Bəzən düşündüklərimiz hiss elədiklərimizlə üst-üstə düşmür. O, əlindəki çantanı divanın üstünə qoyub qapıya tərəf getdi. İllərdir, görmədiyi ata-anası qarşısında durmuşdu. "Mənim belə övladım yoxdur" -deyib övladlarını bir an içində həyatlarından silmişdilər. Edam kürsüsündə olan caniyə son söz haqqı verilir, görən onun günahı bu qədər böyükdür ki, bu son şansı, son sözü ona vermədilər.
Onda Lalənin 16 yaşı var idi. May ayının axırı idi. O da yoldaşları kimi universitetə hazırlaşırdı. Məktəbdən qayıdarkən Laləni qaçırmaq istədiklərin eşidən rəfiqəsi-Nərgiz bu xəbəri ona çatdırdı. Xəbər tez kəndə yayıldı. Hamı bu xəbəri Lalənin valideynlərinə neçə deyəcəyini düşünürdü. Lalənin atası Əlihüseyn kişi kəndin ən ağır təbiətli adamlarından idi. Qız-gəlinlər onu görəndə başını aşağı salar, onun gəlib keçməyini gözləyərdilər. Kənd camaatı arasında namusu hər şeydən üstün tutan Əlihüseyn belə hadisə ilə rastlaşacağı heç vaxt ağlına gəlməzdi. Amma o da bu axşam yuxusunu qarışdırmışdı. Ürəyi çox narahat idi. Buna görə bu gün mal-qaranı örüşə də aparmamışdı.
Kəndin ağsaqqalarından Cavanşir ona yaxınlaşıb baş verən hadisəni üsulunca danışmaq istədi. O, Əlihüseynin gözündəki qəzəbi görüb bir anlıq özünü itirdi. Niyə, nə üçün gəldiyni unutdu. Bu zaman dili topuq vurdu:
-Bala, bu elə bir hadisədir ki, hamının başına gələ bilər. Bilirəm, sənin üçün ağır olsa da, qonşu kənddən qızını qaçırıblar. Bunu eşidəndə sanki onun başına qaynar su tökdülər. O qədər əsəbləşdi ki, qarşısına çıxan hər şeyi darmadağın edir, evdəkilərə nalayiq sözlər deyirdi. Həmişə xeyir-şər işlərini aşıran Cavanşir kişi onu sakitləşdirə bilmirdi. O gah tüfəngin götürür, gah kəndir götürür, gözünün ağı-qarası olan bircə balasını öldürəcəyini deyir.
Qaçırılacaq xəbərini eşidən Lalə yaxınlıqda olan rəfiqəsigilə getmişdi. O, bu işdən canını necə qurtaracağını düşünürdü. Atasına da əli çatmırdı, axı o mal-qaranı örüşə aparmışdı, axşam qayıdacaqdı. Ən yaxşısı axşamı gözləmək idi.
Nadir dayı axşam işdən qayıtdı. Dəfələrlə öz evində gördüyü, qızı ilə yaşıt olan bu qızla səmimi görüşdü. Nərgiz baş verən hadisəni atasına danışdı.
Nadir dayı dedi:
-Qızım, narahat olma nə qədər ki mən varam, heç kim sənin həndəvərində dolana bilməz. Sabah işə gedəndə sən də mənimlə çıxarsan. Mən səni evinizə sağ-salamat çatdıraram. Lalənin qayığılı üzündə bir təbəssüm göründü.
Səhər açıldı. Günəş öz qızmar şualarını kəndin üzərinə səpələdi. Əlihüseyn gecəni yatmamış, səhəri gözüaçıq keçirmişdi. Artıq o hər şeyi beynindən silmişdi. O silinənlər içərsində Lalə də var idi. O, həyatının sevincini, gələcəyinin ümidini silmişdi həyatından. Bir axşamın içində sanki balacalaşmış, yumağa dönmüşdü, o zəhmindən əsər-əlamət qalmamışdı. İndi övladından çox kənd camaatına nə deyəcək onu düşündürürdü.
Bu zaman qapı döyüldü:
Əlihüseyn kişi qızını qarşısında görüb quru kötük olub qapının ağzında dayandı. Get,-dedi,-mənim sən adda qızım yoxdur, - deyib qapını üzünə çırpdı. Lalə atasının xasiyyətini yaxşı bilirdi, o dediyindən dönməyəndir. İndi kənddə də yaşaya bilməzdi. Kim əl açsın , kimdən imdad diləsin. Axı atasının qorxusundan heç kim onu evinə ala bilməzdi. O qonşu kəndə qayıtdı (onun gedəcək yeri yox idi).
Nadir dəfələrlə Əlihüseynlə danışmağa cəhd göstərdi. Qızının qaçırılmadığını, bunlar boş şayiə olduğunu dedi. Sanki sözlər daşa dəyib yerə tökülürdü. Əlihüseyn elə başa düşürdü, qızı artıq çox çirklənmişdi. Onu bağışlamaq ona ölüm qədər ağır görünürdü. Artıq Nadir də əlini üzmüşdü. Onun ailəsi çox geniş idi. Qarovulçuluqdan əldə etdiyi maaşla ailəsini bir təhər dolandırırdı. Onun süfrəsi nə qədər kasıb olsa da, ürəyi bir o qədər zəngin idi. Artıq bu kasıb ailədə Lalənin də bir yeri var idi.
Qəbul imtahanları yaxınlaşırdı. Lalə şəhərə getməli, son sarılacaq arzularını həyata keçirməli idi. O, imtahan verəcək bina ilə üz-üzə durmuşdu. Yay olduğu üçün havalar çox isti idi. Lalə həyətdə çoxlu su içib, son oxuduqlarını beynində təhlil etdi. Artıq nəzarətçinin səsi uşaqları ətrafına yığdı. Sənədlər yoxlandıqdan sonra imtahan otaqlarına keçdilər. "İmtahan başlandı" - nəzarətçinin sözü qurtaran kim hamı qarşısındakı sual kitabçasına baxdı, bir anlıq oxuduqları buz kim beynində dondu. Sanki hər iki tərəfdən başını məngənə arasında sıxırdılar. İyirmi dəqiqəyə o özünə gəldi. Sonra suallara bir-bir baxmağa başladı. Üç saatın neçə gəlib keçdiyini hiss etmədi. Amma onu bildi ki, yazdığı testlər heç də çətin deyilmiş.
Nərgiz də imtahanda idi. Onlar 28 May deyilən yerdə görüşməli idilər. Nərgiz çox bikef idi. Gələndən sualların ağırlığından şikayət edirdi. İmtahanın cavablarının çıxmasını səbirsizlikə gözləyirdilər. Yay olduğundan günlər də gəlib keçmirdi. Bəlkə də, bu on gündə Lalə on kiloqram arıqlamışdı. Hər gecə özünə deyirdı: Hə, Lalə sən qəbul oldun, bəs bu sevincini kimlə paylaşacaqsan? Axı səni boş söz-söhbətin üstündə həyatından bir heç kimi silən valideynlərinlə, yoxsa öz yoxsul daxmasında sənə yer verən insanlarla! Elə bilməyin ölməyi düşünmədi. Əslində düşündü, sonra nənəsinin ona danışdığı söhbətlər yadına düşdü. Cahan nənəsi demişdi: " Bu can sənə əmanətdir. Əgər bu cana yaxşı baxmasan, o dünyada cavabın ağır olcaq. Sən yaradana necə baxarsan, o da sənə elə baxacaq. Bu dünya yalançı dünyadır, əbədi dünya insaların qorxub qaçdığı axirətidir. Həyat yalançı olduğu üçün şirindir, axirət gerçək olduğu üçün acıdır,- deyə nənəsi sözün bitirmişdi"
Elə bilirdi ki, çox fikirli olduğu üçün ətrafdakı insanlar ona xəstə kimi baxırdılar. Sonralar eşitmişdi ki, elə anlar olurmuş, o yolla danış-danışa gedirmiş. Bu daxili böhrana qarşı mübarizə aparmaq istəyirdi, amma o meydanda tək idi. Onda başa düşdü ki, ən ağır sınaq insanın öz-özü ilə mübarizə aparmasıdır. Həyatın bu kəşməkəşli yollarını keçməyə özünə söz verdi.
Nəhayət, gözlənilən gün gəlib çatdı. İmtahan balları bilindi. Kənddə birinci abituriyent idi ki, 662 bal toplamışdı. Sevincinin həddi - hüdudu yox idi. Amma yenə bu sevinci istədiyi qədər yaşaya bilmədi. Çünki Nərgiz kəsilmişdi. Onun göz yaşları onu ocaq kimi yandırırdı. Lalə bir anda olsa, onun yanından ayrılmırdı, ona təsəli verirdi.
O, bu balla istədiyi fakultəyə düşürdü. Lalə uşaqlıq arzusuna addım-addım yaxınlaşırdı, jurnalist olmaq istəyirdi. Həmişə onu sinifdə informasiya mənbəyi adlandırardılar. Bütün informasiyaları beynin də cəmləşdirib uşaqlara deyər, hətta onlar üçün təhlil edərdi. Bu onun həyatının bir hissəsini təşkil edərdi. Nitqinə görə də həmişə seçilərdi. Oxuduğu illər boyu müəllimlərin sevimli şagirdi olmuşdu. Həmişə Laləyə deyirdilər: "Bax bu qız bizim kəndi hər yerdə öz adı ilə tanıdacaq!" O da sevinc hissi ilə evə qayıdardı.
Şəhərin isti, bürkülü havası bu kənd qızını çox sıxırdı, amma buna da öyrəşdi. Həyatın on altı yaşından bu qıza çəkdiyi şillələr çox sərt idi. Onun hökmü nə qədər güclü olsa da, bu zəif bədəni yıxa bilmədi. Zəif olduğu qədər güclü ruha malik olan bu qız sığındığı son ümidi də puç olmasın deyə gecə-gündüz çalışırdı. Dərslərdə fəalığna, nitqinə görə qrup yoldaşlarından qabaqda idi. Müəllimləri də onun bu bacarığını görüb ikinci kursdan radioda 15 dəqiqəlik kiçik bir verilişin aparıcılığını Laləyə tapşırdılar. Dünya xəbələrini cəmiyyətə çatdıran bu qızın səsindəki sehr hamını özünə çəkirdi. Səsini radioda eşitdiyimiz bu qızcığazı xalq daha geniş audutoriyalarda görmək istəyirdi.
Axşam xəbərləri başladı. Bütün Azərbaycanı deyə bilmərəm, amma bir kəndin cammatın başına yığdı bu səs. Görən veriləcək xəbər həmin kənd camaatı üçün çox maraqlı idi? Yoxsa onlara tanış sima sunacaqdı bu xəbəri? Bu nə sevinc, bu nə fəxarət. Elə bil bu qızla tanıdı bu kiçik kəndi dünya! Amma bir ailənin televizoru qara qutu kimi evin ortasında dururdu. Bu, Əlihüseyn kişinin evi idi. Onu daxilən bir zəli kimi qanını sümürən nə idi? Niyə günahsız övladını bağışlamırdı?! Axı hamını öz səsilə sehrləyən bu qız atasının o qaranlıq dünyasını bir günəş qədər isidə bilərdi. Doğrdan da, Əlihüseyn kişi bundan qorxurdu. Bu vəziyyət onun üçün də asan deyildi. Həmişə kənddə namusdan söhbət düşsə, ilk fikrini söyləyən o olardı. Dediyi sözlərmi indi öz qanını zəhərləyir, övladına sarı gedən ayaqlarını zəncirləyir, "qızım" deyən dilini dağlayır. Bunları aşmaq onun üçün çox çətindir. Yaşından tez beli bükülmüşdü bu atanın! Xalq üçün, Vətən üçün yetişdirdiyi övladdan utanmaq olarmı? Vaxti ilə dediyi boş sözlərmi övladı ilə arasında çəpər hörmüşdü. Bu çəpəri aşmaq üçün insan əqidəmi dəyişdirməlidir. Yox, yox bunun bir adı var, cahillik!
İyulun axırı, avqustun əvvəlləri idi. Qızmar yay günlərində cəbhə xəttindən xoşagəlməz xəbərlər gəlirdi. Ermənilər yenə Azərbaycan postlarını gülləbaran etmişlər. Düşmən cavabsız qalmamış, əsgərlərimiz tərəfindən susdurulmuşdur. Amma itkilərimiz də olmuşdu. Lalə bu xəbəri cəmiyyətə çatdırdıqca sözləri boğazında düyünlənirdi. Artıq Əlihüseyn kişi də xəbərləri qaçırmır, cəbhə xəttində olan hadisələri addım-addım izləyirdi. Bəzən Lalə cəbhə xəttlərinə gedir, hər şeyi canlı çəkərək xalqa çatdırırdı. O, elə olurdu ki, atəş səsləri altında çəkliş aparırdı. Ata ürəyi dözmür, hər atəş səsi eşidəndə deyirdi: "Lalə, yerə uzan". Sonra boş otağa keçər, gözünü boşluğa dikər, hətta dolmuş gözünü silərdi. Artıq o oyanmışdı. O, öz-özü ilə danışırdı: "Görən gecdir? Vətənə xidmət göstərən bu övladı mən necə damğalamışam? Necə yuyum bu günahımı, hansı üzlə çıxım övladımın qarşısına? Xalq sevən övladıma axı mən-doğma atası arxa çevirdim. Elin namuslu qızına mən ləkə gətirdim. Yox, hansı üzlə mən çıxım onun qarşısına? Deməyəcək ,ata indiyənəcən harada idin? Atalar yaxşı deyib: "Son peşmançılıq fayda verməz".
Çəklişlərin birində düşmən gülləsi ondan yan keçmədi. Güllə onun qoluna dəymişdi. Bu xəbər hamını sarsıtdı. Bu xəbəri eşidən Əlihüseyn kişidən çıxan səs hamını heyrətə saldı. Bu ata fəryadı idi. Bu ata səhvi idi. Artıq o dözə bilməzdi. Yoldaşını götürüb Bakıya yola düşdü. O, qızının ünvanını Nadir kişidən almışdı.
Lalə xəstəxanadan təzə evə qayıtmışdı. Bu zaman qapının zəngi çalındı. İndi ata, bala üz-üzə dayanmışdılar.Görən atasının uzanan əlləri boş qalacaqdı, yoxsa Lalə övlad həsrəti çəkmiş bu əlləri sıxıb deyəcəkdi: "Xoş gəlmişsən, ata"
Lalənin seçimini siz oxuculara buraxıram. Ümidvaram ki, düzgün nəticəni çıxaracaqsınız. Çünki bu hadisə təkcə Lalənin yox, neçə-neçə quru sözün güdazına getmiş gənc qızların yaşadığı acı gerçəkdir. Hamı da Lalə kimi mübariz olmur..
Köhnə xatirələr
Qaranlıq bir gecə idi. İşığı ilə yola iz salan bir avtobus bizə tərəf yaxınlaşırdı. Sanki bayaqdan sakit oturaraq gözlərini bir nöqtəyə dikmiş insanlarda canlanma oldu. Bu avtobus onların həyatını işıqlandıran sehrli bir çıraq idi. Sehrli çıraq onları nədən , kimdən qoruyurdu? Görən, bu xalq kütləsi hara tələsirdi? Onlar var-dövlətlərini bir düyünçəyə yığaraq niyə doğma vətənlərini tərk edirdilər? Suallar məni narahat edirdi. Nəsli - nəcabəti bilinməyən, həmişə özlərini qara kağız üzərində varlığını subuta yetirməyə çalışan qan içən ermənilərdən ...
Yox, yox elə başa düşməyin o avtobusun içində düşmən qarşısından qaçan el oğulları var idi. Hamı ailəsini - qızının, anasının, gəlininin namusunu, iffətini qorumaq üçün şəhərə yola salırdı.
Onlar arasında mən də var idim. Atam var gücü ilə mənim qolumdan dartırdı:
-Tələs, qızım, səni bu gün mütləq yola salmalıyam. Bilmirəm niyə heç ayaqlarım da sözümə baxmırdı. Axı mən ailəmi qoyub tanımadığım insanlarla birlikdə yola düşməli idim.
-Mən sizsiz heç yerə getmərəm, - deyə atama sarıldım.
Atam məni oturmağa yer olmayan avtobusa mindirdi. Mən şəhərə kimi ayaq üstə getməli idim.
-Atam titrək səslə xalangil səni qarşılayacaq, - deyib uzaqlaşdı.
Avtobus da insanlar kimi ağır nəfəs alırdı. O da qara günlərin şahidi idi. Onun da ağırlığı həddindən artıq çox idi. İnsanların simasında bu qara günlərin açdığı dərin izlər var idi. Qara düşüncələr bu izlə ürəklərinə süzülərək ən incə damarlarını sızladır, onların yaşamaq ümidlərini əllərindən alırdı. Onlar hələ də başa düşmürdülər, taleylərinə yeni bir ağ səhifədə qara qələmlə "qaçqın", "köçkün" sözləri yazılacaq.
İndi onları narahat edən əzizlərinin can qorxusu idi. Onlar arxada oğlunu, yoldaşını, qardaşını qoyub narahat ürəklə şəhərə yola düşürdülər. Həmin ağrı-acını mən də yaşayırdım.
Köhnə xatirələr... Nədənsə bu köhnə xatirələr hər sabah gözünü mənlə birlikdə açır. Yaş gedir, ömür gedir mən köhnəlirəm, o yeniləşir. Niyə görən? Sualımın cavabı çox asandır. Axı o xatirələrin içində unuda bilməyəcəyim Vətən həsrəti, torpaq sevgisi, itirdiyim əzizlərim-nənəm, babam var idi.
Yuxularda o dar küçəlrində, laləli yamaclarında, xınalı dağlarında dolaşıram, gözəl Vətən torpağı! Bilirəm, sən də öz sahiblərini istəyirsən. Bilirəm, yad nəfəs səni heç vaxt isidə bilməz. Niyə belə rəngin qaçıb? Hanı yaşıl bağlarımız, hanı rəngli damlarımız, hanı sadəlövh insalarımız! Sevgi, istək qarşılıqlı olur, sən də yad ayaqlarının tappıltısını eşitmək istəmirsən. Orada nənəmin, babamın xatirələri, ayaq izləri yaşayır.
Hər gün işə gedəndə, gələndə öpdüyümüz babamız, bizi addım-addım izləyən, atamız, anamız acılayanda müdafiə edən nənəmiz! Bu doğma el-obadan, doğma insanlardan ayrılmaq çox ağır idi.
Xatirələri yaşadan şəkil albomu var idi. Gələrkən özümlə bu albomu götürmək istədim. Anam həyəcanlı səslə dedi:
-Bu qədər ev-eşiyim qalır, sən albomdan yapışmısan. Heç nə olmaz, biz yenə evimizə qayıdacağıq. Anamın axırıncı cümləsindən sonra əlimdəki albomu yerinə qoydum. O albom həmin xoş günlərimizın vəfalı dostu idi. Ondan ayrılmaq mənim üçün çox ağır oldu.
Artıq o illərdən çox keçir. Əzizlərimin həsrəti məni ocaq kimi yandırıb kül eləyir. Bu illərdə torpaq həsrəti onları işıqlı dünyadan uzaqlaşdırıb torpağın qaranlığına apardı. Bu gündən danışanda sözlərim yaman tez tükənir. Yenə köhnə xatirələr məni yumşaq ağuşuna alıb uşaqlıq illərinə aparır.
Nənə, çəfkənin ( arxalıq) cibində həmişə bizə verəcək nə isə olurdu. Bilirsən, biz oranı xəzinə bilirdik. Elə bilirdik, nə axtarsaq orda tapacayıq. Sənə verilən ən gözəl neməti saxlayıb bizə verərdin.Yaman darıxmışam nənəmin şirin nağılları, babamın nəvazişi üçün. Min bir arzu- istəklə adımı qoydun, ay nənə. Axı mən sənin arzun idim. İncitməyə qıymazdın məni. Saçlarımı darayanda canım ağrımasın deyə, elə boş hörərdin ki, məktəbə çatmamış dağılardı. Nənə, ay nənə səni yaman özlədim. İnsan saflığı, insan gözəlliyi, insan səmimiyyəti axtarıram! Bu dünya məni yordu. Sən mənim yorulmağıma, inciməyimə razı olmazdın. Bilmirəm, hansı hissdir, məni bu dünyadan yavaş-yavaş uzaqlaşdırır.
Nənə, çəfkənin ( arxalıq) cibində həmişə bizə verəcək nə isə olurdu. Bilirsən, biz oranı xəzinə bilirdik. Elə bilirdik, nə axtarsaq orda tapacayıq. Sənə verilən ən gözəl neməti saxlayıb bizə verərdin.Yaman darıxmışam nənəmin şirin nağılları, babamın nəvazişi üçün. Min bir arzu- istəklə adımı qoydun, ay nənə. Axı mən sənin arzun idim. İncitməyə qıymazdın məni. Saçlarımı darayanda canım ağrımasın deyə, elə boş hörərdin ki, məktəbə çatmamış dağılardı. Nənə, ay nənə səni yaman özlədim. İnsan saflığı, insan gözəlliyi, insan səmimiyyəti axtarıram! Bu dünya məni yordu. Sən mənim yorulmağıma, inciməyimə razı olmazdın. Bilmirəm, hansı hissdir, məni bu dünyadan yavaş-yavaş uzaqlaşdırır.
Baba, incimə səninlə az danışdım. Baba, bu gün yağış yağırdı.Yaz yağışı torpağı islatdı. Torpaq qoxusu yenə məni uzaqlara apardı. Evimizə, həyətimizə, bağımıza... Baba, bir arzum var, oturduğun- durduğun, əkdiyin-becərdiyin yerləri görüm! Bu arzu, istək mənə yaman güc gəlir. Buna qovuşmadıqca dünyadan uzaqlaşıram.
İllər bir-birini qovalayır, hələ də torpaq, Vətən həsrəti biz köçkünlərin qisməti olub.
👍👍👍😊
YanıtlaSilƏla yazmısınız müəlllimlə👏👍
YanıtlaSil