DİLİMİZİ SEVƏK VƏ SEVDİRƏK!






 “Ey mənim müsəlman qardaşlarım! Zəmanə ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər “xa-xa!” edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə öz gözünüzü silib “lənət şeytana” dediniz, o vaxtdan ele güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.
      Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o zaman qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza”




Azərbaycan dilim, öz ana dilim

Beşiyim başında keşik çəkənim, 
Könlümdə yurd salıb yuva tikənim. 
Anamın laylası xəyal yelkənim, 
Dünənim, bu günüm, gələcək ilim, 
Azərbaycan dilim, öz ana dilim. 

Parlayan günəşim, pak niyyətim sən, 

Türk soylu dünyamsan, niyyətimsən, 
Müqəddəs duyğumsan, ülviyyətimsən, 
Döyünən rəyim, yaradan əlim, 
Azərbaycan dilim, öz ana dilim. 

Tarixlər yazıldı, ötdü fəsillər, 

Yadlardan qorudu səni əsillər 
İmzamı yaşadır, ölməz nəsillər 
Nizamim, Füzulim, Mirzə Cəlilim, 
Azərbaycan dilim, öz ana dilim. 

Qorqudum, ozanım, səsim-sorağım, 

Püskürən vulkanım, odum ocağım, 
Cəsarət qılıncım, sönməz çırağım 
Sən milli mənliyim, polad təməlim, 
Azərbaycan dilim, öz ana dilim. 

Bəşəri keçdin, hopdun yaddaşa, 

Silinməz tarixsən, canlı tamaşa, 
Yaşamaq haqqın var, haqqını yaşa, 
Azadlıq bayrağım, zəfər təbilim, 
Azərbaycan dilim, öz ana dilim. 
                                              Oqtay Zəngilanlı




Hər bir xalqın milliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Heydər Əliyev



Hiç yorum yok:

Yorum Gönder