ƏDƏBİYYAT


         

                            
                           
         Nizami Gəncəvi

  Nizami 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 1209- cu ildə Gəncədə də vəfat etmişdir.Türk dilindən başqa ərəb və fars dillərində mükkəməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim Yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür.Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır.Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənmiş,1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur. Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.
Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı «Xosrov və Şirin» poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə «Leyli və Məcnun» mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə «Leyli və Məcnun» poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına «Yeddi gözəl» əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı «İsgəndərnamə» (təqr. 1203) poemasını qələmə almışdır.
Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars,ərəb,çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə , insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmışdır.
Pazl

preview
          KƏLAM




Azərbaycan-türk şerinin tacidarı Məhəmməd Füzuli Şərq xalqlarının ədəbiyyatına qüvvətli təsir göstərən dahi sənətkardır.Onun yaradıcılığı təkcə Azərbaycan poeziyası üçün deyil, bütövlükdə Şərq ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı üçün əhəmiyyətlidir. Füzulinin zəngin ədəbi və fəlsəfi irsi olmuşdur. Üç qəzəl divanı (azərbaycan, fars və ərəb dillərində), alleqorik poemaları “Bəngü badə”, “Yeddi cam”, “Söhbətül-Əsmar”, “Leyli və Məcnun” aşiqanə-romantik poeması, “Şikayətnamə” də daxil olmaqla məktubları, “Səhhət və Mərəz”, “Rindü-Zahid” adlı farsca yazılmış alleqorik (mücərrəd məfhumların konkret obrazlarda ifadəsi), ictimai-fəlsəfi nəsr əsərləri, “Hədisi-ərbəin”, “Hədiqədüs-süəda” kimi tərcümələri, “Mətləül-etiqad” kimi ərəbcə yazılmış elmi-fəlsəfi əsəri bura daxildir. Bu əsərlər XII əsrin birinci yarısının obyektiv poetik səlnaməsidir. Xalq nöqteyi-nəzərindən təsdiq və inkarıdır, həmin kəşməkəşli, qanlı-qadalı dövrün yeri-göyü titrədən, fəryadı daşa can verən məhəbbəti, aləmi yandırıb külə döndərən qəzəb və nifrətidir. Bu əsərlər Azərbaycan bədii fikrinin Nizamidən sonra bir də ucaltdığı əlçatmaz zirvəsidir.
Tarix içində mənəvi mənliyimizə - dilimizin, mənəviyyatımızın əbədi və canlı heykəlinə çevrilən Füzuli eyni zamanda ərəb, fars şairlərinin yaratdığı nümunələr səviyyəsində dayanan müxtəlif janrlı əsərlər meydana gətirmişdir. Ana dilində bağladığı "Divan" həcmində həmçinin farsca "Divan" yazan şair özünün qəlb aləmindən xəbər verən bu lirik şeirlərdə də oxucusunu bədii sözün qüdrətilə sehrləyib varlıq aləmini, həyat gözəlliklərini dərk etməyə çağırır.

Pazl




Pixiz_536bcbed3253b

   Ədəbiyyat, ümumən sənət varlığı, həyatı dərk etməyin elmdən sonra ikinci əsas vasitəsidir. Elm faktların, məntiqin dili ilə, sənət isə obrazlarla danışır.
    Ədəbiyyatın vəzifələrindən biri zövq verməkdirsə, ikincisi insanları tərbiyə etmək, onlara gözəl mənəvi, əxlaqi sifətlər aşılamaq, həyatda düzgün mövqe tutmaqda kömək göstərməkdən ibarətdir.
    İncəsənət, ədəbiyyat insanı ilahiləşdirməyə, onun dünyadakı, varlıqdakı mövqeyini yüksəltməyə, insanlığı tərənnüm etməyə meyillidir.
Ədəbiyyat iki yolla yaranıb inkişaf edir:
I-şifahi yolla,     II-yazılı yolla
Şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında aşağıdakı fərqlər var:
1.       Şifahi ədəbiyyat şifahi şəkildə, yazılı ədəbiyyat isə yazılı şəkildə yaranır;
2.       Şifahi ədəbiyyat daha qədimdir və yazının mövcud olmadığı bir vaxtda    yaranmış, yazılı ədəbiyyatın təşəkkülünə təsir göstərmişdir;
3.       Şifahi ədəbiyyat nümunələrinin müəllifi olmur, bütövlükdə xalqa məxsusdur,  yazılı ədəbiyyat isə müəllifli ədəbiyyatdır;
4.       Şifahi ədəbiyyat çoxvariantlı, yazılı ədəbiyyat isə birvariantlı olur;
5.       Şifahi ədəbiyyat yarandığı dövrün dil-üslub xüsusiyyətlərini saxlamır, yazılı ədəbiyyat isə saxlayır;
6.       Yazılı ədəbiyyatdan fərqli olaraq, şifahi ədəbiyyatda xalqın etnik, mifoloji dünyagörüşü, qədim dini, mənəvi-əxlaqi təsəvvürləri daha geniş əks olunur.

Şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında aşağıdakı oxşar cəhətlər var:
1.       Hər iki ədəbiyyat həyatı obrazlı şəkildə öyrənir;
2.       Hər iki ədəbiyyat xalqa xidmət edir.
      Xalq ədəbiyyatından gələn ideyalar, obrazlar, poetik ifadə mədəniyyəti müxtəlif dövrlərdə yazılı ədəbiyyata əhəmiyyətli təsir göstərmişdir. Məsələn, Nizaminin «Xəmsə»sinə türk eposunun, Şərq folklorunun;  Ş.İ.Xətayi, M.P.Vaqif və Q.Zakirin yaradıcılığına aşıq ədəbiyyatının, xalq poeziyasının; M.F.Axundzadə və C.Məmmədqulu zadənin dramaturgi yasına xalq tamaşalarının, canlı danışıq dilinin təsiri çox güclüdür.
     Şifahi xalq ədəbiyyatının yazılı ədəbiyyata təsiri müasir dövrdə də davam etməkdədir. Böyül Qırğız yazıçısı Çingiz Aytmatovun, görkəmli Qazax şairi Oljas Süleymanovun əsərləri buna sübutdur. Bütün bunlara baxmayaraq, yazılı ədəbiyyat da şifahi ədəbiyyata təsirsiz qalmamışdır.
     Şifahi və ya yazılı yolla yaranmasından asılı olmayaraq bədii ədəbiyyat həyatı əks etdirmə üsuluna görə aşağıdakı ədəbi növlərə ayrılır:
 1) Lirik növ      2) Epik növ      3) Dramatik növ
Lirik növ, əsasən, nəzmlə olub bu və ya digər əhval-ruhiyyənin, psixoloji ovqatın emosional ifadəsini verir. (Nəsrlə də ola bilər. Məs: mənsur şeirlər) Lirik növdə tərənnüm əsasdır. Lirik növün janrlarının əsas obrazı lirik qəhrəmandır.
Lirik növün şifahi ədəbiyyatdakı janrları:
Nəğmə, bayatı, ( bayatılardan həm yazılı, həm də şifahi ədəbiyyatda istifadə olunur.) layla, ağı, vəsfi-hal, oxşama, mahnılar və s.
Lirik növün yazılı ədəbiyyatdakı janrları:
Qəzəl, qəsidə, qitə, rubai, tuyuq, müxəmməs və s.
Epik növ, (ədəbiyyatda buna təhkiyə də deyilir) əsasən, nəsrlə olub (nəzmlə də ola bilir. Məs: mənzum hekayə, epik poema,mənzum roman) həyat hadisələrinin müfəssəl, ətraflı təsvirini təqdim edir. Lirik növdən fərqli olaraq, epik növdə, adətən, bu və ya digər əhvalat nəql edildiyindən süjet xətti geniş və çoxşaxəli olur.
·         Epik növdə təsvir əsasdır.
Epik növün şifahi ədəbiyyatdakı janrları:
Nağıl, lətifə, rəvayət, əfsanə, tapmaca, atalar sözləri və məsəllər və s.
Epik növün yazılı ədəbiyyatdakı janrları:
Hekayə, təmsil, novella, povest, roman, memuar və s.
Dramatik növ həm nəzmlə, həm də nəsrlə olub səhnədə oynanmaq, tamaşaçılar qarşısında ifa etmək üçündür. Dramatik növdə göstərmə əsasdır.
Dramatik növün şifahi ədəbiyyatdakı janrları:
Şəbihlər, xalq oyunları, meydan tamaşaları, kukla-teatr tamaşaları və s.
Dramatik növün yazılı ədəbiyyatdakı janrları:
Komediya, faciə, dram, fars-vodevil, ssenari.
·   Ədəbiyyatın özünəməxsus qanunauyğunluqları, prinsipləri vardır ki, onları öyrənən elmə ədəbiyyatşünaslıq deyilir. Ədəbiyyat haqqındakı bu elmin-ədəbiyyatşünaslığın aşağıdakı sahələri var:
Ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid.
Ədəbiyyat tarixi bu və ya digər xalqın ədəbiyyatının keçdiyi inkişaf dövrlərini,mərhələrini öyrənir. Burada ayrı-ayrı söz sənətkarlarının həyatı və yaradıcılığı da tədqiq edilir.
Ədəbiyyat nəzəriyyəsi  ədəbiyyatın mahiyyətini, incəsənətin başqa sahələri ilə uyğun və fərqli cəhətlərini, yaradıcılıq metod və üsullarını, ədəbi növləri, janrları, bədii əsərin quruluşunu, dil-üslub xüsusiyyətlərini və s öyrənir.
Ədəbi tənqid isə müasir ədəbi proseslə məşğul olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyənləşdirir, ayrı-ayrı ədəbi-bədii nümunələrlə, yazıçıların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək edir. Ədəbiyyatımızda ədəbi tənqidin banisi M.F.Axundzadədir.
    Ədəbiyyat tarixçisindən və nəzəriyyəçisindən fərqli olaraq, tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasında anlaşma, ünsiyyət yaradır.
    Azərbaycan ədəbiyyatşünaslığın inkişafında, tarixinin öyrənilməsində aşağıdakı alimlərin böyük rolu olmuşdur:
Firudun bəy Köçərli, Salman Mümtaz, Feyzulla  Qasımazdə, Həmid Araslı, Məhəmmədhüseyn Təhmasib, Cəfər Xəndan, Məhəmməd Arif, Məhəmməd Cəfər, Əkrəm Cəfər, Mir Cəlal, Əziz Mirəhmədov, Mirəli Seyidov, Rüstəm Əliyev, Yaşar Qarayev.

   Azərbaycan ədəbiyyatının tarixi aşağıdakı dövrlərə bölünür:

I Qədim dövr (ən qədim zamanlardan XIII əsrə qədər)
II Orta dövr (XIII əsrdən XVII əsrə qədər)
III Yeni dövr (XVII əsrdən XX əsrin əvvəllərinə qədər)
     Yeni dövr ədəbiyyatı 3 mərhələyə bölünür:
     I mərhələ. XVII-XVIII əsrlər.
     II mərhələ. XIX əsr.
     III mərhələ. XX əsrin əvvəlləri.

IV Ən yeni dövr (XX əsrin əvvəllərindən bu günə qədər)
      Ən yeni dövr ədəbiyyatı 2 mərhələyə bölünür:
      I mərhələ. 1918-ci ildən 50-ci illərə qədər.
      II mərhələ. XX əsrin 50-ci illərindən bu günə qədər.

                AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATI
                                       LİRİK NÖV
v   NƏĞMƏLƏR
   Nəğmələr lirik növün qədim və geniş yayılmış  janrlarından biridir. Məzmununa görə bir neçə yerə bölünür: əmək, mərasim, mövsüm, qəhrəmanlıq və məişət nəğmələri.
1. Əmək nəğmələri əmək prosesində yaranan və oxunan nəğmələrdir. Holavarlar və sayaçı sözlər əmək nəğmələrinin ən geniş yayılmış növlərindəndir.
     Holavarlar  əkinçilik və  cütçülüklə bağlı nəğmələrdir. Holavarlarda etnoqrafik xüsusiyyətlərə, istehsal alətlərinin  adına, öküzün, kəlin tərifinə tez-tez təsadüf edilir:
               Qızıl öküzüm, yeri,           (a)  
               Qoyma şum qala geri,      (a)
               İti tərpən, maralım,           (b)         7 heca
               Düşmənlər baxır bəri.       (a)
    Sayaçı sözlər  qoyunçuluqla bağlı yaranmış nəğmələrdir. Sayaçı sözləri, adətən, qoyuna müraciətlə oxunur və ondan xeyir-bərəkət dilənir:
                Nənəm, a narış qoyun,     (a)
                Yunu bir qarış qoyun.        (a)        7 heca
                Çoban səndən küsübdür,   (b)   
                Südü ver, barış, qoyun       (a)
2. Mərasim nəğmələri müxtəlif mərasimlərlə bağlı yaranıb. Toy nəğmələri, yas nəğmələri mərasim nəğmələrinin geniş yayılmış növlərindəndir.
Toy nəğmələri  elçilik, nişan, qız köçürmə, oğul evləndirmə, gəlin gətirmə ilə bağlı oxunan nəğmələrdən ibarətdir. Bu cür nəğmələrdə  vəfa, sədaqət, etibar, gözəllik və mərdlik təbliğ olunur:

                   Qızıl üzüyün qaşı,              (a)
                   Bişdi bağrımın başı.           (a)     7 heca
                   Mən deyən yar olmasa,      (b) 
                   Yandırram dağı, daşı.         (a)
 Ağılar ( yas mərasim nəğmələri)  ölümlə, fəlakətlə bağlı oxunur və məzmununda qəm, kədər, qüssə, iztirab əhval-ruhiyyəsi güclü hiss olunur. Ağılara el arasında edilər, ediləmək də deyilir. Həm nəzmlə, həm də nəsrlə ola bilər. Bəzən ölənin yaxşı keyfiyyətləri dilə gətirilir:
                      Bostanda tağım ağlar,                (a)
                      Basma, yarpağım ağlar,             (a)         7 heca
                      Sağ durduqca mən özüm,          (b)  
                      Ölsəm, torpağım ağlar.               (a)
                      Analar yanar ağlar,
                      Dərdini sanar ağlar,
                      Dönər göy göyərçinə
                      Yollara qonar ağlar.
3. Mövsüm nəğmələri   ilin müxtəlif fəsilləri ilə əlaqədar oxunur. «Səməni», «Xıdır Nəbi», «Yel baba», «Duman qaç», «Günəş, çıx», «Yağmur, gəl» kimi nəğmələr mövsüm nəğmələrindəndir.
                        A yel baba,yel baba,
                        Qurban sene, gəl, baba
                        Taxılımız yerdə qaldı,
                         Yaxamız əldə qaldı.
                         A yel baba, yel baba.
                         Qurban sene, gel baba.
Aşağıdakı nəğmədə qədim azərbaycanlıların yaz, yay, payız, qış fəsli haqqında təsəvvürləri öz əksini tapır:
                          Üçü bizə yağıdır,
                          Üçü cənnət bağıdır.
                          Üçü yığır, gətirir,
                          Üçü vurur dağıdır.
4.         Qəhrəmanlıq nəğmələri, adətən, döyüş zamanı, yaxud döyüşdən əvvəl oxunaraq, döyüşçüləri səfərbərliyə, qorxmazlığa, igidliyə, cəngavərliyə çağırır. Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm, Qatır Məhəmməd kimi el qəhrəmanlarının dilindən oxunan nəğmələr belə nəğmələrdəndir.
                         Dolun at belinə, qoç dəlilərim,
                         Xotkarı taxtından endirək, hoydu!
                         Talayaq mülkünü, alaq malını,
                          Özünü başına endirək, hoydu!
5.     Məişət nəğmələri laylalardan və oxşamalardan ibarətdir.
Laylalar  anaların, nənələrin körpə uşaqları yatırarkən oxuduğu nəğmələrdir. Laylalar, adətən, 4 misradan ibarət olsalar da, bayatılarda olduğu kimi bəzən beş misradan da ibarət ola bilər:
4 misralı layla (aaba)                           5 misralı layla (aaabb)
Laylay, beşiyim laylay, a                        Bir bu qədər ağlama,       a
Evim, eşiyim, laylay.     a                        Ürəyimi dağlama,           a
Sən get şirin yuxuya,    b                       Yuxuma baş bağlama.    a
Çəkim keşiyin, laylay.   a                        Laylay, oğlum laylay,      b      
                                                                        Qəndim, noğulum, laylay.   b
Oxşamalar  laylalardan fərqli olaraq, uşaq oynadıqdan sonra onu oynatmaq, əzizləmək, nazlandırmaq məqsədilə oxunan nəğmələrdir. Oxşamalara bəzən  nazlamalar və ya əzizləmələr də deyilir. Laylada həzinlik, alçaq ton üstünlük təşkil edirsə, oxşamalarda şən, ritmik olmaqla yanaşı, həm də zarafatyana ifadələr də olur.
                           Göydəki quşlar
                           Bu balama qurban.        5 heca
                           Yağan yağışlar
                            Bu balama qurban  6 heca
v   MAHNILAR
Nəğmələrdən fərqli olaraq, mahnıların özünəməxsus havası, melodiyası olur.
                            Əzizim, sini-sini,                a
                            Doldur, ver sini-sini           a       7 heca
                            Mən sənə göz dikmişəm,    b      3+4 bölgü
                             Neynirəm özgəsini?!         a
·                      Mahnılar gözəllik, azadlıq, vətənpərvərlik ideyalarını təbliğ etsə də, məhəbbətin tərənnümünə həsr olunmuş mahnılar daha çoxdur. «Üçtelli durna», «Ahu kimi», «Gül açdı», «Kəklik», «Bülbüllər oxur»  kimi mahnılarda tərənnüm olunan sevgi duyğuları təbiət gözəllikləri ilə əlaqələndirilir.
·                     İctimai-siyasi məzmunlu mahnılar: «Gül açdı» («Mən yardan ayrılmazdım»), «Qadan alım», «Budur gəldi əsirlərin karvanı», «Sona bülbüllər», «Çal papaq», «Bizi ayırdılar ata-anadan». Bu mahnılarda sevgisinə qovuşa bilməyən aşiqin daxili böhranları, zorla vətənindən didərgin salınan, əsir düşənlərin ah-naləsi ifadə olunur.
·                     «Apardı sellər Saranı», «Sona bülbüllər», «Samovara od salmışam», «Laçın», «Qalanın dibində», «Pəncərədən daş gəlir» kimi mahnılar həcmi, poetik quruluşu və kompozisiyasına görə bir-birindən fərqlənir: iki, üç, dörd bənddən ibarət ola bilir; bir sıra mahnılarda bəndlər 4misra olsa da, beş, altı, yeddi, hətta on misra da ola bilər; mahnıların bir qismində təkrar misralar, digər bir qismində isə nəqarətlər işlənir.
·                     Ü.Hacıbəyov mahnıları yüksək qiymətləndirərək demişdir: «El mahnıları Azərbaycan xalqının əhvali-ruhiyyəsini şərh, zövqi-musiqisini bəyan, şeir və musiqidəki yaradıcılıq qabiliyyətinin dərəcəsini təyin edə bilən böyük bir material olduğundan onun istər musiqi, istər ədəbi, istər psixoloji, istərsə də etnoqrafik əhəmiyyəti çox böyükdür»                                                                                             
v   BAYATILAR
·         Şifahi xalq ədəbiyyatının lirik növünün ən geniş yayılmış janrı bayatıdır. Nəğmə və mahnılardan fərqli olaraq, bayatıların sabit forma-janr xüsusiyyətləri vardır. Bayatılar həcmcə dörd misradan, hər misrası yeddi hecadan ibarət olan şeir janrıdır. Bayatının birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst olur. (aaba) Adətən, «Mən aşiq», (yaxud «Mən aşıq») «Aşiqəm», «Əzizim», «Əziziyəm», «Eləmi» ifadələri ilə başlanır. Əsas fikir, əsasən, üçüncü, dördüncü misralarda olur. Birinci və ikinci misralar axrıncı misralar üçün zəmin hazırlayır. Nəğmələrin bir çox nümunələri: layla, oxşama, holavar, sayaçı sözləri və mahnıları çox vaxt bayatı şəklində olub, ancaq məzmunu ilə fərqlənir.
         Mən aşiq keçdi məndən,
         Ox dəydi, keçdi məndən.      7 heca,
        Yaxşıya körpü oldum,           3+4 bölgü
         Yaman da keçdi məndən
·                     Bayatıların böyük bir qismi məhəbbət mövzusunda olsa da, ictimai fəlsəfi, əxlaqi-tərbiyəvi məzmun daşıyan, vətənə, ailəyə, ata-anaya sevgi, məhəbbət aşılayan bayatılarda çoxdur. Bayatılara aşıq yaradıcılığında və yazılı ədəbiyyatda da təsadüf olunur: Sarı Aşıq, Xəyyar Mirzə kimi aşıqlar, Ş.İ.Xətayi, M.Əmani, Q.Zakir, M.Şəhriyar kimi şairlər bu janrdan məharətlə istifadə etmişlər.
·                     Mehdi Hüseyn deyirdi: «Bayatıların ən qüvvətli nümunələrini sevgi lirikası adlandırmaq daha doğru olar. Burada həmişə incə insan hissləri dərin və səmimi bədii obrazlar vasitəsilə verilir.»

                                       EPİK NÖV
v    EFSANƏ
       Əfsanələr xalqın əski dünyagörüşü, düşüncə tərzi, arzu və istəkləri ilə əlaqədar yaranmışdır. Əfsanəni digər janrlardan fərqləndirən əsas əlamət odur ki, əfsanədə real zəmindən kənar, müasir ağlın, düşüncənin uydurma, fantastika kimi qəbul etdiyi qeyri-adi, fövqəltəbii əhvalat və hadisələrin təsvir olunmasıdır. Əfsanələrdə Xeyrə, gözəlliyə məhəbbət, Şərə, eybəcərliyə nifrət hissi var.
·               Mövzu-məzmun baxımından əfsanənin aşağıdakı növləri var:
1)  Zoonimik;  2) Toponimik; 3) Etnonimik;  4)Kosmoqonik
1) Zoonimik əfsanələri: «Maral», «Qu quşu», «Qızıl ilan», «Turac», «Şanapipik»
2) Toponimik əfsanələri: «Pəri qala», «Siyəzən», «Beşbarmaq dağı», «Səngəçal», «Dədəgünəş», «Dəmir qaya»
3) Etnonimik əfsanələri: «Oğuz», «Bayat»
4) Kosmoqonik əfsanələr: «Ayla», «Günəş»
·               S.Vurğun «Ayın əfsanəsi» poemasını, İ.Əfəndiyev «Apardı sellər Saranı», «İsa-Musa» hekayələrini xalq əfsanələri əsasında yazmışlar.
v    RƏVAYƏTLƏR
·   Rəvayətlər nə vaxtsa həqiqətən baş vermiş, lakin ağızdan-ağıza keçərkən ilkin dəqiqliyini, təfərrüatını itirmiş söhbətlərdir. Buna görə də  həmişə «rəvayətə görə», «deyiliənə görə», «belə rəvayət edirlər ki» ifadələri ilə başlanır.
·   Əfsanələrdən fərqli olaraq, rəvayətlərdə real zəmin üstünlük təşkil edir.
·   Rəvayətlərin iki növü var:
1) Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlər;
Nəsimi, Həbibi, Xətayi, Füzuli, Vaqif, Aşıq Ələsgər və başqa ədəbi-tarixi şəxsiyyətlərin həyatına dair rəvayətlər var.
2) Coğrafi ərazilərlə əlaqədar yaranmış rəvayətlər.
«Qarı dağı», «Sınıq körpü», «Bibiheybət», «Şuşa», «Xatun arxı» rəvayətləri yer adları ilə bağlı yaranmış rəvayətlərdir.
·   C.Cabbarlı «Qız qalası», M.Müşfiq «Çoban», S.Vurğun «Aslan qayası» poemalarının, İ.Əfəndiyev «Qarı dağı» hekayəsinin mövzusunu xalq rəvayətlərindən götürmüşdür.
v    LƏTİFƏLƏR
·   Lətifələr ictimai həyatdakı və məişətdəki qüsurları əks etdirən yığcam və gülməli hekayələrdir.  Lətifələrin əsasında gülüş dayanır.
·   Azərbaycan şifahi xalq ədəbiyyatında Bəhlul Danəndə, Molla Nəsrəddin, Abdal Qasım, Ayrım Tağı, Mirzə Bağı, Hacı dayı kimi lətifə qəhrəmanları vardır. Onların ən məşhuru Molla Nəsrəddindir.
·   «Evi düzəldərik», «Mindiyimi saymıram» kimi lətifələrdə Molla Nəsrəddin avam, sadəlövh adam təsiri bağışlayır.
·   C.Məmmədquluzadə Molla Nəsrəddinə məhəbbət əlaməti olaraq öz gülgü jurnalını « Molla Nəsrəddin » adlandırmış, bunu özünə təxəllüs götürmüşdür.
v    NAĞILLAR
·   Epik növün çox sevilən və həcmcə ən böyük janrı nağıldır. Nağıllarda xeyirlə şər, işıqla qaranlıq, həyatla ölüm, haqla nahaq mübarizə aparır və həmişə xeyir şərə, haqq nahaqqa, işıq qaranlığa qalib gəlir.
·   Sehr, əfsun, cadu, tilsim, əjdaha və s. nağılların çoxunda tez-tez təsadüf edilən fantastik qüvvələrdir.
·   Əşya və təbiət hadisələrinin canlandırılması, insana məxsus əlamətlərin əşya və heyvanlar üzərinə köçürülməsi, əhvalatların geniş epik lövhələrlə təsviri nağılların əsas xüsusiyyətləridir.
·   Nağıllar, bir qayda olaraq, qaravəlli adlanan və nəzm şəklində söylənən kiçik bir müqəddimə ilə başlanır. Bu da nağılı başqa janrlardan fərqləndirən əsas əlamətdir. Qaravəlli nağılın əsas məzmunu ilə səsləşmir.
·   Qaravəllidən sonra «biri varmış, biri yoxmuş, Allahdan başqa heç kim yoxmuş», «günlərin bir günündə, Məmmədnəsir tinində» kimi giriş sözlər söylənilir.
·   Nağıllarda hadisələri bir-biri ilə əlaqələndirmək üçün ənənəvi cümlələrdən istifadə olunur: «Nağıl dili yüyrək olar», «Az getdi, üz getdi...», «Dərələrdən sel kimi, təpələrdən yel kimi...», «Orda ayla, illə, burda müxtəsər dillə» və s.
·   Nağıllar özünəməxsus sonla bitir.
Mövzularına, təsvir predmentinə və üsullarına görə nağıllar bir neçə qrupa bölünür:
1) Sehrli nağıllar   2) Heyvanlar haqqında nağıllar      3) Tarixi nağıllar
4) Ailə-məişət nağılları
1) Sehrli qüvvələrin iştirak etdiyi nağıllar sehrli nağıllar adlanır. Qəhrəmanlar divlərə, əjdahalara, müxtəlif tilsimlərə qarşı vuruşur. «Məlikməmməd», «Şəms və Qəmər», «Sehrli üzük», «Şahzadə Mütalib», «Ağ atlı oğlan», «Vur, çomağım, vur» və s. nağıllar sehrli nağıllardır.
2)  Personajları müxtəlif heyvanlardan ibarət olan nağıllar heyvanlar haqqında olan nağıllardır. Bu nağıllardakı surətlə alleqorik planda verilir; şir-qəddarlıq, dovşan-qorxaqlıq, qurd-yırtıcılıq rəmzidir. «Tülkünün kələyi», «Qoca Aslan», «Çil Madyan», «Şir və Tülkü», «Axmaq canavar», «Ağ quş nağılı», «Tülkü və Canavar» və s. nağıllar heyvanlaq haqqında nağıllardır.
3) Tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti ilə əlaqədar yaranan nağıllara tarixi nağıllarda deyilir. Ədəbiyyatımızda Dara, İskəndər, Ənuşirəvanla bağlı nağıllar var. Şah Abbas haqqında nağıllar daha çoxdur. Belə nağılların bir qismində Şah Abbas ( «Üç bacı», «Saleh və Valeh») qəddar, zülmkar, ikinci qismində isə xeyirxah, cənnətməkan kimi təsvir olunur. ( «Baftaçı Şah Abbas», «Şah Abbasın doğulması»)
4)  Xalqın gündəlik həyatı, yaşayış tərzi ilə daha yaxından səsləşən nağıllar məişət nağıllarıdır. Məişət nağılları digər qruplara nisbətən daha çoxdur. «Yeddi qardaş, bir bacı», «Usta Abdulla», «Yetim İbrahim», «İlyasın nağılı», «Daşdəmirin nağılı», «Qazanılmış manat» məişət nağıllarıdır.
v    ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏR
Atalar sözləri xalqın zəngin həyat təcrübəsi əsasında gəldiyi qənaətləri, dəfələrlə sınaqdan keçirilmiş həqiqətləri əks etdirən yığcam və dərin mənalı sözlərdir. Məs: «Zəhmət çəkməyən bal yeməz», «Hirsli başdan ağıl olmaz», «Dəmiri isti-isti döyərlər», «Vətənin qədri qüdrətdə bilinər», «Gücbirlikdədir» və s.
·   Atalar sözündə düzlük, mərdlik, müdriklik, vətənpərvərlik, əməksevərlik, humanizm təbliğ olunur.
·      Atalar sözləri yazılı ədəbiyyatdakı aforizmlərlə oxşarlıq təşkil edir.
·      Atalar sözləri nəsrlə də, nəzmlə də ola bilər.
·      Atalar sözləri məsəllərə oxşasa da, onlar ayrı-ayrı janrlardır. Atalar sözlərində fikir bitkin və tam olur. Onlar müstəqil işlənir və aydın bir fikir ifadə edir. Məsəllərdə isə fikir natamam olur, izaha ehtiyac duyulur. «Sən çaldın», «Qələt yağ küpəsindədir», « Doyan o rəhmətlik kimi olar », «Tənbələ dedilər qapını ört, dedi külək örtər» məsəlləri lətifələrdən yaranmışdır. «Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş» da məsəldir. (Bu adda tamaşa da var)
·      Məsəllər tam inkişaf edib formalaşandan sonra atalar sözlərinə çevrilir.
v    TAPMACALAR
Epik növün yığcam janrlarından biri də tapmacalardır. Dinləyicilərin zehni qabiliyyətini, biliyini yoxlamaq məqsədilə işlədilib, üstüörtülü əlamətlərə deyilir və əşyanın, hadisənin özünün tapılması tələb olunur.
·               Tapmacada hökmən iki tərəf iştirak etməlidir
·               Həm nəzmlə, həm də nəsrlə ola bilərlər.

               DRAMATİK NÖV
Janr etibarilə bu nümunələr xalq oyunları, xalq tamaşaları və şəbihlərdən ibarətdir.
v   OYUNLAR: «Xan oyunu», «Motal-motal», «Əl üstə kimin əli».
«Xan oyunu»nda ən azı 4 nəfər olmalıdır.
v   TAMAŞALAR: «Tənbəl qardaş», «Kosa-kosa» (Bu həm də oyundur), «Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş», «Bic nökər».
·   «Tənbəl qardaş» tamaşası üç hissədən ibarətdir. Əməyə, zəhmətə məhəbbət
ideyası, birpərdəli «Bic nökər» də isə əxlaqi saflıq təbliğ olunur.
·   Oyunlardan fərqli olaraq, tamaşalar başqalarına göstərmək üçün icra edilir.
v   ŞƏBİHLƏR dini tamaşalardır. «Qasımın toy gecəsi» belə tamaşalardandır.

                                   AŞIQ YARADICILIĞI
      Azərbaycan xalq yaradıcılığının mühüm bir hissəsi aşıq yaradıcılığıdır. Aşıq yaradıcılığı şifahi şəkildə yaranıb yayılmış, inkişaf etmişdir. Lakin onu şifahi xalq yaradıcılığından fərqləndirən bir xüsusiyyəti vardır; Bu sənətin, xüsusilə, aşıq şeirinin müəllifi, təxmini də olsa, nə vaxt və hansı münasibətlə söylənilməsi məlum olur.
·         Aşıq yaradıcılığı yazılı ədəbiyyatla da sıx bağlıdır
·         Aşıq yaradıcılığı XVI əsrdən başlayaraq yazılı ədəbiyyatımızı daha çox təsiri altına almış, XVII-XVIII əsrlər Azərbaycan intibahında aşıq yaradıcılığı əsas rol oynamışdır
·         Aşıqlar qədim dövrlərdə «ata», «dədə», «ozan», «varsaq» adlanmışlar.
·         Aşıq yaradıcılığında üç sənət-musiqi, şeir və rəqs birləşir.
·         Aşıqlar iki qrupa bölünür: 1) Yaradıcı aşıqlar  2)Yaşadıcı aşıqlar
1) Yaradıcı aşıqlar şeir qoşur, saz havası bəstələyir, dastanlar yaradır. Dirili Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Şıx Alı, Dədə Ələsgər belə aşıqlardandır.
Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Aşıq Şakir, Aşıq Hüseyn Cavan, Mikayıl Azaflı kimi sənətkarlar XX əsrin yaradıcı aşıqlarıdır.
2) Yaşadıcı aşıqlar (ifaçı) ustadların əsərlərini ifa edirlər. Onlar ifaçı aşıqlar sayılırlar. Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı, Aşıq Ədalət kimi sənətkarlar ifaçı-yaşadıcı aşıqlardır.
Aşıq şeirinin janrları:  dastan, qoşma, gəraylı, müxəmməs, təcnis, cığalı təcnis, dodaqdəyməz, ustadnamə, cahannamə, divani, vücudnamə, qıfılbənd (deyişmə) varsağı.
QEYD: müxəmməs, vücudnamə, müstəzad və bayatıya həm aşıq şerində, həm də yazılı ədəbiyyatda rast gəlinir. (bayatılara həm xalq ədəbiyyatında, həm aşıq şerində, həm də yazılı ədəbiyyatda rast gəlmək olar)
v   DASTANLAR
Həcm böyüklüyü, əhvalatın əhatəli epik təsviri, qəhrəmanların zahiri fəaliyyəti ilə mənəvi dünyalarının, lirik düşüncələrinin vəhdətdə verilməsi dastanları səciyyələndirən əsas xüsusiyyətlərdir.
·       Dastanda epik təhkiyə ilə lirik təqdimat həmişə sintezdə olur.
·       Nəsrlə nəzmin bir-birini əvəzləməsi prinsipi əsasında qurulur.
·       Dastanın nəzm hissəsi gəraylı və qoşmalardan ibarət olur.
·       Dastanlar, adətən, ustadnamələrlə başlanır. Üç ustadnamə deyildikdən sonra əsas əhvalatlar danışılır, xoş sonluqla bitərsə, duvaqqapama, faciəvi sonluqla bitərsə, cahannamə deyilir.
·       Epik-lirik janr heab olunub, mövzusuna görə iki yerə bölünür: Qəhrəmanlıqməhəbbət dastanları.
1) Qəhrəmanlıq dastanları xalqın, vətənin azadlığı, müstəqilliyi uğrunda mübarizə aparan mərd oğulların fəaliyyətini,onların şəxsi igidliyini, fədakarlığını əks etdirir. «Dədə Qorqud», «Koroğlu», «Qaçaq Nəbi», « Qaçaq Kərəm », «Səttarxan » və «Qatır Məmməd» qəhrəmanlıq dastanlarıdır.
2) Məhəbbət dastanları iki aşiqin sevgiləri uğrunda çətin mübarizələr aparmasından bəhs edir.  «AşıqQərib», «Əsli və Kərəm» və s.
·   N.Xəzri, Anar, Elçin, Kamal Abdulla və başqaları dastanların motivləri əsasında roman, povest, hekayə və dram əsərləri yazmışlar.
·   Ü.Hacıbəyov «Əsli vəKərəm», «Koroğlu», M.Maqomayev «Şah İsmayıl», Z.Hacıbəyov «Aşıq Qərib» operalarını eyniadlı dastanlar əsasında yazmışlar.


                    QƏDİM DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI
                                   (Ən qədim zamanlardan XIII əsrə qədər)
Dövrün mühüm hadisələri
·     «Avesta» e.ə I minilliyin ortalarına aid olan böyük bir abidədir. E.ə III-V əsrlərdə Zərdüşt bir peyğəmbər,  «Avesta» isə atəşpərəstliyin müqəddəs kitabı kimi şöhrət tapmışdır.
·   Bir kökdən gəldiklərinə, eyni bir dildə yarandıqlarına görə türk ədəbiyyatları yeni dövrə (XVI-XVII əsrlərə) qədər bütöv bir sistem təşkil etmiş, ideya-məzmun, ifadə-forma baxımlarından sıx qarşılıqlı əlaqədə olmuşlar.
·   I minilliyin ikinci yarısında türklərin mütəşəkkil axınları Azərbaycanda türklüyün mövqeyini daha da gücləndirir.
·   I minilliyin sonu, ikinci minilliyin əvvəllərində fars dili, ümumən, müsəlman şərqində ədəbiyyatın əsas dili olaraq tarixi bir nüfuz qazanır.
·   Qətran Təbrizi, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani, Nizami kimi şairlərimiz farsca yazsalar da, təbliğ etdikləri ideyalarda ifadə-üslub baxımından türk-Azərbaycan ədəbiyyatının hadisələrini ardıcıl şəkildə nümayiş etdirirdilər.
·   II minilliyin əvvəllərində «Dədə Qorqud» eposunun yazıya alınması, ədəbiyyatımızın yalnız ərəb, fars dillərində yox, doğma dilimizə də inkişaf etməsi deməkdir.
·   Əbu Əli İbn Sina,  Əbu Nəsr Əl-Fərabi ət-Türki, İbn Rüşd kimi müsəlman mütəfəkkirləri qədim dünyanın ən müxtəlif xalqlarına (misirlilərə, hindlilərə, çinlilərə, yəhudilərə, iranlılara, türklərə) məxsus ideyaları, fəlsəfi-ictimai görüşləri təhlil edərək islamın mənəvi cəbbəxanasına çevirirlər.
·   Türküstan xanlarından Sultan Mahmud Qəznəvi fars şairi Firdovsiyə türklərin tarixi qəhrəmanları barədə əsər yazmağa tapşırsa da, şair əsərini türklərin əleyhinə yazmışdır. Buna görə şairi saraydan qovmuşdur
·   XI-XII əsrlərdə ədəbiyyat ya saraylarda yarandığına, ya da sarayla bağlı olduğuna görə  hökmdarların tərifinə xüsusi yer verildi.
·   Bu dövrün ən geniş yayılmış janrı mədhiyyə idi.
·   Saraylara tabe olmayan, humanist ideyalar tebliğ edən şairlər:
Qətran Təbrizi, Məhsəti Gəncəvi və Əfzələddin Xaqani
vQƏTRAN TƏBRİZİ (1012-1088)
·         Qətran Təbrizi Təbriz yaxınlığındakı Şadiabad kəndində doğulmuş, gənc yaşlarında Gəncəyə köçmüş, burada şair kimi məşhurlaşandan sonra Təbrizə qayıtmış, Rəvvadilər sarayında yaşamışdır. Bir daha Gəncəyə köçüb, yenə geri qayıtmışdır.
·         Fars dilində yazdığı qəsidə,qitə, rübai və s. ibarət «Divan»ı var. Bəzən saraylardan narazılığını dilə gətirirdi.
·         1042-ci ildə Təbriz zəlzələsi ilə bağlı şerində  Təbrizin keçmiş möhtəşəmliyindən danışan şair bunların artıq xəyal olduğunu təəssüflə qeyd edir.
v  MƏHSƏTİ GƏNCƏVİ (XII)
·         Məhsəti məşhur rübai ustasıdır. Farsca yazıb-yaratmışdır. Rübailərində humanizm, səmimi hisslər, dərin fəlsəfi mühakimələr öz əksini tapır.
·         Şairənin böyük nüfuz sahibi olduğunu Nizaminin «Xosrov və şirin» poemasından öyrənirik. Burada ona bir qəzəl üçünbir xəzinə bağışlnıldığı göstərilir.
     Şairənin lirik qəhrəmanı sevən aşiq olmaqla bərabər, həm də sevginin mənasına varan aşiq-filosofudur.    
                     Zülfün camalına bir yaraşıqdır,
                     Xərabət əhlinə nurdur, işıqdır.
                     Ey Şərq günəşinin nuru, xoş əldin!
                     Gözəllər şahına qapı açıqdır.
·         Rübailər gözəl təsvirlər, mükəmməl təbiət obrazları, bədii simvollarla zəngindir.
                     Gülə mənzil olmuş yenə də çəmən,
                      Köynəyi yırtılmış ta ətəyindən
                      Dedim: Kim yırtmışdır səbir pərdəni?
                      Qalxıb səhər yeli söylədi ki; «Mən!»

v   ƏFZƏLƏDDİN XAQANİ (1126-1199)
·         Şamaxıda dülgər ailəsində doğulmuşdur. Yeniyetmə yaşlarında Şirvanşahlar sarayına dəvət olunmuş, mədhiyyələri müqabilində «Xaqani» təxəllüsünu almışdır. Saraydan qaçmaq istərkən həbs olunmuş, sonra da sürgün olunmuşdur. Sürgün zamanı Dərbəndi, Gürcüstani, Gəncəni gəzmişdir. Mənuçöhrün icazəsi ilə Şamaxıya qayıtmış və yenidən həbs olunmuşdur. 1176-cı ildə Kəbə ziyarəti adı ilə Şirvanı tərk etmiş, Şərq ölkələrini gəzmiş, Təbrizdə məskən salmışdır. Təbrizdə vəfat etmişdir.
·         Şair farsca yazıb-yaratmışdır. Yaradıcılığının birinci dövründə sarayları mədh eləmiş, ikinci dövründə isə zəmanəsinin hökm sahiblərinə qarşı əks mövqedə dayanmış, ictimai-fəlsəfi məzmunda əsərlər yazmışdır.
·         Şaririn bədii irsi 17000 beytlik «Divan»dan, «Mədain xərabələri» qəsidəsi kimi lirik əsərdən, « Töhfətül-İraqeyn» poemasından və bədii nəsr nümunələri (məktublar) kimi epik əsərlərdən ibarətdir.
·         Əslən Şamaxılı olsa da, Təbrizin də ona yad olmadığını bildirmişdir.
            Şamaxı! Ey mənim sevimli yurdum!
            Mən sənin qoynunda xaniman qurdum.
            İndisə acığın tutmuşdur mana!...
            Sənin qucağından ayrılsam, ana,
            Ümidim, pənahım Təbrizdir, Təbriz;
            O səhər də mənə doğmadır, əziz.
·         Xatirələrini, səfər təəssüratlarının qələmə aldığı « Töhfətül-İraqeyn» poeması ədəbiyyatımızda ilk poemadır (məsnəvidir).
·         Bizə məlum olan ilk nəsr əsərlərinin müəllifidir. (fars dilindədir)
·         «Mədain xərabələri» qəsidəsi fəlsəfi-ictimai məzmunludur. Sasanilərin zülmkarlığından bəhs edir.
            Bir ədl sarayıykən zülm ilə xərab olduq,
            Zalımlar olan qəsrə gör neyləyəcək dövran!

Qədim dövr ədəbiyyatının əsas xüsusiyyətləri, xarakteri «Dədə Qorqud»     eposu ilə Nizami «Xəmsə»sində təzahür edir.
                   
«DƏDƏ QORQUD» EPOSU
    Qədim dövr Azərbaycan ədəbiyyatının ən möhtəşəm xalq (ozan) yaradıcılığı hadisəsi olan «Dədə Qorqud» eposu qədim türk oğuz dastan ənənələri əsasında Azərbaycan ərazisində I minilliyin ikinci yarısında formalaşmışdır.
     «Dədə Qorqud» eposu Iminilliyin sonu, II minilliyin əvvəllərində Azərbaycanda və Anadolunun şərqində geniş yayılaraq ozanların repertuarının əsasını təşkil edirdi. Dastanda bəhs olunan hadisələrin tarixi cəmiyyətini nəzərə alan türk-müsəlman katibləri, tarixçiləri II minilliyin əvvəllərinə  «Dədə Qorqud» eposu əsasında «Dədə Qorqud Kitabı»nı (kitablarını yaratmağa başlamışlar.
     Dastanın iki əl yazması mövcuddur: biri Drezden şəhərində digəri isə Vatikanda saxlanılır. Hər iki əlyazma XV əsrə aid olb əvvəlki əlyazmalardan köçürülmüşdür. Drezden nüsxəsi bir müqəddimə, on iki boydan, Vatikan nüsxəsi isə bir müqəddimə, altı boydan ibarətdir. Dastanın əlyazmalarında qeyd edildiyi kimi, bu nüsxələr heç də «Dədə Qorqud» eposunun bütün boylarını əhatə eləmir.
    Dastan haqqında ilk məlumatı XIX əsrin əvvəllərində alman alimi Fridrix fon Dits vermişdir.
    Orxan Şaiq Gökyay, Həmid Araslı, Məhərrəm Ergin kimi qorqudşünaslar «Kitabı» dəfələrlə nəşr etdirmişlər.
    1950-ci illərin əvvəllərində «mürtəce abidə» elan edilmiş, öyrənilməsinə qadağan qoyulmuşdur. Şəxsiyyətə pərəstiş dövründən sonra çapına və tədqiqinə icazə verilmişdir. Dastanın motivləri əsasında «Dədə Qorqud» filmi çəkilmişdir. Ssenari müəllifi Anardır.
    XX əsrin sonlarında Heydər Əliyevin təşəbbüsü ilə dastanın 1300 illik yubileyi keçirilmişdir.
    Eposun boylarını ilk dəfəf düzüb-qoşan, söyləyən ozanlar ozanı, oğuzların kamil bilicisi  Dədə Qorqud, yaxud Qorqud Ata olmuşdur. Rəvayətə görə Qorqud Ata Məhəmməd peyğəmbərin zamanında yaşamış, oğuz elinin məsləhət verəni, yol göstərəni olmuşdur. O, əlinə qopuz alaraq oğuz igidlərini dövlət qurmağa, İslamı yaymağa, düşmənlərə qarşı mübarizəyə səsləyərdi. Elçi gedər, düyünlər keçirər, igidlik göstərənlərə ad verərmiş. Yalnız konkret şəxslərə deyil, əşyalara da ad qoyarmış. Dədə Qorqudun özü kimi, qopuzu da müqəddəs sayılarmış. Xalq aşıqları ozanın, saz isə qopuzun varisidir.
    Dastanın müqəddiməsində Dədə Qorqudun dilindən deyilmiş atalar sözləri:

                   Allah-Allah deməyincə işlər onmaz,
                   Qadir Tanrı verməyincə ər bayımaz.
                   Əzəldən yazılmasa, qul başına qəza gəlməz,
                   Əcəl vədə irməyicə kimsə ölməz...
                   Əski pambıq bez olmaz,
                   Qarı düşmən dost olmaz...
                   Ər malına qıymayınca adı çıxmaz,
                   Qız anadan görməyincə ögüt almaz,
                   Oğul atadan görməyincə çüfrə yaymaz.
   Əfsanəyə görə,  Dədə Qorqud yalnız şəxsləri deyil, ümumi anlayışları, əşyaları da təbiətinə uyğun şəkildə adlandırarmış, lakin anlayış əşyanın əsl adına müvafiq olmadıqda təəssüflənərək demişdir:
                   Gəlinə ayran demədim mən Dədə Qorqud,
                   Ayrana doyran demədim mən Dədə Qorqud,
                   İynəyə Tikən demədim mən Dədə Qorqud,
                   Tikənə sökən demədim mən Dədə Qorqud.
Eposun məzmunu, əsas ideyaları. Epos hər biri öz süjet xətti olan boylardan ibarət olsa da, eposun ümumi məzmunu, ideyaları ilə birbaşa və ya dolayısı ilə bağlıdır.
     Hadisələr Oğuzda cərəyan edir. Oğuz həm məkan, həm dövlət həm də cəmiyyətdir. O, iki hissədən-İç Oğuzdan və Dış Oğuzdan ibarətdir. Ona xanlar xanı Bayandır xan başçılıq edir. İgidlərin başında bəylərbəyi Qazan dayanır. Dastanda daha çox Qazandan bəhs edilir.
·         Əvvəlki boylarda Oğuzun birliyindən, bütövlüyündən bəhs edilsə də, axırıncı boyda parçalanmadan söhbət gedir.
·         Oğuz igidləri: Bamsı Beyrək, Uruz Qoca, Qanturalı, Basat, Yeynək, Dəli Dondar, Səgrək, Bəkil, Bəkil oğlu İmran, Qarabudaq, Qazan oğlu Uruz.
·         Oğuzun xarici düşmənləri: Şöklü Məlik, Qara Məlik, Trabzon təkuru.
·         Oğuzun mifik düşmənləri: Təpəgözdür ki, onu da Basar öldürür.
·         Oğuzun daxilindəki satqınlar, casuslar: Dirsə xanın qırx nökəri, Alp Aruz
·         Eposda düşmənlər «qaftanın ardı yırtıxlı», «sası dinli», «quzğun dilli», «din düşməni», «dini yox, ağılsız kafir; ussı yox, dərnəksiz kafir» kimi təqdim olunur.
·         «Duxa Qoca oğlu Dəli Domrul» «Basatın Təpəgözü öldürdüyü boy»u əfsanəvi səciyyə daşıyıb başqa boylardan fərqlənir. Qalan boylarda isə tarixilik aparıcıdır.
·         Dastanda istifadə olunan coğrafi adlar: Dərbənd, Bərdə, Gəncə, Gürcüstan ağzı, Dərəşam, Sürməli, Göyçə, Əlincə, Qaraçuq, Ağcaqaya, Qaradağ, Aladağ, Qazlıq dağı və s.
·         Dastanda oğuz türklərinin həyat tərzi, məişəti elin psixologiyası geniş əks olunur.
·         Dastanda Qazan xanın yurd və su kimi cansızlarla, qurd və köpək kimi canlılarla, Uruzun isə dar ağacına gətirilərkən ağacla söhbətləşməsi verilmişdir.
·         Oğuz qadınları mərddir, sədaqətlidir. Məs: Dəli Domrulun qadını, Banıçiçək, Sarı donlu Selcan xatun, boyu uzun Burla xatun.
Dəli Domrulun qadını ərinə demişdir:
             Göz açıban gördüyüm,
              Könül verib sevdiyim,
              Qoç igidim, şah igidim...
              Qarşı yatan qara dağları
              Səndən sonra mən neylərəm,
              Yaylar olsam, gorum olsun.
               Soyuq-soyuq suların
               İçər olsam, qanım olsun...
               Mənim canım senin canına
               Qurban olsun.
·         Dastanda qadına, anaya hörmət əlaməti olaraq Uruzun dilindən «Ana haqqı-Tanrı haqqı» ifadəsi işlədilir.
Dastanın ideyası:  islam dinini yaymaq, Oğuz dövləti qurmaq uğrunda kafirlərə qarşı mübarizə.
Eposun quruluşu, bədii xüsusiyyətləri.
·         Dastanın müəllifi ozanlar ozanı Dədə Qorquddur, lakin boylar hansısa ozan tərəfindən söylənilir.
·         Ozan hər bir boyu Oğuz xanına «Xanım, hey!» müraciəti ilə başlayır, yeri gəldikdə ustadı  Dədə Qorqudu xatırlayır. Hər hansı bir əhvalat nəql olunandan sonra belə yekun verilir: «Dədəm Qorqud gəlibən boy boyladı, soy soyladı... Məndən sonra alp ozanlar söyləsin,  alnı açıq,comərd ərənlər dinləsin»-dedi.«Yum verəyim, xanım, yerli qara dağların yıxılmasın, kölgəlicə qaba ağacın kəsilməsin...»
·         Dastan qədim dövrlərdə, əsasən, nəzmlə olduğundan qopuzun müşayiəti ilə avazla oxunardı.
·         Orta əsr dastanlarından fərqli olaraq bu dastanda nəsrlə şeir kəskin fərqlənmir.
·         Dastandakı şeirlər qədim-türk poeziyasının xüsusiyyətlərini-bəndini, misra quruluşunu, ahəngini, ritmini və s. geniş bir şəkildə əks etdirir.
·         Eposun bizə gəlib çatan mətni göstərir ki, qədim türk şeirində qafiyə o qədər də zəngin deyil, ritmi yaradan əsas vasitə fonetik təkrarlar, xüsusilə alliterasiyadır (samit səslərin təkrarı)
                             Qaranqu axşam olanda qayğılı çoban,
                             Qarla yağmur yağanda çaqmaqlı çoban,
                             Südü, pendiri bol, qaymaqlı çoban!...
Burada q,ç,m,n kimi samit səslərin təkrarı ahəng yaradır.
·         Ozan dastan qəhrəmanlarının bu və ya digər keyfiyyətlərini təbiət hadisələri ilə müqayisə edir. Məsələn: Beyrəyin bacısı qardaşının əsirlikdə olduğunu Qazana bu cür çatdırır:
                              Qarşı yatan qara dağım yıxılıbdır,
                              Ozan, sənin xəbərin yox.
                              Kölgəlicə qaba ağacım kəsilibdir,
                              Ozan, sənin xəbərin yox.
Dastandakı mübaliğələr: məclislərdə təpə kimi ət, göl kimi qımız;qəhrəmanın acığı tutanda qara daşı kül eləməsi; atdığı daşın yerə düşməməsi, düşərsə, yerində üç il ot bitməməsi; yeddi başlı əjdahanın öldürülməsi.
        Qəhrəmanların əlamətinə çevrilmiş mübaliğələr:
·         Əlli yeddi qalanın açarını alan Alp Ərən;
·         Altmış min kafirə qan qusduran, ağ-boz atının yelisi üzərində qar durduran Şir Şəmsəddin;
·         Dəmir qapı Dərbənddəki dəmir qapıyı təpib alan, altmış tutam ala gön dərinin ucunda ər böyürdən, Qazan kimi pəhləvanı bir savaşda üç kərə atdan yıxan Dəli Dondar.
·         Oğuz qadınının boyu sərv ağacına, çatma qaşları qurulu yaya, al yanaqları güz (payız) almasına bənzədilir, ağzının kiçikliyini göstərmək üçün «Qoşa badam sığmayan» deyilir. Yaxud «kimə baxsa, eşqiylə oda yaxan» Sarı donlu Selcan xatun oğuz igidi Qanturalını görəndə «Öysəl olmuş dana kimi ağzının suyu axır», «kedisi mavıldayır» deyib aşiq olur.
·         Eposun bizə gəlib çatan boyları ana dilimizin ərəb, fars dillərinin təsirinə hələ o qədərdə məruz qalmadığı dövrdə yazıya alındığına görə qədim türk dili xüsusiyyətlərini daha çox qoruyub saxlamışdır.
·         Oğuz igidlərinin atları: Qonur at-Qazan xanın, Təpəlqaşqa-Dəli Dondaz, Göy bədəvi-Qaragünə, Ağ-boz at-Şir Şəmsəddin, Boz ayğır-Beyrək, Duru ayğır-Yeynək,
     
    «SALUR QAZANIN EVİNİN YAĞMALANMASI» BOYU
İdeyası: oğuz cəmiyyətinin vətənpərvərliyi, yurd, el-oba və ailənin düşmənlərdən müdafiəsi uğrunda mübarizədir.
Qısa məzmunu
    Sayca dastanın ikinci boyu olan bu boy Salur (sərkərdə) Qazanın bəylərlə məclis qurmasının təsviri ilə başlanır. Qazanın oğuz igidlərini başına yığıb ova getməsindən xəbər tutan Şöklü Məlik qəflətən hücum edib, Qazanın evini yağmalayır. Qazanın anasını, oğlu Uruzu, qadını Burla xatunu əsir götürür. Altı yüz kafir Dərbənd üzərinə yürüyərək Qazan xanın qoyunlarını da aparmaq istəyərkən Qaraca çoban igidliklə vuruşur, qoyunları vermir.
    Şöklü Məlik Qazanın xandan dəhşətli intiqam almaq üçün Burla xatunu kef məclisinə gəzdirmək istəyir, lakin qırx incəbelli qız arasında onu tanıya bilmir. Qızlardan Burla xatunun kim olduğunu xəbər aldıqda hamı bir ağızdan «mənəm» deyir. Onda qərara gəlir ki, Uruzu öldürüb ətindən kabab çəksinlər. Kim bu ətdən yeməsə, demək Burla xatun odur. Bunu eşidən Uruz anasına deyir: «Qızlar bir yesə, sən iki ye, qoy kafirlər səni tapmasınlar, atam Qazanın namusunu sındırma».
     Bu zaman ovda olan Qazan qayğulu yuxu görür və yuxusunu qardaşı Qaragünəyə danışır, Qaragünə də yuxunu yozur. Bunun üçündə ovdan geri qayıdan Qazan xan Qaraca çobanla rastlaşır. Çoban da qazan xanla döyüşə getmək istəsədə xan buna icazə vermək istəmir. Lakin Çoban Qazana deyir ki, icazə ver mən də ölmüş qardaşımın qisasını alım. Qazan oğuz igidlərinin qınağından qorxduğu üçün çobanı ağaca bağlayıb döyüşə tək gedir.
     Şöklü Məlik Uruzu öldürmək istərkən Qazan xanla Qaraca Çoban gəlib çıxır. Qazan xan birinci anasını istəyir ki, döyüş başlayanda ayaq altında qalmasın.Kafir vermək istəmir. Başqa igidlərin də köməyi gəlməsi ilə Qazan xan döyüşü udur, sonda Dədəm Qorqud xeyir-dua verir.
·         Qazan xan sürəti
     Eposda Salur Qazan «Ulaş oğlu, Tülü quşun yavrusu, yazıqların ümidi, Amit soyunun aslanı, Qaraçuğun qaplanı, qonur aın yiyəsi, Xan Uruzun ağası, Bayandır xanın göygüsü (kürəkəni), Qalın oğuzun dövləti, qalmış yigit arxası» kimi təqdim olunur.
     Qazan xan Bayandır xandan sonra elin başçısı, hökmdarı, saluru (sərkərdəsi), pənahı və dayağıdır.
     Oğuz elinin, birliyi, güzəranı Qazan xan üçün əsasdır. O, Üç ildən bir var-dövlətini elə dağıdır.
     Dayısı Aruzun bəylər arasına nifaq saldığını, Oğuz elini parçalamaq istədiyini görəndə onun xəyanətkarlığını bağışlamır, onu öldürür.
     Qazan xan kafirərin əsirliyində olarkən düşmənlər tələb edirlər ki, Qazan onları öysün, tərifləsin. Qazan Kafirə belə deyir:
                  Bin-bin ərdən yağı gördümsə, «oyunum» dedim,
                  Yigirmi bin ər yağı gördümsə, yiləmədim.
                  Otuz bin ər yağı gördümsə, ota saydım,
                  Əlli bin ər gördümsə, əl vermədim,
                  Altmış bin ər gördümsə, əl vermədim
                  Səksən bin yağı gördümsə, donamadım,
                  Yüz bin ər gördümsə, yüzüm dönmədim,
                  Yüzü dönməz qılıcım ələ aldım,
                  Məhəmmədin dini eşqinlə qılıc urdum,
                  Ağ meydanda yumru başı topca kəsdim,
                  Anda dəxi «ərəm, bəgəm» deyü, ögünmədim,
                  Ögünən ərənləri xoş görmədim
·         Burla xatun sürəti.  Bayandur xanın qızı, Qazan xanın xanımıdır. Vəfalı, etibarlı, namuslu bir qadındır. Əsir düşəndə oğlunun ölümünə razı olur ki, oğuzun namusu tapdalanmasın.
«Qazan bəy oğlu Uruz bəyin dustaq olduğu boy»da oğlunun əsir düşdüyünü eşidəndə deyir:
                  Bəg igidim Qazan!
                  Qalxuban yerindən uru durdun,
                  Oğlunla yelisi qara Qazlıq atın bütün bindin,
                  Köksü gözəl qaba dağlar önünə ava bildin,
                   Boynu uzun bədəvi keyikin alıb yıqdın,
                  Boynu uzun bədəvi keyikin alıb yıqdın,
                  Semiz atın yüklətdin, geri döndün;
                  İki vardın, bir gəlirsən, yavrum qanı?
·         O, Qazan xanın ardınca kafirin üzərinə gedir.
·         Uruz sürəti
     Qazan xanın oğludur. Oğuz igidlərinin ümumilləşdirilmiş obrazıdır. Atasının şərəfini, anasının namusunu canı-qanı bahasına qorumağa hazırdır. Başqa bir boyda əsir düşən atasını kafirlərdən qurtarır. Anası onu buraxmaq istəmədikdə o deyir:
                 Mərə, ana, mən xan oğlu degilmişəm,
                 Xan Qazan oğlu imişəm.
                 Mərə, qavat qızı, munu mana neçün deməzdin.
                 Ana haqqı Tanrı haqqı deyilmişsə
                 Qara polad uz qılıcım dartaydım,
                 Qafilcə görklü başın kəsəydim, alca qanın yer üzünə dökəydim.
·         Qaraca çoban sürəti
     Oğuzun aşağı təbəqəsinin üzvüdür. Mərdliyi, igidliyi, cəsurluğu, sədaqəti ilə bəylərdən geri qalmır. Kafirin gəldiyini quyğulu yuxusu ilə yozub qardaşları Qabangüc və Dəmirgüc ilə birlikdə Qazanın on min qoyununu qoruyur. Qaraca Çoban döyüş zamanı qardaşlarını itirir. Qaraca Çoban sürəti göstərir ki, xalq ədəbiyyatı, epos təfəkkürü zəhmətkeş təbəqənin nümayəndələrinə böyük hörmətlə, məhəbbətlə yanaşmışdır.
Boyun sonunda Qazan xan Şöklü məliyi Quyan Səlcik Qara Tükən məliyi, Qarabudaq Buğacıq məliyi öldürürlər. Qazan bəyin qardaşı kafirin bayrağını bayrağını qılıncladı. Dədə Qorqud gəlib boy-boyladı söz söylədi.
«Dədə Qorqud» eposu yalnız Azərbaycan xalqının, türk xalqlarının deyil,            ümumən dünya ədəbiyyatının ən möhtəşəm əsərlərindəndir.


                       NİZAMİ GƏNCƏVİ (1141-1209)
v    Həyatı
     İlyas Yusif oğlu Nizami 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Nizami öz ana dilini dərindən bilməklə yanaşı, o dövrün elm dili olan ərəb dilini və şeir dili olan fars (dəri) dilini mükəmməl öyrənmiş, dövrün kamil bir aliminə çevrilmişdir. Buna görə də müasirləri onu «hər şeyi kamil bilən alim» anlamına gələn «Həkim» adlandırırdılar. Gəncəvi isə onun nisbəsidir.
    Nizami öz «Xəmsə»si («Beşliy»i) ilə məşhurlaşmışdır. Nizami həyatına aid faktları ilk dəfə «Xəmsə»nin ikinci əsəi olan  «Xosrov və Şirin» poemasında verilmişdir. Şirinin ölümünü təsvir edən şair onu vaxtsız vəfat etmiş həyat yoldaşı Afaqla müqayisə etmişdir. Afaqı Nizamiyə Dərbənd hökmdarı hədiyyə göndərmiş, Nizami isə onu özünə həyat yoldaşı seçmişdir. Afaqla Nizaminin Məhəmməd adlı bir övladları da olmuşdur. «Xosrov və Şirin» (1181)  poemasını yazanda Məhəmmədin yeddi yaşı, «Leyli və Məcnun» (1188) poemasını yazanda isə Məhəmmədin on dörd yaşı var idi.
    «Leyli və Məcnun» poemasında şair özü haqqında daha ətraflı məlumat verərək, atası Yusif Zəki Müəyyəd oğlunun, dayısı Xacə Ömərin, anasının həyatdan getdiklərini dərin kədərlə bildirir.
    Sevimli arvadı Afaqdan sonra iki dəfə evlənsə də, şair bu gəlinləri də tez bir zamanda itirmişdir. Bunu son əsəri olan «İskəndərnamə» poemasında da kədərlə yad etmişdir. Elə bu poemada əsərin qəhrəmanlarının ölümünü təsvir etdikdən sonra öz ölümünü də təsvir etmişdir:
                              Bu dastan yazılıb qurtaran kimi
                              Köçmək xəyalına düşdü Nizami.
                              Altmış üç yaşından altı ay qədər
                              Keçmişkən, istədi eləsin səfər.
    «İskəndərnamə» poemasından olan bu fikirlərə əsaslansaq, deməli, Nizami poemani bitirərkən, yəni 1203-cü ildə 64 yaşın içində imiş. Şair bundan sonra hələ 6 il də yaşamış, 1209-cu il mart ayının 12-də vəfat etmişdir. Bu tarix Qəbir daşı üzərində qeyd edilmişdir.


v   YARADICILIĞI
·               Həm epik, həm də lirik növdə yazmışdır.
·               Bizə gəlib çatan əsərləri yalnız fars dilindədir.
·               Onun zəngin irsindən bizə 6 qəsidə, 120 qəzəl, 30 rübai və «Xəmsə»si gəlib çatmışdır.
·               Qaynaqlar şairin 1188-ci ildə qəzəl, qəsidə və rübailərdən ibarət bir  «Divan» tərtib edildiyini bildirir.
·               Nizaminin adına qeyd edilmiş, ancaq ona aidliyi şübhə doğuran bir sıra şerlərdə məlumdur.
·               Qəzəllərində tez-tez onunla çağdaş hökmdarlardan olan Qızıl Arslanın və Şirvanşah Axistianın adlarını çəkir.
·               XII yüzilliyin ən böyük nümayəndələrindən olan Nizaminin qəzəllərini başlıca olaraq, dünyəvilik, real eşqin tərənnümü fərqləndirir.
·               Ədəbiyyatımızda ilk dəfə «Xəmsə» yaratmışdır.
·               Yalnız əruz vəznində yazıb-yaratmışdır.
·               Poemalarının əvvəllərində oğlu Məhəmmədə nəsihət yazmışdır.
        ó Poemaları
   Nizami 1174-1203-cü illər arasında, 30 il ərzində beş poema yazmışdır. Sonralar bu poemalar bir toplu halında birləşdirilərək «Xəmsə» («Beşlik») adı ilə tanınmışdır. Nizami heç yerdə «Xəmsə» adını çəkməmişdir. Lakin «İskəndərnamə» də əvvəlki məsnəvilərinin adını çəkmişdir.
                            Yorulmaq bilmədən gündüz və gecə
                            «Məxzənül-əsrar»ı yazdım əvvəlcə
                            İncəlik, şirnlik yığaraq ondan,
                            «Xosrov və Şirin»çin düzdüm bir dastan.
                            Sonra başqa bir yerdə çadırı qurdum,
                           «Leyli və Məcnun»un eşqini vurdum.
                            Bitirdim dastanı, bir nəşə tapdım,
                           Atımı «Həft peykər üstünə çapdım»
                            İndi söz mülkündə büsat qururam,
                            İskəndər dövründən təbil vururam.
1)       «Sirlər xəzinəsi» (1174)
·               Nizaminin ilk poeması olan «Məxzənül-əsrar»ın («Sirlər Xəzinəsi») vahid süjet xətti və baş qəhrəmanı yoxdur. Epik şeir ənənəsinə uyğun  olaraq giriş hissədə Tanrının və Peyğəmbərin mədhi, Peyğəmbərin meracı, hökümdarın tərifi verilmişdir.
·                Poemanın əsas mətni müxtəlif ictimai, fəlsəfi, dini problemlərə həsr edilmiş iyirmi məqalət və iyirmi hekayətdən ibarətdir. 
·               Ərzincan hakimi Fəxrəddin Bəhram şah Davud oğluna həsr etmişdir.
·               Birinci məqalət «Adəmin yaradılması» adlanır və ona qoşulmuş hekayətdə bir padşahın obrazında pis əməllərdən geri durmağın gec olmadığı ideyasını irəli sürür.
·               «Ədalətli Nuşirəvan və vəzirin hekayəsi», «Qarı və Sultan Səncər hekayəsi» ndə şair dövrünün hökümdarlarını məsləhət və qorxutmaq yolu ilə adil olmağa çağırır.
·               Poemada ədalət ideyası aparıcı mövqedə durur.
2.  «Xosrov və Şirin» (1181)
·               Məhəmməd Cahan Pəhləvanın xahişi ilə yazılmışdır. Hökümdar ondan məhəbbət  mövzusuda əsər- «həvəsnamə» istəsə də şair məhəbbətin ecazkar təsiri altında insanın mənəvi - əxlaqi təkamülünü göstərən ölməz poema yaratmışdır. Əsəri  Məhəmməd Cahan Pəhləvanın xahişi ilə də yazsada poema bitərkən hökümdar öldüyünə görə əsəri onun qardaşı Qızıl Aslana vermişdir. Şair əsərin sonunda  Qızıl Aslanla görüşünü də əlavə edərək qeyd etmişdir ki, Nizaminin şərəfinə hazırlanmış bu ziyafət zamanı müğənnilər onun qəzəllərini oxuyurlar.
·               Şair poemanı  Məhəmməd Cahan Pəhləvanın sifarişi ilə yazsa da, əsəri Qızıl Arslana və oğlu Nüsrəddin Əbubəkrə ithaf etmişdir. Elə buna görə də Qızıl Arslan şairə Həmdünyan adlı kənd bağışlamışdır.
·               Şair poemanı müxtəlif  qaynaqlardan-Bərdədəki əlyazmadan, Xosrov və Şirinlə bağlı müxtəlif əfsanə və rəvayətlərdən, tarixi abidələrdən, Firdovsinin «Şahnamə»sindən istifadə edərək fərqli bir süjet yaratmışdır.
·               Poema Sasani şahı Xosrov Pərvizlə Azərbaycan-türk şahzadəsi Şirin arasında baş verən məhəbbət macerasından bəhs edir.
·               Bəzi qaynaqlarda yalnış olaraq Şirin «erməni şahzadəsi» adlandırılmışdır. Əslində poemada ərazi adı kimi göstərilmiş «Ərmən» də «Arran» da Şirinin bibisi Məhin Banunun hakimiyyəti altında olan ölkələrdir. Şirin xristianlığa deyil, tanrıçılıq dininə mənsubdur.
·               Şirin bir türk gözəlidir.
·               Hadisələr mühüm bir hissəsi Azərbaycanda, onun paytaxtı olan Bərdə şəhərində baş verir.
·               Əsərdə iki əxlaq növü-İran və Türk əxlaqı qarşılaşdırılır və üstünlük, şərtsiz olaraq türk əxlaqına verilir.
·               Şirinin mənəvi təsiri altında yüngül xasiyyətli Xosrov kamil bir insana çevrilir.
·               Şair bu əsərdə insanlığın xilasının türk ədalət prinsiplərinə, əxlaq qanunlarına riayət etməkdə olması fikrini irəli sürür.
·               Əsərdə qadın azadlığı problemi də qoyulur.
·               Yaxın Şərq ədəbiyyatında ilk irihəcmli məhəbbət əsəridir.
·               Hadisələr geniş planda təsvir edildiyi üçün ədəbiyyatımızda ilk mənzum roman da adlanır.
·               Məhəbbət və dövləti idarəetmə problemləri yanaşı qoyulub həll edilir.
·               Ədəbiyyatımızda vahid süjet xəttinə malik olan ilk əsər sayılır.
·               Şərq ədəbiyyatında ilk ideal qadın obrazı Şirindir.
·               «Xosrov və Şirin» ilə Nizmai yaradıcılığında vahid süjet xəttinə və qəhrəmanlara malik olan dastan yaradıcılığına başlanğıc qoyur.
 3.«Leyli və Məcnun» (1188)
·   Əsər Şirvanşah Axistianın məktubla göndərdiyi sifariş əsasında yazılmışdır.
·   Bu poemanın əvvəlində şair «Divan»ın olduğu barəsində xəbər vermişdir.
·               Poemanın  əsas mövzusu məhəbbətdir. «Xosrov və Şirin»də olduğu kimi, şair bu poemanın da sifarişinə həvəslə girişməmişdir. Qədim ərəb əfsanəsi əsasında yazılmışdır.
·               «Sirlər xəzinəsi»ndə ötəri olaraqtəsvir edimiş ikiüzlülük, riyakarlıq kimi mənfi sifətlərin tənqidi bu əsərdə xüsusi bədii konsepsiya şəklində qoyulur.
·               Əsərin qəhrəmanı Qeys-Məcnundur. O, nağılvarı bir üsulla-nəzir niyazla doğulur. Varlı bir qəbilə başçısının yeganə oğludur. Ağıllı və gözəldir. Məktəbdə gözəl bir qıza aşiq olandan sonra cəmiyyətdə hökm sürən riyakarlığa boyun əymək  istəmədiyi aydın olur. Cəmiyyət Qeysin azadlığını qəbul eləmədiyindən onu «Məcnun»-dəli adlandırır. Məcnun şəxsiyyətin azadlığını qəbul etməyən cəmiyyətə etiraz olaraq insanlardan qaçıb, təbiətin qoynuna sığınır.
·               Leyli və Məcnun aşiqdir, amma o, öz duyğularının ifadə etməkdə sərbəst deyil. Nizaminin Leylisi güclü xarakterə malik bir insandır. Amma zorla ərə verilsə də, ata-anasına etiraz etmir.
·               Əvvəlki poemalarda qoyduğu qadın azadlığl problemi bu əsərdə inkişaf etdirilir.
·               Poemada Nizaminin təsvir etdiyi qadınlar, Leyli də başda olmaqla,kişilərdən yaşınmırlar, üzüaçıqdırlar. Şair onları ərəb geyimli türk adlandırır.
·               Poema əfsanəsinin özündə olduğu kimi faciə ilə bitir. Əsərin sonunda qəhrəmanların hər ikisi ölür.
·               Əruz vəzninin həzəc bəhrində yazılmışdır.
4. «Yeddi gözəl» (1197)
·               Marağa hakimi Əlaəddin körpə Arslana həsr edilmişdir.
·               Poemanın qəhrəmanı V yüzillikdə hökmdarlıq etmiş Sasani şahı Bəhram Gurdur. Nizami Firdovsi kimi tarixi obraz yaratmaq istəmirdi. Onun məqsədi hökmdarlarvasitəsi ilə ictimai-siyasi hadisələrə, insan talelərinə təsir göstərmək,insanda insani duyğular oyatmaq idi. Şair bu poemada keçmişdəki yaxşı bir hərəkəti verməklə dövrünün şahlarınıədalətli olmağa çağırırdı.
·               Poemada Bəhramın ədaləti verilməzdən əvvəl, onun atası Yezdigirdin zülmü, zorakarlığı təsvir edilmişdir.
·               Poemanın süjet xətti iki yerə bölünür: birincidə Bəhram Gurun həyat və fəaliyyəti, ikincidə isə onun yeddi sarayda yeddi ölkədən gətirilmiş, şahzadə qızların nağıllarına qulaq asması təsvir olunur.
·               Birinci hissədə ədalətli hökmdar problemi qoyulursa, ikinci hissədə «Sirlər xəzinəsi»ndə olduğu kimi, ictimai problemlərə bədii-fəlsəfi münasibət bildirilir.
·               Nizami Fitnənin timsalında türklərə böyük rəğbət tərənnüm etmişdir. «Xosrov və Şirin» də olduğu kimi, burada da türk qadınının (Fitnənin) timsalında fars hökmdarına dərs verir. Belə ki, sonda Bəhram öz səhvini başa düşüb Fitnə ilə qanuni nikaha girir.
·               Yeddi şahzadə qızın şirin nağılları ilə yeddi dustağın qarşılaşdırılmasında şair təzad yaratmışdır.
·               Şair əsərdə Fitnə ilə yanaşı, «Xeyir və Şər» nağılının qəhrəmanını ölümdən xilas edən kürd qızı, ağlı və biliyi ilə bir çox kişilərdən üstün olan Səqlab şahzadəsi kimi qadın obrazlarını da məhəbbətlə təsvir etmişdir.
5. «İskəndərnamə» (1203)
·               Nizami 30 illik elmi və bədii axtarışının məntiqi yekunu «İskəndərnamə» poeması ilə başa vurmuşdur.
·               Əvvəlcə üç hissədə yazmağı nəzərdə tutsa da, sonradan iki hissədən ibarət bir əsər yaratmışdır; 1) «Şərəfnamə», 2) «İqbalnamə» (Tale kitabı) bəzən «Xiridnamə» də (Ağıl kitabı adlanır)
·               «Xiridnamə»nin giriş hissəsini yazarkən artıq «Yeddi gözəl» poemasını bitmişdir. Şair burada əvvəlki poemalarının dördünün də adını çəkir.
·               «Şərəfnamə» Nüsrəddin Əbubəkrə, «İqbalnamə» isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir.
·               Poema tarixi mövzuda olsa da, şair tarixi materiala zahiri bir qabıq kimi yanaşmış, cəmi iki-üç vərəqdə İskəndərin cahangirlik tarixini təsvir etmişdir.
·               «Kitabın yazılma səbəbi»ndə şair İskəndərin dirilik suyu ardınca Zülmətə getdiyini, ancaq onu əldə edə bilmədiyini, yalnız «İskəndərnamə» poeması yazdıqdan sonra dirilik suyuna çatdığını göstərir.
·               Poemada əbədi bəşər problemləri qoyulmuşdur.
Poemanın məzmunu
·               Əsas hadisələr İskəndərin ətrafında baş verir. Əsərin birinci hissəsi İskəndərin doğulması  və təlim almasının təsviri ilə başlayır. Bəhramın atası Yezdigirddən fərqli olaraq, burada İskəndərin atası Feyləqus-Filipp ədalətli və müdrik bir hökmdar kimi təsvir edilir. Atasınının ölümündən sonra taxta çıxan İskəndər müəllimi  hakim Nikomaxosun vəsiyyətinə görə onun oğlu və İskəndərin məktəb yoldaşı olan Ərədtunu (Aristoteli) özünə vəzir təyin edib, ölkəni ədalətlə idarə edir. İskəndərin Misir, İran, Bərdə, Hindistan, Çin (Türküstan) səfərləri, ruslarla müharibəsi və zülmət aləminə səfəri «Şərəfnamə»nin əsas sütunlarıdır.
        Ərəstunun məsləhəti ilə zəncilərin hücumuna məruz qalmış Misir hökmdarına kömək edir. İran hökmdarı Daraya bac verməkdən imtina edir, nəticədə Dara ilə döyüşür və qalib gəlir. Sonra Ərəbistana gedib Kəbəni ziyarət edir, Bərdəyə qayıdıb Azərbaycan hökmdarı Nüşabə ilə görüşür, müxtəlif qalalar alır, Hindistan və Çin üzərinə hücum edir. İskəndər ruslarla müharibə edib Nüşabəni xilas edir. Dirilik suyu ardınca Zülmətə gedir, ancaq əldə edə bilməyib Ruma qayıdır.
        Zülmətə səfərdə xəyali qüvvələr tərəfində acgözlükdə, tamahkarlıqda təqsirləndirilir, onun əbədi həyat qazanmaq arzularına istehza edilir.
         «Şərəfnamə»də İskəndərdən başqa, Dara, Pələngər, Nüşabə, Çin xaqanı və digər maraqlı surətlər də var.
·               Poemanın ikinci hissəsində «İqbalnamə»də İskəndər haqqında müxtəlif rəvayətlər: onun dəllək və çobanla əhvalatı, eləcə də İskəndərin ətrafında olan alimlərin başına gələn müxtəlif maceralar təsvir olunur. Bu hissədə İskəndər yeddi alimlə xlvətə çəkilir. Bu alimlər aşağıdakılardır: Əflatun (Platon), «Ərəstu» (Aristotel), Vallis (Miletli Fales), Fərfuriyus(Porfori), Bəlinas (Plin), Sokrat, Hermes. Bu hissədə İskəndər yer üzünün nadir möcüzəsi olan utopik Xoşbəxtlər ölkəsinə gəlir.
        Poemanın «İqbalnamə» hissəsində İskəndərə Peyğəmbərlik verilir, bundan sonra o səfərə çıxaraq, təktanrıçılıq dinini yayır. Əsərin sonunda isə İskəndərin ölümü təsvir olunur.
Poemanın quruluşu və bədii xüsusiyyətləri
·               Poemanın hər iki hissəsi ənənəvi girişlə: tövhid, minacat, nət, mədhiyyə və fəxriyyə ilə başlayır.
·               «Şərəfnamə»də süjet daha bitkin xarakter daşıyaraq, İskəndərin zülmə qarşı mübarizəsindən danışılır, ikinci hissə mozaik səciyyə daşıyır. Bu isə orta əsrlərdə romantik sənət tipinin tələblərinə cavabverirdi.
İskəndər surəti
·               İskəndər orta çağların müharibələrindən, dərəbəylikdən, özbaşınalıqdan təngə gəlmiş bir mütəfəkkirin bədii sözün gücü ilə göstərdiyi bir maneədir. Ancaq robot deyil,onun da əhvləri olur. Məs: qadına yuxarıdan aşağıya baxması, önəm verdiyi alimi-filosofu təpikləyib yuxudan qaldırması
·               İskəndər əsərin baş qəhrəmanıdır. Onun həyatı doğulandan ölənə qədər əsərdə təsvir olunur.
·               Türklərin qadınlarının örtülü gəzməsini Qıpçaq ağsaqqallarına məsləhət görən İskəndər ağsaqqalara belə cavab verirlər:«Əgər qadına baxmaq günahdırsa, sən gözlərini ört, qadını yox!»
·               Ruslarla müharibədə həlledici zərbəni türklər vurur. İskəndər türklərə arxayın olduğunu bu cür ifadə edir:
                                        Xəzər dağlarından Çin dənizinə
                                        Türklərlə doludur bu yerlər yenə.
                                        Qohum olmasa da rumlara bir türk,
                                        Ruslara kinləri rumdan da böyük.
                                        Türklərin oxuyla yenə bu zaman
                                        Qabar əskik olmaz rus ayağından.  
·               Bütövlükdə İskəndər ümumbəşəri ədalət naminə mübarizə aparan ideal bir şah obrazıdır.
Nüşabə surəti
·               Şair vətəninə dərin məhəbbətini ifadə etmək üçün  tarixi həqiqəti pozaraq İskəndəri Azərbaycana-Bərdəyə gətirib türk qızı Nüşabə ilə qarşılaşdırmışdır.
        Nüşabə də Şirin və Fitnə kimi böyük bir hökmdara dərs vermişdir. Şair Nüşabəni belə tərənnüm etmişdir:
                                        Erkəksiz yaşayan bu dişi ceyran
                                        Gözəldi, göyçəkdi erkək tovuzdan.
                                        Xoşsöhbət, ürəyi saf, mətanətli,
                                        Bir pəri əndamlı, xoş təbiətli.
        Nüşabə də Şirin və Məhinbanu kimi Bərdə hakimidir. Onun sarayında yalnız qadınlar qulluq edir. O, ölkəsini ədalətlə idarə edir. İskəndəri öz məharəti ilə müharibədən çəkindirir, xalqını qırğından qurtarır. İskəndərin ismasında özünə qüdrətli bir dost qazanır.
        Nüşabə adam tanımaqda mahirdir. Özünü ülçi kimi qələmə verən İskəndəri tanımış, ona belə demişdir:
                                          Erkək tinətliyəm, olsam da qadın,
                                          Hər işi bəllidir mənə dünyanın.
                                          Mən də bir aslanam, düşünsən bir az,
                                          Aslanın erkəyi dişisi olmaz.
·               Poemada Çin xaqanının bağışladığı döyüşkən türk qızı Nistəndərcahan obrazı da var.
·               Poemada şairin ruslara qarşı antipatiyasının səbəbi XI əsrdə rusların Azərbaycana gəlib viran qoymasıdır. Şair Bərdənin tərifini verərkən Bərdənin vəziyyətini ağrı ilə təsvir edir.
·               Poemanın ikinci hissəsində daha çox elmi problemlərə, filosofların  fikirlərinə üstünlük verilmişdir. Bəzən şair özü də fəlsəfi diskussiyalara qoşulurdu. Ruma qayıdan İskəndər maarifçi hökmdar kimi fəaliyyət göstərmişdir.
·               Əsərin ən mühüm hissəsi İskəndərin xahişi ilə alimlərin ona nəsihətnamə yazmasıdır. Nizami bununla da öz çağının hökmdarlarını tərbiyələndirmək istəmişdir.
·               Poemanın son hissəsində İskəndərin peyğəmbərliyə çatması və müxtəlif xalqları doğru yola çağırmaq üçün səfərə çıxmasının təsviri verilmişdir.
·               Poemanın sonunda Nizami İskəndəri xoşbəxtlər ölkəsinə gətirmişdir. Oranın ağsaqqaları xoşbəxtliklərinin sirrini belə izah edirlər:
                                     Bizim uşaqları böyüdər Allah,
                                     Naxıra şir, pələng toxunmaz əsla.
                                     Bizim bir qoyuna dəysə canavar,
                                     Ordaca gəbərib yerində qalar.
                                     Bizi hifz eləyən Allahdır, Allah,
                                      Biz yalnız Allaha gətirrik pənah.

NİZAMİNİN «XƏMSƏ»Sİ

Adı
Tarixi
Mövzusu
götürülmüşdür
Kimin sifarişi ilə
Həsr olunduğu şəxs
İdeyası
Tərcümə edənlər
1
«Sirlər    xəzinəsi»
1174
Rəvayət və hekayətlərdən
Ərzincan hakimi Fəxrəddin Bəhram şahın
Ərzincan hakimi Fəxrəddin Bəhram şahı
Ədalətli hökmdar yaratmaq və ictimai ədalət
Süleyman Rüstəm
2
«Xosrov və Şirin»
1181
Sasani və Türk dövlətlərinin tarixində
Məhəmməd Cahan Pəhləvanın
Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan və Nüsrətddin Əbubəkr
Saf məhəbbət və dövlətin ədalətli idarəsi
Rəsul Rza

3
«Leyli və Məcnun»


1188
Ərəb əfsanəsindən
Şirvanşah Axistianın
Şirvanşah Axistian
Məhəbbət
SəmədVurğun

4
«Yeddi gözəl»
1197
V əsr Sasani tarixindən

Marağa hakimi Əlaəddin Körpə Arslan
Ədalətli hökmdar
Məmməd Rahim


5
«İskəndərnamə»
I hissə «Şərəfnamə»,
II hissə «İqbalnamə» (Xridnamə)
1203
Tarixdən

I hissəsini Nüsrətddin Əbubəkrə, II hissəsin isə Mosul hakimi Məlik İzzədinə
Ədalətli hökmdar
Abdulla Şaiq
(I hissə)
Mikayıl Rzaquluzadə
(II hissə)


ORTA DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI
                  (XIII əsrdən XVII əsrə qədər)
v   Dövrün mühüm hadisələri
·         XIII əsrdən etibarən fars və ərəb dilləri ilə yanaşı, Azərbaycan dili poeziyanın inkişafını görürük.
·         Azərbaycan dili şerinin ilk nümayəndələri İzzəddin HəsənoğluŞeyx Səfidir.
·         Həsənoğlu və Şeyx Səfi dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirdilər.
·         İzzəddin Həsənoğlunun türkcə üç, farsca bir qəzəli, Şeyx Səfinin kiçik bir divanı bu dövrün anadili ədəbiyyatından xəbər verir.
·         İzzəddin Həsənoğlu qəzəlləri sufi-mistik ideyaların azalmağa doğru getdiyindən xəbər verirdi.
·         Qazi Bürhanəddin ədəbiyyatımızda ilk dəfə türk poetik janrından-tuyuqdan istifadə etdi.
·         Bu dövürdə ədəbiyyatda formalaşmış humanizim prinsipləri, xüsusən, Seyid İmadəddin Nəsiminin yaradıcılığında ən yüksək zirvəyə çatır.
·         XV yüzillik ədəbiyyatımızda istər xronoloji, istərsə də sənətkarlıq cəhətdən Qazi-Nəsimi zirvələri Xətayi-Füzuli zirvələri arasında keçid mərhələrdir.
·         XVI əsrdən başlayaraq Azərbaycan ədəbiyyatı müstəqil bir ədəbiyyat kimi öz ənənələrini davam etdirməyə başlayır.
v   Zülfüqar Şirvani (1190-1304) poliqlot şair kimi tanınmışdır. Özü qeyd etmişdir ki, 6 dildə lirik əsərlər yaratmışdır. Şairin yalnız qələmə aldığı farsca «Divanı» bizə çatmışdır. İngiltərədə nəşr edilmiş bu «Divan»da məhəbbət lirikası üstünlük təşkil edirdi. Şairin yaradıcılığında daha çox dünyəvi məhəbbətin, real gözəlin tərənnümü üstünlük təşkil edirdi. Azərbaycanca qələmə aldığı ayrı-ayrı misra və beytlər də farsca «Divan»ının tərkibində bizə gəlib çatmışdır.
·         XIII yüzilliyin epik əsərləri «Dastani-Əhməd Hərami» və Qul Əlinin «Qisseyi-Yusif» poemaları olmuşlar. Hər iki əsərdə islam dininin yüksək humanist dəyərləri təbliğ edilmişdir.
·         Nizaminin «Leyli və Məcnun» poeması kimi həzəc bəhrində yazılan «Dastani-Əhməd Hərami» ədəbiyyatımızda epik əsərə lirik şeir-qəzəl də daxil olan ilk poemadır. Əsərdə kin-küdurət tənqid edilir.
·         Ana dilimizdə ilk nəsr nümunəsi yaradıldı. Füzuli yaradıcılığı ilə.
·         XVI yüzillikdə Suli Fəqih və Mustafa Zərir «Quran» motivləri əsasında qurulmuş «Yusif və Züleyxa» mövzusunda ana dilində əsərlər yaratmışlar.
·         Yusif Məddahın «Vərqa və Gülşa»  əsəri də ana dilindədir. 
v   Farsdili ədəbiyyat. 
·         XIII-XVI əsrlərdə Nizami ənənələrinə söykənərək yazıb-yaradan farsdili poeziyanın nümayəndələri:
1.Nəsirəddin Tusi (1201-1274)                       2.Marağalı Övhədi (1274-1338)
3.Arif Ərdəbili (1311-?)                                  4.Əssar Təbrizi (1325-1390)
·         Arif Ərdəbilinin  «Fərhadnamə»si Nizaminin «Xosrov və Şirin» poemasının təsiri altında fars dilində qələmə alınmışdır.
·         Nəsirəddin Tusi «Əxlaqi-Nasiri» (fars dilindədir) kimi əxlaqi didaktik əsərlə yanaşı ədəbi-bədii əsərlər də yazmışdır.
·         Marağalı Övhəddinin «Cami-Cəm», «Dəhnamə» poemaları epik şerinin layiqli nümunələridir. Fars dilində yazılmış «Cami-Cəm» poeması daha çox  ensiklopedik xarakter daşıyır. Əfsanəvi hökmdar Cəmşidin dünyanın hər yerindən xəbər verən camından danışılır. Şair əsərdə humanist fikirlərin bədii təqdimini verir.
·         Əssar Təbrizinin «Mehr və Müştəri» poeması «Xosrov və Şirin», «Leyli və Məcnun» poemalarından təsirlənmişdir. Mürəkkəb süjetə malik olan bu əsərdə iki gəncin böyük dostluğu tərənnüm olunmuşdur. Amma Nizaminin əsərləri səviyyəsinə qalxa bilməmişdir.
v   Türkdili ədəbiyyatı
v   QAZİ BÜRHANƏDDİN (1314-1398) hökmdar şair olmuşdur. İngilis şərqşünası Eduard Braun şairin yaradıcılığını türk ədəbiyyatında dünyəvi poeziyanın ilk örnəyi adlandırmışdır.
·         Qazi Bürhanəddin saray tarixçisi Astrabadi onun həyat və fəaliyyəti haqqında «Bəzm və rəzm» («Məclis və döyüş») salnaməsini yazmışdır.
·         Qazi Bürhanəddin «Divan»ında Həsənoğlu və Şeyx Səfi yaradıcılığı ilə formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatır. O, ədəbiyyatımızada ilk dəfə tuyuq janrından istifadə etmişdir. Bundan sonra bu janr Nəsimi, onun vasitəsi ilə də  Əlişir Nəvainin «Divan»ına keçir.


v  XV yüzillikdə Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqi ana dilində divan bağlamışdır.
v    NEMƏTULLAH KİŞVƏRİ XV yüzilliyin ən böyük nümayəndələrindən biridir. Nəvainin təsiri ilə yazmışdır. Orijinal bir poetik üslub nümayiş etdirmişdir. Ədəbiyyatımızda unikal bir mövqe tutur. Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayında yaşamış, sayayın məliküş-şüərası Həbibi ilə tanış olmuşdur.
v    HƏBİBİ (XV-XVI) yaradıcılığında milli mədəniyyətin bötün əlamətlərini görürük. Həbibi, Şahi, süruri kimi şairlərin yaradıcılığı Xətayi və Füzuli poeziyasının formalaşmasına zəmin yaratmışdır. Füzuli Həbibinin bir qəzəlinə təxmis yazmışdır.

v   XVI əsr təzkirəçisi Əhdi Bağdadinin «Gülşəni-şüəra» («Şairlər gülşəni»), Şah Abbasın kitabdarı Sadıqbəy Sadiqin «Məcməül-xəvas» («Seçilmişlər məclisi») təzkirələrində Bağdad ədəbi mühitinin bir sıra şairlərinin adları çəkilir. Ruhi, Şahi, Tüfeyli, Xəzani, Zehni, Elmi, Kalai, Səhabi Füzulidən əvvəl «Leyli və Məcnun» poeması yazmış Zəmiri və başqaları Füzuli dühasının yetişməsində böyük rol oynamışlar.
·         Şahqulu bəy, Susəni bəy, Pəri Peykər kimi şairlər XVI əsrdə Səfəvilər sarayında yaşamışlar. Bunların yaradıcılığı bütövlükdə bizə gəlib çatmamışdır. Bunlardan biri də Füzulidən 10 il əvvəl, 1525-ci ildə «Leyli və Məcnun» poeması yazmışHəqiri Təbrizidir.
·         Azərbaycan aşıqlarının babası Qurbani XVI əsrdə yaşamışdır.
·         Yazılı ədəbiyyatın əsasını təşkil edən sufilik fəlsəfəsi, xalq ədəbiyyatına, aşıq şeirinə də təsir etmişdir.
·         Xətayi və Məhəmməd Əmani həm klassik şer janrında, həm də aşıq şeri janrında əsərlər yazmışlar.
·         XV yüzillikdə Xəlili, Hamidi, Kişvəri, Həqiqi, Süruri ana dilində, Şah Qasım Ənvar, Bədr Şirvani isə daha çox fars dilində yazıb-yaradırdılar.
·         XVI yüzillik Ədəbiyyatımızda xalq yaradıcılığı gücləndi, aşıq sənəti təşəkkülü etdi.

                   
İMADƏDDİN NƏSİMİ (1369-1417)
v   Həyatı
     Anadili şerimizin ilk nümayəndələrindən biri olan Nəsimi 1369-cu ildə Şamaxıda doğulmuşdur. Ədəbiyyatımızda həyatı əfsanə və rəvayətlərlə dolu olan şairlərdən bəlkədə birincisidir. Əsl adı Əli, ləqəbi «İmadəddin», ən çox işlətdiyi təxəllüs «Nəsimi» olmuşdur. Bundan başqa, «Seyyid»«Hüseyni» təxəllüslərindən də istifadə etmişdir. Nisbəsi «Şirvani»dir. Peyğəmbər nəslindən olduğu üçün «Seyyid» adlandırılmışdır. Şair «Hüseyni» təxəllüsünü sufi şeyxi Həllac Hüseyn ibn Mənsurun (858-922), «Nəsimi» təxəllüsünü isə hürufiliyin banisi, öz mürşidi Fəzlullah Nəiminin (1339-1394) şərəfinə götürülmüşdür.
    Nəsiminin həyatını iki mərhələyə ayırmaq olar: birinci mərhələ 1386-ci ilə qədərki dövr, ikinci mərhələ ondan sonrakı dövr.
·         Həyatının birinci dövründə təhsilini kamilləşdirmiş, dini və dünyəvi elmləri, eləcə də ərəb, fars və türk dillərində yaranmış fəlsəfi fikri öyrənmişdir.
Həyatının ikinci dövrü isə sufizmin bir qolu olan hürufizmin ideyalarını təbliğ etməklə bağlıdır. Bu, 1386-cı ildə Nəimi ilə tanışlıqdan sonra başlamış, 30 il davam etmişdir. Hürufizmin banisi Fəzlullah Nəimi olsa da, ən böyük nümayəndəsi Nəsimi olmuşdur. Bu təriqətin əsas prinsipini insanın Tanrı tərəfindən ən böyük potensial imkanlarla yaradıldığı və onun öz nəfsini kamilləşdirmək, heyvani instinktlərdən çəkinmək yolu ilə ilahi mərtəbəyə yüksəlməyə qadir olmaq imkanı təşkil edirdi. «Hürufi» sözünün ərəb dilində tərcüməsi «hərflərə aid olan» deməkdir. Nəimi Miranşah tərəfindən öldürülməzdən əvvəl öz vəsiyyatnaməsini yazıb müridlərinə-şagirdlərinə çatdıra bilir. O, tövsiyə edirdi ki, müxtəlif ölkələrə yayılaraq hürufiliyi yaysınlar. Bu səbəbdən də Nəsimi o zaman hürufliyin mərkəzi olan Bakının tərk edərək Ruma-Anadoluya gəlir. Osmanlı sultanı I Murad bu təriqətin tərəfdarlarını təqib etdirdiyindən·         Suriyaya gəlib Hələb şəhərində fəaliyyət göstərir. Burada da həbs edilərək 1417-ci ildə işgəncələrlə öldürülür. Elə Hələb şəhərində də dəfn edilmişdir. Onun məzarı indi xalq arasında ziyarətgah kimi tanınır. Mübariz şeirləri, ibrətamiz həyatı və faciəli ölümü onu türk dünyasında çox məşhurlaşdırmışdır.

v  YARADICILIĞI  
·         Daha çox türk dilində yazsa da, ərəb və fars dillərində də şeirlər yazmışdır.
·         Yaradıcılığı ilk baxımdan qiymətləndirilir: yüksək poetik sənətkarlığına və humanist ideyalar yaydığına görə.
·         Nəsimi insan gözəlliyini, insana məhəbbəti tərənnüm edən böyük lirikdir. Lirikasının əsas obyekti isə məhəbbətdir.
·         Şairin şeirlərinin sufi və hürufi qabığını atdıqa səmimi və saf insan duyğularının tərənnümünü görürük.
·         Yalnız lirik növdə və əruz vəznində yazıb-yaratmışdır.
·         Məsnəvi, qəsidə, qəzəl, tuyuq, müstəzad, tərcibənd, müləmmə kimi şeir janrlarından məharətlə istifadə etsə də, yaradıcılığında qəzəl janrı üstünlük təşkil edir.
·          Qəzəllərinin mövzusu iki yerə bölünür:
1)Real gözəllərin təsvir və tərənnümü
2)Kamil olmağın, özünü tanımağın, heyvani hisslərdən, ehtiraslardan uzaq olmağın tərənnümü.
«YANARAM» qəzəli
1. Şeirdə məhəbbət duyğuları tərənnüm olunur.
2. Şeir 8 beytdən ibarətdir, əruz vəzninin münsərih bəhrindədir.
3. Qəzəldə sevən bir gəncin təbii duyğuları, keçirdiyi şirin əzab hissləri səmimi və axıcı bir dildə tərənnüm olunmuşdur.
·         Mətlə beyt               Səndən iraq, ey sənəm, şamü səhər yanaram,
                                      Vəslini arzularam, daxi betər yanaram
·         Məqtə beyt               Müddəi yanır demiş ğəmdə, Nəsimi, vəli,
                                      Ğəmdə yanan yarı yar çünki sevər yanaram.
«MƏN MÜLKİ-CAHAN...» qəzəli
Nəsiminin mənəvi-əxlaqi məzmun daşıyan, yəni insanı kamilliyə səsləyən, pisliklərdən çəkindirən qəzəlləri arasında Həllac Hüseyn ibn Mənsurun «ənəlhəq» (mənəm haqq, mənəm Allah) məzmunu ifadə edən əsərləri mühüm yer tutur. Şairin bu cür şeirləri kiçik qəsidə təsiri bağışlayır və çox güman ki, dərvişlərin oxuması üçün nəzərdə tutulmuşdur. «Mən mülki-cahan...» qəzəli də bu cür şeirlərdəndir.
·         Qəzəl 18 beytdən ibarətdir, əruz vəzninin həzəc bəhrindədir.
·         Mətlə beyt                  Mən mülki-cahan, cahan mənəm, mən,   
                                         Mən haqqa məkan, məkan mənəm, mən.
Burada insan olmasa, dünyanın heç bir mənası olmaz fikri ortaya çıxır.
·         Məqtə beyt                  İnsanü bəşərsən, ey Nəsimi,
                                          Həqdir ki, həman, həman mənəm, mən!
·         Şeirdə işlənən «kafi nun» sözləri Tanrının kainatı yaratmaq üçün dediyi iki sözdən («kun fəyəkunə»-ol, oldular) birincisinin hərfləridir. Nəsimiyə görə, Tanrının özü də «kun» (ol) deyərkən insanı düşünmüş və onun mənafeyini nəzərdə tutmuşdur.
                                           Mən ərşilə fərşü kafü nunam,
                                           Mən sərhü bəyan, bəyan mənəm, mən.
·         Nəsimiyə görə bütün kainatda Tanrının nişanı məhz insandır.
                                           Mən köxnü məkanü künfəkanam,
                                           Bilgil ki, nişan, nişan mənəm, mən
·         Onun fikrincə, Tanrı öz mənasını insanın sürətində bəyan etmişdir.
                                            Mən surəti-mənidə həqəm, həq,
                                            Mən həqqi-əyan, əyan mənəm mən.
·         Bu və bu kimi şeirlərində Nəsimi insanın Tanrı dərəcəsinə qalxa biləcəyi fikrinə gəlmişdir.
·         Şeir əxlaqi-didaktik mövzudadır. Bu cür qəzəllərində şair üzünü cahil insanlara tutaraq onları haqqı görməyə, insanın böyüklüyünə və ilahi mərtəbəsinə inanmağa çağırır.
Sənətkarlıq xüsusiyyətləri.
1. Nəsiminin poeziyası bədii dilinin gözəlliyi, oynaqlığı, ahəngi və ritmikası ilə çox qiymətlidir. Şair daha çox əruz vəzninin oynaq bəhrlərindən istifadə etmişdir.
2. Qazi Bürhanəddindən sonra Nəsimi türk əruzunun formalaşmasında və kamilləşməsində müstəsna rol oynamışdır.
3. Nəsimi böyük humanist, istedatlı, fəlsəfi fikri mənimsəmiş görkəmli mütəfəkkirdir. Panteizm fəlsəfəsinə onun əsərlərində tez-tez rast gəlmək olur.
4. Nəsimi dünyanı «murdar leş» adlandırır, ucalara yüksəlmək üçün bu murdarlıqdan uzaq olmaq, mənən yüksəlmək ideyasını ortaya atır.
Yoxdur vəfası dünyanın, aldanma anın alına,
Rəngindən oldu münfəil, hər kim boyandı alına.
Nəğdi dəğədir dünyanın, anına bezar eyləmə,
Niçün ki, hər kim qəlbilə eylərsə bazar, alına.
5. Nəsimi poeziyası bütövlükdə özünün nikbinliyi, gələcəyə inamı, insanın öz gözəllik və əzəmətini dərk edərək, kamil bir varlığa çevriləcəyinə böyük etiqadı ilə səciyyələnir.

                                         «YANARAM» qəzəli
Səndən iraq, ey sənəm, şamü səhər yanaram,
Vəslini arzularam, daxi betər yanaram.

Eşqi şövqün odu canıma kar eylədi,
Gör necə tabindən, ey şəmsü-qəmər yanaram.

Şəmi-rüxun surəti qarşıma gəlmişdürür,
Şəşəəsindən mənə şölə düşər, yanaram.

Səbr ilə aramı-dil, qapdı əlimdən qəmin,
Badi-həvadan değil, ğəmdən əgər yanaram.

Çıxdı içimdən tütün, çərxi boyadı bütün,
Gör ki, nə atəşdəyəm, gör nə qədər yanaram.

Səndən irağ olduğum bağrımı qan eylədi,
Oldu gözümdən rəvan xuni-cigər yanaram.

Yandığım ol yar üçün gizli değil, bəllidir,
Hər nə qədər ki, anın könlü dilər yanaram.
Müddəi yanır demiş ğəmdə, Nəsimi, vəli,
Ğəmdə yanan yarı yar çünki sevər, yanaram.


Lüğət
Şamü səhər-axşam səhər                          Badi-həva-küləkli hava, yel
Tabından-istiliyindən                               Çərxi-fələk-dünya, göy
Xüni-ciyər-ciyər qanı                                Tütün-tüstü
Şəmi rüxün-üzünün şəmi                           Müddəi-iddiaçı
Şəşəəsindən-parıltısından                          Ənəlhəq-mənəm haqq, mənəm Allah
İrağ-uzaq                                                    Vəli-amma
Şəmsi-qəmər-günəş-ay                               Şəmi-rüxun-şam üzlü

                          «MƏN MÜLKİ-CAHAN» qəzəli



Mən mülki-cəhan, cəhan mənəm, mən!
Mən həqqə məkan,məkan mənəm, mən
Mən ərşilə fərşü  «kafü» «nun»əm,
Mən şərhü bəyan, bəyan mənəm, mən!
Mən kövnü məkanü «kün-fəkan»əm,
Bilgil ki, nişan, nişan mənəm, mən!
Mən surəti-mənidə həqəm, həq,
Mən həqqi-əyan, əyan mənəm, mən!
Bir gövhəri əqdəməm-əzəldən,
Ey gövhəri-kan, kan mənəm, mən!
Mən atəşi-eşqi-nuri-həqqəm,
Musayə zəban, zəban mənəm, mən!
Mən cümlə cəhanü kainatəm,
Mən dərhi-zəman, zəman mənəm, mən!
Mən ayəti-müshəfü kitabəm,
Ey nöqtə dəhan, dəhan mənəm, mən!
Mən qövs ilə həm kəmanü tirəm,
Ey tirü kəman, kəman mənəm, mən!
Cəmşidi-zəmani-aləm oldum,
Cəmşidi-zəman, zəman mənəm, mən!
Mən nəqşü xəyalü xəttü xaləm,
Mən hərfü lisan, lisan mənəm, mən!
Mən «gənci-nihan»i, «küntü kənz»əm,
Mən  «gənci-nihan»nihan mənəm, mən!
Mən zatü sifati-kün fəkanəm,
Mən ruh ilə can, can mənəm, mən!
Mən kafirə matəmü müsibət,
Möminə iman, iman mənəm, mən!
Mən cənnətü abi-kövsər oldum,
Ey səhni-cinan, cinan mənəm, mən!
Mən bəhri-mühitü həm giranəm,
Ey bəhri-giran, giran mənəm, mən!
Mən sirrəmü tövhidəm, hədisəm,
Həm ğeyb güman, güman mənəm, mən!
İnsanü bəşərsən, ey Nəsimi,
Həqdir ki, həman, həman mənəm, mən!




             
    ŞAH İSMAYIL XƏTAYİ (1487-1524)
v   Həyatı
     Xətayi 1487-ci il  iyun ayının 23-də Ərdəbil şəhərində dini-siyasi xadim, təriqət başçısı ailəşində doğulmuşdur. Səfəvilər nəslindəndir. Babası Şeyx Cüneyd, atası Şeyx Heydər Ərdəbil hakimi olmuşdur. Anası Aləmşahbəyim isə Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı idi.
      Atası Şeyx Heydər 1488-ci ildə Şirvanşahlarla müharibədə öldürüləndən sonra İsmayıl və onun ailəsi həbs edilmişdir. Dörd il yarım həbsdən sonra Ağqoyunlu Rüstəm Bayanduri onları İstəxr qalasından azad etdirib Ərdəbilə yola salmışdır. Az sonra Şeyx Heydərin oğullarının şöhrətindən qorxuya düşərək onların arxasınca beş min nəfərlik suvari göndərmişdir. Şəməsi adlı yerdə Qızılbaşlar məğlub olmuşlar. Ağqoyunlular yenidən Ərdəbili ələ keçirsə də, İsmayılla İbrahimi tapa bilməmişlər. Qızılbaş tərəfdarları onları Ərdəbildən Gilana-Lahicana qaçırmışlar. İsmayıl qardaşı ilə bərabər Lahicanda altı il qalaraq Şəmsəddin Lahicidən ərəb, fars dillərini və «Quran» oxumağı öyrənmişdir.
     1499-cu ildə 70 nəfərlik dəstə ilə Ərdəbilə yola düşmüş, yolda onlara xeyli tərəfdar qoşulmuşdur. Beləliklə, o, Ərdəbilə 7000 nəfərlik bir ordu ilə daxil olur. Bir çox yürüşlərdən sonra 1501-ci il payızında Təbrizə gələrək özünü şah elan etmişdir.
     1503-cü ildə Şah İsmayıl Həmədan yaxınlığında Sultan Muradı məğlub edərək Ağqoyunlu dövlətinin varlığına son qoydu. Bundan sonra o, hərbi yürüşlərini daha uğurla davam etdirərək, 1510-cu ilə qədər bütün İranı və Bağdad da daxil olmaqla bütün İraqı öz hakimiyyəti altına aldı. Amu Dəryadan Fərat çayına qədər geniş bir ərazi İsmayılın hakimiyyəti altına keçdi.
     Qızılbaş sərkərdəsi Sultan Səlimin üzərinə gecə hücuma keçməyi təklif edəndə Şah İsmayıl demişdir: «Mən karvan basan quldur deyiləm, qoy Allahın məsləhət bildiyi kimi olsun» 1514-cü ilin avqustunda Çaldıran düzündəki döyüşdə Səfəvilər Osmanlılara məğlub oldular.
     Rəvayətə görə, Xətayi məğluniyyətdən əsəbləşərək qılıncı ilə topun lüləsini kəsmişdir. Bunu eşidən Sultan Səlim həmin qılıncı   əldə edir, nə qədər cəhd eləsə də, topun lüləsini kəsə bilmir. Xətayinin onu aldatdığını deyir. Bunu eşidən Xətayi «Qılınc həmin qılıncdır, qol həmin qol deyil»-deyir. Bundan sonra Xətayi bir daha böyük yürüşlər etmədi. 1524-cü ildə mayın 23-də qəflətən vəfat etdi. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunmuşdur.

v  Yaradıcılığı
·         Yaradıcılığa 12-13 yaşlarından başlamış, ilk şeirlərini Yunus İmrə, Qazi Bürhanəddin, İmadəddin Nəsimi və Nemətullah Kişvərinin təsiri altında yazmşdır.
·         Əsərlərini həm lirik, həm də epik növdə yazmışdır.
·         Həm əruz, həm də heca vəznində yazıb-yaratmışdır.
·         Heca vəzni şeirləri qoşma, gəraylı, varsağı, bayatı, əruz vəznli şeirləri isə qəzəl, qəsidə, qitə, mürəbbe, tərcibənd ianrlarındadır.
·         Şairin ədəbi irsi ana dilində yaratdığı «Divan», didaktik mənzumələr,«Nəsihətnamə»«Dəhnamə» adlı məsnəvilərdən ibarətdir.
·         Əsərlərinin çox az qismi fars, ərəb, əsas hissəsi isə Azərbaycan dilindədir.
·         Xətayi lirik şairidir. Onun şeirlərinin, xüsusilə qoşma və gəraylılarının ana xəttini şilə-qızılbaşlıq təriqətinin tərənnümü təşkil edirdi.
·         Şeirlərinin əsas hissəsi şiə-qızılbaşlığın, bir qismi sufi görüşlərin, bir qismi məhəbbətin, digər bir qismi isə təbiətin tərənnümünə həsr olunmuşdur.
1) Xətayi üçün qızılbaşlıq ideyası dövlət qurmaq və onu vahid bayraq və ideya ətrafında birləşdirmək idi. Bu təriqət zülmə, ədalətsizliyə qarşı etiraz rəmzi kimi tərənnüm edildi. Qızılbaşlar Allah və Məhəmməddən sonra Əlini ən böyük qüdrət sahibi hesab edirdilər. Şair bəzən özünü Əlinin varisi adlandırırdı.                                                   
                            Mənim yolumda yektalar gərəkdir,
                            Dini, imanı yəğmalar gərəkdir,
                            Mənəm sultan Xətayi Heydər oğlu,
                            Mənim yolumda qovğalar gərəkdir.
2) Xətayinin şeirlərinin bir qismi də sufilik görüşlərinin təbliğinə həsr olunmuşdur. Şairin lirik qəhrəmanı Nəsiminin «Ənəlhəq» fikrinə şərik çıxaraq özünü «Həqqi-mütləq» adlandırır.
                             Ənəlhəq sirri uş könlümdə goizli
                             Ki həqqi-mütləqəm, həq söylərəm mən.
·         Şairin sufizmə dair şeirlərinə güclü bir humanizim xasdır. Şairə görə güzgüsü saf olan insan Allaha bərabərdir. Bu insanlar həqiqət yolunu azmayan sufilərdir.
                              Sufi isən, alıb-satma,
                              Halalına haram qatma,
                              Yolun əyrisinə getmə,
                               Doğru yola nəzər yelə
3) Şair məhəbbət lirikasında eşqə yüksək, ali hiss kimi baxır, onu mənəvi ucalıq yolu hesab edirdi. Onun həm əruz, həm də heca vəznli şeirlərində məhəbbət «yerin-göyün dirəyi» kimi tərənnüm olunur:
                                Məhəbbətdir yerin-göyün dirəyi,
                                Məhəbbət edənin yanar çırağı.
                                Aşiqə beytullah-məşuq durağı,
                                Həq nəzər etdiyi yerdir məhəbbət.
·         Şair məhəbbəti Tanrının birbaşa simvolu, təzahürü kimi mənalandırır:
                                 Məhəbbət dediyin xaslar xasıdır,
                                 Məhəbbət olmayan haqqın nəsidir?
                                 Dost Xətayinin bu haq nəfəsidir,
                                 Məhəbbətdən keçən haqdan da keçər.
·         Nizami, Nəsimi, Kişvəri, Həbibi kimi şairlərdə olduğu kimi, onun məhəbbəti ikili səciyyə daşıyır: ilahi məhəbbət, real məhəbbət
4) Xətayinin «Bahar oldu ki, aləm gülşən oldu», «Mövsimi-qış getdi...» misraları ilə başlanan qəzəlləri orta əsrlər ədəbiyyatımızda peyzaj lirikasının ən gözəl nümunələridir.
                                  Bahar oldu ki, aləm gülşən oldu
                                  Gözün aç, gör cahan nə rövşən oldu
                                  Bəzəndi hər bir ağac bir gül ilə,
                                  Ağaclar cümlə gülpirahən oldu.
·         «Mövsimi-qış getdi...» misrası ilə başlanan qəzəlində isə baharın füsünkarlığı ilə insan gözəlliyi vəhdətdə təqdim olunur.
                                Bağçayə seyranə çıxdı gəşt üçün ol gülüstan,
                                Gül xəcalətdən qızarıb, şərmsar oldu yenə,
                                Qamətindən bəhs edərdi, daima ol sərvi-bağ,
                                Gör xəcalətdən ona mənzil-kənar oldu yenə.
·           Bu şeirlərdən başqa Xətayi «Dəhnamə»də peyzaj yaratmışdır. «Bahariyyə» adlanan həmin parçada təbiət təsviri ilə bərabər, vətənə, yurda məhəbbət də tərənnüm olunur.

                             «AYRILIR» qəzəli
1. Məhəbbət mövzusundadır. Şeirdə sevgilisindən ayrıldığı vaxtda Aşiqin keçirdiyi sarsıntı və iztirablar təsvir olunur. Bu ayrılıq iki dünyanın bir-birindən qopması deməkdir. Məşuqə onu «yüz min» dərddə qoyub gedir:

                         Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,
                         Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır.
                         Ayrılır ol yari-sərdarım, gedir, qoymuş məni
                         Səd həzərin dadü bidad bədəndən can ayrılır.
2. Nəsiminin eyni adlı qəzəlinə nəzirədir. Nəsiminin əsəri kimi qüvvətli bir nida ilə başlayır.
3. Şeirin üçüncü beytində müraciətin ünvanı dəyişir. Aşiq öz könlünə üz tutub ah-fəğan etməyə çağırır.
                          Ey könül, fəryadü nalə vaxtıdır, eylə fəğan,
                          Şimdi şəhrindən sənin ol şahi-sultan ayrılır.
                          Zar qıl bülbül kimi, çaq et yaxanı gül kimi,
                          Şol əzəldən yari-həmdəm, əhdi-peyman ayrılır.
4. Beşinci beytdə müraciətin ünvanı yenidən dəyişir, gözlərinə xitab edərək ağlamağa, yaş axıtmağa çağırır.
                          Gözlərim, hər dəmdə mövc eylə ki, firqətdi bu gün,
                          Tök sədəflər dürr kim, şol gövhəri-kan ayrılır.
                           Dust vida eylər mənimlən, ağlaram mən zar-zar,
                           Gözlərimdən hər zaman gör Bəhrü Ümman ayrılır.
5. Nəhayət, yeddinci beytdə Xətayiyə müraciətlə Tanrıdan razılıq edir.
                           Ey Xətayi, Tanrı sorsun bu şikəstə könlümü,
                           Zərd olubdur arizin, andan məgər qan ayrılır?
·               Nəsimidən fərqli olaraq, Xətayinin bu qəzəlində dörd müraciət obyekti var: müsəlmanlar, könül, göz, Xətayi.
·               Aşiq sevgilisinə 1-2-ci beytlərdə «yari-pünhan», «yari-sərdar», 3-4-cü beytlərdə isə «şahi-sultan», «yari-həmdəm» deyə qiymətləndirir.
·               Şeirin ilk misrası ilə bərabər, orda işlənən, «pünhan», «can», «ümman» kimi qafiyə sözlər eynilə Nəsiminin qəzəlindən götürülüb.
·               Şeirin dili aydındır; ərəb-fars sözləri azdır.
·               XV-XVI əsrdə yazılmış ən gözəl nəzirə nümunəsidir.
·               Şeir 7 beytdən ibarətdir.
·               Əruz vəzninin rəməl bəhrindədir. (failAtün  failAtün  failAtün  FailAtün)
·               Şeirin dili aydındır; ərəb-fars mənşəli sözlər az işlənmişdir. Orada bir neçə bədii-təsvir və ifadə vasitələrinə də təsadüf olunur. Bütün bu keyfiyyətlər bu qəzəli təkcə Xətayinin deyil, ümumiyyətlə XV-XVI əsrlərdə yazılmış yaxşı nəzirələrin biri kimi dəyərləndirməyə əsas verir.

                      Lüğət
Pünhan-gizli                                       Gövhəri-kan-daş-qaş mədəni
Səd-yüz                                               Bəhri-Ümman-dəniz, dərya
Həzəran-min                                       Şikəstə-sınıq
Zar qılmaq-ağlamaq                           Zərd-sarı
Cak etmək-sinəsini yırtmaq                Ariz-yanaq
Mövc-dalğa                                         Firqət-ayrılıq
Sədəf-inci                                            Yari-pünhan-gizli yar

                               «DƏHNAMƏ » poeması (1506)
·               Poema Xətayinin həcmcə ən böyük, ən sanballı əsəridir.
·               Şair əsərin yazılma səbəbini üç amillə izah edir:
1) Allahın təkliyini, vahidliyini qəbul edir, özünün ona bəndəliyini bildirmək istəyir.
2) Qəmli adamları şadlandırmaq istəyir.
3) Dünyada özündən sonra bir iz qoymaq istəyir.
·               Əsər məhəbbət mövzusundadır.
·               İdeyası məhəbbət uğrunda fədakarlıqdır. Şairə görə, həqiqi aşiqlər dözümlü və səbirli olmalıdırlar.
·               Əsərdə mifik düşüncə  məhəbbət haqqında sufi görüşlərlə vəhdətdə verilir. Burada vəfa, sədaqət, səbir və sabitqədəmlik ilahi eşqin atributları kimi verilir.
·               Xətayinin «Dəhnamə»si Övhədinin «Dəhnamə»sindən bir neçə xüsusiyyətinə görə fərqlənir:
1) İnsanın pəriyə vurulub, məhəbbətin gücü ilə onu ram etməsi;
2) Məsnəvidə həm əsatiri-mifik, həm ilahi-sufi, həm də real-dünyəvi sevginin əlamətlərinin olması.
3) Bağban, Huş, Ah, Göz yaşı kimi surətlərin də əlavə olunması.
Məzmunu
       Eşq haqqında heç nə bilməyən, sevənləri ağılsız-«əbləh» adlandıran gənc-aşiq yuxuda pəri üzlü bir gözələ vurulur. Məhəbbətdən alışıb yanan Aşiq İlahiyə müraciət edir. Hatifdən-qeybdən gələn bir səs ona sevgilisinin yeri və məkanı haqqında məlumat verir. Məşuqəyə qovuşmaq istərkən  maneələrlə qarşılaşır; əvvəlcə Bağban onun yolunu kəsir, sonra Məşuqə məhəbbətini rədd edir. O, əvvəlcə Səba, sonra Huş Ah və Göz yaşı ilə məhəbbətini sevdiyi qıza bildirir. Aldığı rədd cavapları onu dərdə salsa da, möhkəmləndirir. Səbirli, iradəli olması üçün bağbanın məhəbbətini qazanır. Aşiq sevgilisinə 10 məktub yazır ki, onların hər biri bir qəzəl idi. Məşuqə onun məhəbbətinə inanıb könül verir.
        Məsnəvinin Aşiqdən sonra ikinci surəti Məşuqədir. O, mifik surətdir-pəridir. Məkanı cinlər gülzarı, pərilər bağıdır. Ətrafında gəzənlər hurilər, pərilər, qılmanlar və insanlardır. Aşiqin Səba vasitəsi ilə göndərdiyi ilk məktubu cırır, Səbanı qovur, bağbana acıqlanır. Səba elçilik məqsədilə yenidən gələndə onu həbs etdirir. Məşuqə Huşun və Ahın gətirdiyi məktublarıda qəzəblə qarşılayır, lakin Göz yaşının üçüncü elçiliyindən sonra ürəyi yumuşalır, Göz yaşını tərifləyir, Səbanı azad edir, Aşiqi vüsala-görüşə çağırır. Aşiq Məşuqə ilə vüsalaçatandan sonra halalıq istoyib ayrılır. Son görüş aşağıdakı qəzəllə bitir:
                       Ey sevgi nigar, sən qal imdi,
                       Ey işvəli yar, sən qal imdi.
                       Umar bu Xətayi yadigarı,
                        Ta tuta qərar, sən qal imdi.
Süjet xətti
Ekspozisiyası (bədii giriş)-aşiqin yuxuda Məşuqəni görməsi.
Zavyazka (düyüm)-Aşiqin bağbanla qarşılaşdığı məqam.
Kulminasiya-(zirvə)-Göz yaşının üçüncü dəfə Məşuqənin yanına gəlməsi.
Razvyazka(açılış)-Məşuqənin Aşiqi görüşə çağırması ilə hadisələr açılmağa başlayır.
Final-Aşiqin vüsala çatıb Məşuqədən ayrılması.
Kompazisiyası
        Poema klassik ənənəyə uyğun olaraq minacat, nət və meracnamə, Əlinin və başqa imamların tərifi ilə başlayır. Bundan sonra şair novatorluq edərək ilk dəfə «Bahariyyə»dən istifadə edir.  
                          Qış getdi, yenə bahar gəldi,
                          Gül bitdivü laləzar gəldi.
                          Quşlar qamusu fəğanə düşdü,
                          Eşq odu yenə bu canə düşdü...  
·               «Bahariyyə»dən sonra hadisələr başlanır.
·               Sufilərin fəaliyyəti Aşiqin məktublarında əks olunur.
·               Məsnəvinin kompozisiyası kitaabın inşa tarixi, bitməsi və yazılma səbəbi haqda izahatla bitir. Əsərin yazılma tarixi bu hissədə verilmişdir.
·               «Quran»dan götürülmüş ifadə və ayələrin olmasına baxmayaraq, poemada ərəb-fars sözləri azlıq təşkil edir. Qədim türk-Azərbaycan sözlərinə də tez-tez rast gəlinir.
·               Əsər əruz vəzninin həzəc bəhrində-məfUlü, məfAilün, fəUlün ölçüsündə yazılmışdır.

                      
MƏHƏMMƏD FÜZULİ (1494-1556)
v   Həyatı
       Əsl adı Məhəmməd, atasının adı Süleyman, təxəllüsü Füzuli, nisbəsi Bağdadidir. Qaynaqlarda Molla Məhəmməd Bağdadi kimi də təqdim olunmuşdur. 1494-cü ildə İraqda doğulmuşdur. Türklərin Bayat boyundandır. Dədə Qorqud da Bayat boyundandır. Kərbəlada və Nəcəfdə İmam Hüseyn və Həzrət Əli türbələrində xidmət etmişdir. Səfəvilərin hakimiyyəti dövründə nisbətən sakit bir həyat sürmüşdür. «Türk divanı»nı və bir sıra başqa əsərlərini bu dövürdə yaratmışdır. Xətayiyə həsr etdiyi «Bəngü Badə» («Tiryək və Şərab)» poemasını da bu dövürlərdə yazmışdır.
        1534-cü ildə İraq Osmanlı imperiyasının tərkibinə keçdiyindən Füzulinin həyatında yeni bir mərhələ başlayır. «Leyli və Məcnun» poeması bu dövrün məhsuludur. Sultan Süleyman Qanuni Füzuliyə 9 axça təqaüd kəsmişdir, lakin məmurların özbaşınalığı bunu almağa imkan verməmişdir. Şair bundan qəzəblənərək «Şikayətnamə»ni (Nişançı Paşaya məktub) yazmışdır. Bu əsərində o, bürokratizmə gülmüşdür.
        Fəzl adında bir oğlununda olduğu bildirilir. Şair sələfi Nizami kimi poemalarının əvvəlində oğluna nəsihət yazmamış, «Fəzliyə nəsihət» adlı müstəqil əsərində öz tövsiyələrini bildirir. Nizami kimi saraylardan uzaq gəzmişdir.
       1556-cı ildə Kərbala şəhərində vəfat etmiş və İmam Hüseynin məqbərəsinin astanasında dəfn olunmuşdur. Vəfat tarixi çağdaşı olan Əhdi Bağdaddinin «Gülşənüş-şüəra» (Şairlər gülşəni) təzkirəsində əbcəd hesabı ilə «köçdü Füzuli» sözləri ilə ifadə edilmişdir. Farsca və türkcə divanlarının dibaçəsində, o cümlədən aşağıdakı qitəsində yaradıcılığa çıx erkən başladığını bildirmişdir.
 Seyti-fəsahətilə sözüm tutdu aləmi,
Mən məhdi-etibardətifli-zəbun hənuz.
Buyi-xoşumla oldu müəttər dimağlər,
Mən nafeyi-vücuddə bir qətrə xun hənuz.
Nizami kimi o da öz əsərləri ilə ictimai-siyasi gedişə təsir göstərmək istəmiş, bəzən hakimlərə və məmurlara nəsihətlər etmişdir.

v   YARADICILIĞI
·               Ərəb, fars və türk dillərində yazıb-yaratmışdır.
·               Həm lirik, həm də epik növdə yazmışdır.
·               Həm nəzmlə, həm də nəsrlə yazmışdır.
·               Qəzəl, qəsidə, məsnəvi, qitə, rübai, mürəbbe, müxəmməs, tərcibənd, tərkibənd, təxmis, fəlsəfi traktat janrlarında əsərlər yazmışdır.
·               Yaradıcılığın zirvəsini türk divanı, divanın əsasını qəzəllər təşkil edir.
·               Ana dili bədii nəsrin əsasını qoymuşdur.
·               Şair «Leyli və Məcnun» poemasında bir çox janrlarından istifadə etdiyini vurğulamışdır.
Gah tərzi-qəsidə eylərəm saz,
Şəhbazım olur büləndpərvaz.
Gəh dəbi-qəzəl olur şüarım,
Ol dəbə rəvan verər qərarım.
Gəh məsnəviyə olub həvəsnak,
Ol bəhrdə istərəm düri-pak.
v   Qəsidələr
·               Füzuli 90-a qədər qəsidə yazmışdır.
·               Qəsidələrdən ibarət ayrıca divan tərtib etmişdir. Divanın dibaçəsində qəsidəyə yüksək qiymət verərək yazır:
                                Təkcə qəsidədir, hər xeyir işdə
                                Cilvələr saçaraq sayılır sənət.
·               Müasirlərindən fərqli olaraq, qəsidələrində şahlardan daha çox Allahı mədh edirdi. Bədii səviyyəsi fəlsəfi ümumiləşdirmələri ilə bu gün də öz əhəmiyyətini itirməyən qəsidələri «Su», «Gül», «Xəncər».
v    Qitələri
·               Şair qitələrində böyük ictimai-fəlsəfi problemlər qoyaraq öz qənaətini bədii dillə ifadə edirdi. Bu baxımdan türk divanındakı qitələri xüsusilə fərqlənir.
·               Şair qitələrindən birində müəllimə tövsiyə verərək yazır:
                                Ey müəllim, aləti-təzvirdir əşrarə elm,
                                Qılma əhli-məkrə təlimi-məarif, zinhar.
                                Hiylə üçün elm təlimin qılan mfsidlərə,
                                Qətli-am üçün verir cəlladə tiği-abidar.
v    Qəzəlləri
·               Qəzəllərinin əsas mövzusunu məhəbbət təşkil edir.
·               Türk divanından olan «Bu gecə» rədifli qəzəlində məşuqənin itlərinə müraciətində onları məlaikələrlə müqayisə etmişdir:
                                Parə-parə cigərim itlərinə nəzr olsun,
                                Ol səri-kuyə əgər düşsə güzarım bu gecə.
                         «ƏQL YAR OLSAYDI...» qəzəli
·               Qəzəl məhəbbət mövzusundadır. Əsərdə ağılla eşq bir-birinə qarşı qoyulur.
·               Lirik qəhrəman ağlın məsləhətinə qulaq asdığına görə peşmandır. Amma sonrakı beytlərdə görürük ki, bu peşmanlıqdan məmnunluq hissi duyur.
·               Qəzəl Füzulinin çox sevdiyi rəməl bəhrindədir...
·               Qəzəlin mətlə beyti
                          Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?
                           İxtiyar olsaydı, rahətixtiyar etməzmidim?
·               Qəzəlin məqtə beyti
                          Ey Füzuli, daği-hicranilə yanmış könlümü
                          Laləzar açsaydı, seyri-laləzar etməzmidim?
·               Qəzəlin birinci beytinin hər iki misrasında, qalan beytlərin hamısının ikinci misrasında bədii sual işlədilmişdir.
·               Qəzəldə birbaşa olmasa da, Füzuli qürbətdə olduğunu, vətəninə qayıda bilmədiyini xatırladır
·               Qəzəl 8 beytdən ibarətdir.

                 
                                   «ƏQL YAR OLSAYDI...» qəzəli
Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?
İxtiyar olsaydı, rahətixtiyar etməzmidim?
         Ləhzə-ləhzə surətin görsəydim ol şirinləbin,
         Sən kimi, ey Bisutun, mən həm qərar etməzmidim?
Nişə mərhəm eylədim şəmi, məni məhrum edib,
Mən sənin bəzmində can nəqdin nisar etməzmidim?
         Dərdimi aləmdə pünham tutduğum naçardır,
         Uğrasaydım bir təbibə aşikar etməzmidim?
Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbr,
Tərki-qürbət eyləyib, əzmi-diyar etməzmidim?
         Vaizin bəzmin mənim rüsvalığımdan qıl qiyas,
          Ondan sidq olsaydı, mən təqva şüar etməzmidim?
Ol güli-xəndanı görmək mümkün olsaydı mənə,
Səntək, ey bülbül, gülüstanə güzar etməzmidim?
          Ey Füzuli, daği-hicranilə yanmış könlümü
          Laləzar açsaydı, seyri-laləzar etməzmidim?

Lüğət
Ləhzə-ləhzə-az vaxt, bir an                        Vaiz-möizə edən, nəsihətçi
Nişə-arının, əqrəbin iynəsi                          Qıl qiyas-nəticə çıxar
Bəzm-eyş-işrət, kef məclisi, söhbət             Təqva-Allahdan qorxub pis işdən çəkinmə, möminlik
Nisar-qurban                                                  Laləzar-laləlik
Əzmi-diyar-yurda getmək


                 «LEYLİ VƏ MƏCNUN» poeması
·         «Leyli və Məcnun» poeması şairin poema yaradıcılığının zirvəsini təşkil edir.
·         Əsilin yazılma tarixi sonda əbcəd hesabı ilə göstərilmişdir: 
                     Tarixinə düşdülər müvafiq,
                      Bir olmaq ilə iki aşiq.
·         Buradakı «iki aşiq» ifadəsi əbcəd hesabı ilə 942 rəqəminə bərabərdir. Bunada 2 əlavə edəndə 943 hicri qəməri (1536-1537) ili alınır.
·         Klassik məsnəvi janrının bütün qayda-qanunları üzrə yazılmış əsər Osmanlı hökmdarı Sultan Süleyman Qanuniyə ithaf olunmuşdur.
·         Nizamidən fərqli olaraq, dövrün tələbinə görə Füzulinin «Leyli və Məcnun»u daha çox sufi-ürfani məzmundadır.
·         Əsərdə Nizami poeması ilə səsləşən şəxsiyyət azadlığı problemi qoyulmuşdur.
·         Poema Rum zəriflərinin xahişi ilə yazılmışdır.
Əsərin məzmunu
     Poema nağılvari bir süjetlə başlayır. Varlı bir ərəb zadəganının övladı olmurdu:
                            Gəl qılsa onu tələf həvadis,
                            Yox bir xələfi ki, ola varis.
                            Fərzəndsiz adəmi tələfdir,
                            Baqi edən adəmi xələfdir.
     Çox nəzir-niyazdan sonra onun bir oğlu olur, adını Qeys qoyurlar. Qeys dil açmadığı bir dövrdə şair onun dilindən bir sıra ictimai-fəlsəfi problemlər haqqında fikir söyləyir.
                           Bildim, qəmini sənin ki çoxdur,
                           Qəm çəkməyə bir hərif yoxdur.
                           Gəldim ki, olam qəmim hərifi,
                           Gəl təcrübə eylə mən zəifi.
     Bu qəmsevərliyinə görə, demək olar ki, Füzuli Məcnun obrazında öz avtoportretini yaratmışdır. Nizamidə gördüyümüz insan talelərini düşünmək, xoşbəxtliyə çatdırmaq cəhdi bir poetik konsepsiya Füzuli yaradıcılığınd da davam etdirilir.
     Əsərin fabulası çox sadə bir əhvalat üzərində qurulmuşdur: məktəbdə bir-birinə aşiq olan Qeyslə Leylini bir-birindən ayırırlar.  Elçiliyə gedən Məcnunun atasına Leylinin atası Məcnuna sağalandan sonra qız verəcəyini bildirir.
                           Məcnun deyə tən edir xəlayiq,
                           Məcnunə mənim qızım nə layiq?
Buna dözməyən Qeys cəmiyyətdən uzaqlaşıb, təbiətin qoynuna qaçır və Məcnun (dəli) adını alır.  Novfəl adlı bir türk igidi məclislərin birində Məcnunun qəzəlini eşidir, onun kim olduğunu soruşaraq hadisədən xəbərdar olanda iki aşiqi qovuşdurmaq istəyir. Elin adət-ənənəsinə qarşı gedə bilmədiyi üçün buna nail olmur. Təsadüfən İbn Səlam Leyliyə aşiq olur və ataanasının razılığı ilə onunla evlənir. Lakin Leyli toy gecəsi ona deyir ki, mənə toxunsan cinlər padşahı səni də məni də öldürəcəkdir. Həsrətə dözməyən İbn Səlam ölür. Buna Məcnunun dua və qarğışları da səbəb olur. Dul qalan Leyli ata evinə gələrkən səhrada Məcnunla rastlaşır. Lakin Məcnun Leylini rədd edir. Leyli evə qayıdaraq anasına vəsiyyət edib vəfat edir. Zeyd Leylinin ölüm xəbərini Məcnuna çatdırdıqda o, birbaşa Leylinin məzarına gəlir və burada canın tapşırır. Onları bir qəbrdə dəfn edirlər. Hər iki aşiqin yaxın dostu olan Zayd yuxuda sevgililəri cənnətdə görür.
Məcnun surəti
Şairin dilindən Məcnunun təsviri:
                      Şahənşəhi-mülki-möhnəti dərd,
                      Yəni ki, Mcnuni-dərdpərvərd
                      Bir pak idi ki, bu ərseyi-xak
                      Onun kimi görməmişdi bir pak.
                      Çün nifrəti-şərri-nəsli-adəm
                      Qıldı ona vəhşəti müsəlləm,
                      Hər vəhşi donunda bir firişitə
                      Yar oldu ol ddəmisiriştə.
                      Zahirdə rəfiqi-vəhşilə teyr,
                     Batində məlayik ilə həmseyr.
·         Məcnun əsərin mərkəzi surətidir. Faciə onun faciəsidir. Əsər onun nəzir-nouyazdan sonra doğulması ilə başlayıb, vəfatından sonra Zyedin yuxu görməsinin təsviri ilə bitir. Məcnun kimilər cəmiyyətdə tək deyil, Zeyd kimi onu anlayan aşiqlərdə çoxdur. Məcnunun başına gələn hadisə Zyedin də başına gəlmişdir. Elə buna görə də şair dəfələrlə onu «Zeydi-vəfadar», «Zeydi-qəmxar» adlandırmışdır. Bu baxımdan Xətayi «Dəhnamə»sindəki aşiqin məktəb yoldaşını xatırladır.
·         Məcnun özünü «Qəzribi-aləm» sayır.
·         Atası onu sağalmaq üçün Kəbəyə aparır, Məcnun isə Allahdan ağıl yox, eşqinin daha da artmasını istəyir.
·         Dağ, Ceyran və Göyərçin ilə söhbətləşir.
·         Ona başqa qızla evlənməyi təklif edəndə deyir:
          Xosrov deyiləm ki, mənə dilbər,
          Şirin ola gah, gah Şəkkər.
Leyli surəti
     Əsərin qadın qəhrəmanıdır. Məcnundan fərqli olaraq, Leyli öz öz istəyini aşkar edə bilmir. Əsərdə Leyliyə dərdlərini aşkar demək üçün ilk dəfə «fürsət» verilmişdir: Biri zorla İbin Səlama ərə veriləndə Dəvə, Çıraq, Pərvanə, Ay, Səba ilə söhbəti zamanı, ikincisi isə İbn Səlamın ölümdən sonra ölmüş ərinə yas saxlamaq bəhanəsi ilə öz halına ah-nalə etmişdir. Ərinin ölümdən sonra Məcnun tərəfindən rədd edilən Leyli anasına vəsiyyət edərək ölür. Leylinin ölüm səhnəsi qış fəslində baş verir.
Köməkçi surətlər
·         Məcnunla Leylinin ata-anası, Zeyd və Nofəl yardımçı surətlərdir. Bu obrazların heç biri mənfi obraz deyil. Məcnunun ata-anası onun gözləri qarşısında vəfat edir, Leyli isə anasının gözləri qarşısında canını tapşırır.  Leylinin atası müəyyən dərəcədə mənfi çalarlara malik insandır. Nizaminin bu obraza antipatiyası olsa da, Füzuli bu obraza real yanaşmışdır.
·         Füzuli Məcnunu vüsala çatdıra bilməyən Novfələ bel əbəraət qazandırır:
                 Bir sınmışsa mumiya dilərdim,
                 Bir xəstə üçün şəfa dilərdim.
                 Gördüm, görünür bu əmr müşkül,
                 Bimar degil əlacə qabil.
·         İbn Səlam dövrünün oğludur. O, Leylinin onu sevibsevmədiyini düşünmədən onu alır. Leylinin uydurduğu cin, pəri əhvalatına görə ona yaxın düşə bilməyib həsrətdən və Məcnunun qarğışından ölür.
 Poemanın bədii xüsusiyyətləri
·         Türk və fars «Divan»larında olduğu kimi, poema ərəb-fars tərkibləri ilə, səcli (qafiyəli) nəsrlə olan dibaçə ilə başlayır. Sonra isə minacat, nət, mədhiyyə verilir. Bundan sonra əhvalatlar başlayır.
·         Poemanın daxilindəki hissələrin adları da qafiyəli nəsrlədir. Poemanın hər bəhsi saqinamə ilə başlayır.
·         Əsas hadisələr təhkiyə yolu ilə məsnəvi də verilirsə, qəhrəmanların  psixoloji ovqatı lirik janrlardan 24 qəzəl və 2 mürəbbe vasitəsilə ifadə olunur. Bunlardan başqa, şair poetik məqsədlərlə 3 rübai və 2 qəsidədən də istifadə etmişdir.
·         Nizaminin ədəbiyyata gətirdiyi «Leyli və Məcnun həzəci»ndə yazılmışdır. (Bütün «Leyli və Məcnun»lar bu bəhrdə yaradılmışdır.)  

Süjet xətti
1. Poemanın ekspozisiyası (bədii müqəddiməsi)- Qeysin nəzir niyazla dünyaya gəlməsi, aramsız ağlaması, gözəl bi qadının qucağında sakitləşməsi.
2. Zavyazka (düyüm)-Qeysin məktəbdə oxuyarkən Leylini görməsi, onunla ünsiyyət bağlaması, Leylinin valideyinlərinin bundan xəbər tutması, Leylinin məktəbə buraxmamalrı, Qeysin Məcnun kimi tanınması, atasının Leyligilə elçi getməsi və rədd cavabı alması, Məcnunun şəfa üçün kəbəyə aparılması.
3. Kulminasiya (zirvə)- Leylinin İbn Səlama ərə verilməsi, Məcnunun korluq bəhanəsi ilə onlara gəlməsi.
4. Razvyazka (açılış)-İbn Səlamın ölümündən sonra Leylinin səhrada Məcnuna rast gəlməsi və onun Məcnun tərəfindən rədd edilməsi.
5.Final (son)-Leylinin ölümü və bu xəbəri Zeydin Məcnuna deməsi Məcnunun ölümü və Zeydin onları behiştdə gəzərkən yuxuda görməsi.

Əsəri Nizaminin «Leyli və Məcnun» poemasından fərqləndirən əsas xüsusiyyətlər:
1. Nizamidən fərqli olaraq, Füzuli ana dilində yaratmışdır.
2. Nizaminin poemasından fərqli olaraq, Füzulinin əsərində sufi görüşləri üstünlük təşkil edir.
3. Nizamidən fərqli olaraq, Füzuli əsərə hadisələrlə bağlı olaraq lirik parçalarda daxil etmişdir.
4. Nizamidən fərqli olaraq, Məcnunun ölümü daha inandırıcı verilir. (Nizaminin poemasında Məcnun öləndən sonra vəhşi həyvanlar bir il onun meyitinə heç kimi buraxmır. Məcnunun sümükləri çürüdükdən sonra heyvanlar çəkilib gedirlər.)

               YENİ DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI
              (XVII ƏSRDƏN XX ƏSRİN ƏVVƏLLƏRİNƏ QƏDƏR)

Yeni dövr ədəbiyyatı 3 mərhələyə bölünür:
I mərhələ. XVII-XVIII əsrlər.
II mərhələ. XIX əsr
III mərhələ. XX əsrin əvvəlləri.

I mərhələ XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı
·         XVI əsrin əvvəllərində Şah İsmayıl tərəfindən yayılmış vahid dövlət ətrafında birləşmək ideyası inkişaf edirdi. Bu ideyanın əsas daşıyıcısı xalq ictimai fikri, şifahi xalq ədəbiyyatı idi.
·         Bu dövrlərdə Azərbaycan xalqının milli müstəqillik düşüncəsi «Koroğlu» eposunda xüsusi ehtirasla təzahür edir.
·         XV əsrdə Aşıq Qurbani, XVII əsrdə Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq kimi xalq sənətkarları yeni dövr ədəbiyyatının yeni bir qolunun-aşıq ədəbiyyatının əsasını qoyurlar.
·         Azərbaycan aşıqlarının yaratdıqları «Əsli və Kərəm»,  «Şah İsmayıl»,  «Tahir və Zöhrə»,  «Abbas və Gülgəz»,  «Aşıq Qərib» kimi məhəbbət dastanları yazılı ədəbiyyatın, xüsusilə poeziyanın xəlqiləşməsinə səbəb oldu.
·         XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının, ümumən mədəniyyətinin İntibah dövrü kimi səciyyələndirilir.
·         Azərbaycan ədəbiyyatının İntibah dövrü aşağıdakı əlamətləri ilə səciyyələndirilir;
1. Ədəbiyyatın milliləşməsi;
2. Ədəbiyyatın demokratikləşməsi;
3. Ədəbiyyatın realistləşməsi.
·         İntibah dövründə xalq musiqisi inkişaf edir, təsviri sənətdə həndəsi naxışlarla əvəz olunur, orta əsrlərdən fərqli olaraq, bu dövr rəssamları insan sifətini daha ifadəli şəkildə təsvir etməyə, onun daxili aləmini göstərməyə çalışırlar.
·         Nəinki şəhərlərdə, hətta kənd-elat mühitində belə, mədəniyyətin yüksəlməsi müşahidə olunur. (Molla Pənah Vaqifin kəd mühitindən çıxması buna sübutdur. «Hər Oxuyan Molla Pənah olmaz» ifadəsi yazıçı-mütəfəkkirlər tərəfindən onun haqqında deyilmişdir.)
·         XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı kütləvi şəkildə yazıya alınır.
·         Bu dövrdə Azərbaycan dili gürcülər, ermənilər, dağıstanlılar arasında sənət dili kimi işləndiyindən şifahi ədəbiyyatımız onlar tərəfindən də yazıya alınırdı.
·         XVII əsrdə bütün Qafqaz xalqları Azərbaycan İntibahının təsiri altında olmuşdur.
·         XVII əsrdə  orta dövr üçün səciyyəvi olan klassik poeziya ənənələri də davam edir.
v  Məhəmməd Əmani (1536-1610) həm klassik janrlarda (qəsidə, qəzəl və qitə) həm də xalq şeiri janrlarında (qoşma, gəraylı və bayatı) yazıb yaratmışdır.
v  XVII əsrdə yazılı ədəbiyyatın nümayəndəsi Fədai Təbrizi  «Bəxtiyarnamə» poemasını yazmışdır.
     XVII əsrdə Füzuli ədəbi məktəbin davamçıları-Məsihi (1575-1656), Saib Təbrizi (1601-1676), Qövsi Təbrizi.
v  Saib Təbrizi farsca yaradıcılığına görə dövrünün Hafizi, ana dilindəki əsərlərinə görə dövrünün Füzulisi sayılırdı. Səfəvilər sarayında «məliküş-şüəra» rütbəsinə yüksəlmişdir.
v  Realist ədəbiyyatın ilk nümunələrini də xalq sənətkarları yaradır.
·         XVII-XVIII əsrlərdə ən çox yayılmış şeir janrı qoşmadır. Qəzəl janrının da maraqlı nümunələrinə də təsadüf edilirdi.
·         XVII-XVIII əsrlərdən etibarən qəzəl janrı bir daha Nəsimi, Füzuli sənətkarlığı səviyyəsinə yüksələ bilmir.
·         XVII-XVIII əsrlərdə klassik şeir janrlarının özündə də həm məzmun, həm də formaca xəlqiləşmə prosesi gedir.
·         Orta əsrlərdən fərqli olaraq, bu dövrdə insana, onun fərdi xüsusiyyətlərinə, ictimai mövqeyinə maraq güclənir.
·         «Şəhriyar» kimi xalq dastanı yazılı ədəbiyyatın, o cümlədən nəsrin inkişafı üçün zəngin yaradıcılıq təcrübəsi verir. Bədii dildə ərəb-fars sözlərinin yerini xalq ifadələri tutmağa başlayır.
·         XVIII əsrdə yaradıcılığı xalq şeiri ənənələri əsasında formalaşan sənətkar – Molla Pənah Vaqif və Molla Vəli Vidadi olmuşlar.
·         «Ey həmdəmim, səni qana qərq eylər, Gəl tərpətmə yaralanmış könlümü» ifadəsi M.V.Vidadinindir. Onun kədəri ictimai məzmun daşıyır. Dərəbəyliyin doğduğu fəlakətlər şairin «Müsibətnamə» mənzuməsində qəmli şeirlərinin mövzusuna çevrilmişdir.
·         Vaqif nikbin, Vidadi isə bədbin şair idi.
·         Yeni dövrün əvvəllərindən başlayan Azərbaycan  İntibahının ən möhtəşəm əsəri «Koroğlu», ən böyük sənətkarı Vaqif idi. 

                    «KOROĞLU» EPOSU
·         «Dədə Qorqud»dan sonra şifahi xalq ədəbiyyatının ən möhtəşəm əsəridir.
·         «Dədə Qorqud» Azərbaycan xalqının, «Koroğlu» isə Azərbaycan millətinin formalaşdığı tarixi dövrlərdə təşəkkül tapmışdır.
·         XVI-XVII əsrlərdə Azərbaycan ictimai-siyasi həyatında baş vermiş hadisələrlə, xüsusilə Cəlalilər üsyanı ilə səsləşən «Koroğlu» dastanında tarixiliklə bədiilik  qarşılıqlı əlaqədədir.
·         «Koroğlu» dastanı XVI-XVII əsrlərdə yaransa da, XVII-XVIII əsrlərdə zəngin inkişaf yolu keçmişdir.
·         Tarixi qəhrəmanlıq dastanıdır.
·         Dastanın ideyası: Zülmkarlara qarşı mübarizə.
«Dədə Qorqud» eposu ilə «Koroğlu» eposu arasındakı oxşarlıqlar.
Ø  Hər iki eposda qəhrəmanların yaşadığı məkan, yurd var: Bu, «Dədə Qorqud»da Oğuz eli, «Koroğlu»da Çənlibeldir.
Ø  Hər iki eposda əsas qəhrəmanlar ova, yaxud səfərə getmələrindən bəhs olunur, hadisələr bir qayda olaraq, məhs səfərlərdə baş verir.
Ø  Hər iki epos biri-digəri ilə məzmunca bağlı olan, lakin müstəqil süjet xəttinə malik bitkin əsərlərdən ibarətdir. Bunlar «Dədə Qorqud»da boy, «Koroğlu»da isə qol adlanır.
Ø  Hər iki eposun boylarının, qollarının tarixən sayca artması imkanı olduğundan yeni süjetlər hesabına inkişaf edib zənginləşmişdir.
Ø  Hər iki epos şifahi şəkildə ozanlar, aşıqlar tərəfindən müxtəlif məclislərdə ifa olunmaqla yanaşı, yazıya alınmış, lakin bütün boyları, qolları yazıya almaq mümkün olmamışdır.
Ø  Hər iki eposdakı bütün şeir hecə vəznindədir.
Dastanın məzmunu. 
·         Epos ilxıçı Alı kişinin heç bir günahı olmadan Həsən xan tərəfindən amansızcasına cəzalandırması ilə başlayır. Alı kişinin oğlu Rövşən intiqam almaq üçün atasının gözlərinin bahası olaraq Həsən xanın verdiyi Qıratı, Düratı ildırım parçasından hazırlanmış Misri qılıncı da götürüb dağlara-Çənlibelə çəkilir. Çoxlu igidlik göstərən Rövşən Koroğlu adı ilə tanınır. Onun yanına müxtəlif bölgələrdən igidlər-dəlilər axışıb gəlməyə başlayır.
·         Xotkarın (Osmanlı sultanın) qızı Nigar xanım Koroğluya görməzə bilməzə aşiq olur. Onun xahişi ilə Koroğlu Nigarı Çənlibelə gətirir.
·         Koroğlunun 7777 dəlisi var idi. Onlar paşalara, xanlara, bəylərə zülümkarlara qarşı mübarizə aparırdılar. Onlar Dəli Həsən, Dəmirçioğlu, Bəlli Əhməd, Tüpdağıdan, Halaypozan, Tanrıtanımaz, Eyvaz kimi dəlilər idi. Onlar Bağdada, İstanbula, Qarsa, Toqata, Dərbəndə və s. səfərlər edirdilər.
·         Koroğlu xalq kütlələrinin müdafiəçisi idi. Onu məğlubedilməz edən ən böyük qüvvə xalqın məhəbbəti idisə, digər qüvvələr Qırat, Misri qılınc, bir də dəli nərəsidir.
·         Koroğlu dəlilərin seçib götürərdi. Onun dəliləri mərd, qorxmaz, yeri gələndə Koroğlunun səhvini üzünə deyən igidlər idi. Bəzən o, yanlışlığa da yol verir. Həmzənin hiyləsinə aldanması buna sübutdur.
·         Epos Koroğlunun qocalığı ilə başa çatır. O, qocalığında da dəliləri başına yığıb döyüşə gedir.
Eposun bədii quruluşu və bədii xüsusiyyətləri
1.       Dastan yüz illər ərzində tədricən formalaşmış bir eposdur.
2.       «Dədə Qorqud»dan fərqli olaraq, bu gün də xalq sənətkarlarının yaddaşında yaşamaqdadır.
3.       XVI əsrin sonlarından başlayaraq kəndli hərakatı, onun qəhrəman nümayəndələri haqqında söylənilən əhvalatlar əsasında formalaşmışdır.
4.       Eposda hadisələr nəsrlə verilir, qəhrəmanların xüsusi hiss-həyəcanlarını təqdim eləmək məqamı gələndə isə nəsrdən nəzmə keçilir.
5.       Dastanda nəsr olduqca canlıdır, xalq danışıq dilinin təbiiliyini, səmimiliyini əks etdirir.
6.       Koroğlu Nigar xanımı gətirməyə gedəndə demişdir:
            İgid gərək yar sevməyə
            Özü tək gedə, tək gedə.
            Müxənnət qəddim əyməyə
            Özü tək gedə, tək gedə.

     «KEÇƏL HƏMZƏNİN QIRATI QAÇIRMASI»  qolu
   Bu boyda paşalara, xanlara qalib gələn Koroğlu Keçəl Həmzəyə məğlub olur. Çünki Keçəl Həmzənin mübarizə üsulu başqadır.
   Toqatlı Mahmud paşa xotkarın hörmətini qazanmaq üçün Koroğlunun Qıratını qaçırtmaq həvəsinə düşür. Yeganə qızı Dona xatunu Qiratı gətirənə ərə verəcəyini vəd edir. Heç kim buna cürət etməsə də, heç kimin yanında hörməti olmayan, ləyaqətsiz bir insan-Keçəl Həmzə bunu öz öhdəsinə götürür. O, cəmiyyət arasında nüfuz qazanmaq, hörmət sahibi olmaq iddiasındadır.
    Bu məqsədlə Çənlibelə gələn Həmzə özünü ilxıçı kimi təqdim edib, Koroğluya deyir ki, paşaya 7 il ilxıçılıq etsə də, pulunu verməyib onu qovublar. Dəlilərin etirazına baxmayan Koroğlu Həmzənin (Koroğlu onu Kaloğlan adlandırmışdır) Çənlibeldə qalmasına icazə verir. Dürata baxmağı ona tapşırır, Həmzə atı qaçırdır. Koroğlu bunu bilib onun dalınca gedir. Koroğlunun çatacağını görüb Düratı dəyirmanın yanında bir dərəyə bağlayar. Dəyirmançınını aldadaraq onun paltarını geyinir. Koroğlu onun dəyirmançı olduğunu zənn edib Həmzəni soruşur, Həzə dəyirmançının gizləndiyini deyir. Koroğlu içəri girəndə dəyirmançının başı pərə dəyib ölür, Həmzə isə Qırata minib qaçır.
    Koroğlu əlacsız qalıb ata yaxşı baxmasını tapşırır. Həmzə isə ona söz verir ki, Toqata nə vaxt gəlsə, özü atı Koroğluya verəcək. Bundan sonra Koroğlu dəyirmançılıq edir, atı və özünü doydurur. Koroğlu kor-peşman Çənlibelə qayıtdıqda dəlilər onların məsləhətinə qulaq asmadığına görə ondan inciyib Çənlibeli tərk etmək istəyirlər. Nigar xanım buna imkan vermir.
   Koroğlu sazını götürüb Toqata gəlir. Bir qarının evində qonaq olur. Qarı ona Həzənin toyu olduğunu deyir. O, aşıq qiyafəsində toya gəlir. Onu ipə-sapa yatmayan Qıratı sakitləşdirmək üçün tövləyə salırlar. Həmzə dediyinə əməl edərək üzəngini özü basıb deyir: «Koroğlu söz dəyirmandakıdır.» Koroğlu atı minib Çənlibelə qayıdır.
·         Dastan Koroğlunun «Deyilmi» rədifi gəraylısı ilə bitir.
·         Bu qolda əsas məqsəd öz gücünə, qəhrəmanlığına arxayın olan Koroğlunun ehtiyatsızlıq, məsləhətə qulaq asmamaq ucbatından düşdüyü vəziyyəti canlandırmaqdır.
·         Koroğlu yalnız bir dəfə ehtiyyatı əldən verir. O da Koroğluya baha başa gəlir. Onun özündənrazılığı Çənlibeldə heç kimin xoşuna gəlmir. Eposu yaradanlarqəhrəmanları həmişə xalqa arxalanmağa çağırırlar.
·         Qəhrəman Nigar xanımın dili ilə tənbeh edilir:
             Utan, qoç Koroğlu, utan!
             Dağların damənin tutan!
             Sənin kimi başa çatan
             Elin qədrini nə bilər?!
Koroğlu surəti
1.       Koroğlu dastanın baş qəhrəmanıdır.
2.        Onu Qazan xanla müqayisə etmək olar. Hər ikisi tarixi şəxsiyyət olmuş, xalqın qəhrəmanlıq ideallarını ifadə edir.
3.       Qazan xandan fərqli olaraq, Koroğlu xalq içərisindən çıxmışdır.
4.       Mənbələr Calalilər üsyanı haqqında məlumat verərkən Cəlali Koroğlunun adını xüsusi qeyd etmişlər. O, şair-aşiq kimi də xatırlanır.
5.       Dastanın mifoloji motivlərinin zəngin Qərb (Türküstan) variantı Koroğlu obrazının mifoloji kökləri barədə əsl sübutdur.
6.       Obrazın romantik xüsusiyyətləri olsa da, bütövlükdə real bir obrazdır.
7.       Koroğlu Çənlibeldə ilk dəfə Dəli Həsənlə üz-üzə gələndə özünü belə təqdim edir.
                               Meydana girəndə meydan tanıyan,
                               Haqqın vergisinə mən də qanıyam.
                               Bir igidəm, igidlərin xanıyam,
                               Bu ətrafda bütün hər mənimdi!
8.  Eposun sonunda Aşıq Cünun döyüşdən qələbə ilə çıxmış qoca Koroğludan soruşur ki, indi dəliləri buraxırsan? Koroğlu cavab verir: «Yox, Aşıq Cünun!... Nə qədər ki, xotkarlar, paşalar, bəylər, xanlar var, mən koroğluluğumu yerə qoya bilmərəm»
   Koroğlunun dəliləri
1.       onun dəliləri də özü kimi mərd, mübariz xalq qəhrəmmanlarıdır. Onlar igidlikdə Koroğludan geri qalmırlar.
2.       Dəli Həsən Koroğlu ilə döyüşür. Çox döyüşdükdən sonra Koroğlu onu nərəsi ilə məğlub edir.
3.       Çənlibelə Qıratı aparmaq məqsədi ilə gələn Dəmirçioğlunu da nərəsi ilə məğlub edir.
4.       Dastanın ən cavan dəlisi Koroğlu ilə Nigar xanımın oğulluğa götürdükləri Eyvazdır. (Koroğlunun övladı olmamışdır.
5.       Bağdada durna teli gətirməyə gedən Eyvazın tutulduğunu eşidəndə Koroğlunun dərdi yerə-göyə sığmır.
                               Xəbər verin, dəlilərim oyansın,
                               Tutulubdur bir Eyvazım, əldədi.
                               Misri qılınc qızıl qana boyansın,
                               Tutulubdur bir Eyvazım, əldədir.
-deyərək dəlilərini başına yığıb Eyvazı, Dəmirçioğlunu, Bəlli Əhmədi xilas edir.
6.  Qocalanda dəliləri dağıtsa da, onları yenidən Çənlibelə yığmağa məcbur olur.
Qadın obrazlar. Nigar xanım.
1.  Çənlibelin baş xanımı xotkar qızı Nigar xanımdır. O, Koroğlu ilə razılaşmayanların fikirlərini ona bildirirlər. Onun övlad həsrəti böyükdür. Öz dərdini belə ifadə edir.
                                Necə baxım ev-eşiyə,
                                Yaralı könlüm üşüyə.
                                Toz bürümüş boş beşiyə
                                Şirin laylay çalan yoxdur.
2.  Koroğlunun sonsuzluğundan narahat olan Nigar xanım Eyvazı köynəyindən keçirib oğulluğa götürür.
3.  Dastanda Telli xanım, Məhbub xanım, Dünya xanım, Hürü xanım kimi adlı-sanlı ailələrdən çıxaraq Koroğlu dəlilərinə ərə gələn bir sıra qadın obrazları da var.
Paşalar, xanlar, bəylər.
      Dastanda Alı kişinin gözlərini çıxardan Həsən xan, Dəmirçi oğlunun dərisini soyduran Cəfər paşa, Dünya xanımı almaq üçün Koroğlunu tutub Camal paşanın hüzuruna gətirmək istəyən Bolu bəy, Qiratı oğurlatmaq istəyən Mahmud paşa kimi zülmkar bəy, xan obrazları da var.

                       MOLLA PƏNAH VAQİF (1717-1797)
·         Azərbaycan ədəbiyyatında rəalizmin banisidir.
·         Özündən sonra ədəbi məktəb yaratmışdır.
·         Azərbaycan İntibahının ən böyük şairidir.
·         Ədəbiyyata həm məzmun, həm də forma cəhətdən xəlqilik, demokratiklik gətirmişdir.
·         Həm əruz, həm də heca vəznində yazıb-yaratmışdır.
·         Həm aşıq şeiri üslubunda, Həm də klassik üslubda yazıb-yaratmışdır.
·         Yalnız lirik növdə yazmışdır.
·         Həm şair, həm də siyasi xadim idi.
·         Bütün yaradıcılığı Azərbaycan dilindədir.
·         «Hər oxuyan Molla Pənah olmaz» ifadəsi onun haqqında deyilmişdir.
·         Xaraktercə nikbin şair idi.
·         Heca vəzninin nüfuzunu yüksəldən şair ədəbiyyatımızda əruz vəzninin çoxəsrlik hakimiyyətinə son qoyur.
v   Həyatı
     Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Sasahlı kəndində anadan olmuşdur. Atası Mehdi ağa nüfuzlu adam idi. Müəllimlərindən biri də Şəfi əfəndi olmuşdur. Adı Pənah, təxəllüsü Vaqif idi. Hörmətli şəxs olduğu üçün Molla adlandırılmışdır. Mollaxana təhsilini bitirdikdən sonra Vaqif həm müəllimlik etmiş, həm də aşıq şeiri üslubunda «Vaqif» təxəllüsü ilə şeirlər yazmağa dəvət etmişdir.
    XVIII əsr Gürcüstan sərhədindəki münaqişələr bir sıra ailələr kimi, onun da ailəsinin oradan köçməsi zəruri edir. Onlar əvvəl Gəncəyə, sonra Qarabağ, oradan da xanlığın mərkəzi olan Şuşa şəhərinə köçürlər. İbrahim xan Vaqifi saraya dəvət edir, onu əvvəl eşikağası, sonra isə baş vəzir təyin edir. Molla Vəli Vidadi ilə dostluq etmiş, onunla yaxınlığı yaradıcılığına güclü təsir etmişdir. Onunla məşhur «Ağlarsan» adlı deyişməsi var. Vaqif nikbin, Vidadi isə bədbin insan idi.
    Gürcüstan və Rusiya ilə Qarabağ xanlığının siyasi münasibətinin yaxşılşdırmaq məqsədi ilə Tiflisə səfərə getmişdir. İranı siyasi, hərbi təzyiqlərinə qarşı fəal müqavimət göstərmişdir. 1795-ci ildə Ağa Məhəmməd Şah Qacarın İbrahim xana göndərdiyi «Fələyin mancanağından fitnə daşları yağır, sən isə əbləhcəsinə şüşə içərisində oturmusan»- məktubuna Vaqif belə cavab yazır: «Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxla»
    Qacar bundan qəzəblənib Şuşaya hücum edir, qalanı 33 gün mühasirədə saxlayır. Amma ala bilmir. Qacar 1797-ci ildə Qarabağ xanlığını cəzalandırmaq üçün yenidən qarabağa hücum edir. İbrahim xan Balakənə qaynının yanına qaçır, Vaqif isə Şuşada qalır. Şair həbs edilərək zindana salınır. Lakin Qacar öldürülür, İran qoşunu geri çəkilir. Vaqif həbsdən azad edilir. Məhəmməd bəy Cavanşir hakimiyyəti ələ alır, 1797-ci ildə Vaqifi  oğlu Əli bəylə birlikdə edam etdirir. Vaqifin evi talanmış, əlyazmaları itmişdir.
      XIX əsrin əvvəllərindən başlayaraq Vaqif yaradıcılığına maraq güclənmişdir.

v   YARADICILIĞI
1.       Yaradıcılığının əsasını xalq şeiri tərzində olan şeirlər (qoşmalar, təcnislər) təşkil etsə də, şairin klassik janrlarda yaratdığı poeziya nümunələri (qəzəllər, müxəmməslər, müstəzadlar) da az deyil.
2.       Həsənoğlu, Bürhanəddin, Xətayi, Füzuli, Əmani kimi şairlərdən fərqli olaraq, bütünlüklə xalq şeirinin, aşıq şeirinin təsiri altında idi,
3.       Vaqif qoşmalarındakı həyatilik, nikbinlik xalq ruhundan gəlməsi ilə bağlıdır. Təsadüfi deyil ki, xəlqilik onun xalq üslubunda yazdığı şeirləri ilə yanaşı, klassik janrlarda qələmə aldığı əsərlərdə də özünü göstərir.
4.       Yaradıcılığını əsas mövzusu qadın gözəlliyinin tərənnümüdür. Gözəlliyi ilahi məzmun verməkdən, panteist-sufi düşüncədən uzaq idi.
5.       Yaradıcılığının son illərinə aid əsərləri «Bax» qəzəli və «görmədim» müxəmməsi
Qoşmaları: «Zeynəb», «Qurban olduğum», «Hayıf ki yoxdur», «Bəri bax»
    Qoşma janrı Vaqif yaradıcılığının əsasını təşkil edir. Nikbin əhval ruhiyyəli qoşmalarından real gözəlin konkret əlamətləri təsvir və tərənnüm edilir.
                          Bənəfşətək ənbər zülfün buy verir,
                          Hər yuyub sərəndə həvayə, Zeynəb!
                          Onun ətrin dimağımdan üzməsin,
                          Əmanət et badi-səbayə, Zeynəb.
    Şair bəzən gözəlin geyim-keçmini, bər-bəzəyini, davranışını təsvir edir.
                           Gah zaman başına tirmə şal bağlar,
                           Gah olur ki, zülf gizləyib xal bağlar.
                           Kalağayın qabağına al bağlar
                           Yaşılın altından, ağın üstündən.
    Füzulidən fərqli olaraq, Vaqif ayrılıq, hicran yox, vüsal şairdir.
«Toy bayramdır, bu dünyanın əzabı, Əqli olan ona gətirər tabı» ifadəsi M.P.Vaqifə məxsusdur. Vidadi şeirləşməsində deyir.
Qoşmalarında bəzən ictimai məsələlərlə də toxunur. ( «Hayıf ki, yoxdur»)
«Bəri bax» qoşması
·         «Bəri bax» qoşması Vaqif yaradıcılığı üçün tipik olan müraciət formasında yazılmışdır.
·         «Bəri bax» rədifdir.
·         Şairin məzmunundan aydındır ki, gözəl saray xanımdır.
·         Şeirdə lirik qəhrəmanın hissləri, həyəcanları, sevgilisinə qovuşmaq arzusu qələmə alınmışdır. Şeirdə təsvir olunan gözəl tamamıilə realdır.
                     Ala gözlü, sərv boylu dilbərim,
                     Həsrətin çəkdiyim canan, bəri bax!
                     Gecə-gündüz fikrim, zikrim, əzbərim,
                     Üzüldü taqətim, aman, bəri bax!
·         Qoşmada xalq ifadələri ilə yanaşı, klassik üslub üçün səciyyəvi olan izafərt tərkibləri də işlənmişdir.
Qəzəlləri: «Küsmüşəm», «Bax»
·         Qəzəlləri də qoşmaları kimi, əsasən, qadın gözəlliyi, məhəbbət, həsrət haqqındadır.
·         Füzulinin qəzəllərindən fərqli olaraq, Vaqifdə sufi-panteist ideyalara təsadüf edilmir.
                    Mehribanlıq görməyib bir məhliqandan küsmüşəm,
                    Gündə yüz al eyləyən qəlbi qaradan küsmüşəm.
                    Şəninə dedim şirin söz, bir şey ondan dadmadım,
                    Bu səbəbdən ağzı şəkər dilrubadan küsmüşəm.
                    Çün uman yerdən küsərlər, bir məsələdir xalq ara,
                     Küsdüyüm bica deyildir aşinadan küsmüşəm.
«BAX» qəzəli   
·         İctimai-fəlsəfi məzmunludur.
·         Vaqif şeri Vidadiyə müraciətlə zindandan çıxandan sonra yazmışdır.
·         Allahı-«adil padişahi-qadiri-qəhhar» hökmünü zəmanə padşahıının hökümündən yüksəkdə furduğu qənaətinə gəlir.
·         Əruz vəzninin rəməl bəhrində yazılmışdır.
·         Qəzəl 9 beytdən ibarətdir.
·         Şeirdə çoxlu ərəb-fars sözləri işlətmişdir.
·         Sonda isə özünə məsləhət bilir ki, üzünü Məhəmməd Peyğəmbərə və onun ailəsinə tutsun.
·         Qəzəldə Vaqif tərki-dünyalıqqənaətinə gəlib çıxır.
·         « Bax» şeirdə rədifdir.
                  Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax,
                   Ruzigara qıl tamaşa, karə bax, kirdarə bax.
                   Vaqifa, göz yum, cahanın baxma xubü ziştinə,
                   Üz çevir ali-əbayə, Əhmədi Muxtara bax.
Müxəmməsləri: «Var», «Görmədim»
·         Vaqifin müxəmməsləri də real məhəbbət hisslərinin təsvirinə, qadın gözəlliyinin tərənnümünə həsr etmişdir.
·         Müxəmməsi həcmi imkan verdiyindən lirik qəhrəmanı hissləri daha geniş əhatə olunur.
·         Bu janrda bəzən məişət mövzularını, səfər təsərüfatlarını da qələmə alır.
·         «Var» müxəmməsində Tiflis gözəlləri tərənnüm edilir.
                      Mərhaba, Tiflis imiş cənnətin dünya yerinin,
                      Yığılıban onu cəmiyyət hurü pərinin,
                       Mən bu şəhərin nə deyim vəsfini dilbərlərinin,
                       Filməsəl, şəklü şəmayildə, bəli, hər birinin
                       Məhi-tabana bərabər sərü simaları var.
«Görmədim » müxəmməsi
·         Həyatının son illərində yazıb.
·         İctimai-siyasi mövzudadır.
·         Şeirdə şairin qayəsi, inkarçılıq, üsyankarlıq ruhu yüksək sənətkarlıqla ifadə olunur.
·         Bu müxəmməsdə şairin əvvəlki əsərləri üçün səciyyəvi olan obrazlılıq, canlı bənzətmələr, şux epitetlər yoxdur.
·          Şeirin dili nəsr, hətta publisistik məqalə dilinə çox yaxındır.
·         Bu şeirlə Vaqif yaradıcılığında realizmin, gerçəkliyin yeni bir təzahür forması meydana çıxır.
·         Müxəmməs rəməl bəhrindədir.
·         Şeirin son bəndində Vaqif ümidini Allaha bağlayır.
·         12 bənddən ibarətdir.
            Mən caham mülkündə, mütləq, doğru halət görmədim,
            Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim,
            Aşinalar ixtilatında sədaqət görmədim,
            Biətü iqrarü imanü dəyanət görmədim,
            Bivəfadən lacərəm təhsli-hacət görmədim.
Şairin bu cür çıxış etməsinin bir səbəbi şəxsi motivlər, düşdüyü çətin vəziyyət, ikinci səbəbi Qarabağ xanlığında yaranmış ağır ictimai-siyasi, mənəvi şərait idi.

                  «BƏRİ BAX » qoşması
Ala gözlü, sərv boylu dilbərim,
Həsrətin çəkdiyim canan, bəri bax!
Gecə-gündüz fikrim, zikrim, əzbərim,
Üzüldü taqətim, aman, bəri bax!
           Kim dözər mənimtək belə firqətə,
           Rəncü məşəqqətə, bari-möhnətə,
           Haçandır dühmüşəm tari-zülmətə,
           Çəkilsin üstümdən duman, bəri bax!
Rayibəndəm, qəmü-eşqə giriftar,
Hicran atəşindən can oldu bimar,
Razi-dilim edə bilməm aşikar,
Çəkərəm dərdini pünhan, bəri, bax!
            Günbəgün könlümün artır qürbarı,
            Pərişandır, tapmaz o qəmküsarı,
            Olsun, itkin olsun belə əğyarı,
            Gəzməsin arada yaman, bəri bax!
Çox çəkir hicrini Vaqifi-xəstə,
Leylü nahar, şamü səhər peyvəstə,
Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax!

   Lüğət
Zikir-fikir                                            Qəmü eşqə  giriftar-eşq qəminə düçar olmaq.
Firqət-ayrılıq                                       Razi-dil-dilin sirri
Rəncü məşəqqət-ağır dərd, zülm         Hicrini-ayrılığını
Bari-möhnət-müsibət, bəla                  Peyvəstə-daima, həmişə
Tari-zülmətə-tutqun zülmət                 Zəban-dil

                       «BAX» qəzəli


Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax,
Ruzigara qıl tamaşa, karə bax, kirdarə bax.

Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,
Hökmü adil padişahi-qadirü qəhharə bax!

Sübh söndü, şəb ki, xəlqə qiblə idi bir çıraq,
Gecəki iqbalı gör, gündüzdəki idbarə bax!

Taci-zərdən taki ayrıldı dimaği-pürqürur,
Payimal oldu təpiklərdə səri-sərdarə bax!

Mən fəqirə əmr qılmışdı siyasət etməyə,
Saxlayan məzlumu-zalimdən o dəm qəffarə bax!

Qurtaran əndişən ahəngəri-biçarəni,
Şah üçün ol midbəri tədbil olan mismarə bax!

İbrət et Məhəmməb xandan, ey kəmtər gəda,
Ta həyatın var ikən nə şahə, xunxarə bax!

Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,
Nə qıza, nə oğula, nə dustə, nə yarə bax!

Vaqifa, göz yum, cahanın baxma xubü ziştinə,
Üz çevir ali-əbayə, Əhmədi Muxtara bax.



   Lüğət
Gərdiş-dövran-zəmanənin  gedişi                  Səri-sərdar-sərdarın başı
Kəcrəftar-pis rəfdar edən                               Yəqir-yazıq
Rüzagar-zəmanə, dövran                                Qəffar-günahları bağışlayan
Kiridar-iş əməl, hərəkət                                  Əndişə-fikir, xəyal
Ləhzə-bir baxış                                               Ahəngəri-biçarə-çarəsiz dəmirçi
Qadirü-qüdrətli, bacarıqlı                               Midbər-bədbəxt
Qəhhar-acıqlı, zalım                                       Təbdil-dəyişdirmə, başqa bir şəklə salma
Şəb-gecə                                                          Kmətər-alçaq
İqbal-baxt                                                        Gəda-yoxsul
İbdar-bəxt                                                        Xunxar-qaniçən
Taci-zər-qızıl tac                                             Xub-gözəl
Dimaği-pürqürur-məğrur-qürurla                   Zist-pis
Payimal-tapdalanmış, ayaq altında                 Ali-əba-peyğəmbərin övladları Əhmədi
qalmış                                                              Məhəmməd-peyğəmbərin ləqəblərindən biri
          

               «GÖRMƏDİM» müxəmməsi


Mən caham mülkündə, mütləq, doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim,
Aşinalar ixtilatında sədaqət görmədim,
Biətü iqrarü imanü dəyanət görmədim,
Bivəfadən lacərəm təhsli-hacət görmədim.

Xah sultan, xah dərvişü gəda biitifaq,
Özlərin qılmış giriftari-qəmü dərdü-fəraq,
Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq,
Munca kim, etdim tamaşa, sözlərə asdım qulaq,
Kizbü böhtandan səvayı bir hekayət görmədim.

Hər sədavü səs ki, dünyaya dolub əksər əqəl,
Cümlə məkrü alü fənnü fitnədir, cəngü cədəl,
Durhəmü dinar üçündür hər şeyə yapışsa əl,
Müqtədilərdə itaət, müqtədalərdə əməl,
Bəndələrdə simü, bəylərdə ədalət görmədim.

Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman,
Hansı qəmli könlü kim, sən edər olsan şaadiman,
O sənə, əlbəttə ki, bədguluq eylər biguman,
Hər kəsə hər kəs ki, etsə yaxşılıq, olur yaman,
Bulmadım bir dost kim, ondan ədavət görmədim.

Alimü cahil, müridi, mürşidü şagird pir,
Nəfsi-əmmarə əlində sərbəst olmuş əsir,
Həqqi batil eyləmişlər, işlənir cürmi-kəbir,
Şeyxlər şəyyad, abidlər abusən qəmtərir,
Hər kəsdə haqqa layiq bir ibadət görmədim.

Hər kişi hər şey ki, sevdi, onu behtər istədi,
Kimi təxti, kimi taci, kimi əfsər istədi,
Padişahlar dəmbədəm təsxiri-kişvər istədi,
Eşqə həm çox kimsə düşdü vəsli-dilbər istədi,
Heç birində aqibət, bir qövsü rahət görmədim.

Mən özüm çox küzəkarı kimyagər eylədim,
Sikkəlndirdim qübari-tirəni zər eylədim,
Qara daşı döndərib yaquti-əhmər eylədim,,
Daneyi-xəqmöhrəmi dürrə bərabər eylədim,
Qədrü qiyamət, qeyr əz xəsarət görmədim.

Eyləyən viranə Cəmşidi-cəmim eyvanını,
Yola salmış, bil ki, bəzmi-işrətin çəndanını,
Kim qılıbdır ki, onun qəm tökməyibdir qanını,
Dönə-dönə imtahan edim fələk dövranını,
Onda mən bərəkslikdən özgə adət görmədim.

Gün kimi bir şəxsə gündə xeyir versən əsəd həzar,
Zərrəcə etməz ədayi-şükrü-nemət aşikar,
Qalmayıbdır qeyrətüşərmü həya, namüsü ar,
Dedilər ki, etibarü etiqad aləmdə var,
Ondan ötrü mən də çox gəzdim, nəhayət, görmədim

Müxtəsər kim, böylə dünyadan gərək etmək həzər,
Ondan ötrü kim, deyildir öz yerində xeyrü şər,
Alilər xaki-məzəllətdə, danilər mötəbər,
Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər,
İşlənən işlərdə əhkamü ləyaqət görmədim.

Dövlətü iqbalü malın axırın gördüm tamam,
Həmşətü cahü cəlalın axırın gördüm tamam,
Zülfü ruyü xəttü xalın axırın gördüm tamam,
Həmdəmi-sahib cəmalın axırın gördüm tamam,
Başadaq bir hüsnü-surət, qəddü qamət görmədim.

Baş ağardı, ruzigarım oldu gün-gündən siyah,
Etmədim, səd heyif kim, bir mahi rüsxarə nigah,
Qədr bilməz həmdəm ilə eylədim ömrü təba,
Vaqifa, ya rəbbəna, öz lütfün eylə pənah,
Səndən özgə kimsədə lütfü inayət görmədim.




Lüğət
Babət-növ, tərz                                         Batil-doğru olmayan
Aşina-tanış                                                Abid-ibadətlə məşğul olan
Beyət-tabeolma, itaətetmə                         Dürr-inci
Təhsili-hacət-təhsilə ehtiyac                      Çəndan-neşə dənə
Gəda-yoxsul-kasıb                                     Bərəks-tərsinə
Giriftari-ğəm-qəmə tutulmuş                    Səd-yüz
Dərdü-fəraq-hicran dərdi                           Həzar-min
Cümlə-mkrü-hamısı hiylə, kələk               Şərm-utanma, həya
Müqtəda-təqlid edilən adam                      Kərəm-alicənablıq
Simü-gümüş pul                                        Həzər-əzəmət
Mürid-şagird                                              Cah-mənsəb
Mürşid-təriqət başçısı                                Ruyü-üz, çöhrə
Pir-qoca                                                      Mahrüsxarə-ayüzlü, aybəniz
Sərbəst-başdan başa


                      «BƏRİ BAX » qoşması


Ala gözlü, sərv boylu dilbərim,
Həsrətin çəkdiyim canan, bəri bax!
Gecə-gündüz fikrim, zikrim, əzbərim,
Üzüldü taqətim, aman, bəri bax!
           Kim dözər mənimtək belə firqətə,
           Rəncü məşəqqətə, bari-möhnətə,
           Haçandır dühmüşəm tari-zülmətə,
           Çəkilsin üstümdən duman, bəri bax!
Rayibəndəm, qəmü-eşqə giriftar,
Hicran atəşindən can oldu bimar,
Razi-dilim edə bilməm aşikar,
Çəkərəm dərdini pünhan, bəri, bax!
            Günbəgün könlümün artır qürbarı,
            Pərişandır, tapmaz o qəmküsarı,
            Olsun, itkin olsun belə əğyarı,
            Gəzməsin arada yaman, bəri bax!
Çox çəkir hicrini Vaqifi-xəstə,
Leylü nahar, şamü səhər peyvəstə,
Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax!



   Lüğət
Zikir-fikir                                            Qəmü eşqə  giriftar-eşq qəminə düçar olmaq.
Firqət-ayrılıq                                       Razi-dil-dilin sirri
Rəncü məşəqqət-ağır dərd, zülm         Hicrini-ayrılığını
Bari-möhnət-müsibət, bəla                  Peyvəstə-daima, həmişə
Tari-zülmətə-tutqun zülmət                 Zəban-dil

           YENİ DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI
                               (II MƏRHƏLƏ)
                     XIX əsr Azərbaycan ədəbiyyatı
·         XIX əsr Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni ədəbi həyatına ziddiyətli bir dövr kimi daxil olur.
·         1873-cü il martın 10-da Azərbaycanda teatrın əsası qoyuldu. Bakı real gimnaziyasının bir qrup tələbəsi Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun rəhbərliyi ilə Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Sərab» əsərini tamaşaya hazırladılar. Aprel ayının 17də isə tələbələr Axundzadənin «Hacı Qara» əsərini tamaşaya qoydular.
·         1858-ci ildə Təbrizdə «Azərbaycan» adlı qəzet nəşrə başladılar. Qacarlar nəslinin biganəliyi ucbatından qəzet uzun ömür sürə bilmədi.
·         Şimali Azərbaycanda maarifçilik ideyalarının başçısı Həsən bəy Zərdabi idi. 1870-ci ildən qəzet nəşrinə icazə almaq üçün müraciət etsə də, 1875-ci il iyun ayının 22-də ilk Milli Azərbaycan qəzeti olan «Əkinçi» qəzetini çap etdirdi.
·         M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Gorani, Əhsənül-Qəvaid, M.Dərbəndi kimi ziyalılar bu qəzet ətrafında birləşərək orta əsr geriliyinin, köhnə həyat formalarının və adət-ənənələrinin əleyhinə çıxırdılar.
·         Siyasi istiqamətinə görə demokratik mövqedə dayanan qəzet köhnə feodal münasibətlərinin, çar müstəmləkəçəliyinin əleyhinə çıxış edirdi.
·         Zülmə və haqsızlığa qarşı mübarizə aparan «Əkinçi» qəzeti cəmi 56 nömrəsi çıxandansonra, 1877-ci il sentyabrın 29da çar hökumətinin göstərişi ilə bağlandı.
·         XIX əsrin sonları, XXəsrin əvvəllərində çıxan «Ziya», «Kəşkül», «Şərqi-rus»,   «Həyat», «Molla Nəsrəddin» kimi mətbuat orqanları «Əkinçi»nin bünövrəsi üzərində yüksəldilər.
·         Bu dövrdə Azərbaycan ədəbiyyatı dünya ədəbi prosesinə qoşuldu.
·         A.Bakıxanov, İ.Qurdqaşınlı, M.F.Axundzadə  maairfçilik ideyalarını təbliğ edən sənətkarlar idi.
·         XIX əsrin 20-ci illərindən təşəkküllə başlayan maarifçilik ideyaları ədəbiyyatda yeni növ və janrların meydana gəlməsinə şərait yaratdı:
1.   Qasım bəy Zakir və Baba bəy Şakir satirik şeirin əsasını qoydular;
2. A.Bakıxanovun «Riyazül-qüds», «Kitabi Əsgəriyyə», İsmayıl bəy Qurdqaşınlının  «Rəşid bəy və Sədaqət xanım» adlı nəsr əsərləri ilə hekayə janrı əsasını qoyulur.
3.  1950-ci ildə Axundzadə yaradıcılığı ilə dramaturgiyanın komediya və dram janrlarının, bir qədər sonra poves janrının əsası qoyuldu.
4.    XIX əsrdə aşıq şerinin dodaqdəyməz, təcnis, cığalı təcnis, dodaqdəyməz müxəmməs, dodaqdəyməz divani, cığalı qoşma, ayaqlı gəraylı kimi yeni formaları, hərbə-zorba, qıfılbədən, deyişmə, bağlama, müəmma kimi yeni poetik janrları yaranıb.
5. Bu dövr aşıq şeiri bədii dil, ifadə və təsvir sisteminə görə başqa dövrlərdən seçilir.
v   Abbasqulu ağa Bakıxanov (1794-1847)
·         A.Bakıxanov XIX əsrin ensiklopedik şəxsiyyəti kimi məşhurdur. Bədii ədəbiyyatda maarifçilik ideyalarının yaranması da onun adı ilə bağlıdır.
·         Həm lirik, həmdə epik növdə yazıb-yaratmışdır.
·         Yalnız əruz vəznində yazmışdır.
·         Bədii nəsrin hekayə janrının ilk nümunələri yaratmışdır. «Riyazül-qüds», «Kitabi-Əsgəriyyə», «Nəsihətlər»
·         Baıxanovun yaradıcılığının mühüm bir qismini elmi əsərləri təşkil edir. Elmi əsərləri: «Qanuni-Qüdsi», «Əsrarül-Mələküt», «Təhzibül-əxlaq», «Eynül-mizan», «Gülüstani-İrəm»
·         Həcmcə ən böyük əsərləri «Mişkatül-ənvar», «Miratül-cəmal» məsnəviləridir.
·         «Miratül-cəmal» avtobioqrafik məzmun daşıyır. Burada şairin  Polşada, xüsusilə Varşavada keçirdiyi həyat, iştirak etdiyi məclislər və vətəninə olan məhəbbəti tərənnüm olunur.
                        Qüdsi, xoşdur, Əmsar adlı məskənin,
                        Şəhərlərdən çox üstündür öz kəndin
·         «Mişkatül-ənvar» məsnəvisi insan və cəmiyyətə, dövlətin idarə olunmasına, hökmdar və xalq münasibətlərinə həsr olunmuşdur. Forma və məzmun baxımından Nizaminin «Sirlər Xəzinəsi»ni xatırladır. Əsərdə bir sıra təmsil və mənzum hekayələri də vardır ki, onların bir qismində nəsihətamiz fikirlər söylənilir, ikinci qismində isə mövcud həyatdakı ictimai eyiblər, mütləqiyyət zülmü tənqid olunur.
                       Şah bir etsə zülmü, onun xadimləri yüz edər,
                       Ölkənin hər iqtidarı, rovnəqi əldən gedər.
                       Bu halları görən zaman söyləmişdir atalar:
                       Ölkədə şah pis olarsa, xadimləri can alar.
v   Mirzə Şəfi Vazeh (1794-1852)
·         Əsrin birinci yarısında klassik poeziya ənənələrini davam etdirən sənətkarlardandır.
·         Vazeh görkəmli mütəfəkkir, şair, müəllim-pedaqoq və xəttat-xoşnəviş kimi tanınır.
·         Azərbaycan-Qərb ədəbi-mədəni əlaqələrinin yaranıb inkişaf etməsində böyük xidmətləri olmuşdur.
·         Tiflisdə «Divani-hikmət» ədəbi məclisini təşkil etmişdir. Həmin məclisdə Almaniyadan olan Fridrix Bodenştedt də iştirak etmişdir. Tiflis gimnaziyasında latın və fransız dillərini tədris etmək üçün gəlmişdir. O, Avropaya qayıdandan sonra Qafqaza dair səfər xatirələrini yazaraq 1850-ci ildə «Şərqdə min bir gün» adı ilə Berlində çap etdirir. Bu kitabda ara-sıra Şəfinin şeirləri də verilmişdir. Şəfinin şeirləri kitabın tez yayılmasına kömək edir. Naşir ona təklif edir ki, şeirləri ayrılıqda nəşr etsinlər. Bodenştedt buna razılaşıb 1851-ci ildə «Mirzə Şəfinin nəğmələri» adı ilə çap etdirir. Bizə gəlib çatan orijinal əsərləri içərisində nəsr və nəzmlə yazılmış «Həsbi-hal» əsəri, «Məktubub intizarında» lirik məsnəvisi, bir neçə qəzəli və təkbeyti vardır.
v  İsmayıl bəy Qurtqaşınlı (1809-1861)
·         Maarifçi yazıçılardan biridir.
·         Ədəbiyyatımızda «Rəşid bəy və Səadət xanım» hekayəsi ilə məşhurdur. İlk dəfə 1835ci ildə Varşavada fransız dilində nəşr olunan bu əsər gerilik, köhnəlik qaydalarına qarşı maarifçi etirazları ifadə edir.
·         Bu hekayə Azərbaycan nəsrinin təşəkkülündə mühüm rol oynamışdır.
·         M.F.Axundov bu əsəri yüksək qiymətləndirmişdir.
v   Xurşidbanu Natəvan (1832-1897)
·         Bədii yaradıcılığa 50-ci illərdə başlayan Natəvan Füzuli ənənələrinin davamçısı olmuşdur.
·         Yaradıcılığının başlıca keyfiyyətləri: səmimi lirika, təbiət gözəlliklərinin insanın könül dünyasının bəzən real, bəzən isə romantik poetik vasitələrlə təsviri.
·         Əsərləri, əsasən, qəzəllərdən ibarətdir. Qəzəllərin mərkəzində insanpərvərlik, dostluq ideyalarının tərənümü dayanır.
·         «Ey dust»,«Xudahafiz» rədifli qəzəllərində sevənləri ayırmaq istəyən yaramaz adamların pis əməlləri pislənilir, müasirələrini ehtiyatlı olmağ çağırır.
·         «Gülün», «Bülbül»,  «Bənövşə», «Qərənfil» kimi qəzəllərində təbiət gözəlliklərinin tərənnümü verilir. Güclü insan əhval-ruhiyyəsi duyulur.
·         Şeirlərindəki bədii ifadə vasitələri, xüsusilə təkrirlər, qoşa qafiyələr, rədiflər onun əsərlərinin bədii təsirini daha da qüvvətləndirir.
v   Nəcəf bəy Vəzirov (1854-1926)
·         Bədii yaradıcılığa XIX əsrin 70-ci illərində başlayan Vəzirov Azərbaycan dramaturgiyasını inkişaf etdirən sənətkardır.
·         Bakıda real gimnaziyanı bitirdikdən sonra Moskvada Petrovski-Razumovski Akademiyasında təhsil almışdır.
·         Yelizavetpol və İrəvanda meşəbəyi, İrəvanda və Qazaxda dövlət məmuru, Bakı dumasında katib vəzifələrində çalışmışdır
·         Nəcəf bəy Vəzirov «Daldan atılan daş topuğa dəyər» (1890),  «Adı var, özü yox» (1891),  «Yağışdan çıxdıq, yağmura düşdük» (1895), «Pəhləvanani-zəmanə» (1898-1900) komediyalarının və «Müsibəti-Fəxrəddin» (1896) faciəsinin müəllifidir.
·         «Müsibəti-Fəxrəddin» (1896) faciəsi ilə ədəbiyyatımızda faciə janrının əsası qoyulmuşdur. Əsərin mövzusu XIX əsr Azərbaycan mülkədarlarının həyatından alınmışdır. Əsərdə xeyirlə şərin, işıqla zülmətin, köhnəliklə yeniliyin açıq mübarizəsi təsvir olunur. Yazıçı Rüstəm bəy, Fəxrəddin bəy, Mələk xanım və Səadət xanım kimi obrazların timsalında iki böyük qüvvələnin tragik toqquşmasını təsvir edir.

               QASIM BƏY ZAKİR (1784-1857)
·         Ədəbiyyatımızda lirik-satirik şair, mənzum hekayələr, təmsillər müəllifi kimi məşhurlaşmışdır.
·         Həm lirik, həm də epik növdə yazmışdır.
·         Həm əruz, həm də heca vəznində yazmışdır.
·          Ədəbiyyatımızda satiranın banisidir.
·         Məktublaşdığı, əlaqə saxladığı şəxslər: M.F.Axundzadə, İsmayıl bəy Qutqaşınlı, Baba bəy Şakir, Xurşidbanu Natəvan, gürcü knyazı İliko Orbeliani, Bakı general-qubernatoru Mixail Kolyubakin.
·         Zakirin tənqidinə tuş gəlmiş insanlar-düşmənləri: K.Tarxan-Mouravov, Cəfərqulu xan Nəva, Şuşa qazisi Mirzə Əbülqasim.

v   Həyatı
    Qasım bəy Əli oğlu Zakir 1784-cü ildə Şuşa şəhərində döğulmuşdur. Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Pənah xanın doğma qardaşıdır. İlk təhsilini mollaxanada almış, ərəb, fars dillərini öyrənmişdir. Firdovsi, Nizami, Sədi, Hafiz kimi sənətkarların əsərləri ilə tanış olmuşdur. Qacarın Qarabağa hücumu, şuşalıların müdafiəsi, Qacarın qətli, Vaqifin oğlu ilə öldürülməsi,  İbrahim xanın vəhşicəsinə güllələnməsi onun dünyağgörüşünün formalaşmasına təsir etmişdir.
    Zakir çar ordusunun könüllü atlı dastəsinə qoşulmuş, 1813, 1826-1828-ci il Rus-İran müharibələrində iştirak etmişdir. Döyüşdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilmişdir. O, 30-cu illərin sonlarından təsərrüfatçılıqla məşğul olmağa başlayır. İlin yay fəslini Şuşada, qalan fəsillərini Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirirdi. Tarxan-Mouravov Zakiri qaçaq düşmüş qardaşı oğlu Behbud bəy Cavanşiri evində saxladığına görə günahlandırıb onu həbs etdirir. Şair bir il Şuşada saxlandıgdan sonra məhkəməsiz Bakıya sürgün edilir. Zakir dostları: Axundzadə, M.Kolyubakin, Qutqaşınlı və Orbelianinin köməyi ilə həbsdən azad olur, ancaq ömrünün sonuna qədər nəzarətdə yaşayır. Nəzarət altında yaşamaq şairin ömrünün son aylarında fərəhsiz ömür sürməsinin səbəblərindən biridir. Bunlardan biri də maddi ehtiyac içində yaşamışdır. Dostlarının səyi ilə onun fəaliyyəti nəzərə alınaraq «Rus dövlətinə göstərdiyi  xidmətlərinə görə» 1857-ci ildən başlayaraq 36 manata təqaüt təyin edilmişdir. Lakin təqaüt  kağızı Şuşaya çatanda artıq qoca şair dünyasını dəyişmişdir.
     Şair Mirzə Həsən qəbirstanlığında dəfn olunmuşdur.
v  YARADICILIĞI
·         Bədii yaradıcılığa gənc yaşlarından başlamışdır.
·         İlk şerini Füzulinin ədəbi təsiri ilə yazmışdır.
·         Zakir M.P.Vaqif, A.Canioğlu, B.Şakir kimi şairlərin sənətkarlığından bəhrələnməklə özünün poetik üslubunu müəyyənləşdirmişdir.
·         Zakirin yaradıcılığı üç müxtəlif inikas formasının-lirik, epik və satirik üslubların qovşaq nöqtəsidir.
·         Şairin irsinin mühüm bir qismi lirik şeirlərdir. Qəzəl, müxəmməs, müstəzad, tərkibənd, tərcibənd, qoşma, gəraylı, təcnis janrlarında yazılmış bu şeirlərdə mənəvi aləmin təsviri aparıcı yer tutur.
·         Lirikası iki yerə bölünür: məhəbbət ictimai mövzular.
v   Məhəbbət lirikası
·         Müasirlərinin çoxundan fərqli olaraq, Zakirin eşqə, məhəbbətə dair mülahizələri ziddiyyətlidir.
1) Şair bir tərəfdən eşqi canın bəlası, iztirab verən bir qüvvə kimi mənalandırır. Fikrini əsaslandırarkən M.Füzulinin aşağıdakı misralarını istnad edir.
             Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
             Eşq afəti can olduğu məşhuri-cahandır.
2)İkinci tərəfdən, şair  məhəbbəti insan həyatının zəruri şərtlərindən sayırdı. Qoşma, gəraylı, müxəmməs şəklində yazılmış belə şeirlərində Zakir birbirindən cazibəli gözəl surətləri yaratmışdır. Real həyatadamları olan bu gözəlləri «Dilbər»,  «Dilbəri-sadə» adlandırmışdır.
·         Məhəbbət mövzusu qoşmaları: «Üzünə»,  «Gəlsin»
·         «Badi-səba, söylə mənim yarıma» misrası ilə başlanan  «Gəlsin» rədifli qoşmasında həm aşiqin keçirdiyi hiss və həyəcanlar, həm də Məşuqənin gözəlliyi tərənnüm edilmişdir.
v   İctimai motivli şeirləri
·         İctimai motivli qoşmaları:
1)       «Dost yolunda cəfa çəkdim, can üzdüm»
2)       «Gözüm yolda qaldı, könül intizar»
3)       «Dost yolu bağlandı, ümid kəsildi»
4)       «Qələtdir qocaya növcavan sevmək»
5)       «Durnalar»
·         İctimai motivli qoşmalarında, bəzi qəzəl və müxəmməslərində zəmanədən şikayət, haksızlığa etiraz motivləri güclüdür.

                  «EYLƏR» müxəmməsi
·         «Eylər» rədifli müxəmməsində Vaqifin «Görmədim» müxəmməsinin bədii-estetik ruhu duyulur. Şeirin lirik qəhrəmanı kədərli bir insandır. Kədərinin əsas səbəbi ictimai mühidəki ziddiyətlərdir.
·         Müxəmməs əruz vəzninin həzəc bəhrindədir.
·         Şeirin 3-cü bəndində Süleyman peyğəmbərin sarayının Əhrimənin ayaqları altında olduğu qənaətinə gəlinir.
·         Seirin son-altıncı bəndində dərdinin dərmanını 12 imamda görür.
·         Şeirdə çoxlu ərəb-fars sözləri, ifadə və tərkibləri işlədilmişdir. Dili qəlizdir.
               Açıb ibrət gözü ilə bir nəzər qılsam bu dövranə,
               Hücumi-məsiyət rəxnə salıbdır, mülki-imanə.
               Olub şeytanə tabe, baxmaz insan hurü qılmanə.
               Pərilər taət eylər sidq ilə quli-biyabanə,
               Görən fərzanəvi aqil necə səbrü qərar eylər?
«DURNALAR» qoşması
·         Türk xalqlarının poetik düşüncəsində tez-tez təsadüf olunan «Durnalar» mövzusunda Vaqif və Vidai də şeir yazmışlar. Bütün «Durnalar»ın ayrı-ayrı dövrlərdə yazılmasına baxmayaraqŞ hamısının mərkəzində vətən məhəbbəti dayanır.
·         Zakir «Durnalar» qoşmasını Bakıda sürgündə olarkən yazmışdır.
·         Qoşmanın əsas məğzi qürbət sıxıntısı, vətən həsrətini yanıqlı təsirli təsvirindən ibarətdir.
     Şeirdə qürbət sıxıntısı ilə bərabər, canan həsrəti də xüsusi qeyd olunur.
 Diyari-qürbətdə müddətdi varam,
 Gecə-gündüz canan deyib ağlaram.
 Mən də sizin kimi qəribü zaram,
 Eyləməyin məndən haşa, durnalar!
·         Şeir 5 bənddən ibarətdir, durnalara müraciətlə başlanır. Şeirin dördüncü bəndində ictimai motiv daha qabarıq verilmişdir.
·         Aşağıdakı bənd qoşmanın möhürbəndi-yəni sonuncu bəndidir.
   Zakirəm, od tutub alışıb cigər,
   Var isə canandan sizdə bir xəbər,
   Təğafül etməyin, Allahı sevər,
   Dönməsin bağrınız daşa, durnalar!
v   Satiraları
1) «Bax»
2) «Vilayətin mşğulluğu haqqında»
3) «Qarabağ qazisi»
4) «Şuşa mollaları haqqında»
5) «Üsuli və şeyxi təriqət mollalarının həcvi»
·         Zakiri satira yazmağa sövq edən amillər; birincisi, cəmiyyətdə gördüyü eybəcərliklər, naqis əxlaq normaları, ikincisi, şəxsi həyatı ilə bağlı narazılığı və ailə məhrumiyyətləri
·         Rastlaşdığı çirkin adamlar şairin ürəyini yandırır:
        Neçələr silsileyi-təbimə təhrik verir.
        Rişteyi-nəzmə çəkəm yenə düri-qəltani.
        Budu xahişləri kim, baxmayıb ağu bozuna,
        Eyləyim həcv təmam bəyü gədavü xanı.
·         Zakir sarirasının əsas tənqid hədəflərindən biri müstəmləkəçilik siyasətinə xidmət edən qanunlar, hakimlərinrüşvətxorluğu, məhkəmələrdəki süründürməçilik idi.
       Yüz təşnələbi-qəhr olasan, xadimi-dövlət,
       Verməz bir içim su sana, ta almaya dərya.
        Simu zər ilə doldurasan ta gərək ovcun,
        Ondan sora, zahir qıla şayət yədi-beyza.
        Hər kimsə ki düşdü tora, müşküldü xilası,
        Çəkməzlər əl ondan şirəsini sormayanlar ta.
·         Ruhaniləri tənqid etdiyi şeirləri:
«Qarabağ qazisi», «Şuşa mollaları haqqında»,  «Üsuli və şeyxi təriqət mollalarının həcvi»
·         Axundzadəyə yazdığı «Bax» rədifli məktubunda sözü ilə əməli düz gəlməyən vaizlərin ikiüzlülüyü ifşa olunur. 
        Vaiz bizə söylər şəri-Mustafa,
        Hərama mürtəkib olmayın əsla!
        Özü lum-lum udur batində, amma
        Zahirdə dediyi mənayə bir bax!
·         «Bax» rədifli şerində həm bəylər, həm ixtiyar sahibləri, həm də çar hökumətinin XIX əsrin 40-cı illərində nəşr edilmiş «Kəndli əsasnamələri» tənqid olunur.
·         Zakirin satirik əsərlərinin ən yaxşı nümunələrindən biri «Xəbər alsan, bu vilanın əhvalın» misrası ilə başlanan «Vilayətin məşğulluğu haqqında» adlı şeridir. Axundzadəyə məktub şəklindəyazılmış bu şeirdə Qarabağda gördüyü «keyfiyyətlər»in təsvirinə adi epistolyar üslubda başlayan Zakir şeirin ilk bəndindən sonra tamam yeni bir üsluba da ifadə tərzinə keçir. O, ölkədəki dərəbəyliyin səbəbini məmurların rüşvətxorluğunda görür. Yolkəsənlik, quldurluq, oğurluğun baş alıb getdiyini söyləyir. Cəmiyyətin bir sıra nüfuzlu nümayəndələrini-bəyləri, xanları, ruhaniləri tənqid edərək onlara qarşı özünün humanist ideyalarını qoyur. Sonda şair dostu Axundzadəyə ehtiyyatlı olmağı məsləhət bilir.
v   Sənətkarlığı
·         Şair şerində «alıcı quş kimi toxudu»,  «dərd-qəm çəkməkdən qan oldu cigər», «ömür keçdi yarıdan», «qul xətasız olmaz», «dəli yola gedər el arasında» və s. xalq danışıq dilində alınmış ifadələr işlətmişdir.
·         Zakir bəzən şeirlərində valvarizmlərindən də istifadə etmişdir. «zakon», «znakom», «polojeniya»,  «kvartal», «sadis», «poşol»,  «podrat».

                              


«GƏLSİN» qoşması


Badi-səba, söylə mənim yarıma
Gözəllər çıxıbdı seyranə, gəlsin!
Təğafül etməsin, işrət çağıdır,
İçilir hər yerdə peymanə, gəlsin!

Bənövşələr salsın başın aşağa,
Nərgiz olsun gözlərinə sadağa,
Gül camalın görüb düşsün torpağa,
Bülbülü gətirsin əfganə, gəlsin!

Siyah zülfü tər buxaqda dənlənib,
Sonalar yerişi ondan öyrənib.
Ovçu görmüş maral kimi səksənib,
Oğrun baxa-baxa hər yanə, gəlsin!

Barmağında xatəm, belində kəmər,
Telində ceşvarə, düymə tamam zər,
Qərq olsun yaşıla, ala sərasər,
Naz ilə sallanə-sallanə, gəlsin!

Sürmə çəksin gözlərinə, qaşına,
Gündə yüz yol mən dolanım başına.
Zakir tək yanmağa eşq ataşına,
Cürəti var isə pərvanə gəlsin!




       MİRZƏ FƏTƏLİ AXUNDZADƏ (1812-1878)
v   Həyatı
      1812-ci il iyun ayının 30-da Şəkidə doğulmuşdur. Atası Mirzə Məmmədtağı Təbriz vilayətinin Xamnə qəsəbəsindən idi. O, uzun müddət Xamnədə kəndxuda olmuş, sonra isə çərçilik etməyə başlayıb. Şəkiyə gələn Məmmədtağı Axund Ələsgərlə tanış olur və onun qardaşı qızı Nanə xanımla evlənir. 1812-ci ildə isə Fətəli dünyaya gəlir. 1814-cü ildə Xamnəyə köçürlər.Ailə münaqişəsi səbəbindən  Nanə xanım 4 ildən sonra Fətəlini də götürüb Qaraca dağ mahalına-əmisi Axund Ələsgərin yanına gəlir. 1825-ci ildə onlar Gəncəyə köçürlər. Buradan yenidən Şəkiyə köçürlər
     Axundzadə təhsil almağa Xamnədə başlayıb, bir il mollaxanada oxuyub. Sonra isə Axund Ələsgər Fətəliyə «Quran» oxumağı, ərəb və fars dillərini öyrətmişdir. 1832-ci ildə Axund Ələsgər məkkəyə ziyarətə getdiyi zaman Mirzə Fətəlini dini elmləri öyrənmək üçün Molla Hüseyn Pişnamazzadənin yanına qoyur. Fətəli Gəncədə Mirzə Şəfi Vazehlə tanış olur. Mirzə Fətəli tərcümeyi-halında yazır: Gəncə məscidinin hücrələrindən birində bu vilayət əhalisindən Mirzə Şəfi adlı birisi yaşayırdı... Həmin Mirzə Şəfidir ki, Germaniya məmləkətində onun həyatı farsca şeirdə malik olduğu fəziləti haqqında məlumat yazıblar... Bir gün möhtərəm şəxslər məndən soruşdu: -Fətəli elmləri təhsil etməkdə məqsədin nədir? Dedim ki, ruhani olmaq.
Dedi: «Sən də riyakarmı olmaq istəyirsən?» Bu sualdan sonra Fətəli ruhani olmaq fikrindən əl çəkir və 1833-cü ildə Şəkidə rus məktəbinə daxil olur. Axund Ələsgər bunu yaxşı qarşılayır. 1834-cü ildə Qafqazın baş hakimi baron Rozenin dəftərxanasında Şərq dilləri üzrə mütərcim şagirdi düzəldir. İran-Rusiya, Rusiya-Türkiyə dövlətləri arasında aparılan danışıqlarda iştirak edir. 1836-cı ildən 1840-cı ilə qədər Tiflis qəza məktəbində müəllim işləmş sonra isə öz yerini müəllimi Mirzə Şəfiyə vermişdir. 1848-ci ildə I Nikolayın şəxsi təbrik məktubunu yenicə taxta çıxmış Nəsrəddin şaha təqdim etmək üçün general Şilinqlə birlikdə İrana getmiş və bu fürsətdən istifadə edərək Xamnədə yaşayan ögey bacıları ilə görüşmüşdür. 1863-cü ildə Türkiyəyə getmiş baş nazir Fuad paşa ilə görüşmüş, 1857-ci ildə hazırladığı yeni  əlifba layihəsini ona təqdim etmişdir. Layihə «Cəmiyyəti-Elmiyyeyi-Osmaniyyə»də müzakirə edilmiş, lakin qəbul olunmamışdır.
    1842-ci ildə Tubu xanımla evlənən Fətəlinin 13 övladı olmuşdur. Onlardan onu kiçik, biri isə gənc yaşlarında vəfat etmişdir. Ömrünün sonlarında hökumət əleyhinə fəaliyyətdə  günahlandırılaraq işdən çıxarılmış, 1877-ci ildə ürək-astma xəstəliyinə tutulmuş, 1878-ci il fevral ayının 28-də Tiflisdə vəfat etmişdir. Müsəlman qəbiristanlığında Mirzə Şəfinin yanında dəfn edilmişdir.   
             v  YARADICILIĞI
·         XIX əsrdə Axundzadənin yaradıcılığı bədii fikir tarixində yeni bir mərhələ açır.
·         Milli dramaturgiyanın və realist bədii nəsrin (povestin) banisidir.
·         Ədəbiyyatımızda remarka, monolok və dioloq terminlərini ilk dəfə o işlətmişdir.
·         Həm lirik, həm epik, həm də dramatik növdə yazmışdır.
·         Ədəbiyyatımıza ilk qərbli obrazını gətirmişdir.
·         Bədii yaradıcılığa lirik şeirlə başlasada, ədəbiyyatımızda dramaturq kimi məşhurlaşmışdır.
·         Yeni ədəbi bir növün, dramaturgiyanın əsasını qoymuşdur.
·         Komediyalarını, «Zakirə məktub» şeirini, «Aldanmış kəvakib»povestini və başqa tərcümələrini Tiflidə çıxan «Kafkaz »qəzetində nəşr etdirmişdir.
·         «Kəmalüdövlə məktubları» adlı bədii-fəlsəfi əsərini 1865-ci ildə bitirmiş, onu 1866-cı ildə dostu Mirzə Yusif xanla birlikdə fars dilinə, 1874-cü ildə şərqşünas Adolf Berje ilə rus dilinə çevirmiş, lakin sağlığında çap etdirə bilməmişdir. 1850-1855-ci illərdə altı komediya yazmışdır.
1. «Hekayəti-molla İbrahimxəlil kimyagər» (1850)
·         Axundzadənin ilk komediyasıdır.
·         Əsərdə bir tərəfdən avamlıq və gerilik, ikinci tərəfdən fırıldaqçılıq tənqid edilir.
·         Komediyanın tənqid hədəfi nuxululardır. ( Hacı Kərim, Ağa Zaman, Molla Salman, Məşədi Cabbar, Səfər bəy.)
·         Nuxulular nadan, bisavad, öz mənafeini güdən, tamahkar adamlardır. Onlar iksir vasitəsi ilə dərvişin misi gümüşə çevirəcəyinə inanırlar.
·         Komediyanın əsas gülüş hədəflərindən biri də Molla İbrahimxəlildir.
·         Əsərdə avam, cahil, kələkbaz, fırıldaqçı adamlara qarşı şair Hacı Nuru surəti qoyulmuşdur.
·         Dramaturq feodal cəhalətpərəstliyinə qarşı yazdığı bu əsərdə müasirlərini namusla əməyə, elmə və maarifə çağırırdı.
2.  «Hekayəti-xırs quldurbasan» (1851)
·         Dramın mövzusu kənd həyatından alınmışdır.
·         Fabulası (hadisələr) Bayramla Pərzadın sevgi macərası üzərində qurulmuşdur. Əsər bir xətt üzrə inkişaf edir.
·         Kasıb oğlan Bayram dövlətli qızı Pərzadı sevir. Ancaq qızın əmisi Məşədi Qurban yetim Pərzadın var-dövlətini ələ keçirmək üçün onu oğlu Tarverdiyə nişanlayır. Çətin vəziyyətə düşən Bayram sevgilisini qurtarmaq üçün Tarverdini tovlayıb quldurluğa göndərir və o tutulur. Beləliklə, iki sevgili bir-birinə qovuşur.
·         Axundzadə əsərdə qadın hüquqsuzluğunu şikayət edərək deyir: «Nə eyləyim, əlimdən nə gəlir? Atam ölübdür, bir anam ilə qalmışam əmimin ixtiyarında; qardaşım yox, bir köməyim yox.»
·         Bayram mərd oğlandır. O, Tarverdini aradan götürmək üçün kələk işlətsə də, sonda onu xilas etmək üçün günahı öz boynuna götürür.
3. «Hekayəti-vəziri-xani Lənkəran» (1851)
·         Əsərin mövzusu xanlıqlar dövründən alınmış, süjeti ailə-məişət mövzusu üzərində qurulmuşdur.
·         Komediyanın əsas gülüş hədəfi Lənkəran xanı və onun vəziri  Mirzə Həbibdir.
·         Lənkəran xanı ədalətsizliyin, despotizmin, özbaşınalığın timsalıdır. Əsərdə çox az görünür. Onun yanına şikayətə gələn kəndli atının qonşusu tərəfindən gözünün çıxarıldığını deyəndə  o söyləyir: «Sən də get, vur onun atının bir gözünün çıxar.»
·         Xan öz həqiqi simasını bir sözlə açır: «Ax, xanlıq, səndən əzablı dünyada nə var! Hər kəs ancaq öz əhli-əyalının qəmini çəkir, mən gərək min-min adamın qəmini çəkim.»
4. «Hekayəti-mərdi-xəsis» və ya «Hacı Qara»
·         Bu komediya Axundzadənin yaradıcılığında xüsusi bir yer tutur.
·         Komediya dünya ədəbiyyatında geniş yayılmış xəsislik mövzusundadır. Lakin Axundzadə ənənəvi mövzunu tamam yeni tərzdə işləmişdir.
·         Əsərin komik qəhrəmanı və gülüş hədəfi Hacı Qaradır. Onun başlıca xüsusiyyəti xəsislikdir. Arvadı Tükəz onun xəsisliyini pisləyərək deyir: «Uşaq aşıq yığan kimi  bu qədər pulu yığıb neyləyəcəksən? ... Sən ölsən heç olmazsa, arvad-uşağın doyunca çörək yeyər».
·         Hacı Qara xəsis, tamahkar, qorxaq, ikiüzlü, acgöz bir obrazdır. Bütün pərdələrdə komik planda təsvir olunur.
·         İgidlikdən, qoçaqlıqdan danışan Hacı Qara Araz çayını keçəndə atın üstündən suya yıxılması həqiqi gülüş üçün zəmin yaradır. Danışığı əməlləri arasında ziddiyyət vardır.
·         Əsərdə diqqəti cəlb edən obrazlardan biri də Heydər bəydir.O,Cavanşir mahalında nüfuzlu mülkədar-bəyn nəslindədir. İki ildən bəri nişanlı olmasına baxmayaraq, kasıbçılıq ucbatından evlənə bilmir. Qızı qaçırmaq ona «ölümdən betər» görünür. Çünki xalq arasında deyərlər: «Qurban bəyin oğlu pul tapmadı toy edə, nişanlısını götürdü qaçdı.»  
·         Hacı Qaradan fərqli olaraq Heydər bəy komik planda yox, dramatik planda verilmişdir.
·         Heydər bəy mərddir, igiddir: «On nəfər yaraqlı-əsbablı ermənilərin» hamısını qorxudub yoldan çəkindirir. O, torpağda çalışmağın əleyhinədir Çünki o dövrdə halal zəhmətlə maddi tələbatı ödəmək üçün deyil.
·         Heydər bəy deyir: «Pərvərdigara, bu necə əsridir? bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng oynatmağın.»
5.  «Müdafiə vəkillərinin hekayəti» (1855)
·         Dramaturqun sonuncu dram əsəridir Əsərin mövzusu Cənubi Azərbaycan həyatından götürülmüşdür.
·         Əsərin əsas tənqid hədəfi Ağa Mərdan Halvaçıoğludur. Yazıçı onun simasında fırıldaqçı vəkilləri tənqid etmişdir.
·         Təbrizin varlı tacirlərindənolan Hacı Qafur ölərkən misrasının bacısı Səkinə xanıma çatacağını bildirir. Ancaq Hacı Qafurun siğə arvadı Zeynəb var-dövləti ələ keçirmək üçün Ağa Mərdan Halvaçıoğlunu özünə vəkil tutur, pulla yalançı şahidlər düzəldir, amma sonda haqq yerini alır.
·         Səkinə öz hüquqlarını cəsarətlə müdafiə edir, Onu Ağa Həsənə ərə vermək istəyən bibisi ilə razılaşmayıb deyir: «... Mənim bu saat nə atam var, aə anam, nə də qardaşım; özüm öz vəkiliməm». Onu hədələyən Ağa Həsənə isə deyir: «Get bildiyinielə! Əlindən gələni beş qaba çək!»
·         Axundzadənin bütün pyeslərində olduğu kimi, burda xeyir şərə qalib gəlir. Xeyir qüvvəni Səkinə xanım, şər qüvvəni isə Zeynəb və Ağa Mərdan təmsil edir.
6. «Hekayəti-müsyo Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur» (1850)
·         Axundzadənin maarifçi ideyalarını əks etdirən ən məşhur dram əsəridir. Həyat həqiqətlərinin dolğun təsviri, obrazların canlı bədii inikası xarakterlərin tipikləşdirilməsi baxımından bu əsər yazıçının başqa pyeslərindən fərqlənir .
·         Əsərin ideyası avamlığın və cadugərliyin tənqididir.
·         Əsərin konfilikti yazıçının maarifçi ideaları ilə gerilik və avamlığın tərəfdarları arasında davam edir.
·         Hadisələr 1263-cü ildə (miladi 1848) Qarabağ vilayətində baş verir. Əsər Şərəfnisə xanımın (Ağabacının) ağlaması ilə başlayır, Xanpərinin (dayə) kişiləri aldatmaları haqqında fikri ilə bitir.
·         Komediya 4 məclisdən ibarətdir.
·         Əsər yazılandan az sonra rus dilində tərcümə edilib hissə-hissə «Kafkaz» qəzetində çap edilmişdir.
·         1852-ci ildə Sankt-Peterburqda ailə teatrında ilk dəfə tamaşaya qoyulmuşdur.
·         XX əsrdə Elçin əsərin motivləri əsasında ssenari yazmış və eyniadlı film çəkilmişdir.
·         Əsər dramatik süjetə və yığcam kompozisiyaya malikdir.
Əsərin fabulası
     Təklə-Muğanlı obasının bəyi Hətəmxan ağanın qardaşı oğlu, böyük qızının nişanlısı Şahbaz bəy fransız dilini öyrənmək, Qərb adətləri ilə tanış olmaq üçün həkim müsyo Jordana qoşulub Parisə getmək istəyir. Bu hadisə onun nişanlısı Şərəfnisə xanımın narahatlığı ilə qarşılanır. Nişanlısı və qaynanası onu yoldan eləmək üçün cadugər Məstəli şaha müraciət edirlər. Bu zaman Parisdə inqilab baş verir, Jordan tələsik getdiyindən Şahbaz bəyi özü ilə apara bilmir.
Dərviş Məstəli şah surəti
·         Mənfi obrazdır.
·         Komediyanın satirik gülüş obyektidir. Hiyləgər, fırıldaqcı bir dərvişdir. Axundzadə onun timsalında hiyləgər dərvişləri ifşa edirdi. Məstəli şahın iç üzü köməkçisi Qulaməli ilə söhbətində açılır. O deyir: «Bu böyük xanım bu iş üçün mənə yüz təzə bacaqlı verəcəkdir və on gündə cadunun vaxtı var. Bacaqlıları alandan sonra əl-ayaq açıb, on günə kimi Arazın o tayına keçərəm.»
·         Məstəli şah qadınların avamlığı haqqında deyir: «Bu qadın tayfası nə yazıq və sadəlövdürlər, inanırlar ki, mən Qarabağda oturub, Parisi bir anda alt-üst edəcəyəm və ya mənim mərrixim Arazın o biri tayında müsyo Jordanın boynunu vura bilər.»
·         Şahbaz bəyin Fransaya getməsinin qarşısını almaq üçün 3 yol göstərir: 1)Parisi partlatmaq, 2)xoruzun başını üzməklə Müso Jordanın boynunu vurmaq, 3)Şahbaz bəyin canına cin-şeytan salmaq.
Qadın sürətləri:
Şərəfnisə xanım-Şahbaz bəyin nişanlısı,
Şəhrəbanu xanım-Şərəfnisə xanımın anası
Gülçöhrə-Şərəfnisənin 9 yaşlı bacısı.
Xanpəri-Şərəfnisə xanımın dayəsi.
·         Şərəfnisə, Şəhrəbanu və Xanpəri surətləri də gülüş hədəfi kimi götürülmüşdürlər.
·         Şərəfnisə xanımın nişanlısı Şahbaz bəyin Parisə getməsinə ona görə razı deyil ki, orada qızlarla oğlanlar bir məclisdə oturur, rəqs edirlər. Bir sözlə qısqanır.
·         Şəhrəbanu xanım da sadə, açıqürəkli, saf və avam bir qadındır. Şahbaz bəyin getməsinə o da razı deyil. Bunun qarşısını almaq üçün birinci Hətəmxan ağaya deyir,onun qətiyyətsizliyini görəndə özü fəaliyyətə başlayır. Xanpərinin məsləhəti ilə Məstəli şaha bu işin qarşısını almağı tapşırır.
Müsyo Jordan surəti
·         Müsyo Jordan Əsərdə az görünməsinə baxmayaraq, hadisələrin mərkəzində dayanır. Müsbət obrazdır.
·         Məstəli şaha qarşı qoyulan Müsyo Jordan Azərbaycan ədəbiyyatında ilk qərbli obrazdır.
·         Nəbatat alimdir. Qarabağa bu yerlərin bitki aləmini öyrənmək üçün gəlmişdir. Tədqiqat nəticəsində müəyənləşdirir ki, alimlərin Alp dağlarında, Amerikada və Afrikada bildiyini güman etdikləri dərman bitkilərinin çoxu Qarabağda mövcuddur.
·         Əsərdə ən çox Şahbaz bəylə əlaqədər təsvir olunur. Onu Fransaya aparmaq, Qərb mədəniyyətini, firəng dilin öyrətmək istəyir. O həm də vətənpərvər adamdır. Parisdə inqilab olduğunu eşidəndə vətəni üçün narahat olur.
Hətəmxan ağa surəti
·         Hadisələrin cərayan etdiyi Təklə-Muğanlı obasının mülkədarıdır. XIX əsrin 40-cı illərində yaşayan Azərbaycan mülkədarlarının ümumiləşdirilmiş tipidir.
·         Ağıllı, fərasətli, yaxşı ailə başcısıdır. Müasirliyə, təhsilə meyilli adamdır. Şahbaz bəyə ərəb, fars, rus dillərində savad vermişdir. Amma hələ də köhnə ata-baba qaydaları ilə yaşayır. Onun fikrincə, fransız dilini öyrənmək üçün Fransaya uzun səyahət lazım deyil.
·         Şahbaz bəyin Fransaya getməyinə razı olur.
·         Fransızlarla Azərbaycanlıları bu cür fərqləndirir:
1)Biz əlimizi həna qoyarıq, fransızlar qoymazlar.
2)Biz başımızı qırxarıq, onlar başlarına tük qoyarlar.
3)Biz papaqlı oturarıq, onlar başıaçıq oturarlar.
4)Biz başmaq geynərik, onlar çəkmə geyərlər.
5)Biz əlimizlə çörək yeyərik, onlar qaşıqla.
6)Biz aşkara peşkər alarıq, onlar gizlində.
7)Biz hər zada inanarıq, onlar heç zada inanmazlar.
8)Bizim arvadlarımız gödək libas geyərlər, onların arvadları uzun libas...
Şahbaz bəy surəti
·         Şahbaz bəy müsbət obrazdır. Axundzadə onun simasında Qərb mədəniyyəti ilə tanış olmaq istəyən yenifikirli Azərbaycan gənclərinin xüsusiyyətlərini canlandırmışdır.
·         Fransaya getmək istəyir. Fransaya getmək istəməsinin iki səbəbi var: birincisi, «qamışlıq» adlandırdığı sakit mühitdən uzaqlaşmaq, ikincisi isə ad-san qazanmaq istəyi.
·         Fransaya getmək istəməsini nişanlısına belə izah edir: «Mənim tay tuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət-izzət tapıb, xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqda adsız, sansız»
·         Parisdəki 1848-ci il inqilabı onun arzusunu gözündə qoyur.
·         Şahbaz bəy surəti dramaturgiyamız tarixində avamlar mühitinə qarşı çıxaraq dünya mədəniyyəti iləmaraqlanan ilk gənclərdəndir.


                  «Aldanmış kəvakib», «Hekayəti-Yusif şah» (1857)
·         Bu əsərlə ədəbiyyatımızda yeni tipli bədii nəsrin və povest janrının  əsası qoyulmuşdur.
·         Povesdə tarixi əhvalat müasir həyatla, mifik təfəkkür real hadisələrlə əlaqələndirilmişdir.
·         Z.Marağayi, M.Ə.Talıbov, S.M.Qənizadə kimi yazıçılar bu əsərdən təsirlənərək yeni bədii nəsr nümunələri yaratmışlar.
·         Hadisələrin bir qismi Şah Abbas, digər bir qismi isə Yusif Sərracla bağlı cərəyan edir. Buna əsasən povestin fabulası iki yerə bölünür:
1. Mirzə Sədrəddinin Novruzdan on beş gün keçmiş ulduzların toqquşacağı və bu toqquşmadan ölkə padşahına xətər toxunacağı barədə Şah Abbasa xəbər verməsi ilə başlayıb, hakimiyyət başına Yusif Sərracın gətirilməsi ilə bitir.
2.  Mollabaşı Axund Səmədin Yusif Sərrac haqqında məlumat ilə başlanıb, fitnəkarların qiyamı nəticəsində onun taxdan salınması, itkin düşməsi və köhnə şahın öz yerinə qayıtması ilə sona çatır.
·         Povestin ideyası şərq üsul-idarəsinin ictimai eyiblərini açıb göstərmək, keçmiş vəzirlərin və dövlət başçılarının azğınlığının ifşa etməklə gələcək nəsillərə ibrət verməkdir.
·         Əsərin məzmunu İran tarixçisi İsgəndər bəy Münşinin I Şah Abbasın hakimiyyətindən bəhs edən «Tarixi-aləmarayi-Abbasi» (Dünyanı bəzəyən Abbasın tarixi) kitabından götürülmüşdür. Kitabda yazılır: «Münəccim mövlanə Cəmaləddin Yəzdi bir gün şaha xəbər verir ki, Mərrux ilə Əqrəb göydə bir-birinə yaxınlaşacaq və bundan İrana və onun şahına böyük bir bədbəxtlik üz verəcəkdir... Gözlənilən bəladan salamat çıxmaq üçün hakimiyyətdən üç gün əl çəkməlidir. Bu xüsusda çöp atdılar, çöp Yusif Sərraca düşdü. Onun başına tac qoydular və şaha layiq paltar geydirdilər. Şah isə yaxın xidmətçiləri ilə birlikdə xəlvətə çəkildi. Üç gün keçdikdən sonra Yusifin evində axtarış aparıb şərab tapdılar və onu bir dinsiz kimi edam etdilər»
·         Əsərdə ideya, məzmun aydın bir təhkiyə yolu ilə açılır.
·         Şah Abbas surəti
     Povestin əsas tənqid hədəfi Şah Abbasdır. O, nadan, qabiliyyətsiz bir padşahdır. Onun səriştəsizliyi ucbatından İran dövləti ağır bir vəziyyətə düşmüşdür. Rəhimsiz və qəddar bir hökmdardır. Hakimiyyəti əldə saxlamaq üçün hər cür ədalətsizliyə yol verir: insanları dar ağacına çəkir, şaqqalatdırıb qala qapısından asdırır. Hətta oğlanlarından birini öldürür, ikincisinin gözünü çıxartdırır. Şah Abbasın nadanlığını və eybəcərliyini dərindən açmaq üçün onun saray xidmətləri tənqid olunur. Səlma xatun Şah Abbasın arvadı idi.
·         Ulduzların toqquşacağı xəbəri Şah Abbasın münnəccibaşı Mirzə Sədrəddin verir. Şahlıqdan müvəqqəti uzaqlaşmaq, ulduzları aldatmaq təklifini Mövlanə Cəmaləddin verir. Şah Abbasın onu öldürmək istəyinə Sərdar Zaman xan mane olur.
·         Mollabaşı Axund Səmədlə Mirzə Sədrəddininköhnədən ədavəti var imiş. Ona görə də Axund Səməd onu aradan götürmək istəyir.
·         Molla Rəsul Şah Abbasın arvadlarından boşanmaq talağını kəsmişdir.
Saray xadimləri:
Mirzə Möhsün-vəzir.
Axund Səməd-mollabaşı. (Ərk qalasında qüssədən həlak olub)
Mirzə Sədrəddin-münəccimbaşı
Sərdar Zaman xan-hərbiyyə naziri, baş komandan.
Mirzə Yəhya-müstövfi, maliyyə naziri.
Xacə Mübarək-saray xidmətçisi, hərəmxanın nəzarətçisi.
Əzim bəy-xidmətçibaşı
Əsəd bəy-fərraşbaşı
Ağa Həsən-sandıqdar
Mirzə Həbib-xəzinədar
·         Yusif Sərrac surəti
      Povesdə feodal hakimlərinə qarşı Yusif Sərrac surəti yaradılmışdır. İki həftə taxta oturmuşdur. Axundzadə onun simasında öz maarifçi idealarına uyğun olan ağıllı, uzaqgörən və ədalətli şah surəti yaratmışdır. Yusif mömin bir kəndli ailəsində doğulmuş, Qəzvində məktəb qurtarmış, İsfahanda və Kərbəlada dini təhsil almışdır, amma ruhanilərin hamısını kələkbaz olduğunu görüb həmin zümrədən uzaqlaşmışdır. Həmədana gəlibusta Xəlildən sərraclıq (at yəhəri düzəltmək) sənətini öyrənmişdir. Onun şahlıq taxtına  oturması təklifini mollabaşı vermişdir. Bu xəbəri isə ona mollabaşı və Sərdar Zaman xan çatdırır. Yusif Sərracın başına tacı isə mollabaşı qoyur.
      Taxta çıxan kimi bir sıra islahatlar aparır:
1) Rüşvətxor, yaltaq, satqın vəzirləri saraydan qovur, (Onları-Axund Səmədi, Sərdar Zaman xan, Mirzə Möhsünü, Mirzə Sədrəddini və Mövlənə Cəmaləddini Ərkdə olan zindana saldırır.)
2) Münəccimbaşı vəzifəsini tamamıilə ləğv edir.
3) Saraydakı bir çox vəzifələri öz inandığı dostlarına tapşırır: Mollabaşı mənsəbini Molla Ramazana, sərdarlığı Qurban bəyə, vəzirliyi xanlıq ləqəbi ilə Mirzə Cəlilə, müstovfiliyi Mirzə Zəkiyə həvalə edir.
4) Vergilərin miqdarını azaldır: şəhər əhalisi üçün gəlirlərin ondan birini, kəndlilər üçün isə vergiləri tam azaldır.
5) Dağılmış yolları, körpüləri düzəltdirmək, karvansaralar tikdirmək, məktəblər, xəstəxanalar açdırmaq barədə sərəncam verir.
6) Köhnə ərəb əlifbasını təkmilləşdirmək fikrini irəli sürür.
7) Qəzvin şəhərini çirkli saxladığı üçün yaramaz kəndxudaları vəzifədən çıxardır.
8) Hakim təbəqələrdən-şahzadələrdən, tacirlərdən, ruhanilərdən də vergi alınması barədə qərar çıxardır.
·         Onun taxta çıxmasının uydurma olduğu xəbərini Yusif Sərraca Xacə Mübarək verir.
·         Əhali rəhmli padşahın himayəsində yaşaya bilmir. Bundan istifadə edən şah tərəfdarı esyan törədirlər. Üsyanın birinci səbəbkarı miraxur olur. Üsyançılar Novruzun 16-cı günü Yusif Sərracı taxtdan saldılar.
·         Üsyandan sonra Şah Abbasın yerini üsyançılara Mövlanə Cəmaləddin deyir.

  v  YARADICILIĞI
·         XIX əsrdə Axundzadənin yaradıcılığı bədii fikir tarixində yeni bir mərhələ açır.
·         Milli dramaturgiyanın və realist bədii nəsrin (povestin) banisidir.
·         Ədəbiyyatımızda remarka, monolok və dioloq terminlərini ilk dəfə o işlətmişdir.
·         Həm lirik, həm epik, həm də dramatik növdə yazmışdır.
·         Ədəbiyyatımıza ilk qərbli obrazını gətirmişdir.
·         Bədii yaradıcılığa lirik şeirlə başlasada, ədəbiyyatımızda dramaturq kimi məşhurlaşmışdır.
·         Yeni ədəbi bir növün, dramaturgiyanın əsasını qoymuşdur.
·         Komediyalarını, «Zakirə məktub» şeirini, «Aldanmış kəvakib»povestini və başqa tərcümələrini Tiflidə çıxan «Kafkaz »qəzetində nəşr etdirmişdir.
·         «Kəmalüdövlə məktubları» adlı bədii-fəlsəfi əsərini 1865-ci ildə bitirmiş, onu 1866-cı ildə dostu Mirzə Yusif xanla birlikdə fars dilinə, 1874-cü ildə şərqşünas Adolf Berje ilə rus dilinə çevirmiş, lakin sağlığında çap etdirə bilməmişdir. 1850-1855-ci illərdə altı komediya yazmışdır.
1. «Hekayəti-molla İbrahimxəlil kimyagər» (1850)
·         Axundzadənin ilk komediyasıdır.
·         Əsərdə bir tərəfdən avamlıq və gerilik, ikinci tərəfdən fırıldaqçılıq tənqid edilir.
·         Komediyanın tənqid hədəfi nuxululardır. ( Hacı Kərim, Ağa Zaman, Molla Salman, Məşədi Cabbar, Səfər bəy.)
·         Nuxulular nadan, bisavad, öz mənafeini güdən, tamahkar adamlardır. Onlar iksir vasitəsi ilə dərvişin misi gümüşə çevirəcəyinə inanırlar.
·         Komediyanın əsas gülüş hədəflərindən biri də Molla İbrahimxəlildir.
·         Əsərdə avam, cahil, kələkbaz, fırıldaqçı adamlara qarşı şair Hacı Nuru surəti qoyulmuşdur.
·         Dramaturq feodal cəhalətpərəstliyinə qarşı yazdığı bu əsərdə müasirlərini namusla əməyə, elmə və maarifə çağırırdı.
2.  «Hekayəti-xırs quldurbasan» (1851)
·         Dramın mövzusu kənd həyatından alınmışdır.
·         Fabulası (hadisələr) Bayramla Pərzadın sevgi macərası üzərində qurulmuşdur. Əsər bir xətt üzrə inkişaf edir.
·         Kasıb oğlan Bayram dövlətli qızı Pərzadı sevir. Ancaq qızın əmisi Məşədi Qurban yetim Pərzadın var-dövlətini ələ keçirmək üçün onu oğlu Tarverdiyə nişanlayır. Çətin vəziyyətə düşən Bayram sevgilisini qurtarmaq üçün Tarverdini tovlayıb quldurluğa göndərir və o tutulur. Beləliklə, iki sevgili bir-birinə qovuşur.
·         Axundzadə əsərdə qadın hüquqsuzluğunu şikayət edərək deyir: «Nə eyləyim, əlimdən nə gəlir? Atam ölübdür, bir anam ilə qalmışam əmimin ixtiyarında; qardaşım yox, bir köməyim yox.»
·         Bayram mərd oğlandır. O, Tarverdini aradan götürmək üçün kələk işlətsə də, sonda onu xilas etmək üçün günahı öz boynuna götürür.
3. «Hekayəti-vəziri-xani Lənkəran» (1851)
·         Əsərin mövzusu xanlıqlar dövründən alınmış, süjeti ailə-məişət mövzusu üzərində qurulmuşdur.
·         Komediyanın əsas gülüş hədəfi Lənkəran xanı və onun vəziri  Mirzə Həbibdir.
·         Lənkəran xanı ədalətsizliyin, despotizmin, özbaşınalığın timsalıdır. Əsərdə çox az görünür. Onun yanına şikayətə gələn kəndli atının qonşusu tərəfindən gözünün çıxarıldığını deyəndə  o söyləyir: «Sən də get, vur onun atının bir gözünün çıxar.»
·         Xan öz həqiqi simasını bir sözlə açır: «Ax, xanlıq, səndən əzablı dünyada nə var! Hər kəs ancaq öz əhli-əyalının qəmini çəkir, mən gərək min-min adamın qəmini çəkim.»
4. «Hekayəti-mərdi-xəsis» və ya «Hacı Qara»
·         Bu komediya Axundzadənin yaradıcılığında xüsusi bir yer tutur.
·         Komediya dünya ədəbiyyatında geniş yayılmış xəsislik mövzusundadır. Lakin Axundzadə ənənəvi mövzunu tamam yeni tərzdə işləmişdir.
·         Əsərin komik qəhrəmanı və gülüş hədəfi Hacı Qaradır. Onun başlıca xüsusiyyəti xəsislikdir. Arvadı Tükəz onun xəsisliyini pisləyərək deyir: «Uşaq aşıq yığan kimi  bu qədər pulu yığıb neyləyəcəksən? ... Sən ölsən heç olmazsa, arvad-uşağın doyunca çörək yeyər».
·         Hacı Qara xəsis, tamahkar, qorxaq, ikiüzlü, acgöz bir obrazdır. Bütün pərdələrdə komik planda təsvir olunur.
·         İgidlikdən, qoçaqlıqdan danışan Hacı Qara Araz çayını keçəndə atın üstündən suya yıxılması həqiqi gülüş üçün zəmin yaradır. Danışığı əməlləri arasında ziddiyyət vardır.
·         Əsərdə diqqəti cəlb edən obrazlardan biri də Heydər bəydir.O,Cavanşir mahalında nüfuzlu mülkədar-bəyn nəslindədir. İki ildən bəri nişanlı olmasına baxmayaraq, kasıbçılıq ucbatından evlənə bilmir. Qızı qaçırmaq ona «ölümdən betər» görünür. Çünki xalq arasında deyərlər: «Qurban bəyin oğlu pul tapmadı toy edə, nişanlısını götürdü qaçdı.»  
·         Hacı Qaradan fərqli olaraq Heydər bəy komik planda yox, dramatik planda verilmişdir.
·         Heydər bəy mərddir, igiddir: «On nəfər yaraqlı-əsbablı ermənilərin» hamısını qorxudub yoldan çəkindirir. O, torpağda çalışmağın əleyhinədir Çünki o dövrdə halal zəhmətlə maddi tələbatı ödəmək üçün deyil.
·         Heydər bəy deyir: «Pərvərdigara, bu necə əsridir? bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng oynatmağın.»
5.  «Müdafiə vəkillərinin hekayəti» (1855)
·         Dramaturqun sonuncu dram əsəridir Əsərin mövzusu Cənubi Azərbaycan həyatından götürülmüşdür.
·         Əsərin əsas tənqid hədəfi Ağa Mərdan Halvaçıoğludur. Yazıçı onun simasında fırıldaqçı vəkilləri tənqid etmişdir.
·         Təbrizin varlı tacirlərindənolan Hacı Qafur ölərkən misrasının bacısı Səkinə xanıma çatacağını bildirir. Ancaq Hacı Qafurun siğə arvadı Zeynəb var-dövləti ələ keçirmək üçün Ağa Mərdan Halvaçıoğlunu özünə vəkil tutur, pulla yalançı şahidlər düzəldir, amma sonda haqq yerini alır.
·         Səkinə öz hüquqlarını cəsarətlə müdafiə edir, Onu Ağa Həsənə ərə vermək istəyən bibisi ilə razılaşmayıb deyir: «... Mənim bu saat nə atam var, aə anam, nə də qardaşım; özüm öz vəkiliməm». Onu hədələyən Ağa Həsənə isə deyir: «Get bildiyinielə! Əlindən gələni beş qaba çək!»
·         Axundzadənin bütün pyeslərində olduğu kimi, burda xeyir şərə qalib gəlir. Xeyir qüvvəni Səkinə xanım, şər qüvvəni isə Zeynəb və Ağa Mərdan təmsil edir.
6. «Hekayəti-müsyo Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur» (1850)
·         Axundzadənin maarifçi ideyalarını əks etdirən ən məşhur dram əsəridir. Həyat həqiqətlərinin dolğun təsviri, obrazların canlı bədii inikası xarakterlərin tipikləşdirilməsi baxımından bu əsər yazıçının başqa pyeslərindən fərqlənir .
·         Əsərin ideyası avamlığın və cadugərliyin tənqididir.
·         Əsərin konfilikti yazıçının maarifçi ideaları ilə gerilik və avamlığın tərəfdarları arasında davam edir.
·         Hadisələr 1263-cü ildə (miladi 1848) Qarabağ vilayətində baş verir. Əsər Şərəfnisə xanımın (Ağabacının) ağlaması ilə başlayır, Xanpərinin (dayə) kişiləri aldatmaları haqqında fikri ilə bitir.
·         Komediya 4 məclisdən ibarətdir.
·         Əsər yazılandan az sonra rus dilində tərcümə edilib hissə-hissə «Kafkaz» qəzetində çap edilmişdir.
·         1852-ci ildə Sankt-Peterburqda ailə teatrında ilk dəfə tamaşaya qoyulmuşdur.
·         XX əsrdə Elçin əsərin motivləri əsasında ssenari yazmış və eyniadlı film çəkilmişdir.
·         Əsər dramatik süjetə və yığcam kompozisiyaya malikdir.
Əsərin fabulası
     Təklə-Muğanlı obasının bəyi Hətəmxan ağanın qardaşı oğlu, böyük qızının nişanlısı Şahbaz bəy fransız dilini öyrənmək, Qərb adətləri ilə tanış olmaq üçün həkim müsyo Jordana qoşulub Parisə getmək istəyir. Bu hadisə onun nişanlısı Şərəfnisə xanımın narahatlığı ilə qarşılanır. Nişanlısı və qaynanası onu yoldan eləmək üçün cadugər Məstəli şaha müraciət edirlər. Bu zaman Parisdə inqilab baş verir, Jordan tələsik getdiyindən Şahbaz bəyi özü ilə apara bilmir.
Dərviş Məstəli şah surəti
·         Mənfi obrazdır.
·         Komediyanın satirik gülüş obyektidir. Hiyləgər, fırıldaqcı bir dərvişdir. Axundzadə onun timsalında hiyləgər dərvişləri ifşa edirdi. Məstəli şahın iç üzü köməkçisi Qulaməli ilə söhbətində açılır. O deyir: «Bu böyük xanım bu iş üçün mənə yüz təzə bacaqlı verəcəkdir və on gündə cadunun vaxtı var. Bacaqlıları alandan sonra əl-ayaq açıb, on günə kimi Arazın o tayına keçərəm.»
·         Məstəli şah qadınların avamlığı haqqında deyir: «Bu qadın tayfası nə yazıq və sadəlövdürlər, inanırlar ki, mən Qarabağda oturub, Parisi bir anda alt-üst edəcəyəm və ya mənim mərrixim Arazın o biri tayında müsyo Jordanın boynunu vura bilər.»
·         Şahbaz bəyin Fransaya getməsinin qarşısını almaq üçün 3 yol göstərir: 1)Parisi partlatmaq, 2)xoruzun başını üzməklə Müso Jordanın boynunu vurmaq, 3)Şahbaz bəyin canına cin-şeytan salmaq.
Qadın sürətləri:
Şərəfnisə xanım-Şahbaz bəyin nişanlısı,
Şəhrəbanu xanım-Şərəfnisə xanımın anası
Gülçöhrə-Şərəfnisənin 9 yaşlı bacısı.
Xanpəri-Şərəfnisə xanımın dayəsi.
·         Şərəfnisə, Şəhrəbanu və Xanpəri surətləri də gülüş hədəfi kimi götürülmüşdürlər.
·         Şərəfnisə xanımın nişanlısı Şahbaz bəyin Parisə getməsinə ona görə razı deyil ki, orada qızlarla oğlanlar bir məclisdə oturur, rəqs edirlər. Bir sözlə qısqanır.
·         Şəhrəbanu xanım da sadə, açıqürəkli, saf və avam bir qadındır. Şahbaz bəyin getməsinə o da razı deyil. Bunun qarşısını almaq üçün birinci Hətəmxan ağaya deyir,onun qətiyyətsizliyini görəndə özü fəaliyyətə başlayır. Xanpərinin məsləhəti ilə Məstəli şaha bu işin qarşısını almağı tapşırır.
Müsyo Jordan surəti
·         Müsyo Jordan Əsərdə az görünməsinə baxmayaraq, hadisələrin mərkəzində dayanır. Müsbət obrazdır.
·         Məstəli şaha qarşı qoyulan Müsyo Jordan Azərbaycan ədəbiyyatında ilk qərbli obrazdır.
·         Nəbatat alimdir. Qarabağa bu yerlərin bitki aləmini öyrənmək üçün gəlmişdir. Tədqiqat nəticəsində müəyənləşdirir ki, alimlərin Alp dağlarında, Amerikada və Afrikada bildiyini güman etdikləri dərman bitkilərinin çoxu Qarabağda mövcuddur.
·         Əsərdə ən çox Şahbaz bəylə əlaqədər təsvir olunur. Onu Fransaya aparmaq, Qərb mədəniyyətini, firəng dilin öyrətmək istəyir. O həm də vətənpərvər adamdır. Parisdə inqilab olduğunu eşidəndə vətəni üçün narahat olur.
Hətəmxan ağa surəti
·         Hadisələrin cərayan etdiyi Təklə-Muğanlı obasının mülkədarıdır. XIX əsrin 40-cı illərində yaşayan Azərbaycan mülkədarlarının ümumiləşdirilmiş tipidir.
·         Ağıllı, fərasətli, yaxşı ailə başcısıdır. Müasirliyə, təhsilə meyilli adamdır. Şahbaz bəyə ərəb, fars, rus dillərində savad vermişdir. Amma hələ də köhnə ata-baba qaydaları ilə yaşayır. Onun fikrincə, fransız dilini öyrənmək üçün Fransaya uzun səyahət lazım deyil.
·         Şahbaz bəyin Fransaya getməyinə razı olur.
·         Fransızlarla Azərbaycanlıları bu cür fərqləndirir:
1)Biz əlimizi həna qoyarıq, fransızlar qoymazlar.
2)Biz başımızı qırxarıq, onlar başlarına tük qoyarlar.
3)Biz papaqlı oturarıq, onlar başıaçıq oturarlar.
4)Biz başmaq geynərik, onlar çəkmə geyərlər.
5)Biz əlimizlə çörək yeyərik, onlar qaşıqla.
6)Biz aşkara peşkər alarıq, onlar gizlində.
7)Biz hər zada inanarıq, onlar heç zada inanmazlar.
8)Bizim arvadlarımız gödək libas geyərlər, onların arvadları uzun libas...
Şahbaz bəy surəti
·         Şahbaz bəy müsbət obrazdır. Axundzadə onun simasında Qərb mədəniyyəti ilə tanış olmaq istəyən yenifikirli Azərbaycan gənclərinin xüsusiyyətlərini canlandırmışdır.
·         Fransaya getmək istəyir. Fransaya getmək istəməsinin iki səbəbi var: birincisi, «qamışlıq» adlandırdığı sakit mühitdən uzaqlaşmaq, ikincisi isə ad-san qazanmaq istəyi.
·         Fransaya getmək istəməsini nişanlısına belə izah edir: «Mənim tay tuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət-izzət tapıb, xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqda adsız, sansız»
·         Parisdəki 1848-ci il inqilabı onun arzusunu gözündə qoyur.
·         Şahbaz bəy surəti dramaturgiyamız tarixində avamlar mühitinə qarşı çıxaraq dünya mədəniyyəti iləmaraqlanan ilk gənclərdəndir.


                  «Aldanmış kəvakib», «Hekayəti-Yusif şah» (1857)
·         Bu əsərlə ədəbiyyatımızda yeni tipli bədii nəsrin və povest janrının  əsası qoyulmuşdur.
·         Povesdə tarixi əhvalat müasir həyatla, mifik təfəkkür real hadisələrlə əlaqələndirilmişdir.
·         Z.Marağayi, M.Ə.Talıbov, S.M.Qənizadə kimi yazıçılar bu əsərdən təsirlənərək yeni bədii nəsr nümunələri yaratmışlar.
·         Hadisələrin bir qismi Şah Abbas, digər bir qismi isə Yusif Sərracla bağlı cərəyan edir. Buna əsasən povestin fabulası iki yerə bölünür:
1. Mirzə Sədrəddinin Novruzdan on beş gün keçmiş ulduzların toqquşacağı və bu toqquşmadan ölkə padşahına xətər toxunacağı barədə Şah Abbasa xəbər verməsi ilə başlayıb, hakimiyyət başına Yusif Sərracın gətirilməsi ilə bitir.
2.  Mollabaşı Axund Səmədin Yusif Sərrac haqqında məlumat ilə başlanıb, fitnəkarların qiyamı nəticəsində onun taxdan salınması, itkin düşməsi və köhnə şahın öz yerinə qayıtması ilə sona çatır.
·         Povestin ideyası şərq üsul-idarəsinin ictimai eyiblərini açıb göstərmək, keçmiş vəzirlərin və dövlət başçılarının azğınlığının ifşa etməklə gələcək nəsillərə ibrət verməkdir.
·         Əsərin məzmunu İran tarixçisi İsgəndər bəy Münşinin I Şah Abbasın hakimiyyətindən bəhs edən «Tarixi-aləmarayi-Abbasi» (Dünyanı bəzəyən Abbasın tarixi) kitabından götürülmüşdür. Kitabda yazılır: «Münəccim mövlanə Cəmaləddin Yəzdi bir gün şaha xəbər verir ki, Mərrux ilə Əqrəb göydə bir-birinə yaxınlaşacaq və bundan İrana və onun şahına böyük bir bədbəxtlik üz verəcəkdir... Gözlənilən bəladan salamat çıxmaq üçün hakimiyyətdən üç gün əl çəkməlidir. Bu xüsusda çöp atdılar, çöp Yusif Sərraca düşdü. Onun başına tac qoydular və şaha layiq paltar geydirdilər. Şah isə yaxın xidmətçiləri ilə birlikdə xəlvətə çəkildi. Üç gün keçdikdən sonra Yusifin evində axtarış aparıb şərab tapdılar və onu bir dinsiz kimi edam etdilər»
·         Əsərdə ideya, məzmun aydın bir təhkiyə yolu ilə açılır.
·         Şah Abbas surəti
     Povestin əsas tənqid hədəfi Şah Abbasdır. O, nadan, qabiliyyətsiz bir padşahdır. Onun səriştəsizliyi ucbatından İran dövləti ağır bir vəziyyətə düşmüşdür. Rəhimsiz və qəddar bir hökmdardır. Hakimiyyəti əldə saxlamaq üçün hər cür ədalətsizliyə yol verir: insanları dar ağacına çəkir, şaqqalatdırıb qala qapısından asdırır. Hətta oğlanlarından birini öldürür, ikincisinin gözünü çıxartdırır. Şah Abbasın nadanlığını və eybəcərliyini dərindən açmaq üçün onun saray xidmətləri tənqid olunur. Səlma xatun Şah Abbasın arvadı idi.
·         Ulduzların toqquşacağı xəbəri Şah Abbasın münnəccibaşı Mirzə Sədrəddin verir. Şahlıqdan müvəqqəti uzaqlaşmaq, ulduzları aldatmaq təklifini Mövlanə Cəmaləddin verir. Şah Abbasın onu öldürmək istəyinə Sərdar Zaman xan mane olur.
·         Mollabaşı Axund Səmədlə Mirzə Sədrəddininköhnədən ədavəti var imiş. Ona görə də Axund Səməd onu aradan götürmək istəyir.
·         Molla Rəsul Şah Abbasın arvadlarından boşanmaq talağını kəsmişdir.
Saray xadimləri:
Mirzə Möhsün-vəzir.
Axund Səməd-mollabaşı. (Ərk qalasında qüssədən həlak olub)
Mirzə Sədrəddin-münəccimbaşı
Sərdar Zaman xan-hərbiyyə naziri, baş komandan.
Mirzə Yəhya-müstövfi, maliyyə naziri.
Xacə Mübarək-saray xidmətçisi, hərəmxanın nəzarətçisi.
Əzim bəy-xidmətçibaşı
Əsəd bəy-fərraşbaşı
Ağa Həsən-sandıqdar
Mirzə Həbib-xəzinədar
·         Yusif Sərrac surəti
      Povesdə feodal hakimlərinə qarşı Yusif Sərrac surəti yaradılmışdır. İki həftə taxta oturmuşdur. Axundzadə onun simasında öz maarifçi idealarına uyğun olan ağıllı, uzaqgörən və ədalətli şah surəti yaratmışdır. Yusif mömin bir kəndli ailəsində doğulmuş, Qəzvində məktəb qurtarmış, İsfahanda və Kərbəlada dini təhsil almışdır, amma ruhanilərin hamısını kələkbaz olduğunu görüb həmin zümrədən uzaqlaşmışdır. Həmədana gəlibusta Xəlildən sərraclıq (at yəhəri düzəltmək) sənətini öyrənmişdir. Onun şahlıq taxtına  oturması təklifini mollabaşı vermişdir. Bu xəbəri isə ona mollabaşı və Sərdar Zaman xan çatdırır. Yusif Sərracın başına tacı isə mollabaşı qoyur.
      Taxta çıxan kimi bir sıra islahatlar aparır:
1) Rüşvətxor, yaltaq, satqın vəzirləri saraydan qovur, (Onları-Axund Səmədi, Sərdar Zaman xan, Mirzə Möhsünü, Mirzə Sədrəddini və Mövlənə Cəmaləddini Ərkdə olan zindana saldırır.)
2) Münəccimbaşı vəzifəsini tamamıilə ləğv edir.
3) Saraydakı bir çox vəzifələri öz inandığı dostlarına tapşırır: Mollabaşı mənsəbini Molla Ramazana, sərdarlığı Qurban bəyə, vəzirliyi xanlıq ləqəbi ilə Mirzə Cəlilə, müstovfiliyi Mirzə Zəkiyə həvalə edir.
4) Vergilərin miqdarını azaldır: şəhər əhalisi üçün gəlirlərin ondan birini, kəndlilər üçün isə vergiləri tam azaldır.
5) Dağılmış yolları, körpüləri düzəltdirmək, karvansaralar tikdirmək, məktəblər, xəstəxanalar açdırmaq barədə sərəncam verir.
6) Köhnə ərəb əlifbasını təkmilləşdirmək fikrini irəli sürür.
7) Qəzvin şəhərini çirkli saxladığı üçün yaramaz kəndxudaları vəzifədən çıxardır.
8) Hakim təbəqələrdən-şahzadələrdən, tacirlərdən, ruhanilərdən də vergi alınması barədə qərar çıxardır.
·         Onun taxta çıxmasının uydurma olduğu xəbərini Yusif Sərraca Xacə Mübarək verir.
·         Əhali rəhmli padşahın himayəsində yaşaya bilmir. Bundan istifadə edən şah tərəfdarı esyan törədirlər. Üsyanın birinci səbəbkarı miraxur olur. Üsyançılar Novruzun 16-cı günü Yusif Sərracı taxtdan saldılar.
·         Üsyandan sonra Şah Abbasın yerini üsyançılara Mövlanə Cəmaləddin deyir.




 Hədəf ədəbiyyat (Şəmil Sadiq)

Hiç yorum yok:

Yorum Gönder