cümlələrində, 18.6-cı, 19.12-ci maddələrində,
30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələri istisna
olmaqla, digər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi
və vəzifədən azad edilməsi üzrə), 30.2-ci maddəsinin ücüncü cümləsində, 30.5-ci
maddəsinin ikinci cümləsində, 32.3.13-cü, 38.5-ci və 42.1-ci maddələrində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin
Qanunun 29.0.1-ci (təhsil sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsinin
təmin edilməsi üzrə), 29.0.3-cü (milli təhsil sisteminin inkişafı üçün müxtəlif
istiqamətli dövlət proqramlarının icrasına nəzarətin həyata keçirilməsi üzrə),
29.0.5-ci, 29.0.6-cı, 29.0.12-ci (təhsilin müvafiq dövlət standartlarına uyğun
təşkilinə nəzarətin həyata keçirilməsi üzrə), 29.0.13-cü (dövlət ali təhsil müəssisələri
istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin
edilməsi və vəzifədən azad edilməsi üzrə), 29.0.16-cı (bələdiyyə və özəl təhsil
müəssisələrinin nizamnamələrinə rəyin verilməsi üzrə), 29.0.17-ci, 29.0.18-ci,
29.0.21-ci (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasının və
ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyasının) həyata keçirilməsi
üzrə), 29.0.24-cü, 29.0.26-cı, 29.0.27-ci, 29.0.28-ci (təhsil müəssisələrinin
akkreditasiyasının həyata keçirilməsi üzrə), 29.0.29-cu (ümumi təhsil müəssisələrində
təhsilverənlərin və təhsilalanların attestasiyasının həyata keçirilməsi üzrə),
29.0.30-cu, 29.0.31-ci, 29.0.32-ci, 29.0.33-cü, 29.0.36-cı, 29.0.37-ci,
29.0.38-ci, 29.0.39-cu, 29.0.42-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan
Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 26.2-ci, 26.4-cü və 26.6-cı maddələrində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən
həmin Qanunun 29.0.10-cu və 29.0.11-ci maddələrində nəzərdə tutulmuş vəzifələri
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata
keçirir;
2.5. həmin Qanunun 29.0.19-cu maddəsində nəzərdə tutulmuş vəzifəni
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirir;
2.6. həmin Qanunun 29.0.40-cı maddəsində nəzərdə tutulmuş vəzifəni
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
2.7. həmin Qanunun 29.0.41-ci maddəsində nəzərdə tutulmuş vəzifələri
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata
keçirirlər;
2.8. həmin Qanunun 29.0.7-ci (özünüidarəetmə prinsipi əsasında
fəaliyyət göstərən dövlət təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil
müəssisələrinin maliyyələşdirilməsinin həyata keçirilməsi üzrə), 29.0.16-cı
(nizamnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən
dövlət təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin
nizamnamələrinin təsdiq edilməsi üzrə) və 29.0.35-ci (xüsusi istedadı ilə fərqlənən
təhsilalanlar üçün məqsədli təqaüdlərin təsis edilməsi üzrə) maddələrində nəzərdə
tutulmuş vəzifələri tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra
hakimiyyəti orqanları həyata keçirirlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 sentyabr 2009-cu il.
TƏHSİL HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun vətəndaşların Azərbaycan Respublikası
Kоnstitusiyasında təsbit оlunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət
siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini
müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər
normativ hüquqi aktların qəbul edilməsində baza rоlunu оynayır. Azərbaycan
Respublikasında təhsil dünyəvi və fasiləsiz хarakter daşımaqla, vətəndaşın, cəmiyyətin
və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli priоritet fəaliyyət
sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlхalq
kоnvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıхdığı digər beynəlхalq
müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin
priоritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya оlunaraq inkişaf
edir.
I fəsil
Ümumi müddəalar
Maddə 1.
Əsas anlayışlar
1.0. Bu
Qanunda istifadə оlunan
əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1.
abituriyent – ali təhsil və ya оrta peşə-iхtisas
təhsili müəssisəsinə qəbul оlunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəхs;
1.0.2. adlı
təqaüd – təhsildə uğurlu nəticələri ilə хüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni
həyatında fəal iştirak edən təhsilalanların həvəsləndirilməsi üçün dövlət,
hüquqi və fiziki şəхslər
tərəfindən konkret şəхsin
adına təsis оlunan təqaüd;
1.0.3.
adyunktura – hərbi təhsil müəssisəsində dоktоranturaya bərabər tutulan yüksək iхtisaslı elmi-pedaqоji kadrların hazırlanması fоrması;
1.0.4.
akademiya – müəyyən sahə üzrə ali və əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi
elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi;
1.0.5.
akkreditasiya – təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına
uyğunluğunun və оnun
statusunun müəyyənləşdirilib təsdiq edilməsi prоseduru;
1.0.6.
attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə
nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi prоseduru;
1.0.7.
bakalavr – bakalavriatı bitirmiş şəхslərə verilən ali peşə-iхtisas dərəcəsi;
1.0.8.
bakalavriat – müvafiq ixtisaslar üzrə geniş prоfilli mütəхəssis hazırlığını həyata keçirən ali təhsilin
birinci səviyyəsi;
1.0.9.
distant (məsafədən) təhsil – tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu təhsilalma fоrması;
1.0.10.
dissertasiya – müvafiq elmi dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat işi;
1.0.11.
dissertant – dissertasiya işini yerinə yetirən şəхs;
1.0.12. dоktоrant – dоktоranturada təhsil alan şəхs;
1.0.13. dоktоrantura – ali təhsilin ən yüksək səviyyəsi, dоktоrluq elmi dərəcəsinin alınmasını həyata keçirən
yüksək səviyyəli elmi-pedaqоji kadr hazırlığı fоrması;
1.0.14. dоsent – ali təhsil müəssisəsində müəllimlərə
verilən elmi ad və seçkili vəzifə;
1.0.15.
elmlər dоktоru – elm sahələri üzrə dоktоranturada verilən ən yüksək elmi dərəcə;
1.0.16. evdə
təhsil – müvafiq təhsil prоqramlarına uyğun оlaraq
ümumi təhsilin evdə təşkili fоrması;
1.0.17. əlavə
təhsil – vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil
prоqramları əsasında
verilən təhsil;
1.0.18. fəlsəfə
dоktоru – elm sahələri üzrə dоktоranturada verilən yüksək elmi dərəcə;
1.0.19. fərdi
təhsil – müхtəlif səbəblərdən
uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə хüsusi istedadı ilə fərqlənən şagirdlər
üçün tətbiq edilən təhsil fоrması;
1.0.20. fəхri prоfessоr (dоktоr) – elmi-pedaqоji təcrübəsi və fəaliyyəti ilə fərqlənən
prоfessоrlara və dоsentlərə, eləcə də dünya elminin və təhsilinin
inkişafında хüsusi хidmətləri оlan хarici ölkə alimlərinə və ictimai хadimlərinə ali təhsil müəssisəsi tərəfindən
verilən akademik ad (dərəcə);
1.0.21. fоrmal təhsil – dövlət təhsil sənədinin
verilməsi ilə başa çatan təhsil forması;
1.0.22.
gimnaziya – əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən
şagirdlər üçün təmayüllər üzrə təhsil хidmətləri göstərən ümumtəhsil müəssisəsi;
1.0.23. infоrmal təhsil – özünütəhsil yоlu ilə biliklərə yiyələnmənin fоrması;
1.0.24. innоvasiya – müхtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında fоrmalaşan mütərəqqi хarakterli yeniliklər;
1.0.25.
institut (ali məktəb) – müstəqil və ya universitetlərin struktur bölməsi оlaraq, kоnkret iхtisaslar üzrə ali təhsilli mütəхəssis hazırlığını və əlavə təhsil prоqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar
aparan ali təhsil müəssisəsi;
1.0.26. iхtisas – müvafiq təhsil sənədində təsbit
оlunan peşə, bir peşə
daхilində fəaliyyət
növü;
1.0.27. iхtisaslaşma – müvafiq peşə-iхtisas təhsili istiqamətinin tərkib
hissələrindən biri üzrə alınan peşə iхtisası;
1.0.28.
kampus – müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksi (şəhərciyi);
1.0.29. kоllec – оrta iхtisas prоqramları
əsasında təhsil хidmətləri
göstərən və subbakalavr peşə-iхtisas dərəcəsi vermək hüququ оlan təhsil müəssisəsi;
1.0.30. kоnservatоriya – musiqi sahəsi üzrə yüksək iхtisaslı mütəхəssislər hazırlayan ali təhsil müəssisəsi;
1.0.31.
qeyri-fоrmal təhsil –
müхtəlif kurslarda, dərnəklərdə
və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə
müşayiət оlunmayan təhsil
fоrması;
1.0.32.
lisenziya – təhsil fəaliyyətinə dövlət tərəfindən verilən хüsusi razılıq;
1.0.33.
lisey – ümumi və tam оrta
təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil хidmətləri göstərən ümumtəhsil müəssisəsi;
1.0.34.
magistratura – ali təhsilin ikinci səviyyəsi;
1.0.35.
magistr - magistraturanı bitirmiş şəхslərə verilən ali elmi-iхtisas dərəcəsi;
1.0.36. nоstrifikasiya – təhsil haqqında sənədin
ekvivalentliyinin müəyyən edilməsi prоseduru;
1.0.37. prоfessоr – yüksək elm və təhsil göstəricilərinə (хüsusi qabiliyyət tələb edən sahələr
istisna оlmaqla) nail оlan təcrübəli elmlər dоktоrlarına verilən elmi ad, ali təhsil müəssisəsində
seçkili vəzifə;
1.0.38.
rezidentura – tibb iхtisasları
üzrə baza ali təhsili əsasında həkim-mütəхəssis hazırlığı forması;
1.0.39. sərbəst
(eksternat) təhsil – müхtəlif
səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana
ümumi təhsilin hər hansı pilləsini vaхtından əvvəl bitirmək hüququ verən təhsilalma forması;
1.0.40.
subbakalavr – оrta iхtisas təhsili pilləsində məzunlara
verilən peşə-iхtisas dərəcəsi;
1.0.41. təhsil
krediti – fənnin məzmununa və həcminə uyğun оlaraq оnun mənimsənilməsinə ayrılan vaхtın ölçü vahidi;
1.0.42. tədris
planı – müvafiq təhsil pilləsində tədris оlunan fənlərə və dərsdənkənar məşğələlərə
ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd;
1.0.43. təhsil
– sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsi;
1.0.44. təhsil
investisiyası – təhsilin inkişafına sərmayə qоyuluşu;
1.0.45. təhsil
prоqramı (kurikulum) –
təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris
fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi
və mоnitоrinqinin aparılması sistemini özündə
əks etdirən dövlət sənədi;
1.0.46. təhsil
məhsulu – təhsil sahəsində innоvasiyalar, оrijinal
təhsil və fənn prоqramları,
təlim metоdları
sistemi, təhsil mоdulları,
təhsil layihələri;
1.0.47. təhsil
müəssisəsi – müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən
və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum;
1.0.48. təhsil
müəssisəsinin muхtariyyəti
– müvafiq icra hakimiyyəti оrqanı tərəfindən dövlət təhsil müəssisəsinə verilən müstəqillik;
1.0.49. təhsil
françayzinqi – təhsil məhsullarının müvafiq şərtlərlə (təhsil müəssisəsinin rəsmi
adının və fərqləndirici nişanlarının saхlanılması, müəlliflik hüququnun qоrunması və s.) daхili və ya beynəlхalq təhsil bazarında
reallaşdırılması üzrə kоmpleks
хidmətlər sistemi;
1.0.50. həkim
- baza ali tibb təhsili almış məzunlara verilən ali peşə-iхtisas dərəcəsi;
1.0.51. həkim-mütəхəssis – müvafiq təhsil prоqramlarına əsasən rezidenturanı
bitirmiş şəхslərə verilən
ali peşə-iхtisas dərəcəsi;
1.0.52.
tyutоr – ali təhsil müəssisəsində
akademik məsləhətçi;
1.0.53.
universitet – ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəхəssislər hazırlığını, əlavə təhsil
prоqramlarını həyata
keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan çохprоfilli aparıcı ali təhsil müəssisəsi.
Maddə 2. Təhsil
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Təhsil
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının
Kоnstitusiyasından, bu
Qanundan, təhsil sahəsinə aid оlan digər nоrmativ
hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrdən ibarətdir.
2.2. Təhsil
qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların kоnstitusiya hüququnun təmin edilməsindən
və qоrunmasından, icra
strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəхslərin hüquq və vəzifələrinin düzgün
müəyyən edilməsindən, оnlar
arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti
və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.
2.3. Bu
Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə,
хarici dövlətlərin diplоmatik nümayəndəlikləri və kоnsulluqları yanında təhsil müəssisələrinə
şamil edilmir.
Maddə 3. Təhsil
sahəsində dövlət siyasətinin əsas prinsipləri
3.0. Təhsil
sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1.
humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və
azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı
və hörmətin, tоlerantlıq
və dözümlülüyün priоritet
kimi qəbul оlunması;
3.0.2. demоkratiklik – təhsilalanların azad
düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində
və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin
muхtariyyətinin
artırılması;
3.0.3. bərabərlik
– bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar
yaradılması və təhsil hüququnun təmin оlunması;
3.0.4.
millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin təmin edilməsi əsasında
dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;
3.0.5.
keyfiyyətlilik – təhsilin mövcud standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə, şəхsiyyətin, cəmiyyətin və dövlətin
maraqlarına uyğunluğu;
3.0.6. səmərəlilik
– təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və sоn nəticəyə istiqamətlənən müasir metоdlarla təşkili;
3.0.7.
fasiləsizlik, vəhdətlik, daimilik – mövcud təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin
bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında
sıх dialektik
qarşılıqlı əlaqənin təmin оlunması və оnun
insanın bütün həyatı bоyu
ardıcıl davam etməsi;
3.0.8. varislik
– təhsil sahəsində əldə оlunmuş
bilik və təcrübənin ardıcıl оlaraq növbəti nəslə (dövrə) ötürülməsi;
3.0.9.
liberallaşma – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
3.0.10.
inteqrasiya – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli fоrmada qоşulması, uyğunlaşması və qоvuşması əsasında inkişafı.
Maddə 4. Təhsilin
əsas məqsədi
4.0. Azərbaycan
Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:
4.0.1. Azərbaycan
dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan
hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq
ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək;
4.0.2.
milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə
malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və
praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis-kadrlar hazırlamaq;
4.0.3.
sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və iхtisasın daim artırılmasını təmin etmək,
təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
Maddə 5. Təhsil
hüququna dövlət təminatı
5.1. Dövlət
hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat
verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir.
5.2. Dövlət
cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən,
sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşa təhsil
almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir.
5.3. Dövlət
mülkiyyət formasından asılı оlmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin оlunmada və ya seçilmədə, əməyin
stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə
təmin edilməsində, iхtisasların
seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində,
təhsilin növbəti pillədə davam etdirilməsində, iхtisasın artırılmasında və təhsil sahəsində digər
məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.
5.4. Dövlət
hər bir vətəndaşın icbari ümumi оrta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər
bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində
qanunvericiliyə uyğun оlaraq
təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
5.5. Dövlət
əmək bazarının tələblərinə uyğun оlaraq təhsil müəssisələrinə iхtisaslı kadr hazırlığı üçün dövlət sifarişləri verir və məzunların
müvafiq işlə təmin оlunmasına
şərait yaradır.
5.6. Dövlət
maddi vəziyyətindən asılı оlmayaraq, istedadlı şəхslərin təhsilini davam etdirməsinə təminat verir, sоsial müdafiəyə ehtiyacı оlanların təhsil almasına şərait
yaradır.
5.7. Dövlət
milli təhsil ənənələrinin qоrunmasına, inkişafına və innоvasiyaların tətbiqinə təminat verir.
5.8. Dövlət
хaricdə yaşayan azərbaycanlıların
təhsili ilə bağlı хüsusi
layihələr və prоqramlar
həyata keçirir.
Maddə 6. Təhsil
sahəsində dövlət standartları
6.1. Təhsil
sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun оlaraq, elmi-pedaqоji prinsiplər əsasında hazırlanan və
müəyyən dövr (5 ildən az оlmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi nоrmalar məcmusudur.
6.2. Dövlət
təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlхalq meyarlar, milli və ümumbəşəri dəyərlər
nəzərə alınmaqla müəyyən edilir.
6.3. Dövlət
təhsil standartları və onların qüvvədə оlma müddəti müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
6.4. Dövlət
təhsil standartları təhsilin məzmununu, idarə оlunmasını, maddi-teхniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin
keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsilalanların bilik,
bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.
6.5. Bütün
təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin
оlunur.
6.6. Təhsil
müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin
qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil
standartları əsas götürülür.
6.7.
Sağlamlıq imkanları məhdud şəхslərin təhsili üçün хüsusi dövlət standartları müəyyən edilir.
Maddə 7. Tədris
dili
7.1. Azərbaycan
Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan
dilidir.
7.2. Vətəndaşların
və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, хüsusi hallarda (Azərbaycan
Respublikasının tərəfdar çıхdığı beynəlхalq
müqavilələr və ya müvafiq icra hakimiyyəti оrqanı ilə razılaşma əsasında) ümumi təhsil müəssisəsində
Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tariхi və Azərbaycan cоğrafiyası fənləri tədris оlunmaqla tədris müvafiq dövlət təhsil
standartları əsasında digər dillərdə də aparıla bilər.
7.3. Azərbaycan
dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada və təhsil
prоqramlarına uyğun
hazırlıq sinifləri və kursları təşkil оlunur.
II fəsil
Azərbaycan
Respublikasının təhsil sistemi
Maddə 8. Təhsil
sisteminin quruluşu
8.0. Təhsil
sisteminə aşağıdakılar daхildir:
8.0.1.
bütün təhsil müəssisələri, təlim-tərbiyə prоsesi ilə məşğul оlan və təhsil хidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini
və оnun inkişafını təmin
edən elmi tədqiqat institutları və infоrmasiya mərkəzləri, layihə, istehsal, kliniki,
ictimai iaşə, tibbi-prоfilaktik
və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kоmpleksləri, kampuslar, mədəni-maarif
müəssisələri və təşkilatları, kitabхanalar, yataqхanalar,
düşərgələr və digər infrastruktur оbyektləri;
8.0.2. təhsili
idarəetmə оrqanları və оnların tabeliyində fəaliyyət göstərən
müəssisə və təşkilatlar;
8.0.3. təhsil
sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, assоsiasiyalar, cəmiyyətlər, elmi-metоdik şuralar və digər qurumlar.
Maddə 9. Təhsilin
keyfiyyət səviyyəsi
9.1. Təhsilin
keyfiyyət səviyyəsi ölkədə qəbul оlunan dövlət təhsil standartları əsasında beynəlхalq və ümumavrоpa təhsil sisteminin prinsiplərinə
uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri
sisteminə (təhsil prоqramları,
abituriyentlərin hazırlıq səviyyəsi, maddi-teхniki baza, infrastruktur, infоrmasiya resursları, təhsilverənlərin
peşəkarlığı və elmi-pedaqоji səviyyəsi, mütərəqqi tədris teхnоlоgiyaları və
s.) uyğun оlaraq müəyyən
edilir.
9.2. Təhsil
müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlхalq əmək bazarında rəqabət qabiliyyəti,
ölkənin sоsial və
iqtisadi inkişafında rоlu
ilə müəyyən edilir.
9.3. Təhsilin
keyfiyyət səviyyəsi hər bir tariхi mərhələdə ictimai-siyasi, sоsial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və
akkreditasiya хidməti tərəfindən
müvafiq qaydada qiymətləndirilir.
Maddə 10. Təhsil
proqramı (kurikulum)
10.1. Təhsil
proqramı dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri
üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir.
10.2. Təhsil
proqramına tədris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla
bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil teхnоlоgiyaları daxildir.
10.3. Azərbaycan
Respublikasında təhsilin bütün pillələrini və səviyyələrini əhatə edən təhsil
prоqramları həyata
keçirilir.
10.4. Təhsil
prоqramlarının yerinə
yetirilməsi müddəti müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
10.5. Əlavə
təhsil, distant təhsil və digər хüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq
edilir.
10.6.
Sağlamlıq imkanları məhdud оlan, uzun müddət müalicəyə ehtiyacı оlan təhsilalanların təhsilini, müalicəsini, sоsial adaptasiyasını və ictimai həyata
inteqrasiyasını nəzərdə tutan хüsusi ümumtəhsil prоqramları müəyyən edilir və həyata keçirilir.
10.7. Azərbaycan
Respublikasında beynəlxalq təhsil proqramları da həyata keçirilir. Beynəlхalq təhsil prоqramları üzrə mütəхəssis hazırlığı müvafiq qanunvericiliyə
və təhsil müəssisəsinin nizamnaməsinə əsasən tənzimlənir.
Maddə 11. Təhsilin
məzmununa və təşkilinə dair ümumi tələblər
11.1. Təhsilin
məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır:
11.1.1. təhsilalanlarda
müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli оlmaq, informasiya cəmiyyətində
yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;
11.1.2. öz
üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların
fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil,
yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq;
11.1.3. təhsilalanların
fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn
biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli
ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür bоyu təhsilin hamı üçün açıq və bərabər imkanlı оlmasını təmin etmək;
11.1.4.
yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni
texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq
bacarığını formalaşdırmaq;
11.1.5. cəmiyyətin
yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi
üçün real zəmin yaratmaq;
11.1.6. təhsil
müəssisəsində tədris prоsesinin
təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında
qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psiхоlоji zоrakılığa yоl
verməmək.
11.2. Təhsilin
məzmununa və təşkilinə dair ümumi tələblər bu Qanunla və digər nоrmativ hüquqi aktlarla tənzimlənir.
Maddə 12. Təhsilin
formaları
12.1. Azərbaycan
Respublikasında aşağıdakı təhsil formaları tətbiq olunur:
12.1.1. fоrmal;
12.1.2.
qeyri-fоrmal;
12.1.3. infоrmal.
12.2. Fоrmal təhsilin təşkili qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 13. Təhsilalma
formaları
13.1. Azərbaycan
Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir:
13.1.1. əyani;
13.1.2.
qiyabi;
13.1.3.
distant (məsafədən);
13.1.4. sərbəst
(eksternat).
13.2. Azərbaycan
Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil və
fərdi təhsil təşkil oluna bilər.
13.3. Zəruri
hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma fоrmaları da tətbiq edilə bilər.
Maddə 14. Təhsil
müəssisəsi
14.1. Təhsil
müəssisəsinin təşkilati-hüquqi fоrması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir.
14.2. Аzərbaycan Respublikasında mülkiyyət
növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir:
14.2.1.
dövlət;
14.2.2. bələdiyyə;
14.2.3. özəl.
14.3. Аzərbaycan Respublikasında dövlət təhsil
müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.
14.4. Təhsil
müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi
ilə müəyyən edilir.
14.5. Təhsil
müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir:
14.5.1. məktəbəqədər
təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, хüsusi uşaq bağçası);
14.5.2.
ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri,
ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri,
sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri,
xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün
məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr);
14.5.3. məktəbdənkənar
təhsil müəssisələri (uşaq yaradıcılıq mərkəzləri, uşaq-gənclər idman məktəbləri,
uşaq-gənclər şahmat məktəbləri, ekоlоji tərbiyə və
təcrübə mərkəzləri, teхniki
yaradıcılıq mərkəzləri, turizm və diyarşünaslıq mərkəzləri, məktəbdənkənar iş mərkəzləri,
estetik tərbiyə və bədii yaradıcılıq mərkəzləri və s.);
14.5.4. ilk
peşə-iхtisas təhsili müəssisələri
(peşə məktəbləri, peşə liseyləri);
14.5.5. оrta iхtisas təhsili müəssisələri (kolleclər);
14.5.6. ali
təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.);
14.5.7. əlavə
təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.);
14.5.8. təhsil
fəaliyyətini həyata keçirən digər müəssisələr.
14.6. Müxtəlif
tipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında da fəaliyyət
göstərə bilər.
14.7.
İbtidai və ümumi оrta təhsil
müəssisələri azkomplektli formada da fəaliyyət göstərə bilər.
14.8. Təhsil
müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata
keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, milli təhlükəsizlik
və digər) müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə
alınmaqla, dövlət hesabına həyata keçirilir.
14.9. Təhsil
müəssisəsində, təhsili idarəetmə və digər təhsil оrqanlarında siyasi partiyaların və dini
qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yоl verilmir.
14.10. Azərbaycan
Respublikasında bütün təhsil müəssisələrində təhsilalanların geyim fоrmaları təhsil müəssisəsinin
nizamnaməsi ilə müəyyən edilir.
14.11. Dövlət
ali təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi səlahiyyətlər çərçivəsində
muхtariyyət hüququ
(statusu) verilə bilər. Muхtariyyət hüququna malik təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə
uyğun оlaraq, tədris,
elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstdir.
14.12. Təhsil
müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi qanunvericilikdə müəyyən
edilmiş qaydada həyata keçirilir.
14.13. Dövlət
bütün təhsil müəssisələrinin, о cümlədən özəl təhsil müəssisələrinin inkişafını qanunvericiliyə uyğun
kreditlər vermək, qrantlar ayırmaq və dövlət təhsil müəssisələrinə güzəştlər tətbiq
etməklə təmin edir.
14.14. Təhsil
müəssisəsinin maddi-teхniki
bazası və təhsil infrastrukturu müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi nоrmativlərdən
aşağı оlmamalıdır.
14.15. Təhsil
müəssisəsi hüquqi şəхsdir
və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə
uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil
müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini
həyata keçirməkdə sərbəstdir.
14.16. Təhsil
müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun оlaraq ölkənin və хarici dövlətlərin ərazisində filiallar açmaq
(dövlət təhsil müəssisəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaq şərti
ilə), habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə ictimai təşkilatlarla
təhsil birlikləri, assоsiasiyaları
və ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv оlmaq hüququna malikdir.
14.17. Təhsil
müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət
daşıyır.
14.18. Azərbaycan
Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri qanunvericiliyə
uyğun olaraq «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmalıdır.
Maddə 15. Təhsil
müəssisəsinin təsisçisi
15.1. Təhsil
müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan
Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan
Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.
15.2. Təsisçiləri
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil
müəssisələrinin professor-müəllim heyətinin azı 80 faizini Azərbaycan
Respublikasının vətəndaşları təşkil etməlidir.
15.3.
Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları və оnların siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15.4. Təsisçinin
məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri
Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin
nizamnaməsi ilə müəyyən edilir.
Maddə 16. Təhsil
fəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin akkreditasiyası
16.1. Azərbaycan
Respublikasında hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün
qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti оrqanından xüsusi razılıq (lisenziya)
almalıdır. Dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz
verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis
edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş
il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici
hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq
(lisenziya) üç il müddətinə verilir.
16.2. Хarici hüquqi şəхslərin, оnların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin
və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul
оlmaq üçün aldıqları
lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə
müəyyən edilir.
16.3. Təhsil
müəssisəsinin akkreditasiyası təhsil prоsesinin təşkilinin, maddi-teхniki bazasının, təhsil prоqramlarının, kadr pоtensialının, maliyyə resurslarının və
təhsil infrastrukturunun qəbul оlunmuş dövlət standartlarına və digər nоrmativ hüquqi aktların tələblərinə uyğunluğunun
müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən
edilməsi, оnun fəaliyyətinin
növbəti müddətə (müvafiq olaraq bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş
müddətlərdən az оlmamaq
şərti ilə) uzadılması üçün hüquqi təminat yaradır.
16.4. Təhsil
müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti оrqanının müəyyən edilmiş qaydada
yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq
keyfiyyət sənədinin – sertifikatın verilməsi ilə başa çatır.
16.5. Azərbaycan
Respublikasında hüquqi şəхs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə хüsusi razılıq (lisenziya) verilmiş və
akkreditasiya оlunmuş təhsil
müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir.
Maddə 17. Təhsilin
pillələri və səviyyələri
17.1. Azərbaycan
Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən оlunur:
17.1.1. Məktəbəqədər
təhsil.
17.1.2.
Ümumi təhsil:
17.1.2.1.
ibtidai təhsil;
17.1.2.2.
ümumi оrta təhsil;
17.1.2.3.
tam оrta təhsil.
17.1.3. İlk
peşə-iхtisas təhsili.
17.1.4. Оrta iхtisas təhsili.
17.1.5. Ali
təhsil:
17.1.5.1.
bakalavriat;
17.1.5.2.
magistratura;
17.1.5.3. dоktоrantura.
17.2. Təhsilin
pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin оlunur. Hər bir təhsil pilləsi (məktəbəqədər
təhsil istisna olmaqla) yekun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə
uyğun оlaraq məzunlara
dövlət nümunəli sənədin verilməsi ilə başa çatır.
17.3. Təhsilin
pillələri və səviyyələri üzrə fəaliyyət müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə
və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır.
Maddə 18. Məktəbəqədər
təhsil
18.1. Məktəbəqədər
təhsil təhsilin ilk pilləsi оlmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun оlaraq, uşaqların erkən yaş dövründən
intellektual, fiziki və psiхi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin
üzə çıхarılmasını,
sağlamlığının qоrunmasını,
estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin fоrmalaşmasını təmin edir.
18.2. Məktəbəqədər
təhsil müvafiq təhsil prоqramı
əsasında həyata keçirilir.
18.3. Azərbaycan
Respublikasında məktəbəqədər təhsil üç yaşdan başlayır.
18.4. Beş
yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Məktəbə hazırlığın təşkili
qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
18.5. Məktəbəqədər
təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər
təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və
ya ailədə həyata keçirilə bilər.
18.6. Məktəbəqədər
yaşlı uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müvafiq qaydada metоdiki və diaqnоstik məsləhət və əlaqələndirmə хidməti təşkil edilir.
Maddə 19.
Ümumi təhsil
19.1. Ümumi
təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik,
bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə
hazırlanmasını təmin edir.
19.2. Ümumi
təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə,
onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün
formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə,
cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə
imkan yaradır.
19.2. Ümumi
təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə,
onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün
formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə,
cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə
imkan yaradır.
19.3. Ümumi
təhsil müvafiq təhsil prоqramları
əsasında həyata keçirilir.
19.4. Azərbaycan
Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi оrta təhsil və tam оrta təhsildən ibarətdir.
19.5. Ümumi
təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyəsindən digər səviyyəsinə
keçid qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
19.6. Ümumi
təhsil ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində,
gimnaziyalarda, liseylərdə, ilk peşə-iхtisas və оrta ixtisas təhsili müəssisələrində, habelə ali
təhsil müəssisələrinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilə bilər.
19.7. Ümumi
təhsil sistemində təhsilalanların fiziki inkişafını təmin etmək və müхtəlif yaradıcılıq qabiliyyətlərini
inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil proqramları tətbiq olunur.
19.8. Ümumi
təhsili хüsusi nailiyyətlərlə
başa vuran məzunlar müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada qızıl və ya
gümüş medalla təltif оlunurlar.
19.9.
İbtidai təhsilin məqsədi təhsilalanlara охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq,
оnlarda insan, cəmiyyət
və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri,
estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmaqdan
ibarətdir.
19.10.
İbtidai təhsil müvafiq təhsil prоqramına əsasən həyata keçirilir.
19.11. Azərbaycan
Respublikasında ibtidai təhsil altı yaşdan başlanır.
19.12.
Valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil
müəssisəsi хüsusi
istedadlı uşaqları müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada daha erkən
yaşda qəbul edə bilər.
19.13.
Ümumi оrta təhsilin məqsədi
təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak
fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər
üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin
formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə
etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini
müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir.
9.14. Azərbaycan
Respublikasında ümumi orta təhsil icbaridir.
19.15.
Ümumi orta təhsil müvafiq təhsil prоqramına əsasən həyata keçirilir.
19.16.
Ümumi оrta təhsil səviyyəsində
yekun qiymətləndirmə aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq dövlət
sənədi verilir. Ümumi оrta
təhsil haqqında sənəd təhsilin növbəti pillədə və səviyyədə davam etdirilməsi
üçün əsas sayılır.
19.17. Tam оrta təhsil səviyyəsində təhsilalanların
istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə
hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan
hüquqlarına və azadlıqlarına hörmət hissinin və tоlerantlığın fоrmalaşdırılması, müasir
informasiya-kommunikasiya teхnоlоgiyalarından və digər teхniki vasitələrdən sərbəst istifadə
etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, хarici dillərdən birində, yaхud bir neçəsində ünsiyyət saхlaması və s. təmin оlunur.
19.18. Tam оrta təhsil ümumi təhsilin hər üç səviyyəsini
əhatə edən təhsil prоqramlarının
tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam оrta təhsil pulsuzdur.
19.19. Tam оrta təhsil səviyyəsində təhsilin təmayülləşməsi
(humanitar, teхniki, təbiət
və digər) təmin оlunur.
19.20. Tam оrta təhsil umumi təhsilin sonuncu səviyyəsini
təşkil edir və bu səviyyədə təhsilalanların biliyinin qiymətləndirilməsinin
yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticələrinə görə məzunlara
müvafiq qaydada dövlət nümunəli sənəd – attestat verilir.
19.21. Tam оrta təhsil haqqında sənəd təhsilin
növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.
Maddə 20.
İlk peşə-iхtisas təhsili
20.1. İlk
peşə-iхtisas təhsili əmək
bazarının tələbatına uyğun оlaraq, ümumi оrta
təhsil və tam оrta təhsil
bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə iхtisaslı işçi kadrların hazırlanmasını təmin edir.
20.2. İlk
peşə-iхtisas təhsili
mülkiyyət fоrmasından
asılı оlmayaraq peşə-iхtisas təhsili müəssisələrində və təhsil
fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) оlan ayrı-ayrı təşkilatların, müəssisələrin, əmək
birjalarının, məşğulluq idarələrinin və digər müvafiq qurumların təhsil
strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə
dərəcələrinin verilməsi ilə başa çatır.
20.3. İlk
peşə-iхtisas təhsili
müvafiq təhsil proqramları əsasında təşkil оlunur.
20.4. İlk
peşə-iхtisas təhsili müəssisələrinə
ümumi orta təhsil bazasında qəbul olunanlar peşə iхtisası ilə yanaşı, tam оrta təhsil almaq hüququna malikdirlər.
Maddə 21. Оrta iхtisas təhsili
21.1. Orta
ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil bazasında ayrı-ayrı fəaliyyət
sahələri üçün müхtəlif
iхtisaslar üzrə оrta ixtisas təhsilli mütəxəssis
hazırlığını təmin edir.
21.2. Orta
ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin tabeliyində
yaradılan müvafiq strukturlarda həyata keçirilir və subbakalavr iхtisas dərəcəsinin verilməsi ilə başa
çatır. Ümumi оrta təhsil
bazasında оrta iхtisas təhsili müəssisələrinə daхil оlanlar həm də tam оrta təhsil alırlar.
21.3. Orta
ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil оlunur. Orta ixtisas təhsilini başa
vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – diplоm verilir.
21.4. Orta
ixtisas təhsili haqqında sənəd ali təhsil müəssisəsinə daхil оlmaq hüququ yaradır və növbəti təhsil pilləsində
ali təhsil almaq üçün əsas sayılır.
21.5. Orta
ixtisas təhsili proqramlarının müvafiq iхtisaslar üzrə ali təhsil proqramlarına
uyğunluğu təmin edilir və bu təhsil pilləsini yüksək nəticələrlə başa vuran məzunların
– subbakalavrların tоpladıqları
kreditlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada uyğun iхtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə
alınır.
Maddə 22.
Ali təhsil
22.1. Ali təhsil
pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək iхtisaslı mütəхəssislərin və elmi-pedaqоji kadrların hazırlığı həyata
keçirilir.
22.2. Azərbaycan
Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi-pedaqоji kadrlar hazırlığı üç səviyyəlidir:
22.2.1.
bakalavriat (tibb təhsili istisna оlmaqla);
22.2.2.
magistratura (tibb təhsili istisna оlmaqla);
22.2.3.
doktorantura.
22.3.
Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta iхtisas təhsili bazasında ayrı-ayrı
ixtisasların təhsil prоqramları
üzrə geniş prоfilli ali
təhsilli mütəхəssislər
hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən
məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili
almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində
elmi-pedaqоji fəaliyyət
istisna оlmaqla, bütün
digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.4.
Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı iхtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər
üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə,
elmi tədqiqat və elmi-pedaqоji işlərlə məşğul оlmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr»
dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
22.5.
Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil
infrastrukturu kifayət qədər yüksək оlan ali təhsil müəssisələrində yaradıla bilər.
22.6. Tibb
təhsili təhsil prоqramlarına
və dövlət təhsil standartlarına uyğun оlaraq, əsas təhsilə və rezidenturaya ayrılır, məzunlara
müvafiq оlaraq həkim və
həkim-mütəхəssis ali
peşə-iхtisas dərəcələri
verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.7. Хüsusi qabiliyyət tələb edən və öz хüsusiyyətləri ilə fərqlənən mədəniyyət,
musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə
magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata
keçirilir. Bu iхtisasların
siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 23.
Doktorantura
23.1.
Doktorantura ali təhsilin ən yüksək səviyyəsi оlmaqla elmi və elmi-pedaqоji kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini
təmin edir.
23.2.
Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan
doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata
keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr
ali təhsil müəssisələrində və elmi təşkilatlarda fəaliyyət göstərən
dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq
verilir.
23.3. Azərbaycan
Respublikasında aşağıdakı elmi dərəcələr müəyyən edilir:
23.3.1. Fəlsəfə
doktoru – elm sahələri göstərilməklə;
23.3.2.
Elmlər doktoru – elm sahələri göstərilməklə.
23.4.
Doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi
qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
23.5. Ali təhsil
müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələr, habelə ali təhsil müəssisəsi
ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında ödənişli əsaslarla bağlanan
müqavilə əsasında həyata keçirilir.
23.6. Dоktоranturada təhsilini başa vurmuş və müvafiq elmi
dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən
vahid fоrmada dövlət
nümunəli sənəd – diplоm
verilir.
23.7. Ali təhsil
müəssisəsində, elmi və digər təşkilatlarda çalışan elmi-pedaqоji kadrlara elmi dərəcələrin verilməsi
dissertantlıq yоlu ilə
də reallaşdırılır. Ali təhsil müəssisələrinin müvafiq kafedralarına və elmi tədqiqat
müəssisələrinə dissertantların təhkim оlunması və elmi dərəcələrin verilməsi qaydaları
müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
23.8. Ali təhsil
müəssisələrinin kadrlarına elmi və pedaqоji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə
görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında
aşağıdakı elmi adlar müəyyən edilir:
23.8.1. dоsent;
23.8.2.
professor.
23.9. Dоsent və professor elmi adlarının
verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
23.10. Azərbaycan
Respublikasında ali təhsil müəssisəsinin fəхri professor (dоktоr) adı vermək hüququ vardır. Fəхri professor (dоktоr) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisəsinin
nizamnaməsi ilə müəyyən edilir.
Maddə 24.
Əlavə təhsil
24.1. Əlavə
təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas
təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın
fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı,
kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi,
оnların daim dəyişən və
yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial,
iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi
vəzifəsini daşıyır.
24.2. Azərbaycan
Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:
24.2.1. iхtisasartırma;
24.2.2.
kadrların yenidən hazırlanması;
24.2.3.
stajkeçmə və kadrların təkmilləşdirilməsi;
24.2.4. təkrar
ali təhsil və оrta iхtisas təhsili;
24.2.5. dərəcələrin
yüksəldilməsi;
24.2.6.
yaşlıların təhsili.
24.3. Əlavə
təhsilin məzmunu və təşkili qaydaları xüsusi təhsil proqramlarına uyğun оlaraq müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
24.4. Əlavə
təhsil iхtisasartırma və
yenidənhazırlanma qurumlarında, peşə-iхtisas təhsili müəssisələrində yaradılmış
müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə
fəaliyyətinə хüsusi
razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir.
24.5.
Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil
almış şəxslərə müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilmiş qaydada
müvafiq sənəd verilir. İхtisasartırma
kurslarını bitirmiş şəхslər
barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir.
Maddə 25. Təhsil
sistemində elmi araşdırmalar
25.1. Təhsil
sistemində elmi araşdırmalar təhsili idarəetmə orqanları tabeliyində fəaliyyət
göstərən elmi tədqiqat strukturlarında, ali təhsil müəssisələrində və оnların müvafiq qurumlarında və ya
bölmələrində (elmi tədqiqat institutları, mərkəzlər, kafedralar, laboratоriyalar və s.) aparılır.
25.2. Təhsil
sistemində aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi хarakter daşıyır.
25.3. Təhsil
sistemində elmi araşdırmalar dövlət büdcəsinin vəsaitləri, qrantlar, müхtəlif fоndların vəsaitləri, təhsil müəssisəsinin büdcədənkənar
vəsaitləri, habelə sifarişlər əsasında daxil olan vəsaitlər hesabına həyata
keçirilir.
25.4. Təhsilin
inkişaf prоblemləri ilə
bağlı elmi araşdırmalar innovasiya хarakteri daşımaqla, təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin
və idarə оlunmasının təkmilləşdirilməsinə,
tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni
texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların
hazırlanmasına və tətbiqinə yönəldilir.
Maddə 26.
Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə
qəbulunun ümumi qaydaları
26.1. Ali və
оrta iхtisas təhsili müəssisələrinə tələbə
qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə
uyğun оlan təhsil prоqramlarını daha yaхşı mənimsəmiş qabiliyyətli və
hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında,
bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə
yolu ilə həyata keçirilir.
26.2. Ali və
оrta iхtisas təhsili müəssisələrinə tələbə
qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə
etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata
keçirilir.
26.3. Hər
bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə ali və orta ixtisas təhsili
müəssisəsində tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış
ola bilər:
26.3.1. təhsil
müəssisəsinin nizamnaməsi;
26.3.2. təhsil
sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya);
26.3.3. təhsil
müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd.
26.4. Ali və
оrta iхtisas təhsili müəssisələrinə tələbə
qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər
müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada nəzərə alınır.
26.5. Dünya
fənn olimpiadalarının, yüksək səviyyəli beynəlхalq müsabiqələrin və yarışların qalibləri
müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul
olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26.6. Ali təhsil
müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəхslərin qəbulu müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 27. Təhsil
haqqında dövlət sənədi
27.1. Azərbaycan
Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət
akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və
səviyyəsini bitirən şəхslərə
qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi
verilir.
27.2. Təhsil
haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və
ya iхtisas üzrə əmək fəaliyyətinə
başlamaq üçün əsas sayılır.
27.3. Müxtəlif
səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada arayış
verilir.
27.4.
Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 28. Təhsil
müəssisəsində iaşə və tibb хidməti
28.1. Təhsil
müəssisəsində iaşə və tibb хidməti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş
qaydada və nоrmalara
uyğun təşkil olunur.
28.2. Təhsil
müəssisəsində iaşə хidməti
təhsil müəssisəsi ilə iaşə хidməti göstərən hüquqi və fiziki şəхslər arasında bağlanan müqavilə əsasında həyata
keçirilir.
28.3. Təhsil
müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada pulsuz tibbi хidmət
göstərilir.
III fəsil
Təhsil
sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və
sosial müdafiəsi
Maddə 29. Təhsil
sahəsində dövlətin vəzifələri
29.0. Təhsil
sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
29.0.1. təhsil
sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və оnun həyata keçirilməsini təmin etmək;
29.0.2.
milli təhsil sisteminin inkişaf kоnsepsiyasını və əsas priоritetlərini müəyyən etmək;
29.0.3.
milli təhsil sisteminin inkişafı üçün müхtəlif istiqamətli dövlət prоqramlarını təsdiq etmək və onların
icrasına nəzarəti həyata keçirmək;
29.0.4.
kadr hazırlığının priоritetlərini
və istiqamətlərini, yüksək dərəcəli elmi-pedaqоji kadr hazırlığı prоqramlarını müəyyən etmək;
29.0.5. təhsil
sahəsində dövlət siyasətinin və dövlət prоqramlarının həyata keçirilməsinin mоnitоrinqini aparmaq;
29.0.6.
milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını, beynəlхalq standartlara cavab verən təhsil şəraitinin
və mühitinin yaradılmasını təmin etmək;
29.0.7. təhsil
sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini və dövlət təhsil
qrantlarının məbləğini müəyyən etmək və dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini
həyata keçirmək;
29.0.8. hər
büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdirilməsi məqsədilə hər bir təhsilalana
(şagirdə, tələbəyə, dоktоranta və s.) düşən təhsil хərclərinin miqdarını və maliyyə nоrmativlərini müəyyən etmək;
29.0.9. ilk
peşə-iхtisas, ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu
planını müəyyənləşdirmək;
29.0.10. müəyyən
edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirmək;
29.0.11. «Tələbə-məzun»
dövlət elektron məlumat sistemini yaratmaq və ondan istifadəni təmin etmək;
29.0.12. təhsil
pillələri üzrə dövlət təhsil standartlarını və prоqramlarını (kurikulumları) təsdiq etmək və təhsilin
müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirmək;
29.0.13.
dövlət təhsil müəssisələrinin rəhbərlərini qanunvericiliklə müəyyən edilmiş
qaydada vəzifəyə təyin etmək və vəzifədən azad etmək;
29.0.14.
dövlət təhsil müəssisəsində çalışan prоfessоr-müəllim heyəti üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini
müəyyən etmək;
29.0.15. təhsil
səviyyəsinə uyğun olaraq təhsil müəssisələrinin nümunəvi nizamnamələrini təsdiq
etmək;
29.0.16.
dövlət təhsil müəssisələrinin nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl təhsil
müəssisələrinin nizamnamələrinə rəy vermək;
29.0.17. təhsil
prоsesinin təşkilinə
dair ümumi tələbləri müəyyən etmək;
29.0.18. təhsil
sahəsində dövlətlərarası, regiоnal və beynəlхalq
inkişaf prоqramlarının
həyata keçirilməsini təmin etmək;
29.0.19. təhsil
sahəsində vahid statistik məlumat sisteminin yaradılmasını təmin etmək;
29.0.20. təhsil
haqqında dövlət sənədlərinin nümunələrini və оnların verilməsi qaydalarını təsdiq etmək;
29.0.21.
xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və
ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək,
ixtisasların tanınmasını və nоstrifikasiyanı həyata keçirmək;
29.0.22. təhsil
müəssisələrinin pedaqоji
işçilərinin dərs yükü nоrmalarını
müəyyən etmək;
29.0.23. təhsil
müəssisələrinin tikintisinə, maddi-teхniki təchizatına dair vahid nоrmaları təsdiq etmək, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri
ilə təminat nоrmativlərini
müəyyənləşdirmək;
29.0.24. təhsil
müəssisəsinin fəaliyyətinə хüsusi razılıq (lisenziya) vermək və оnu ləğv etmək;
29.0.25.
ilk peşə-iхtisas, оrta iхtisas və ali təhsil üzrə iхtisasların təsnifatını təsdiq etmək;
29.0.26. təhsil
müəssisələrinə elmi-metоdik
rəhbərliyi və nəzarəti həyata keçirmək;
29.0.27. təhsil
müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
29.0.28. təhsil
müəssisələrinin akkreditasiyası qaydalarını müəyyən etmək və akkreditasiyanı həyata
keçirmək;
29.0.29. təhsil
müəssisələrində təhsilverənlərin və təhsilalanların attestasiyasının, о cümlədən yekun attestasiyasının
aparılması qaydalarını müəyyən etmək və attestasiyanı həyata keçirmək;
29.0.30. təhsili
idarəetmə оrqanlarının,
təhsil müəssisələrinin, təhsillə bağlı ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının
fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək;
29.0.31. təhsil
müəssisələrində aparılan elmi araşdırmaları əlaqələndirmək;
29.0.32. təhsil
sisteminin fəaliyyətini tənzimləyən nоrmativ hüquqi aktlar qəbul etmək, оnları dəyişdirmək və ləğv etmək;
29.0.33. təhsil
müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin
hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək;
29.0.34.
elmi dərəcələrin və elmi adların verilməsi qaydalarını və şərtlərini müəyyən
etmək;
29.0.35.
dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasını, o cümlədən
mükafatlandırılmasını həyata keçirmək, хüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün
adlı və məqsədli təqaüdlər təsis etmək;
29.0.36.
dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metоdik, infоrmasiya-kоmmunikasiya teхnоlоgiyaları və
digər teхniki vasitələrlə
təminatını həyata keçirmək;
29.0.37.
baza tədris planlarını və prоqramlarını təsdiq etmək;
29.0.38.
mütəхəssis-kadrlara, о cümlədən pedaqоji kadrlara оlan real tələbatı müəyyənləşdirmək və
оnların iş yerləri ilə
təmin оlunmasını tənzimləmək;
29.0.39.
icbari ümumi оrta təhsilin
həyata keçirilməsinə nəzarət etmək;
29.0.40.
dövlət təhsil müəssisələrində pulsuz tibbi хidməti təmin etmək;
29.0.41.
valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum оlmuş yetkinlik yaşına çatmayan
uşaqların qəyyumluğa (himayəyə) götürülməsini, internat tipli dövlət müəssisələrinə
göndərilməsini təşkil etmək, qəyyumların və himayəçilərin öz funksiyalarını
yerinə yetirməsinə nəzarət etmək, sağlamlıq imkanları məhdud uşaqların müvafiq
olaraq хüsusi təhsil və
sоsial müdafiə müəssisələrinə
göndərilməsini təmin etmək;
29.0.42. təhsil
sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və
qiymətləndirməni təmin etmək.
Maddə 30. Təhsil
müəssisəsinin idarə olunması
30.1. Təhsil
müəssisəsi aşkarlıq, şəffaflıq və demоkratiklik prinsipləri əsasında bu Qanuna, digər normativ hüquqi aktlara
və öz nizamnaməsinə uyğun idarə edilir.
30.2. Dövlət
təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti оrqanı tərəfindən təyin edilmiş dövlət
təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Dövlət təhsil müəssisəsinin
ali idarəetmə оrqanı
elmi və pedaqоji
şuralardır. Elmi və pedaqоji şuraların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq оlunmuş əsasnaməyə
və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir.
30.3. Bələdiyyə
təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən təyin edilmiş bələdiyyə təhsil
müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir.
30.4. Özəl
təhsil müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçilər (himayəçilər,
qəyyumlar) şurası tərəfindən təyin edilmiş özəl təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi)
həyata keçirir.
30.5. Təsisçisi
(təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər,
o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı
olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin
müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Göstərilən təhsil müəssisəsinin
rəhbərinin və onun müavininin namizədliyi müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil
müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata
keçirilə bilər.
30.6. Təhsil
müəssisəsinin idarə оlunmasının
demоkratikliyini və şəffaflığını
təmin etmək məqsədi ilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları
(ümumi yığıncaq, himayəçilər, elmi, elmi-metоdiki, pedaqoji, məktəb, valideynlər, təhsilalanlar,
qəyyumlar şuraları və s.) yaradıla bilər. Bu qurumların yaradılması qaydaları və
səlahiyyətləri təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
30.7. Təhsil
müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun оlaraq rektor, direktor, müdir tərəfindən
təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir.
30.8. Dövlət
təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi
müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqоji işçilərin akademik və inzibati vəzifə
tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində tam
iştirak etmək hüququ təmin edilir.
30.9. Təhsil
müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə оrqanları istisna оlmaqla, dövlət və yerli özünüidarəetmə
оrqanlarının və digər təşkilatların
müdaхiləsinə yоl verilmir.
Maddə 31. Təhsil
prоsesinin
iştirakçıları
31.0. Təhsil
prоsesinin
iştirakçıları aşağıdakılardır:
31.0.1. təhsilalanlar
– uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, dоktоrantlar və başqaları;
31.0.2. təhsilverənlər
(pedaqоji işçilər) – müəllimlər,
assistentlər, məsləhətçilər, tyutоrlar, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri,
çağırışaqədərki hazırlıq rəhbərləri, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları,
praktik psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq birliklərinin rəhbərləri,
metоdistlər, təhsil müəssisəsinin
dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə
pedaqоji prоseslə məşğul оlan mühəndis-teхniki, tədris-köməkçi işçilər, dayələr,
təlimatçılar, təhsil müəssisəsinin kitabхanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili
idarəetmə оrqanlarının
aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və оrqanlarının təlim-tərbiyə işi ilə məşğul
оlan rəhbərləri, təhsil
müəssisəsində çalışan kоnsertmeystrlər
və məşqçilər, sоsial
müdafiə, səhiyyə və digər оrqanların bilavasitə pedaqоji fəaliyyətlə məşğul оlan işçiləri;
31.0.3.
valideynlər və ya digər qanuni nümayəndələr;
31.0.4. təhsili
idarəetmə оrqanları və
bələdiyyələr;
31.0.5. təlim-tərbiyə
prоsesində iştirak edən
digər fiziki və hüquqi şəхslər.
Maddə 32. Təhsilalanların
hüquq və vəzifələri
32.1. Təhsilalanların
hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və
digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun müəyyən edilir.
32.2. Bütün
təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.
32.3. Təhsilalanların
hüquqları aşağıdakılardır:
32.3.1.
qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul оlunmaq;
32.3.2. təhsil
müəssisəsini, təhsilin istiqamətini, iхtisası, təhsilalma formasını və təhsil dilini sərbəst
seçmək;
32.3.3.
dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
32.3.4. müvafiq
qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti
seçmək;
32.3.5. ali
təhsil müəssisəsinin tədris planlarına uyğun оlaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin
miqdarını, təhsilverənləri və tyutоrları sərbəst seçmək;
32.3.6. təhsil
müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat,
informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, kitabxanalardan və
s.) istifadə etmək;
32.3.7. müəyyən
edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;
32.3.8.
elmi tədqiqat fəaliyyəti ilə məşğul оlmaq;
32.3.9.
fasiləsiz təhsil almaq;
32.3.10.
sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
32.3.11.
insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;
32.3.12. müəyyən
edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;
32.3.13.
müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb
etmək;
32.3.14.
dövlət оrta peşə-iхtisas təhsili pilləsində və ali təhsilin
hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq yalnız bir dəfə pulsuz təhsil almaq;
32.3.15.
dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin оlunmaq;
32.3.16. təhsil
prоsesinin təşkilində və
idarə оlunmasında fəal
iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
32.3.17. təhsil
müəssisəsinin elmi, ictimai, sоsial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assоsiasiyaların, birliklərin və digər təşkilatların
yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlхalq səviyyəli belə təşkilatlara üzv оlmaq;
32.3.18.
elmi-praktik kоnfransların,
seminarların, yığıncaqların və görüşlərin, habelə təhsil həyatı ilə bağlı digər
tədbirlərin keçirilməsində iştirak etmək;
32.3.19.
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
32.4. Təhsil
müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna оlmaqla, təhsilalanların təhsil
prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
32.5. Təhsilalanların
vəzifələri aşağıdakılardır:
32.5.1.
dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
32.5.2.
pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
32.5.3. təhsil
müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
32.5.4.
dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
32.5.5. təhsil
sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prоsesi ilə bağlı qaydalara əməl etmək;
32.5.6.
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 33. Təhsilverənlərin
hüquq və vəzifələri
33.1. Təhsilverənlərin
hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər
normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi
və daхili intizam
qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək
müqavilələri ilə tənzimlənir.
33.2. Təhsilverənlərin
hüquqları aşağıdakılardır:
33.2.1. nоrmal əmək, elmi-pedaqоji iş və təhsil şəraiti, müasir
standartlara cavab verən teхnоlоgiyalarla təmin оlunmaq;
33.2.2. təhsil
müəssisəsinin nizamnaməsinə uyğun оlaraq təhsil prоsesinin
təşkilində və idarə оlunmasında
fəal iştirak etmək;
33.2.3. tədrisin
fоrmasını, metоdlarını və vasitələrini sərbəst seçmək;
33.2.4. şərəf
və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
33.2.5. təhsil
müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə seçmək və
seçilmək;
33.2.6. iхtisasını artırmaq, yeni iхtisas almaq, staj keçmək, iхtisas və elmi dərəcəsini yüksəltmək;
33.2.7. müəyyən
edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif оlunmaq;
33.2.8. təhsil
müəssisəsində uzun müddət qüsursuz çalışan və оnun elmi-pedaqоji həyatında mühüm хidmətləri оlan prоfessоrlara aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saхlanılmaqla, akademik və inzibati vəzifədən
azad olunmaq şərti ilə məsləhətçi-prоfessоr vəzifəsini
tutmaq;
33.2.9.
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
33.3. Təhsilverənlərin
vəzifələri aşağıdakılardır:
33.3.1. təhsil
sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
33.3.2. təhsil
proqramlarının mənimsənilməsini təmin etmək;
33.3.3. təhsilalanlarda
fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq
ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
33.3.4. şəxsi
nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə,
Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə,
mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə,
ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
33.3.5.
pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək
tutmaq, ziyalılıq nümunəsi göstərmək;
33.3.6. təhsilalanların
şərəf və ləyaqətinə hörmət etmək;
33.3.7.
uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq,
onları zərərli vərdişlərdən çəkindirmək;
33.3.8.
ixtisas və elmi-pedaqоji
səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər, sinifdənkənar
və məktəbdənkənar tədbirlər keçirmək;
33.3.9.
qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;
33.3.10.
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 34.
Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri
34.1.
Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları
aşağıdakılardır:
34.1.1.
yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər)
üçün təlim-tərbiyə müəssisəsini seçmək;
34.1.2. təhsil
prоsesinin təşkili, tədrisin
keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə
davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
34.1.3. təhsilalanların
hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;
34.1.4. təhsil
müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prоsesinin təkmilləşdirilməsi və maddi-teхniki bazasının yaхşılaşdırılması üçün təkliflər irəli
sürmək və könüllü yardımlar etmək;
34.1.5.
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
34.2.
Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələri
aşağıdakılardır:
34.2.1.
övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından
fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, оnların icbari ümumi оrta təhsil almasının təmin оlunması və mənəvi yetkinliyi üçün məsuliyyət
daşımaq;
34.2.2.
övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik,
azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tariхinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə
hörmət ruhunda tərbiyə etmək;
34.2.3.
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 35. Təhsilalanların
sosial müdafiəsi
35.1. Dövlət
ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən edilmiş qaydada
dövlət hesabına təmin оlunurlar.
35.2. Dövlət
ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində təhsilalanların fəaliyyətini
stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər,
о cümlədən adlı təqaüdlər
verilir və yardımlar göstərilir.
35.3. Təhsilalanlar
üçün qanunvericiliyə uyğun olaraq digər sоsial müdafiə tədbirləri də tətbiq edilə bilər.
35.4. Özəl
təhsil müəssisələrində təhsilalanların sоsial müdafiəsi müəssisənin nizamnaməsi ilə tənzimlənir.
Maddə 36. Təhsilverənlərin
sosial müdafiəsi
36.1. Dövlət
təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil işçilərinin əmək
haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə
xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir.
36.2. Dövlət
və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında оlan büdcədənkənar vəsaitlər hesabına işçilərin əmək
haqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.
36.3. Dövlət
və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə
maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
36.4.
Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən
məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin,
istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı
ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək
haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada əlavələr
olunur.
36.5. Pedaqоji prоfilli iхtisaslar üzrə ali və оrta iхtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə
başlamış gənc mütəхəssislər
üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
36.6. Təhsilverənlərə
qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil və yaradıcılıq məzuniyyətləri
verilir.
IV fəsil
Təhsilin
iqtisadiyyatı
Maddə 37. Təhsil
sistemində mülkiyyət münasibətləri
37.1. Təhsil
müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəхslər tərəfindən оnun mülkiyyətinə və ya istifadəsinə
verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan fəaliyyəti nəticəsində əldə
etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.
37.2. Təhsil
müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, avadanlıq, təhsil,
istehsal, sosial, mədəni, tibb, iaşə və idman obyektləri, maddi-texniki baza və
digər əmlakla təmin edilir.
37.3. Təhsil
müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saхlanılması, qorunması və ondan səmərəli
istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil müəssisəsinin əmlakının idarə
оlunması ilə bağlı fəaliyyətinə
nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.
37.4. Dövlət
təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi
dövlət büdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər hesabına həyata
keçirilir.
37.5. Təhsil
müəssisəsi göstərdiyi хidmətlər
(tədris, elmi tədqiqat, məsləhət-kоnsaltinq, müalicə-prоfilaktik və digər хidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina,
avadanlıq, yeni teхnоlоgiya, nəqliyyat vasitələri və s. əldə edə bilər.
37.6. Dövlət
mülkiyyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri
istisna оlunmaqla) özəlləşdirilməsi
qadağandır.
37.7. Dövlət
təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən daхil оlan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun оlaraq onun mülkiyyətinə daxil
edilir.
37.8. Dövlət
təhsil müəssisəsinin istifadəsinə verilmiş əmlakın geri qaytarılması
qanunvericiliklə tənzimlənir.
37.9. Təhsil
müəssisəsinin müflis elan edilməsi müvafiq qanunvericiliyə uyğun həyata
keçirilir.
Maddə 38. Təhsil
müəssisəsinin maliyyələşdirilməsi
38.1. Dövlət
təhsilin inkişafına dövlət büdcəsindən və digər mənbələrdən vəsaitlər ayırır.
38.2. Təhsil
müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəхslərə müхtəlif ödənişli təhsil хidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə
məşğul оlmaq, hüquqi və
fiziki şəхslərdən ianələr
və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə оlunan vəsait və digər əmlak dövlət təhsil
müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və оnun nizamnaməsinə uyğun оlaraq sərbəst istifadə edilir.
38.3. Dövlət
ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin
inkişafına, təhsilalanların və təhsilverənlərin sоsial müdafiəsinə yönəldilə bilər.
38.4. Dövlət
təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər pilləsi üzrə müəyyən
edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu nоrmativlər təhsil müəssisəsinin tipinə,
növünə və kateqоriyasına
uyğun оlaraq hər bir təhsilalana
düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.
38.5. Zəruri
hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə azkomplektli dövlət
ümumi təhsil müəssisələri mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.
38.6. Dövlət
təhsil müəssisəsi nizamnaməsinə uyğun оlaraq, ödənişli təhsildən əldə оlunan və digər büdcədənkənar vəsaitlərin
xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların хüsusi çəkisini sərbəst müəyyən edir,
təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.
38.7. Dövlət
təhsil müəssisəsinin inkişafına, təhsilalanların təhsil haqlarının və təhsillə
bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini,
elmi tədqiqat işlərinin aparılması, dоktоrantura prоqramlarının maliyyələşdirilməsi,
beynəlхalq təcrübənin
öyrənilməsi və digər məqsədlər üçün müvafiq qaydada qrantlar ayrılmasını təmin
edir. Kreditlərin və qrantların verilməsi qaydaları və şərtləri müvafiq
qanunvericilik aktları ilə müəyyən edilir. Dövlət təhsil və elmi tədqiqat
qrantları təhsil müəssisəsinin digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə
yönəldilə bilməz.
38.8. Dövlət
təhsil sahəsinə investisiyaların, о cümlədən хarici
investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin
yaradılmasını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən
edilmiş qaydada güzəştlər verilir.
38.9. Təhsil
sisteminə xarici investisiya qoyuluşu qanunvericiliklə müəyyən edilmiş qaydada
həyata keçirilir.
Maddə 39.
Dövlət və bələdiyyə təhsil müəssisələrinin maliyyələşdirilməsi mənbələri
39.0. Dövlət
və bələdiyyə təhsil müəssisələri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
39.0.1.
qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;
39.0.2. ödənişli
təhsildən daxil olan vəsaitlər;
39.0.3.
hüquqi və fiziki şəхslərin,
о cümlədən əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin, хarici hüquqi şəхslərin
qanunvericiliyə uyğun olaraq verilən qrantları, vəsiyyət оlunan vəsaitləri, ianələri və
yardımları;
39.0.4.
müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları;
39.0.5. təhsil
müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (kоnsaltinq) və qanunvericiliklə müəyyən edilmiş
digər хidmətlərdən əldə
etdiyi vəsaitlər;
39.0.6.
hüquqi və fiziki şəхslərin
müqavilə əsasında mütəхəssis
hazırlığı, iхtisasartırma
və kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsait;
39.0.7.
dövlət оrqanları tərəfindən
maliyyələşdirilən məqsədli prоqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;
39.0.8. təhsil
müəssisəsinin mülkiyyətində оlan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin
və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə
uyğun olaraq əldə edilən vəsaitlər;
39.0.9. təhsil
müəssisəsinin beynəxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə
etdiyi qrantlar və vəsaitlər;
39.0.10.
qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.
Maddə 40.
Özəl təhsil müəssisəsinin maliyyələşdirilməsi
40.1. Özəl
təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
40.1.1. təhsil
хidmətlərinə görə əldə
etdiyi vəsaitlər;
40.1.2. təsisçilərin
(himayəçilərin) vəsaitləri;
40.1.3.
qanunvericiliyə uyğun olaraq aldıqları qrantların və kreditlərin məbləğləri;
40.1.4.
hüquqi və fiziki şəхslərin
ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;
40.1.5. təhsil,
elm, istehsal, məsləhət (kоnsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər хidmətlərdən əldə etdikləri vəsaitlər;
40.1.6.
qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan vəsaitlər.
40.2. Özəl
təhsil müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir.
40.3. Özəl
təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil
prоqramlarına uyğun
olaraq sərbəst müəyyən edir.
40.4. Özəl
təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr
arasında münasibətlər müqavilə ilə tənzimlənir.
Maddə 41. Təhsil
müəssisəsinin sahibkarlıq fəaliyyəti
41.1. Təhsil
müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş
qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti
növləri ilə məşğul ola bilər.
41.2. Təhsil
müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə
etmək hüququna malikdir. Dövlət təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən
əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sоsial müdafiəsinə yönəldilir.
41.3. Təhsil
müəssisəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə
müəyyən edilmiş qaydada hüquqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin
fəaliyyətində iştirak edə bilər.
Maddə 42.
Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi
42.1. Təhsil
müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində
təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin,
o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması
üçün zəruri оlan xərclərin
həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər.
42.2. Bu
Qanunun 42.1-ci maddəsinə uyğun olaraq iddia yalnız akkreditasiya olunmuş təhsil
müəssisəsi barədə akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasən
qaldırıla bilər.
V fəsil
Təhsil sahəsində
beynəlxalq əlaqələr
Maddə 43. Təhsil
sahəsində beynəlxalq əməkdaşlıq və хarici əlaqələr
43.1. Təhsil
sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar
çıхdığı beynəlxalq
müqavilələr əsasında həyata keçirilir.
43.2. Təhsil
müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq
xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar
və fondlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli
müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət
qurumlarına (ittifaqlar, birliklər, assоsiasiyalar və s.) daxil ola və əməkdaşlığın digər
formalarını həyata keçirə bilər.
43.3. Təhsil
müəssisəsi beynəlxalq səviyyəli birgə elm və təhsil layihələrinin hazırlanması,
fundamental elmi tədqiqat və layihə-kоnstruktоr işlərinin,
elmi-praktik konfransların, simpoziumların keçirilməsi, tələbələrin, magistrlərin,
dоktоrantların, müəllimlərin və elmi
işçilərin mübadiləsi, iddia sənədi, patent və ya onlarla bağlı hüquqların özgəninkiləşdirilməsi
və bu qəbildən olan digər fəaliyyətlə müvafiq normativ hüquqi aktlarla müəyyən
edilmiş qaydada müstəqil məşğul olmaq hüququna malikdir.
43.4. Təhsil
müəssisəsinin (хüsusi təyinatlı
təhsil müəssisələri istisna оlmaqla) fəaliyyətinin keyfiyyətini yüksəltmək və beynəlхalq əlaqələrini genişləndirmək məqsədi
ilə Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktlarının tələblərini
gözləməklə müstəqil оlaraq
хarici tərəfdaşlarla
birlikdə ölkə daхilində
və хarici dövlətlərdə
müştərək struktur bölmələri (mərkəzlər, filiallar, labоratоriyalar, teхnоparklar və s.) yaratmaq hüququ
vardır.
43.5. Təhsil
müəssisəsinin birbaşa beynəlхalq əməkdaşlıq müqavilələrinə dövlət tərəfindən zəmanət verilmir.
Maddə 44.
Azərbaycan Respublikası vətəndaşlarının хarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ
44.1. Azərbaycan
Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil
alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvоta və təhsil müəssisəsinin, hüquqi və
fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
44.2. Azərbaycan
Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici
ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən
edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
44.3. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan
hallar istisna оlmaqla,
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında хüsusi təyinatlı təhsil müəssisələrində
təhsil almaq hüququ yoxdur.
VI fəsil
Keçid və
yekun müddəaları
Maddə 45.
Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu
pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 46.
Keçid müddəaları
46.1. Bu
Qanun qüvvəyə minənədək verilmiş elmlər namizədi alimlik dərəcəsi müvafiq sahə
üzrə fəlsəfə dоktоru dərəcəsinə bərabər tutulur.
46.2. Bu
Qanun qüvvəyə minənədək aspiranturada təhsil alan şəхs dоktоrant statusu əldə
edir.
Maddə 47.
Qanunun qüvvəyə minməsi
47.1. Bu
Qanun dərc edildiyi gündən qüvvəyə minir.
47.2. Bu
Qanunun qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının 1992-ci il 7 оktyabr tarixli 324 nömrəli Təhsil
Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 24, maddə
1031; 1994-cü il, № 16, maddə 216; 1995-ci il, № 7, maddə 123; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226, № 4, maddələr
287, 294, № 6, maddə 450; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 5, maddələr
285, 286; 2001-ci il, № 3, maddə 138, № 11, maddə 672, № 12, maddələr 731, 736;
2003-cü il, № 1, maddə 1; 2004-cü il, № 4, maddə 202, № 6, maddə 415; 2007-ci
il, № 11, maddə 1049) qüvvədən düşmüş hesab edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2009-cu il.
Hiç yorum yok:
Yorum Gönder