HEYDƏR ƏLİYEV VƏ MUASİR AZƏRBAYCAN TƏHSİLİ



                                 


     
   
 Ulu öndər Heydər Əliyev  demişdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.


         O bizimlədir
Müəllif: Həsən Şirinov Dəyişdi Prezident öz dünyasını
Özü yox olsa da əlləri qaldı.
Fikri-düşüncəsi iş görür hələ
Əcəl, qarşısında hələ ki, laldır.


Qurduğu zavodlar, tikdiyi evlər
Dil açıb yerbəyer “Heydər” dedilər.
Gecəsi nurlanan bizim şəhərə
Daşları nur saçan gövhər dedilər.
       
    Metrolar, körpülər onun zəhməti,
     Uzanan elbəel onun eşqidir,
     Yaxın şəhərlərə, uzaq ellərə
     Bu uzun yollarla şöhrəti gedir.


                                            
                                                   Heydərin əlləri bərəkətlidir,
                                                   Artır günü-gündən şöhrətimiz də,
                                                   Bu gün quş iliyi, axtarsan əgər,
                                                   Təmiz ceyran südü tapılar bizdə




Dəyişdi Prezident öz dünyasını,
Mərmər abidəsi bağça-bağdadır,
Heydərin idrakı əbədi yaşar
Hələ öyünməli il qabaqdadır.

Böyük şəxsiyyətlərin hər hansı bir xalqın taleyində oynadığı rolun nə qədər önəmli olduğunu sübut etməyə ehtiyac yoxdur. Bu baxımdan, ulu öndərimiz Heydər Əlirza oğlunun Azərbaycan xalqının bu günü və gələcəyi naminə həyata keçirdiyi taleyüklü  işlərdən söz açmaq istəyirəm.
Böyük şəxsiyyət Heydər Əliyev sözün həqiqi mənasında milli təəssübkeşimiz idi. Hər bir zaman ən yüksək və ən mötəbər kürsülərdə «Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!» deyən Heydər Əliyev ən böyük azərbaycanlı idi. 
  Tarixi yaddaş onu deməyə əsas verir ki, Azərbaycan təhsilinin yüksək sürətlə inkişafı  məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ölkəmizi çətin vəziyyətlərdən  xilas edən   ümummilli lider Heydər Əliyev ölkədə bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşmışdı. Heydər Əliyevin təhsilimizə göstərdiyi bütün qayğının arxasında onun "Təhsil millətin gələcəyidir" fikri durmuşdu. 
 Bu gün  milli təhsil sahəsində qazanılan böyük nailiyyətlərdə böyük şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətləri  olmuşdur. Əminik ki, müasir Azərbaycan təhsili özünün zəngin tərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq milli təhsil quruculuğu sahəsində başladığı lazımi islahatları başa çatdıraraq, təhsil islahatlarının memarı və qurucusu Heydər Əliyevin müdrik tövsiyələrini əzmlə həyata keçirəcək.
                
            H.Əliyevin müdrük kəlamları

 Təhsil millətin gələcəyidir.
******
Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. 
******
Mən dünyada müəllimlikdən yüksək ad tanımıram. 
******
Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. 
******

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir. 



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-ci ildönümü münasibətilə  300 nömrəli tam orta məktəbdə keçirilmiş tədbir



Hiç yorum yok:

Yorum Gönder