Respublikamızda 12 noyabr 1995-ci ildə qəbul edilmiş
Konstitusiyada dövlət dili kimi təsbit edilmiş Azərbaycan dili
bütövlükdə 50 milyondan çox azərbaycanlıya xidmət göstərir.
FONETİKA
Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri
adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs
telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini
tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə
görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında
onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə
bölünür: saitlər, samitlər.
Saitlər ağız boşluğunda sərbəst və maneəsiztələffüz olunur.
Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti
heca əmələ gətirməsidir.
Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr
olur.
Saitlərin bölgüsü
Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö],
[u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var.
1. Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə)
görə:
Qalın saitlər:
[a], [ı], [o], [u]
İncə saitlər:
[e], [i], [ə], [ö], [ü]
2. Dilin
üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin
şaquli vəziyyətinə) görə:
Qapalı
saitlər: [ı], [i], [u], [ü]
Açıq saitlər:
[a], [e], [ə], [o], [ö]
Qapalı
saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır.
(Buna görə də onlara dar saitlər də deyilir). Bu saitləri asan yadda saxlamaq
üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çi, -çi, -çu,
çü,-lıq,-lik,-luq, -lük və s) yadda saxlamaq lazımdır. belə şəkilçilərin tərkibində
qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı
düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen saitlər də deyilir).
3.
Dodaqların vəziyyətinə görə:
Dodaqlanan
saitlər [o], [ö], [u], [ü]
Dodaqlanmayansaitlər:
[a], [e], [ə], [ı], [i].
Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə
gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal
baş vermir.
QRAMMATIKA
Bəzi saitlərin uzun tələffüzü
Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki,
onlarda bəzi saitlər bir qədər uzun tələffüz olunur.
Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki
[a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi; möcüzə, , şölə, mötəbər
sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələffüz
olunur. Goründüyü kimi, [e], [e], [ö] saitlərinin uzun tələffüz edildiyini
bildirmək üçün yazıda çox vaxt bu saitlərdən sonra apostrof(çixarılıb) isarəsi
qoyulur.
Bezi sözlərdə [i], [u] və [o] saitləri də uzun tələffüz
olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində [i] saiti; Füzuli, musiqi,
xüsusi sözlərində [u] saiti uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və
s. kimi sözlərdə [o] saiti uzun tələffüz olunur. belə sözlərdə o hərfindən
sonra gələn v samiti (bəzən də n samiti) tələffüzdə düşür [do:vşan], [so:ra],
[lo:ğa] Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələffüzündə də
baş verir : [tö:bə], [l:.bər], [bə:növşə].
Dilimizdəki [1] və [ü] saitləri isə uzun tələffüz olunmur.
Qoşasaitli sözlərin yazılışı və tələffüzü
Dilimizdə bəzi sözlər var ki, onlarda iki sait səsi ifadə edən
hərflər yanaşı gəlir. Belə sözlər qoşasaitli sözlər adlanır. Qoşasaitli sözlərin
çoxunun yazılışı və tələffüzü fərqlənir. Bu aşağıdakı qaydada olur
1. Eynicinsli qoşa saitləri ifadə edən iki hərf bir uzun
sait kimi tələffüz olunur. Məsələn: saat - [sa:t], maaş- [ma:ş], camaat -
[cama:t], təəssüf - [tə:ssüf], mətbəə - [mətbə:], bədii- [bədi:], təbii - [təbi:]
və s.
2. Tərkibində ai, ei, ie, (bəzən də io, ia, eə, ea) hərf
birləşmələri olan sözlər bu saitlər arasına y samiti əlavə olunmaqla tələffüz
edilir. Məsələn: ailə [ayilə], daima - [dayima], zəif - [zəyif], Səidə - [Səyidə],
təbiət - [təbiyət], müdafiə - [müdafiyə], radio - [radiyo], dialoq - [diyaloq],
iaşə - [iyaşə], maneə - [maniyə].
3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə
birinci sait dəyişilir, ikincisi isə bir qədər uzun tələffüz edilir. Məsələn: səadət
- [saadət], fəaliyyat - [fa:liyət], müavin [mavi], müalicə - [malicə], müəyyən
- [məyyən], müəllim - [məllim] və s.
Qeyd 1: Əliağa, əmioğlu əliaçıq, bacıoğlu, dayıoğlu,
xalaoğlu, başıaçıq və s. kimi qoşasaitli mürəkkəb sözlərin tələffüzündə də
yanaşı gələn saitlərdən birincisi deyilmir, lakin ikincisi uzun tələffüz olunmur: Əliağa -
[Əlağa, əmioğlu - [əmoğlu], əliaçıq - [əlaçıx], bacıoğlu - [bacoğlu], xalaoğlu
- [xaloğlu] və s.
Qeyd 2: Şüar, şücaət, məcmuə, sual, mətbuat, seans, bəraət,
şüəra, riayət və s. kimi qoşasaitli sözlərdə bunlarin heç biri baş vermir.
Ahəng qanunu
Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və
incə saitlərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir.
Ahəng qanununa görə söz qalın saitli heca ilə başlayırsa,
sonrakı hecalar da qalın saitli olur. Məsələn: ya+zı+çı+lar. Eyni hal incə
saitlə başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz. Əsl Azərbaycan
sözləri ahəng qanununa tabe olur(İşıq, ilan, ilğım, inam, iraq, ilxi, ildırım,
ilıq, işartı və s. kimi bir neçə söz istisnadır). Bir çox alınma sözlərdə isə
ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, kitab, dünya, büro və s.
Ahəng qanunu kök və şəkilçi arasında daha möhkəm və sabit (dəyişməz)
olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən
sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər
və s.
Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb
sözlərdə də ahəng qanunu pozulur. Məsələn: dəvəqusu, quşüzümü, günəbaxan,
Günay, Aybəniz və s.
Heca
Tələffüz zamanı sözün
asanlıqla bölünən hissələrinə heca deyilir.Məsələn: və-tən, a-zad-lıq,
dil-çi-lik və s. Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait səs varsa, o
qədər də heca olur. Heca bir saitdən də ibarət olur. Məsələn: a-na, ü-rək,
ma-a-rif və s. Sözü sətirdən sətrə keçirərkən bir hərfdən ibarət olan hecanı sətrin
sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz.
Vurğu
Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətli
deyilməsi vurğu adlanır. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır.
Dilimizdəki sözlərin çoxunda vurğu son hecadakı sait səsin üzərinə düşür. Məsələn:
Azərbaycan, azadlıq, istiqlaliyyət və s. Bayaq, dünən, bildir, niyə, necə,
sa`nki, ancaq və s. kimi əsl Azərbaycan sözlərində, elecə də üstünlük dərəcəsində
olan sifətlərdə: (gömgöy, sapsarı, qupquru və s.) vurğunun ilk hecanın üzərinə
düşməsi istisnadır.
Bəzi sözlərdə vurğunun yerini dəyişməsi ilə məna da fərqlənir.
Məsələn: alın (isim - bədən üzvü) – alın (fel), güldür (çiçəkdir) –güldür
(fel), dimdik (isim) - dimdik (sifət) və s.
Sözdə vurğunun yerini müəyyən etmək üçün sözü hecaya
ayırmadan vurğunu əvvəl birinci hecanın, sonra ikinci, daha sonra isə üçüncü
hecanın üzərində demək lazımdır. Məsələn: qə`rənfil, qərə`nfil, qərənfi`l
Aydındır ki, bu sözdə vurğu sonuncu hecanın üzərinə düşür.
LEKSKOLOGIYA
Dildəki
sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini)təşkil edir.
Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır.
Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca
əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.
Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası
vardır.
Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası
deyilir.Başqa sözlə dəsək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər
hansı bir anlayışı ifadə etməsidir. Məsələn: "qələm" sözünün leksik mənası
"yazı alətidir". Sözün leksik mənasini bir neçə yolla izah etmək olar:
1.Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn: azadlıq
-müstəqillik - sərbəstlik.
2. Əşyanın, hərəkətin əlamətlərini izah etməklə. Məsələn: dəmirçi - metaldan
müxtəlif alətlər hazırlayan pesə sahibi.
3. Sözün hissələrinin mənasını açmaqla. Məsələn: mürəkkəbqabı-
içində yazı üçün mürəkkəb saxlanılan qab.
Sözün leksik mənası ilə yanası, onun qrammatik mənası da
olur. Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini,
miqdarını və s. bildirməsidir.Məsələn: "qələm" sözü əşyanın adını,
"qırmızı" əlamətini, "bir" isə miqdarını bildirir. Buna görə
də bu sözlərdən birincisi isim, ikincisi sifət, üçüncüsü isə saydır. Deməli,
sözün qrammatik mənası onun hansı nitq hissəsi olması deməkdir.
Sözün həqiqi və məcazi mənası
Dilimizdəki sözlərin bır çoxu həm həqiqi, həm də məcazi mənada
işlədılir. Sözün ilkin, əsas mənası onun həqiqi mənasıdır. Məsələn: "dəmir
qapı", "daş divar", "yıımşaq çörək" və s. söz birləşmələrindəki
birinci tərəflər həqiqi mənada işlənmişdir. Sözün sonradan qazandığı törəmə mənası
isə onıın məcazi mənası adlanır. Məcazi məna çox vaxt bənzətmə vasitəsilə və ya
insanlara məxsus hərəkətlərin cansız əşyalara aid edilməsi yolu ilə yaranır. Məsələn:
"dəmir iradə", "daş ürək", "yıımşaq söz" və s.
söz birləşmələrindəki birinci tərəflər -"dəmir", "daş" və
“yumşaq" sözləri bənzətmə yolu ilə yaranmışdır. "Külək yatdı",
"Təbiət gülür", "Təbiət oyanır", "Günəş gizləndi"
və s. cümlələrindəki xəbərlər isə insana aid hərəkətin cansız əşya üzərinə
köçürülməsi yolu ilə ortaya çıxmış məcazi mənalı sözlərdir.
Təkmənalı və çoxmənalı sözlər
Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər
deyilir. Məsələn: dənizçi, səkkiz, yaraşıqlı, yadırğamaq, sığırçın və s. kimi
sözlər bir leksikmənada işlənən təkmənalısözlərdir.
Bir neçə yaxın mənada işlənən sözlərə isə çoxmənalı sözlər
deyilir. Çoxmənalı sözlər əsas məna ilə bağlı əlavə mənalar da bildirir. Məsələn:
"ayaq", "ağız", "boğaz", "almaq",
"çəkmək" və s. sözləri eyni leksik məna ilə bağlı bir neçə yaxın mənalarda
işlənir:
Ayaq - uşağın ayağı, masanın ayağı, kəndin ayağı və s.
Ağız - quşun ağzı, qazanın agzı, baltanın ağzı və s.
Boğaz - uşağin boğazı, bardağın boğazı, çəkmənin boğazı və
s.
Almaq - kitabı almaq, tərbiyə almaq, xəbər almaq və s.
Çəkmək - ipi çəkmək, yol çəkmək, sıxıntı çəkmək və s.
Tutmaq - topu tutmaq, üz tutmaq, fıkri tutmaq və s.
Acı - acı dərman, acı xatirə, acı söz və s.
Ağır - ağır yük, ağır itkı, ağır cəza, ağır xasiyyət və s.
Çoxmənalı sözlərdə sözün mənalarından biri əsas, qalanları
isə məcazi mənada işlədilir. Məsələn: "adamın gözü" birləşməsındəki
"göz" sözü həqiqimənada, "bulağın gözü" bırləşməsində isə bu söz məcazi mənada
işlənmişdir. Yuxarıdakı nümunələrdə də sözlərin bırinci mənalari uşağın ayağı,
quşun ağlı və s.) həqıqı mənada, sonrakı mənalari ısə məcazi mənada işlənmişdir.
Çoxmənalı sözlər daha çox isim, sifət və fellərdənibarət
olur. Çoxmənalılığı təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. Məsələn:
uşağın dişi - darağın dişi - hər ikisi isimdir; şirin meyvə - şirin söhbət - hər
ikisi sifətdir.
Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruri şərtdir.Bu
bağlılıq olmadıqda həmın sözlər çoxmənalılıq yox, omonimlik xüsusiyyətini
daşıyır.
Dilçiliyin əsas
bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi
qaydaları öyrənilir. Qrammatika iki hissəyə bölünür:
1.Morfologiya
2. Sintaksis
Morfologiya (yunanca morfos - forma və loqos -elm, təlim sözlərindən təşkil olunub) sözün formalarını
öyrənir.Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər
nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar
araşdırılır.
Sintaksis (yunan sözüdür; tərtib, birləşmə deməkdir) söz
birləşmələrini və cümlələri öyrənir.
NİTQ HİSSƏLƏRİ
Sözlər ümumi qrammatik mənalarına görə müəyyən qruplara
bölünür. Məsələn: ev, kitab, dəflər, qələm, çanta, məktəb və s. sözləri əşyanın
adınıbildirdiyi üçün isimadlanan nitq hissəsində qruplaşır. Həmin əşyaların əlamətinibildirən
hündür, maraqlı, qalın, göy, qara, böyük və s. sözləri isə sifət adlanan başqa
bir nitq hissəsində birləşirlər. Eləcə də hərəkətbildirən sözlərdən
morfologiyada fel kimi: hərəkətin tərzini, yerini, zamanınıbildirən sözlərdən
isə zərf kimi bəhs olunur.
Dilımızdəki nitq hissələri əsas əlamətlərinə görə üç növə
bölünür: əsas nitq hissələri, köməkçi nitq hissələri, xüsusi nitq hissəsi
(nida).
Əsas nitq hissələrinin iki əsas səciyyəvi xüsusiyyəti var
1.Müstəqil leksik məna daşıyaraq, əşyanı, əlaməti, miqdarı,hərəkəti
və s.bildirir.
2.Cümlə üzvü vəzifəsində işlənir.
Köməkçi nitq hissələrində bu xüsusiyyətlər yoxdur.
Onlar yalnız qrammatik məna daşıyır.
Xüsusi nitq hissəsi olan nidanın isə nə leksik, nə də
qrammatik mənası var. O yalnız hiss, həyəcan bildirdiyi öçün xüsusi nitq hissəsi sayılır.
İSİM
İsim
ümumi qrammatik mənasına görə əşyaların, canlı və cansız varlıqların adlarını
bildirir.Kim?, nə? (bəzən də hara?) suallarından birinə cavab olur. Məsələn:
müəllim, şagird, uşaq va s. isimləri kim? sualına; at, quş, ağac, daş və s.
isimləri nə? sualına; Bakı, Təbriz, Gəncə və s. isimləri isə hara? sualına
cavab olur.
İsmin əsas səciyyəvi xüsusiyyətləri tək və cəm olması, mənsubiyyətə
görə dəyişməsi və hallanmasıdır.
Konkret və mücərrəd isimlər.
Əşya dedikdə bütün varlıqlar nəzərdə tutulur. Varlıqlar iki
cürdür: gözlə görünə bilən və görünə bilməyən. Bu baxımdan isimlər iki növə
bölünür: konkret isimlər və mücərrəd isimlər.
Konkret isimlər – gözlə görünə bilən əşyaların adlarıdır. Məsələn:dağ,çiçək,qoyun,insan,meşə,ev
və s.
Mücərrəd isimlər isə gözlə görünə bilməyən əşyaların
adlarıdır. Məsələn:arzu,xəyal,yuxu,məqsəd və s.
Ümumi və xüsusi isimlər.
İsimlər cəmiyyətdəki tutduğu yerə və həmcinsliyinə görə iki
növə bölünür:
1.Ümumi isimlər
2.Xüsusi isimlər
Eynicinsli əşyaların adlarına ümumi isimlər deyilir.
Məsələn: insan, ağac, ot, gül, çiçək, das, quş, balıq, dəftər,
kitab, qələm və s.
Varlığı tək olması ilə fərqlənən əşyaların adlarına isə
xüsusi isimlər deyilir. Xüsusı isimlərə, əsasən, aşağıdakılar daxildir:
1.İnsan adları və soyadlar, təxəllüs və ləqəblər: Nizami Gəncəvi,
Hüseyn Cavid, Mirzə Ələkbər Sabir və s.
2. Coğrafi və astronomik adlar. Azərbaycan, Gəncə, Şuşa, Ay,
Ülkər və s.
3. Qəzet, jurnal və əsər
adları:"Azadlıq","Ulduz", "Xəmsə" və s.
4.
Heyvanlara verilən xüsusi adlar: Alabaş, Qırat, Mərcan və s.
Xüsusi
isimlər böyük hərflə yazılır. Qəzet, jurnal, əsər, zavod, cəmiyyət və s. adları
dırnaq içərisində və böyük hərflə yazılır. Məsələn. "Dəli Kür" (əsər),
"Azərbaycan" (jurnal), "Bakı fəhləsi" (zavod), "Vətən"
(cəmiyyət) və s. .
Bəzi ümumi
isimlər xüsusi isimlərə keçə bilir. Məsələn: arzu,fərəh, ilham, səadət, vəfa, sədaqət,
sevinc, çiçək, bülbül və s. ümumi isimlər şəxs adı (bəzən də yeməkxana, mağaza,
kinoteatr və s adlarını) bildirdikdə xüsusi isim olur. Nadir hallarda əks hal
da baş verir, yəni xüsusi isimlər ümumi isimlərə çevrilir. Məsələn: Rentgen
alman aliminin adıdır, rentgen isə xüsusi şüa ilə işıqlandırılma alətinin
adıdır.
İsmin
quruluşca növləri.
İsimlər
quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə isimlər
yalnız kökdən və ya kök və qrammatik şəkilçilərdən ibarət olur: Məsələn: kitab,
su, şagirdlər, məktəbimizdə və s.
Düzəltmə
isimlər söz köklərinə leksik şəkilçilər artırmaqla yaranır. Dilimizin lüğət tərkibindəki
sözlərin böyük bir hissəsini isimlər təşkil edir. Dilimizin isimlərlə zənginləşməsində
isim düzəldən şəkilçilərin rolu böyükdür. Düzəltmə isimlər, isimlərin özlərindən
və fellərdən düzəlir.Bu baxımdan düzəltmə isimlər iki qrupa bölünür: isimdən
düzələnlər və feldən düzələnlər.
İsimdən düzələn
isimlər.
Aşağıdakı
leksik şəkilçilərin köməyi ilə isimdən(bəzən də sifət, say və əvəzlikdən)düzəltmə
isimlər düzəlir;
- çı4;-
balıq-çı, dəniz-çi, ov-çu, üzüm-çü və s. Bu şəkilçi daha çox peşə, sənət bildirən
isimlər düzəldir. Başqa mənalı isimlər də bu şəkilçinin köməyi ilə düzəlir:
üsyan-çı, əla-çı, təbliğat-çı və s.
- lıq4- şəkilçisi
daha çox yerbildirən isimlər düzəldir: daş-lıq. meşə-lik, çəmən-lik, odun-luq,
üzüm-lük və s.
Cansız əşyabildirən
bəzi isimlər də bu şəkilçinin köməyi ilə düzəlir: baş-lıq, nəfəs-lik, göz-lük,
ön-lük.
-lıq4 -şəkilçisi
mücərrəd mənalı isimlər də düzəldir: yaxşı-lıq, insan-lıq, təmiz-lik, gözəl-lik,
zərif-lik, dost-luq, çox-luq, ucuz-luq, düz-lük və s. Nümunələrdən göründüyü
kimi, bu cür isimlər daha çox sifətdən düzəlir.
-lı4 şəkilçisi
insan anlayışı bildirən isimlər düzəldir: azərbaycan-lı, Sultan-lı, Həsən-li, kənd-li,
şəhər-li və s.
-ça2 -şəkilçisi
ilə kiçiltmə mənalı isimlər düzəlir: meydan-ça, kitab-ça, bağ-ça, qazan-ça, döşək-çə,
dəftər-çə, lüğət-çə və s.
-daş –şəkilçisi
ilə insan anlayışı bildirən isimlər düzəlir: əmək-daş, vətən-daş, soy-daş,
sir-daş, silah-daş və s.
-stan-
(-ıstan4) şəkilçisi ölkə, yer bildirən isimlər düzəldır: Gürcü-stan, gül-üstan,
Dağ-ıstan, Özbək-istan, Monqol-ustan və s.
-laq- şəkilçisi
də yer bildirən isimlər düzəldir: qış-laq, yay-laq, ot-laq, buz-laq və s.
- cığaz4 və
- cıq4 şəkilçiləri kiçiltmə və əzizləmə mənalı isimlər düzəldir: qulaq-cıq,
ev-cik, gəlin-cik, uşaq-cığaz, quş-cığaz, qız-cığaz, körpə-ciyəz və s.
Az məhsuldar
olan -kar, -sana, -zadə, -dar, -şünas, -gər şəkilçiləri də isimlərə qoşularaq
düzəltmə isimlər düzəldir: sənət-kar, kitab-xana, şah-zadə, Həsən-zadə,
hesab-dar, hüquq-sünas, mis-gər və s.
Qeyd: —lıq4
şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq [-dıx4], [-nıx4], [-rıx4]
şəklində tələffüz olunur. Məsələn: qıtlıx - [qıtdıx], genişlik - [genişdix], sərinlik
- [sərinnix], dar-lıq - [darrıx] və s.
Feldən düzələn
isimlər.
- ış4 (-ş)
şəkilçisi fel köklərinə qoşularaq hal-vəziyyətlə, hərəkətlə bağlı isimlər düzəldir.
bax-ış, anla-yış, qaç-ış, gəl-iş, düzəl-iş, göstər-iş, dur-ıış, vur-uş,
gxil-üş. döy-üş, dön-üş, tanı-ş, yeri-ş və s.
- aq (-q,
-k) şəkilçisi ilə müxtəlif mənalı isimlər düzəlir: yat-aq, qaç-aq, dara-q.
sına-q, qayna-q, daya-q, yama-q, boya-q, istə-k, ələ-k, bəzə-k, döşə-k və s.
- ma: şəkilçisi
ilə də fel köklərindən müxtəlif mənalı isimlər düzəlir: vur-ma. Qovur-
ma,
dondur-ma, qoş-ma, çək-mə, süz-mə, böl-mə, döşə-mə və s.
- qı4 (-qı,
- ki- qu, - kü) şəkilçtsi sonu kar samitlə bitən fei köklərinə qoşularaq, əşya
bildirən və mücərrəd mənalı isimlər düzəldir: as-qı, səp-ki, bit-ki, şeç-ki,
it-ki, iç-ki, pus-qu, sürt-kü və s. Yuxarıdakı şəkilçinın başqa variantı olan
-ğı4 (-ği -ğı, -ğu, -ğü) şəkilçisi isə sonu cingiltili samitlə bitən fel köklərinə
qoşularaq, müxtəlif mənalı isimlər düzəldir: çal-ğı, sev-gi, sil-gi, vur-ğu,
duy-ğu, böl-gü, hör-gü və s.
- tı4 şəkilçisi
müxtəlif mənalı isimlər düzəldır: qaral-tı, qışqır-tı, qızar-tı, bozar-tı,
çığır-tı, göyər-ti, cücər-ti, döyün-tü, hönkür-tü, görün-tü və s.
- ıntı4 şəkilçisinin
köməyi ilə müxtəlif mənalı isimlər düzəlir: tap-ıntı, qaz-ıntı, yağ-ıntı,
tik-inti, çök-üntü, sız-ıntı, qır-ıntı, sıx-ıntı və s.
Mürəkkəb isimlər.
Mürəkkəb
isimlər sintaktik yolla, iki və daha artıq sözün birləşməsi ilə yaranır. Mürəkkəb
isimlər yazılışına görə iki yerə bölünür: bitişik yazılanlar, defislə
yasılanlar.
Bitişik
yazılan mürəkkəb isimlər bir vurğu altında deyilir. Bu cür sözlər əmələ gəlmə
üsullarına görə bir neçə qrupa bölünür:
• İki müxtəlifmənalı
və tərkibində heç bir şəkilçisi olmayan sadə sözlərin birləşməsi ilə: Kürdəmir,
Qarabağ, istiot, Elşən, kəlləpaça, və s.
• Mənsubiyyət
şəkilçili sözlərin birləşməsi ilə: suiti, kəklikotu, Nəbioğlu, dağkeçisi,
Bazardüzü və s.
• Sadə və
düzəltmə sözün birləşməsi ilə: soyqırım, Əlibayramlı, qəlbisınıqlıq, beşillik və
s.
• İkinci tərəfi
feli sifət olan mürəkkəb isimlər: falabaxan, yelqovan və s.
• ”Ha”,
“a”, bitişdiricilərinin vasitəsilə birləşən eyni fel köklərinin təkrarı ilə
yarananlar: gəlhagəl, vurhavur, qaçaqaç və s.
• Tərkibində
ağa, xanım, bəy, şah, xatun kimi sözlər mürəkkəb ismin tərkib hissəsi olduqda:
Ağasəlim, Bəyəli, Gülxanım, Saraxatun və s.
Defislə
yazılan mürəkkəb isimlər aşağıdakılardır:
• Yaxın mənalı
sözlərin birləşməsi ilə: söz-söhbət, qapı-pəncərə, qayda-qanun, adət-ənənə və
s.
• Əks mənalı
sözlərin iştirakı ilə: baş-ayaq,eniş-yoxuş, gediş-gəliş və s.
• Tərəflərindən
biri ayrılıqda işlənməyən sözlərin iştirakı ilə: kol-kos, kağız-kuğuz,
zir-zibil, dəmir-dümür, sür-sümük və s.
• İzafət tərkibi
formasında olanlar: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal və
s.
• Tərkibində
əks, eks, vitse, kontr, ober, super, külli sözləri olan mürəkkəb isimlər: əks-inqilab,
eks-prezident, vitse-admiral, ober-leytenant, super-market, külli-ixtiyar və s.
Defislə
yazılan mürəkkəb isimlərin də əksəriyyəti bir vurğu altında deyilir.
Mürəkkəb
adlar.
Şəxslərin, əşyaların
adları ayrı-ayrı isimlərlə, söz birləşmələri ilə də ifadə oluna bilər. Bu
baxımından mürəkkəb adları mürəkkəb xüsusi isimlərlə qarışdırmaq olmaz.
Unutmayın ki, mürəkkəb isimlər söz, mürəkkəb adlar isə söz birləşməsidir.
Mürəkkəb
söz
Məmmədhüseyn,
Məmmədhüseyn
Şəhriyar
Mürəkkəb ad
Qarabağ,
Qarabağ xanlığı
Qeyd: Mürəkkəb
adlar bütövlükdə cümlənin bir mürəkkəb üzvü olur. amma mürəkkəb sözlər sadə
cümlə üzvü olur.
Tarixi
hadisələrin, dövrlərin, sülalələrin, yer adlarının, eləcə də qədim yazılı abidələrin
və s. adların birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi,
Yüzillik müharibə, Gülüstan müqaviləsi, Orxon-Yenisey abidələri, Səfəvilər
sülaləsi, Azadlıq meydanı, Şəhidlər günü və s.
Belə sözlərə
fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Son
Paleolit dövrü, Orta Paleolit dövrü və s.
Ölkələrin,
muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki
bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan
Muxtar Respublikası, Şəki Şəhər İcra Hakimiyyəti.
Yüksək dövlət
vəzifələri, fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum,
akademiya, universitet, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi
günlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan
Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan
Respublikasının Nazirlər Kabineti, M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyası, Babək Rayon Təhsil Şöbəsi, Bakı Dövlət Universiteti və s.
Orden,
medal, bədii əsr, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana,
kafe, nəşriyyat, restoran, düşərgə,mağaza və s. Adları dırnaqda və böyuk hərflə
yazılır:”Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl”
baleti, “Azərbaycan”qəzeti, “Çinar” kafesi və s.
Qeyd:
Dırnaqda yazılan belə sözlərə artırılan şəkilçi dırnaqdan kənarda yazılır:
”Xalq Qəzeti”nin dünənki sayı, “Leyli və Məcnun”un ilk tamaşası və s.
İsmin mənsubiyyətə
görə dəyişməsi.
Dilimizdəki
isimlər əşyanın şəxsə (kimə və ya nəyə) mənsub olmasına görə dəyişir. Bu dəyişmə
mənsubiyyət şəkilçilərinin köməyi ilə yaranır. Əşyanın hansı şəxsə mənsubluğunu,
aid olduğunu bildirən şəkilçilər mənsubiyyət şəkilçiləri adlanır. Mənsubiyyət şəkilçiləri
əşyanın I,və III şəxslərə mənsubluğunu bildirir. Bunu aşağıdakı cədvəldə aydın
görmək olar:
I-şəxs -m,
-ım, ata+m, ütü+m, bağ+ım, ev-im, top-um, üzüm-ün -mız, -ımız4; ata+mız,
ütü+müz, bağ-ımız, ev+imiz, top+umuz, üzüm+ümüz
II-şəxs -n,
-ın, ata+n, ütü+n, bağ+ın, ev+in, top+un, üzüm-ün -nız4, -ınız4; ata+nız,
ütü+nüz, bağ+ınız, ev+iniz, top+unuz, üzüm+ünüz
III-şəxs
-ı4 –sı4; ata+sı, ütü+sü, bag+ı, ev+i, top+u, üzüm+ü -ı4, -sı4; ata+sı, ütü+sü,
bağ+ı, ev+i, top+u, üzüm+ü
I və II şəxslərə
aid mənsubiyyət şəkilçilərini qəbul edənlər əşyanın yalnız insana mənsubluğunu
bildirir. Məsələn: mənim arzum, sevincim; sənin arzun, sevincin; bizim arzumuz,
sevincimiz; sizin arzunuz, sevinciniz və s.
III şəxsə
aid bu şəkilçini qəbul edən isim isə əşyanın həm ana, həm də başqa əşyalara
(istər canlı, istərsə də cansız olsun) mənsubluğunu bildirir. Məsələn: Onun
bağı, qonşunun bağı, məktəbin bağı: Onların qapısı, qonşunun qapısı, evin
qapısı və s. III-şəxsin təki və cəminin qəbul etdiyi mənsubiyyət şəkilçilər
eynidir.
Mənsubiyyət
şəkilçili isimlər özündən əvvəl gələn və yiyəlik da işlənən əvəzliklərlə (I və
II şəxslərdə), eləcə də isimlərlə (I şəxsdə) bağlı olur və birlikdə cümlənin
bir üzvü olur. Mənsubiyyət şəkilçili isimlərdən qabaq çox vaxt yiyəlik halda
işlənən əvəzlik və ya isimlər yığcamlıq xatirinə buraxılır. Məsələn: Atam kənddədir.
Kitabın məndədir. Evi uzaqdadır və s. Lakin belə isimlərin əvvəlinə əvəzlik (və
ya isim) artırmaq olar. Məsələn: Mənim atam kənddədir. Sənin kitabın məndədir.
Onun (Əlinin, qonşunun, müəllimin) evi uzaqdadır və s.
Bəzi alınma
sözlərin mənsubiyyətə görə dəyişməsi
Dilimizdə
saitlə bitən bir neçə alınma sözün qəbul etdiyı mənsubiyyət şəkilçilərinin əvvəlində
y samiti işlənir. Məsələn: tale-yim, tale-yin, tale-yimiz, taleyi (taleləri).
Mövqe, mənşə, mənafe, mənbə sözlərinin də mənsubiyyətə görə dəyişməsi belədir.
Saitlə bitən başqa sözlər isə cədvəldə göstərildıyi kimi, - m, - n, -si
,-mız,4- sı4 şəkilçilərini qəbul edir. Məsələn: ailə-m, ailə-n, ailə-si, ailə-niz,
ailə-si (ailə-lər-i) və s.
İsmin şəxsə
görə dəyişməsi
İsimlər şəxsə
görə də dəyişir. İsimlərin şəxsə görə dəyişərək qəbul etdiyi şəkilçilər şəxs (xəbərlik)
şəkilçiləri adlanır. Həmin şəkilçilər bunlardır:
I şəxsin təki
– am2, cəmi -ıq4
II şəxsin təki
–san2, cəmi - sınız4
III şəxsin
təki - dır4, cəmi - dır4, +lar2
Məsələn:
Mən
insan+am (sagird+əm). Biz insan+ıq (şagird+ik).
Sən
insan+san (sagird+sən). Siz insan+sınız (şagird+siniz)
O,
insan+dır(şagird+ dir). Onlar insan+dır+lar (şagird+ dir+ lər).
Saitlə bitən
isimlərdə I şəxsə aid şəxs şəkilçilərinin (təkdə və cəmdə) əvvəlinə y
bitişdirici samiti artırılır. Məsələn: Mən balıqçı-yam. Biz dənizçi-yik və s.
İsimlərdə həm
mənsubiyyət şəkilçiləri, həm də şəxs şəkilçiləri şəxslə bağlı olsalar da, onlar
bir-birindən tamamilə fərqlənirlər. Mənsubiyyət şəkilçiləri, qeyd olunduğu
kimi, mənsubluğu (aidliyi) bildirir: Şəxs şəkilçiləri isə xəbərlik anlayışını
ifadə edir. Buna görə də həmin şəkilçilər xəbərlik şəkilçiləri kimi də tanınır.
Qeyd:
Üçüncü şəxsin xəbərlik şəkilçisi -dır4 tələffüz olunduqda sonrakı samit
deyilmir. Məsələn: müəllimdir - [məllimdi], ıışaqdır - [uşaxdı]. körpüdür -
[körpüdü], borudur - [borudu]və s.
İsmin şəxsə
görə dəyişməsi.
İsimlər şəxsə
görə də dəyişir. İsimlərin şəxsə görə dəyişərək qəbul etdiyi şəkilçilər şəxs (xəbərlik)
şəkilçiləri adlanır. Həmin şəkilçilər bunlardır:
I şəxsin təki
– am2, cəmi -ıq4
II şəxsin təki
–san2, cəmi - sınız4
III şəxsin
təki - dır4, cəmi - dır4, +lar2
Məsələn:
TƏK CƏM
Mən
insan+am (sagird+əm). Biz insan+ıq (şagird+ik).
Sən
insan+san (sagird+sən). Siz insan+sınız (şagird+siniz)
O,
insan+dır(şagird+ dir). Onlar insan+dır+lar (şagird+ dir+ lər).
Saitlə bitən
isimlərdə I şəxsə aid şəxs şəkilçilərinin (təkdə və cəmdə) əvvəlinə y
bitişdirici samiti artırılır. Məsələn: Mən balıqçı-yam. Biz dənizçi-yik və s.
İsimlərdə həm
mənsubiyyət şəkilçiləri, həm də şəxs şəkilçiləri şəxslə bağlı olsalar da, onlar
bir-birindən tamamilə fərqlənirlər. Mənsubiyyət şəkilçiləri, qeyd olunduğu
kimi, mənsubluğu (aidliyi) bildirir: Şəxs şəkilçiləri isə xəbərlik anlayışını
ifadə edir. Buna görə də həmin şəkilçilər xəbərlik şəkilçiləri kimi də tanınır.
Qeyd:
Üçüncü şəxsin xəbərlik şəkilçisi -dır4 tələffüz olunduqda sonrakı samit
deyilmir. Məsələn: müəllimdir - [məllimdi], ıışaqdır - [uşaxdı]. körpüdür -
[körpüdü], borudur - [borudu]və s.
İsmin
hallanması.
İsimlər
cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişir, yəni müəyyən
qrammatik şəkilçilər qəbul edir.
Isimlərin əlaqəyə
girdiyi sözlərin tələbi ilə dəyişməsi hallanma adlanır. Dilimizdə ismin altı
halı var. Hər bir hal özünəməxsus sualları və xüsusiyyətləri ilə seçilir.
Adlıq hal
İsimlərin
başlanğıc formasıdır. Adlıq hal kim? nə? hara? suallarına cavab olur. Məsələn:
şagird (kim?), kitab (nə?), Bakı (hara?) və s. İsimlər adlıq halda cəm, mənsubiyyət
və xəbərlik şəkilçiləri ilə işlənə bilir. Məsələn: atam (kim?), kitabım (nə?),
evlər (nələr?), kəndimiz (hara?), qələmdir (nədir?) və s.
Adlıq halda
olan isim cümlədə ən çox mübtəda olur. Məsələn: Anar gedir. Kitabım evdədir və
s. Adlıq halda olan isim xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn:
Gələn tələbələrdir. Mən müəlliməm və s. Bu halda olan isim sifətləşdikdə cümlədə
təyin də olur. Məsələn: Şəkidə kərpic evlər çoxdur. Uşağa dəri çanta aldım. və
s.
Yiyəlik hal
Yiyəlik,
sahiblik mənalarını bildirir. Kimin?, nəyin?, haranın? suallarına cavab olur. Məsələn:
uşağın (kimin?), qələmi, kitabın (nəyin?) cildi, kəndin (haranın?) bulağı və s.
İsimlər yiyəlik halda -ın4 (-nın4) şəkilçisi qəbul edir. Məsələn: ağac-ın
(qapı-nın), ev-in (sahə-nin), yol-un (quyu-nun), üzüm-ün (ütü-nün) və s.
Yiyəlik
halın iki növü var: müəyyənlikbildirən yiyəlik hal, qeyri-müəyyənlikbildirən
yiyəlik hal.
Müəyyənlik
bildirən yiyəlik hal yuxarıdakı suallara cavab olur və sahiblik, yiyəlik məzmununu
konkret şəkildə ifadə edir. Məsələn: məktəbin həyəti, kitabın cildi birləşmələrində
konkret bir məktəbin həyəti və müəyyən bir kitabın cildi mənası anlaşılır.
Qeyri-müəyyənlik
bildirən yiyəlik hal isə nə? sualına cavab olur və sahiblik, yiyəlik məzmununu
ümumi şəkildə bildirir. Məsələn: məktəb (nə?) həyəti, kitab (nə?) cildi birləşmələrindəki
məktəb və kitab isimləri qeyri-müəyyən əşyaları ifadə edir. Bunu aşağıdakı
nümunələrdə də aydın görmək olar:
Müəyyənlik
bildirən yiyəlik hal: dağın havası, elin gücü, ananın laylası, dəftərin üzü,
gülün ətri.
Qeyri-müəyyənlik
bildirən yiyəlik hal: dağ havası, el gücü, ana laylası, dəftər üzü, gül ətri.
Göründüyü kimi, belə isimlərin çoxunu müəyyənlik bildirən yiyəlik hala çevirmək
mümkündür. Lakin bu halda olan bəzi sözləri müəyyən yiyəlik hala çevirmək
olmur. Məsələn: müstəqillik günü, istirahət günü və s.
Yiyəlik
halda işlənən isim, bir qayda olaraq, ayrılıqda işlənə bilmir.Belə isim özündən
sonra gələn başqa bir isimlə - üçüncü şəxsin təkində olan mənsubiyyət şəkilçili
isimlə məna və qrammatik cəhətdən bağlı olur. Bu iki isim birləşmə əmələ gətirir
və birlikdə cümlənin bir üzvü olur. Məsələn: Məktəb illəri arxada qaldı. Qonşunun
oğlu diş həkimidir. Torpağın sirrini əli torpaqda olandan soruş və s.
Müəyyənlik
bildirən yiyəlik hal bəzən ayrılıqda işlənir və bu zaman cümlənin xəbəri olur.
Məsələn: Qələm Anarındır. Kitab kitabxananındır və s. Qeyri - müyyənlik bildirən
yiyəlik hal isə ayrılıqda işlənməz.
Qeyd:
Samitlə bitən isimlərin qəbul etdiyi yiyəlik hal şəkilçisi –ın4 ilə II şəxs təkin
mənsubiyyət şəkilçisi -ın4 bır-biri ilə omonimdir. Məsələn: otağın açarı, sənin
otağın, qələmin ucu, sənin qələmin və s. Bunları daşıdıqları mənaya görə fərqləndirmək
olar. Yuxarıda qeyd olunduğu kimi, yiyəlik hal şəkilçisi qəbul etmiş isim özündən
sonra ikinci bir isim tələb edir (eləcə də mənsubiyyət şəkilçili ismin əvvəlində
yiyəlik hal şəkilçisi qəbul etmiş sənin əvəzliyini işlətmək olur: kitab-ın
cildi, sənin kitab-ın). Bundan əlavə mənsubiyyət şəkilçisi qəbul etmiş ismi
hallandırmaq olur: sənin kitabını, kitabına, kitabında və s. Yiyəlik hal şəkilçisi
qəbul etmiş ismi isə hallandırmaq mümkün deyil (ümumiyyətlə, bir isim iki hal şəkilçisi
qəbul edə bilməz).
Yönlük hal
Hərəkətin
yönünü, istiqamətini, son nöqtəsini bildirir. İsimlər yönlük halda kimə? nəyə?
haraya? suallarından birinə cavab olur və -a2 (-ya2) şəkilçisini qəbul edir. Məsələn:
O, Anara (ata-ya) baxır - kimə? Mən qrafın-ə (güzgü-yə) yaxınlaşıram - nəyə?
Qız məktəb-ə (Şəki-yə) çatır - haraya? və s.
Qeyd: Sonu
a, ə açıq saitləri ilə bitən isimlərin yönlük halda tələffüzü həmin sözlərin
yazılışından fərqlənir. Həmin saitlər tələffüzdə ahəngə uyğun olaraq qapalı saitlərdən
birinə keçir. Məsələn: babaya – [babıya], nənəyə - [nəniyə], Şuşaya – [Şuşuya],
kölgəyə - [kölgüyə] və s.
Kimə? nəyə?
sualına cavab olan isimlər cümlədə həmişə vasitəli tamamlıq, haraya? sualına
cavab verən isimlər isə zərflik olur.
Təsirlik
hal
Hərəkətin təsir
obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. İsmin təsirlik halı da
yiyəlik hal kimi iki növə bölünür: müəyyənlik bildirən təsirlik hal, qeyri-müəyyənlik
bildirən təsirlik hal.
Müəyyənlik
bildirən təsirlik hal kimi? nəyi? (bəzən də haranı?) suallarından birinə cavab
verir. Bu növ təsirlik halda işlənən isimlər -ı4 (-nı4) şəkilçisinı qəbul edir.
Məsələn: Tural-ı (Sona-nı) çağır -kimi? Qələm-i (düymə-ni) götürdüm - nəyi? və
s.
Qeyri-müəyyənlik
bildirən təsirlik hal isə şəkilçisiz işlənir və nə? sualına cavab olur. Məsələn:
Aysel kitab (nə?) oxuyur. Ana corab (nə?) toxuyur. Quzu su (nə?) içir. və s. Təsirlik
halın bu növü formaca adlıq halda nə? sualına cavab olan isimlərə oxşasa da,
qrammatik mənaca onlardan tamamilə fərqlənir:
1. Qeyri-müəyyənlik
bildirən təsirlik halı müəyyənlik bildirən təsirlik hal şəklində işlətmək olar.
Məsələn: O, alma (almanı) yeyir. Bağban ot (otu) biçir və s.
2. Qeyri-müəyyənlik
bildirən təsirlik halda olan ismi cümlədə xəbərin yanından uzaqlaşdırdıqda həmin
isim müəyyənlik bildirir. Məsələn: Aygün dostuna məktub yazır. Aygün məktubu
dostuna yazır.
3. Qeyri-müəyyənlik
bildirən təsirlik halda olan ismin əvvəlinə o, bu işarə əvəzliklərindən birini
artırdıqda həmin isim yenə də təsirlik halın şəkilçisini qəbul edir. Məsələn:
Günay qələm aldı. Günay bu qələmi aldı.
4. Qeyri-müəyyənlik
bildirən təsirlik hal da müəyyənlik bildirən təsirlik hal kimi yalnız təsirli
fellərlə bağlı olur. Bunu yuxarıdakı nümunələrdə aydın görmək olar. Adlıq halda
olan və nə? sualına cavab verən isim isə əksər hallarda təsirsiz fellərlə və ya
ismi xəbərlərlə bağlı olur. Məsələn: Kitab yerə düşdü. Kitab bilik mənbəyidir.
Kitab maraqlıdır və s.
Qeyd 1:
Samitlə bitən isimlərin təsirlik halının şəkilçisi -ı4 ilə III şəxs təkin mənsubiyyət
şəkilçisi –ı4 omonimdir. Məsələn: Kitabı oxu. Onun kitabı evdədir. Qələmi
götürdüm. Uşağın qələmi sındı və s. Bunları fərqləndirmək üçün ilk növbədə mənaya
fıkir vermək lazımdır. Formaca oxşar olan belə isimlərdən birincisi (təsirlik
halda olan isim) nəyi? sualına, ikincisi (mənsubiyyət şəkilçili isim isə nə?
sualına (bütövlükdə, birləşmə şəklində) cavab olur. Məsələn: Qonaq çayı (nəyi?)
içir. Qonağın çayı (nə?) soyudu. Deməli, təsirlik hal şəklçili isim həmişə cümlədə
tamamlıq, formaca oxşar olan mənsubiyyət şəkilçili isim isə mübtəda olur.
İkinci fərq isə yuxarıda qeyd olunduğu kimi, təsirlik halda olan isimlərin
yalnız təsirli fellərlə bağlı olmasıdır.
Qeyd 2: Təsirlik
halın şəkilçisi –ı4 həm də isim düzəldən -ı4 leksik şəkilçisi ilə omonimdir. Məsələn:
sanc-ı, yaz-ı, çək-i və s.
Təsirlik
halın hər iki növündə olan isimlər cümlədə yalnız vasitəsiz tamamlıq olur.
Yerlik hal
Əşya və ya
hərəkətin yerini bildirir. İsmin yerlik halı kimdə? nədə? harada? suallarından
birinə cavab olur və -da5 şəkilçisi ilə düzəlir. Məsələn: Günayda, Ayseldə
(kimdə?), kitabda, dəftərdə (nədə?), bağda, həyətdə (harada?) və s. Kimdə? nədə?
sualına cavab verən isim cümlədə vasitəlitamamlıq,harada? sualına cavab olan
isim isə zərflikolur.
Çıxışlıq
hal
Hərəkətin
çıxış (başlanğıc) yerini bildirir. İsmin çıxışlıq halı kimdən? nədən? haradan?
suallarından birinə cavab olur və -da2 şəkilçisi ilə düzəlir. Məsələn:
Turaldan, Sevincdən (kimdən?), kitabdan, dəftərdən (nədən?), bağçadan, küçədən
(haradan?) və s. Çıxışlıq hal mənaca yönlük halın daşıdığı mənanın əksini
bildirir. Məsələn: bağçaya (çatılacaq nöqtə) -bağçadan (çıxış nöqtəsi) və s.
Sonu n, n
samitləri ilə bitən isimlərin qəbul etdiyi çıxışlıq hal şəkilçisi tələffüzdə
(-nan3) şəklində deyilir. Məsələn: babam-dan- [babamnan], nənəmdən - [nənəmnən],
Naxçıvandan-[Naxçıvannan], çəməndən - [çəmənnən] və s.
Çıxışlıq
halda olan isim, əsasən, təsriflənən fellərlə əlaqəyə girir. Məsələn:Uşaq məktəbdən
gəlir. O, anasından soruşdu və s.
İsim baŞqa nitq hissələri ilə də əlaqələnə bilər. Məsələn:Mən
Anardan böyüyəm. Aysel Günaydan irəlidədir və s.
İsmin cümlədə
rolu.
İsimlər
cümlədə, daha çox mübtəda və tamamlıqolur. İsimlər cümlədə başqa sözlərlə əlaqəyə
girərkən başqa cümlə üzvləri vəzifəsində də işlənə bilir. Məsələn: Anar
şagirddir (mübtəda və xəbər). O, məktəbdə oxuyur (zərflik), Dəmirçi dəmir
qapını döyür (mübtəda, təyin və tamamlıq).
İsmin morfoloji
təhlil qaydası.
Morfoloji təhlil
zamanı ismin aşağıdakı əlamətləri göstərilir:
1. İsmin
sualı və başlanğıc forması
2.
Quruluşca növü
3. Ümumi və
ya xüsusi (konkret və ya mücərrəd) isim olması
4. Tək və
ya cəm olması
5. Mənsubiyyət
şəkilçisi (əgər varsa) və halı
6. Cümlədəki
vəzifəsi
Nümunə:
Aygün bağçada anasına kömək edir.
Aygün -
kim? sulına cavab olar. Başlanğıc formadadır. Quruluşca mürəkkəbdir: ay və gün
isimlərindən yaranıbdır. Xüsusi isimdir. Təkdədir. Adlıq haldadır. Cümlədə mübtədadır.
Bağçada -
harada? sualına cavab olur. Başlanğıc forması: bağça. Quruluşca düzəltmədir:
bağ-ça. Ümumi isimdir. Təkdədir. Yerlik haldadır. Cümlədə zərflikdir.
Atasına -
kimə? sualına cavab olur. Başlanğıc forması: ata. Quruluşca sadədir. Ümumi
isimdir. Təkdədir. III şəxs təkin mənsubiyyət şəkilçisini qəbul etmişdir:
atası. Yönlük haldadır ata-sı-na. Cümlədə tamamlıqdır.
SİFƏT
Sifət
əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət necə?
nə cür? hansı? suallarından birinə cavab olur. Sifətlər daha çox əşyanın əlamətini,
keyfiyyətini və rəngini bildirir. Əlamət dedikdə əşyanın zahiri görkəmi,
keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Məsələn: əşyanın
həcmi (uzun, qısa, böyük, kiçik və s.), zahiri görkəmi (nurani, yaşlı, kök, artıq
və s.) onun əlamətidir. Əşyanın daxili xüsusiyyəti, yəni dadı, xasiyyəti, vərdişi,
mənəvi cəhətləri (məsələn: çalışqan, əliaçıq. ürəyiyumşaq, ağıllı və s.) onun
keyfiyyətidir. Əşyanın rəngi də onun əlaməti sayılır.
İsim əşyanın adını, sifət isə əlamətini bildirir. Buna görə
də sifət həmişə ismə aid olur və ondan əvvəl işlənir.
Sifətin quruluşca növləri
Sifətlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə sifətlər
Sadə sifətlər bir kökdən ibarət olur. Məsələn: ağ, qara,
uzun, gödək, qısa, hündür, qalın, nazik və s. Azaltma və çoxaltma dərəcələrinin
şəkilçilərini qəbul edən sifətlər də quruluşca sadə sayılır. Məsələn: sarışın,
uzunsov, ağımtıl, qıpqırmızı, gömgöy, qapqara və s.
Düzəltmə sifətlər
Düzəltmə sifətlər isimlərin və fellərin sonuna leksik şəkilçi
artırmaqla düzəlir. Hansı nitq hissəindən düzəlməsinə görə düzəltmə sifətlər
iki qrupa bölünür: isimdəndüzələn sifətlər, feldəndüzələn sifətlər.
İsimdən düzələn sifətlər
Bu növ düzəltmə sifətlər isimlərə aşağıdakı leksik şəkilçiləri
artırmaqla düzəlir:
- lı4: maraq-lı (dərs), tərbiyə-li (uşaq), su-lu (xörək),
ütü-lü (paltar) və s.
- sız4: dad-sız (meyvə), bilik-siz (tələbə), ot-suz (yer),
güc-süz (uşaq) və s.
- cıl": zarafat-cıl (oglan), iş-cil (adam), söhbət-cil
(qonşu), qohum-cul (kişi), ölüm-cül (yara) və s.
- dakı2: kitab-dakı (şəkillər), həyət-dəki (ağac) və s.
-ı4: badam-ı (göz), çərkəz-i (papaq), armud-u (stəkan),
gümüş-ü (saç) və s. Sonu saitlə bitən sözlərdə bu şəkilçi -yı və -yi səklində
islənir: xurma-yı (saç), qəhvə-yi (rəng) və s.
- i (- vi): Yalnız ərəb və fars mənşəli sözlərə qoşulan bu
alınma şəkilçi ahəng qanununa tabe olmur və bir cür yazılan tarix-i (hadisə),
dövr-i (mətbuat), daxil-i (siyasət), dairə-vi (masa), ailə-vi (dostluq) və s.
- kı, - ki, - kü: qabaq-kı (sıra), çoxdan-kı (əhvalat),
axşam-kı (söhbət), dünən-ki (külək), bildir-ki (hadisə), bugun-kü (xəbər) və s.
Misallardan göründüyü kimi, bu şəkilçi, əsasən, zərflərdən sifət düzəldir.
"
- lıq4: ay-lıq (maaş), il-lik (plan), don-luq (parça),
üz-lük (daş) və s.
Bu şəkilçilərdən -lı4 və -sız4 antonim şəkilçiləridir:
yağ-lı -yağ-sız (ət), duz-Iu - duz-suz (xörək), ağıl-lı - ağıl-sız (insan) və
s. -lı4, -lıq4, -ı4 şəkilçiləri isə həm də isim düzəltdiyi üçün omonim şəkilçilərdir:
Sultan-lıq -isim, ağıl-lı (uşaq) -sifət; yaxşı-lıq -isim, qurban-lıq (qoç) -sifət;
yaz-ı -isim, palıd-ı (rəng) -sifət və s.
Qeyd: Sifət düzəldən -lı şəkilçisi qoşulduğu sözün son
samitindən asılı olaraq [-rı4], [-nı4], [-dı4] şəklində tələffüz olunur. Məsələn:
qarlı [qarrı], dadlı[dəddı], buludlu [hulutdu] və s.
Feldən düzələn sifətlər
Aşağıdakı leksik şəkilçilərin köməyi ilə fel köklərindən sifət
düzəlir:
-ağan (-əyən): qaç-ağan (at), gül-əyən (uşaq) və s. Ağla-ğan
(körpə) düizəltmə sifəti də bu şəkilçinin köməyi ilə düzəlmişdir. Burada fel kökü
saitlə bitdiyi üçün şəkilçidəki birinci sait səs düşmüşdür.
-qan (-kən): çalış-qan (şagird), dalaş-qan (uşaq), sürüs-kən
(yer), döyüş-kən (asgər) və s. Deyingən (qoca) düzəltmə sifəti də bu şəkilçinin
köməyi ilə düzləmişdir. Bu sözdə fel cingiltili samitlə bitdiyi üçün şəkilçinin
ilk samiti də kar yox, cintilili samitdir.
-gın4 (-gin -ğun, -gün). Bu şəkilçi sonu cingiltili samitlə
bitən fel köklərinə qoşulur: az-ğın (düşmən), dal-ğın (baxış), gər-gin (iş), əz-gin
(sifət), sol-ğun (çiçək), yor-ğun (adam), süz-gün (baxış), duz-gün (cavab) və
s.
-qın4 (-qın, -kin, -qun, -kün): Yuxarıdakı şəkilçinin
variantı olan bu şəkilçi sonu kar samitlə bitən fel köklərinə qoşulur: sat-qın
(adam), kəs-kin (söz), bit-kin (fıkir), coş-qun (dəniz), tut-qun (hava),
küs-kün (baxış), öt-kün (söz) və s.
-q4 (-q -k) aç-ıq (qapı), əz-ik (paltar), yan-ıq (çörək),
uç-uq (ev), sök-ük (divar), soyu-q (su), çürü-k (meyvə), böyü-k (usaq) və s.
-ıcı4: qır-ıcı (təyyarə), keç-ici (xəstəlik), qür-ucu (əllər),
öldür-ücü (gülüs).
-aq1 (-q, -k): qorx-aq (adam), ürk-ək (at), parla-q (saç),
titrə-k (səs) və s.
-unc, ünc: qorx-unc (hadisə), gül-ünc (iş) və s.
Qeyd 1: Feldən sifət düzaldən bu şəkilçilərdən -qın, -ğın şəkilçiləri
ifo bə zi isimlər də düzəlir. Məsələn: basqın, yanğın, qırğın, sürgün və s.
Qeyd 2: -ıq va -aq şəkilçiləri həm də feldən isim düzəldir:
bacar-ıq, bili-ik, yat-aq, sanc-aq, və s. Bu şəkilçilər omonim şəkilçilər
sayılır.
Qeyd 3: -kan, -kin, -kün şəkilçilərinin ilk samiti tələffüzdə
cingiltili tələjfüz olunur. Məsələn: sürüşkən - [sürüşgən], kəskin -[kəsgin),
ötkün - [ötgün] və s.
Mürəkkəb sifətlər
Mürəkkəb sifətlər bir neçə yolla yaranır:
1. İki sadə sözün birləşməsi ilə: qaraqaş (qız), uzunsaç (gəlin),
hazırcavab (oğlan), diribaş (uşaq) və s.
2. Birincisi sadə, ikinci düzəltmə olan sözün birləşməsi ilə:
ucaboylu (oğlan), taleyüklü (məsələ), məqsədyönlü (iş), sözdəyişdirici (şəkilçi),
qarabuğdayı (sifət), beşmərtəbəli (ev) və s.
3. İki düzəltmə sözün birləşməsi ilə: açıqürəkli, sınıqqəlbli,
soyuqqanlı (adamlar) və s. Belə mürəkkəb sifətlərin birinci tərəfi feldən düzələn
sifət, ikinci tərəfi isə isimdən düzələn sifət olur.
4. Biri mənsubiyyət şəkilçisi qəbul etmiş sözün iştirakı ilə:
dılışırin (uşaq), yaxasıaçıq (köynək), dağüstü (park), ölkələrarası (yarış) və
s.
5. Sadə və düzəltmə sifətlərin təkrarı ilə: yaşıl-yaşıl (çəmənlər),
uzun-uzun (yollar), dadlı-dadlı (meyvələr), qalaq-qalaq (odun), yığın-yığın
(daşlar), böyük-böyük (evlər) və s. Belə sifətlər əşyanın çoxluğunu bildirir və
onlardan sonra gələn isimlər daha çox cəmdə işlənir.
6. Biri (bəzən də hər ikisi) ayrdıqda işlənməyən sözlərin
birləşməsi ilə: uzun-uzadı (söhbət), kələ-kötür (yol), əzik-üzük (dəsmal), əyri-üyrü
(yol), qarma-qarışıq (yuxu) və s.
7. Yaxın və ya əks mənalı düzəltmə sifətlərin birləşməsi ilə:
güllü-çiçəkli (həyət), daşlı-kəsəkli (yol), irili-xırdalı (daşlar), elmi-kütləvi
(jurnal) və s.
İlk dörd qayda üzrə düzələn mürəkkəb sifətlər bitişik, qalan
qaydalar üzrə düzələnlər isə defislə yazılır.
SAY
Ümumi qrammatik mə`nasına görə əşyanın miq-da-rı-nı
və ya sırasını bildirən əsas nitq hissəsinə say deyilir. Say neçə? nə qədər? və
ya neçənci? suallarından birinə cavab olur.
Say bir qayda olaraq isimlə bağlı olur, isimdən (əşyadan) əv-vəl
işlənir. Məs: beş dəftər, ikinci sinif, xeyli adam və s. Saylar cü-mlədə ən çox
tə`yin vəzifəsində işlənir. Məs: Murad beşinci sinifdə oxuyur. Toya çoxlu qonaq
çağırılmışdı və s.
1. SAYLARIN QURULUŞCA NÖVLƏRI. Sayların quru-luş-ca üç növü
var: sadə, düzəltmə, mürəkkəb-tərkibi.
a) Sadə saylar. Sadə saylar bir kökdən ibarət olur və sözün
tərkibində sözdüzəldici (leksik) şəkilçi iştirak etmir. Məs: bir, beş, az, çox,
min və s.
b) Düzəltmə saylar. Tərkibində leksik şəkilçilər olan saylar
dü-zəltmə saylar adlanır. Məs: beş-inci, yüzlər-lə, minlər-cə və s.
c) Mürəkkəb saylar. Mürəkkəb-tərkibi saylar ən azı iki
söz-ün birləşməsi ilə yaranır. Məs:
beş-altı, on-on beş, bir çox, üçdə bir, sıfır tam onda beş və s.
Mürəkkəb
saylar defislə, tərkibi saylar isə ayrı yazılır. Məs: beş-altı, üç-dörd (mürəkkəb),
əlli beş, yüz altmış altı (tərkibi) və s.
SAYIN
MƏNA NÖVLƏRI.
Sayın mə`naca iki növü var: miqdar say-ları, sıra sayları.
Sayın mə`naca iki növü var: miqdar say-ları, sıra sayları.
1. Miqdar
sayları. Miqdar sayları əşyanın miqdarını bildirir, neçə? nə qədər?
suallarından birinə cavab olur. Miqdar saylarının aşağıdakı növləri var:
a) Müəyyən
miqdar sayları. Müəyyən miqdar sayları əşyanın konkret miqdarını bildirir, neçə?
nə qədər? suallarına cavab olur. Məs: üç(neçə?) alma, yüz (nə qədər?) qələm və
s.
Müəyyən
miqdar saylarından sonra gələn isim cəm şəkilçisi qəbul etmir. Məs: 5 kitab, 10
qələm (5 kitablar, 10 qələmlər demək və yazmaq olmaz).
Müəyyən
miqdar sayları ilə isim arasında nəfər, baş, dənə, ədəd, cüt, dəst, kiloqram,
metr, litr kimi bir çox sözlər işlənir ki, bu cür sözlərə numerativ sözlər
deyilir.
- Nəfər
sözü ancaq insan bildirən isimlərdən əvvəl işlənir. Məs: üç nəfər şagird, on nəfər
fəhlə və s.
- Baş sözü,
əsasən, heyvan bildirən isimlərdən əvvəl işlənir. Məs: beş baş qoyun, doqquz
baş inək və s.
- Ədəd, dənə
sözləri cansız əşya bildirən isimlərdən əvvəl gəlir. Məs: on dənə alma, altı ədəd
dəftər və s.
- cüt və dəst
sözləri qoşalıq bildirmək üçün işlədilir. Məs: bir cüt corab, iki dəst paltar və
s.
Bunlardan əlavə
göz (5 göz otaq), parça (bir parça torpaq), tikə (bir tikə qənd), qaşıq (beş
qaşıq dərman), top (iki top çit) söz-ləri də sayla isim arasında işlənə bilir.
b) Qeyri-müəyyən
miqdar sayları. Əşyanın konkret miqdarını göstərməyən saylara qeyri-müəyyən
miqdar sayları deyilir. Qeyri-müəyyən miqdar sayları nə qədər? sualına cavab
olur. Məs: beş-on dəftər, bir-iki söz və s.
- Az, çox,
xeyli, bir çox, bir qədər, onlarla, yüzlərlə, yüzlərcə və s. sözləri qeyri-müəyyən
miqdar saylarıdır.
- 5-6,
10-15 tipli saylardan əvvəlki rəqəmlər "ən azı", sonrakı rəqəmlər isə
"ən çoxu" mə`nalarını ifadə edir.
- Az, çox
saylarından əvvəl lap, ən, daha sözlərini də işlətmək olar. Məs: ən az, lap
çox, daha çox və s.
- Bir sıra,
bir çox saylarından sonra gələn isimlər cəmdə olur. Məs: bir sıra qəzetlər, bir
çox adamlar və s.
- Çox,
onlarla, onlarca, yüzlərlə, yüzlərcə tipli saylardan son-ra gələn isimlər həm təkdə,
həm də cəmdə ola bilər. Məs: çox adam (adamlar), onlarla şəhər (şəhərlər) və s.
- Digər
qeyri-müəyyən saylardan sonra gələn isimlər həmi-şə təkdə olur.Məs: xeyli
tamaşaçı, çoxlu adam və s.
c) Kəsr
sayları. Kəsr sayları ya hissəni, ya da tamın hissəsini bildirir, nə qədər? neçə
hissə? suallarından birinə cavab olur. Məs: üçdə iki (2/3), bir tam onda beş
(1,5) və s.
2) Sıra
sayları. Əşyanın sırasını bildirən, neçənci?, bə'zən də hansı? sualına cavab
olan saylar sıra sayları adlanır. Sıra sayları samitlə bitən müəyyən miqdar
saylarının sonuna -ıncı4, saitlə bitənlərin sonuna -ncı4 şəkilçisi artırmaqla
düzəlir. Məs: beş-inci, altı-ncı və s.
Əvvəl,
axır, son, filan tipli sözlər də -ıncı4 şəkilçi qəbul edə-rək sıra məzmunu ifadə
edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s.
SAYLARIN
YAZILIŞI VƏ TƏLƏFFÜZÜ. Bütün tər-ki-bi saylar ayrı (on dörd, yüz əlli iki və
s.), mürəkkəb saylar isə defislə yazılır.(beş-altı, on-on və s).
- Sıra
sayları ərəb rəqəmləri ilə (1,2,3,4,5,6,7,8,9) yazıldıqda on-lardan sonra
-ıncı4 (-ncı) əvəzinə -cı4 şəkilçisi işlənir. Məs: 5-ci, 9-cu, 16-cı, 80-ci və
s.
- Roma rəqəmlərindən
sonra heç bir sıra şəkilçisi yazılmır. (I,II,III,IV, V, VI, VII, VIII, IX, X və
s). I fəsil, IX əsr və s.
- Sıra
saylarından sonra (ərəb rəqəmli saylar) nöqtə və ya ya-rımmö`tərizə də işlənə
bilər. Məs: 5. 5) və s.
SAYIN
ISIM KIMI IŞLƏNMƏSI.
Say isimsiz işlən-dik-də onun xü-susiyyətlərini qəbul edərək isimləşir. Bu zaman say isim kimi hallanır, mənsubiyyət şəkilçisi qəbul edir, kim? və ya nə? (müxtəlif hallarda) suallarına cavab olur, cəmlənə bilir, cümlədə mübtəda və ya tamamlıq rolunda çıxış edir. Məs: Jəkkiz (nə) ondan (nədən) azdır. Beşincilər qalib gəldilər.
Say isimsiz işlən-dik-də onun xü-susiyyətlərini qəbul edərək isimləşir. Bu zaman say isim kimi hallanır, mənsubiyyət şəkilçisi qəbul edir, kim? və ya nə? (müxtəlif hallarda) suallarına cavab olur, cəmlənə bilir, cümlədə mübtəda və ya tamamlıq rolunda çıxış edir. Məs: Jəkkiz (nə) ondan (nədən) azdır. Beşincilər qalib gəldilər.
A. beş mənim
beş-im
Y. beşin sənin
beş-in
Yön. beşə
onun beş-i
T. beşi
bizim beş-imiz
Yer. beşdə
sizin beş-iniz
Ç. beşdən
onların beş-i (ləri)
Sayın təhlil
qaydası
1) cümlədə
qrammatik mə`nası, sualı.
2) Hansı
isimlə bağlı olması.
3)
Quruluşca növü.
4) Mə`naca növü.
5) cümlədə rolu.
ƏVƏZLIK
İsim, sifət, say və digər nitq hissələri
yerində işlənən sözlərə əvəzlik deyilir. Əvəzliklər cümlədə mübtəda, xəbər,
tamamlıq, təyin və zərflik yerində çıxış edə bilir. Əvəzliyin mə`na növləri
aşağıdakılardır:
Şəxs əvəzlikləri: İsmin yerində işlədilən, kim? nə?
sual-larından birinə cavab verən əvəzliklərə şəxs əvəzlikləri deyilir. Şəxs əvəzlikləri
bunlardır:
a) Birinci şəxs: mən (tək), biz (cəm)
b) İkinci şəxs: sən (tək), siz (cəm)
c) Üçüncü şəxs: o (tək), onlar (cəm)
Birinci və ikinci şəxsi bildirən əvəzliklər həmişə insana
aid olur və kim? sualına cavab verir. Üçüncü şəxsi bildirən əvəzliklər isə həm
insana, həm də cansız əşya və heyvanlara aid ola bilir. İnsana aid olanda kim?, cansız əşya və heyvana
aid olanda nə? sualına cavab olurlar. Məs: O, ağıllı oğlandır.(kim ağıllı
oğlandır? - O; İtə daş atdım. O zingildədi. (nə zingildədi? – O:) və s.
Bütün şəxs əvəzlikləri
isim kimi hallanır. Məs: mən, mənim, məni, məndə, məndən və s.
Şəxs əvəlzikləri
mənsubiyyət şəkilçisi qəbul etmir.
Nəzakət əlaməti
olaraq danışıqda, adətən, sən əvəzliyi əvəzi-nə siz işlədilir. Məs: Siz (sən)
düz demirsiniz və s. Nəzakət əlaməti olaraq "sən" əvəzliyinin
"siz" şəklində işlənməsi ilə ikinci şəxsin cəmi olan "siz" əvəzliyini
qarışdırmayın.
Qeyd: İsimlər
yiyəlik halda - ın4 şəkilçisi qəbul etdiyi halda, mən və biz əvəzlikləri yiyəlik
halda -im şəkilçisi ilə işlənir. Məs: mən-im, biz-im.
Qeyri-müəyyən
əvəzliklər: İsimlərin yerində işlənən, qeyri-müəyyən şəxsi (qeyri-müəyyən əşyanı)
bildirən əvəzliklərə qeyri-müəyyən əvəzliklər deyilir. Qeyri-müəyyən əvəzliklər
bunlardır: biri (birisi), kimi (kimisi), kimsə (kim isə), nə isə, hamı, bəzi,heç kim, heç nə (bəziləri, bəzisi), hərə, hər kəs, hər şey və s. Bu əvəzliklər ismin
suallarına cavab olur. Bu əvəzliklərin bir qrupu quruluşca sadə (ki-mi, hamı, bəzi
və s.), bir qrupu isə mürəkkəb-tərkibi əvəzliklər (kim isə, nə isə, bir neçəsi
və s.) hesab olunur.
Kim isə, nə
isə qeyri-müəyyən əvəzliklərindən başqa yerdə qalan qeyri-müəyyən əvəzliklər
hallanır.
Qeyri-müəyyən
əvəzliklərin bir qismi mənsubiyyət şəkilçisi qəbul edərək dəyişir. Məs:
hamımız, biriniz və s.
İşarə əvəzlikləri:
İşarə məqsədilə işlədilən əvəzliklərə işarə əvəzlikləri deyilir. İşarə əvəzlikləri
bunlardır: o, bu, elə, belə, həmin. O, bu, həmin işarə əvəzlikləri, adətən,
sifətin yerində işlənir, sifətin suallarına cavab olur. Məs: Bu kitab (hansı
kitab?) maraqlıdır. Həmin şəxs (hansı şəxs?) düz danışmır. O uşaq (hansı
uşaq?) savadlıdır və s.
Elə, belə
işarə əvəzlikləri həm sifətin, həm də zərfin yerində işlənir. Məs: Belə (elə)
adamdan kim inciyər (sifət); İşi elə (belə) gör ki, axırda xəcalət çəkməyəsən.(zərf).
Elə, belə əvəzlikləri
sifət yerində işlənəndə isimlə, zərf yerində işlənəndə fe`llə, hərəkətlə bağlı
olur.
O, bu əvəzlikləri
omonimdir. İşarə bildirdiyi kimi, əşyanı göstərmək üçün də işlədilir və bu
zaman isim yerində işlənir. Məs: Bu, yaxşıdır və s.
Mübtəda vəzifəsində
işlədilən o, bu əvəzliklərindən sonra, adətən vergül işarəsi qoyulur. Məs: Bu,
maraqlı kitabdır. O, quşdur və s.
Qeyd: Mübtəda
vəzifəsində işlənən o, bu əvəzliklərindən sonra fel və köməkçi nitq hissəsi gələrsə,
əvəzliklərdən (o, bu) sonra vergül işarəsi işlənməz. Məs: O qaçır. Bu da
maraqlıdır və s.
Sual əvəzlikləri:
Sual bildirən sözlərə sual əvəzlikləri deyilir.Sual əvəzlikləri əvəz etdiyi
nitq hissəsinin qrammatik əlamətini daşıyır və həmin nitq hissəsinin
suallarına cavab verir. İsmin sualını əvəz edəndə (məs: kim?) isim kimi
hallanır, cəmlənir və mənsubiyyətə görə dəyişir. Digər nitq hissələrini əvəz
etdikdə isə onların əlamətlərini daşıyır.
Təyini əvəzliklər:
Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzliklərə təyini əvəzliklər
deyilir. Təyini əvəzliklər aşağıdakılardır: hər, bütün, filan, öz. Bu əvəzliklər
sifəti əvəz edir və sintaktik təhlil zamanı təyin yerində işlənir.
Qeyd: Mən,
sən, o, öz əvəzliklərinin qəbul etdikləri çıxışlıq hal şəkilçisi ədəbi
dildə –nan2 kimi tələffüz olunur. Məs:
məndən (mənnən)
səndən (sənnən)
ondan (onnan)
özümdən (özümnən)
FEL
Fel qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir.
fellər müxtəlif şəkil və zamanlarda işlədilən nə etmək? nə etdi? nə edəcək? və
s. suallarından birinə cavab olur. felləri başqa nitq hissələrindən fərqləndirən
digər qrammatik xüsusiyyətlər bunlardır
1 Şəxsə və kəmiyyətə görə dəyişir. Məsələn: Mən yazıram. və
s
2. Təsdiq və inkarda olur. Məsələn: yazmaq — yazmamaq, gəlmək-gəlməmək
və s.
3. Zaman
bildirir (keçmiş, indiki, gələcək). Məsələn: yazdı, yazır, yazacaq va s.
4. Təsirli
və təsirsiz olur. Məsələn: yazmaq (nəyi?), baxmaq (nəyə?) və s.
Fellər də isimlər kimi dilimizdə çoxluq təşkil edir.
Fel
qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. fellər müxtəlif
şəkil və zamanlarda işlədilən nə etmək? nə etdi? nə edəcək? və s. suallarından
birinə cavab olur. felləri başqa nitq hissələrindən fərqləndirən digər
qrammatik xüsusiyyətlər bunlardır
1 Şəxsə
və kəmiyyətə görə dəyişir. Məsələn: Mən yazıram. və s
2. Təsdiq
və inkarda olur. Məsələn: yazmaq — yazmamaq, gəlmək-gəlməmək və s.
3.
Zaman bildirir (keçmiş, indiki, gələcək). Məsələn: yazdı, yazır, yazacaq va s.
4. Təsirli
və təsirsiz olur. Məsələn: yazmaq (nəyi?), baxmaq (nəyə?) və s.
Fellər
də isimlər kimi dilimizdə çoxluq təşkil edir.
Təsirli
və təsirsiz fellər
Hərəkətin
obyektə münasibətinə görə fellər təsirli və təsirsiz olur.
Özündən
asılı olan sözlərin ismin təsirlik halında işlənməsini tələb edən fellərə təsirli
fellər deyilir.
Təsirli
fellərin birbaşa tələb etdiyi obyekt ismin təsirlikhalının suallarına cavab
olur. Məsələn: Uşağı (kimi?) gördüm. Məktubu (nəyi?) yazır. Su (nə?) içirsən? və
s.
Özündən
asılı olan sözlərin ismin təsirlik halında deyil, başqa hallarda işlənməsini tələb
edən fellər isə təsirsiz fellər adlanır.
Təsirsiz
fellərlə əlaqədə olan sözlər ismin, əsasən, yönlük, yerlik və çıxışlıq
hallarının suallarına cavab olur. Məsələn: Kitaba (nəyə?) baxıram. Kənddə
(harada?) yaşayırıq. Evdən (haradan?) gəlirsən? və s.
Bəzi
təsirsizfellər -dır4, -ır4 şəkilçilərinin köməyi ilə təsirlifellərə çevrilir. Məsələn:
inanmaq (nəyə?) - inandırmaq (kimi?), çatmaq (haraya?) - çatdırmaq (nəyi?),
gülmək (kimə?) -güldürmək (kimi?), qaçmaq haraya?) - qaçırmaq (kimi?), bişmək
(harada?) - bişirmək (nəyi?), köçmək (haraya?) - köçürmək (kimi? nəyi?) və s.
-ıl4,
-m4 şəkilçilərinin köməyi ilə bəzi təsirli fellər də təsirsiz fellərə çevrilir.
Məsələn: açmaq (nəyi?) - açılmaq (harada?), çəkmək (nəyi?) - çəkilmək (haraya?),
almaq (nəyi?) -alınmaq (haradan?), silmək (nəyi?) - silinmək (harada?) və s.
Təsdiq
və inkar fellər
Fellər
hərəkətin icra olunub - olunmaması baxımından iki cür olur: təsdiq fellər,
inkar fellər.
Təsdiq
fellər hərəkətin icra olunmasını bildirir. Təsdiq fellərin xüsusi şəkilçisi
yoxdur. Məsələn: yaz, oxu, baxacaq, görmüşsən və s.
İnkar
fellər hərəkətin icra edilmədiyinibildirir və vurğu qəbul etməyən –ma2 şəkilçisi
ilə düzəlir. Məsələn: yazma. getmə, almadım, gəlmirəm, baxmayacaq, görməmişsən
və s.
Felin
lazım, bəzən də vacib şəklinininkarı –ma2 şəkilçisi ilə yox, deyil sözü ilə düzəlir:
alası deyil, getməli deyil və i.
Indiki
və qeyri-qəti gələcək zamanda işlənərkən –ma2 şəkilçisindəki samit düşür. Məsələn:
gəl+ir
gəl+m+ir,
oxu+yur
oxu+m+ur,
yaz+ar+am
yaz+m+aram,
bax+ar+ıq
bax+m+arıq,
gəl+ər
gəl+m+əz,
oxu+yar+lar
oxu+m+az+lar
Son
iki nümunədən göründüyü kimi, qeyri-qəti gələcək zamanda üçüncü şəxsin təkində
və cəmində -ar1 zaman şəkilçisinin tərkibindəki r samiti z samitinə keçir.
Qeyd:
Felin inkar şəkilçisi –ma2 ilə isim düzəldən -ma2 şəkilçisi omonimdir. Fellər
quruluşca üç növəbölünür: sadə, düzəltmə və mürəkkəb.
Sadə fellər
bir kökdən ibarət olur. Məsələn: yaz (mışam), oxu (du), gəl(ir), qaç, get və s.
Düzəltmə
fellər
Sözdüzəldici
(leksik) şəkilçilərin köməyi ilə düzələn fellər düzəltmə fellər adlanır.
Düzəltmə
fellər hansı nitq hissəsindən düzəlməsinə görə iki qrupa bölünür:
1. Başqa
nitq hissələrindən (isim, sifət, say və s.) düzələn düzəltmə fellər.
2 Feldən
düzələn düzəltmə fellər.
Birinci
qrup düzəltmə fellər aşağıdakı şəkilçilərin köməyi ilə düzəlir:
-la:
baş-la (maq), yağ-la (maq), göz-lə (mək), iş-lə (mək), iti-lə (mək), təmiz-lə(mək),
irəli-lə (mək), gecə-lə (mək) və s.
-lan:
ağıl-lan (maq), alov-lan (maq), dil-lən (mək), tük-lən (mək), səs-lən (mək) və
s.
-laş:
dost-las (maq), vida-laş (maq), ağır-laş (maq), halal-laş (maq), uzaq-laş
(maq), sakit-ləş (mək), bir-ləş(mək), fıkir-ləş(mək), gözəl-ləş (mək), və s.
- al (-1):
sağ-al (maq), çox-al (maq), az-al (maq), qara-1 (maq), qoca-1 (maq), düz-əl (mək),
gen-əl (mək) və s.
- ar:
ot-ar (maq), yaş-ar (maq), ağ-ar (maq), boz-ar (maq), göy-ər (mək) və s.
Nümunələrdən
göründüyü kimi, - al1 və - ar1 şəkilçiləri ilə daha çox sifətlərdən fel düzəlir.
İkinci qrup
düzəltmə fellər isə fellərə bu şəkilçiləri artırmaqla düzəlir:
- ıl4:
aç-ıl (maq), yaz-ıl (rnaq), səp-il (mək), əz-il (mək), vur-ul (maq), qur-ul
(maq), süz-ül (mək), döy-ül (mək) və s.
- ın4 (-n):
al-ın (maq), çal-tn (maq), bil-in (mək), sil-in (mək), yol-un(maq), böl-ün (mək),
döy-ün (mək), qoru-n (maq), dara-n (maq), bəzə-n (mək) və s.
- ış4 (-ş):
yaz-ış (maq), qaç-ış (maq), çək-iş (mək), dəy-iş (mək), vur-uş (maq), gör-üş (mək),
salamla-ş (maq), ağla-ş (maq), mələ-ş (mək) və s.
- dır4:
yaz-dır (maq), çat-dır (maq), sil-dir (mək), din-dir (mək), poz-dur (maq),
gül-dür (mək) və s.
Bu şəkilçilər,
aşağıda görəcəyimiz kimi, əsasən, felin qrammatik mənə növlərinin şəkilçiləridir.
Qeyd:
Aşağıdakı fellər quruluşca sadədir; alışmaq, ağlamaq, anlamaq, barışmaq,
bağışlamaq, qızarmaq, qışqırmaq, qaldırmaq, danlamaq, dinləmək, danışmaq, dəyişmək,
dağılmaq, düşünmək, yarışmaq, yapışmaq, yırğalamaq, çalışmaq, güləşmək və s.
Mürəkkəb
fellər
Mürəkkəb
fellər iki və daha artıq sözün birləşməsi ilə aşağıdakı bir neçə yolla yaranır:
1. Antonim və
ya yaxın mənalı müstəqil fellərin birləşməsi ilə: atıb-tut (maq), küsüb-barış
(maq), oturub-dur (maq), ölçüb-biç (mək, çalışıb-vuruş (maq) və s. Belə mürəkkəb
fellər məcazi mənada işlənir və birinci tərəf çox vaxt –ıb4 şəkilçili feli
bağlama şəklində olur. Lakin bəzən birinci tərəf feli bağlama şəkilçisiz də işlənir:
ölçdü-biçdi, deyir-gülür, əlləşir-vuruşur və s. Bu cür mürəkkəb fellər defislə
yazılır və əsl mürəkkəb fellər sayılır.
2. ol(maq),
et (mək), elə (mək) köməkçi fellərinin başqa nitq hissələrinə qoşulması ilə:
yoldaş ol (maq), yaxın ol (maq); kömək et (mək), məsləhət et (mək), təkrar et
(mək) və s. Bu cür mürəkkəb felləri tərkibi fellər də adlandırırlar.
3. - ıb4 şəkilçili
feli bağlama şəklində olan fellərlə getmək, gəlmək, çıxmaq, keçmək və s. fellərin
qoşulması ilə: uçub get (mək), qayıdıb gəl (mək), gəlib çıx (maq, ötüb keç (mək)
Bu cür fellər də tərkibi fellər sayılır.
4. Birinci
tərəfi -a1 şəkilçili feldən, ikinci tərəfi bilmək felindən ibarət olan fellər də
tərkibi fellərdir: yaza bil (mək), görə bil (mək) və s.
5.
Frazeoloji feli birləşmələrdən ibarət olan mürəkkəb fellər: başa düş (mək),
qulaq as (maq), bel bağla (maq), aldm düş (mək), ürəyi yan (maq) və s. Köməkçi nitq hissələri.
KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ
Köməkçi nitq hissələri aşağıdakı xüsusiyyətlərinə görə əsas nitq hissələrindən fərqlənir:
Köməkçi nitq hissələri aşağıdakı xüsusiyyətlərinə görə əsas nitq hissələrindən fərqlənir:
1. Leksik mənası olmur.
2. Ayrılıqda cümlə üzvü kimi işlənmir və müstəqil suala
cavab vermir.
3.Şəkilçi
qəbul etmir və dəyişmir.
Leksik mənası olmayan, ayrılıqda cümlə üzvü kimi işlənməyən,
şəkilçi qəbul etməyən söz qruplarına köməkçi nitq hissələri deyilir.
Qoşma, bağlayıcı, ədat, modal sözlər və nida köməkçi nitq
hissələridir. Köməkçi nitq hissələrinin qrammatik mənası olur.
Qoşma
İsmin müxtəlif hallarında olan sözlərə qoşularaq, müəyyən məna
çaları əmələ gətirən köməkçi nitq hissəsinə qoşma deyilir.
Qoşmalar, əsasən, isimlərə və ismi əvəz edən əvəzliklərə, məsdərlərə,
bəzi zərflərə, eləcə də isimləşən başqa sözlərə də qoşula bilir. Məsələn: Onlar
Akiflə razılaşdılar. Oxumaq üçün kitabxanaya getdik. Dünənə kimi hava isti idi.
Oxuduğuma görə imtahanda yaxşı nəticə göstərdim.
Qoşmalarım ismin hallarında işlənməsi.
Qoşmalar
ismin dörd halında olan sözlərə qoşulur:
1. Adlıq
halda işlənən qoşmalar. Adlıq halda olan sözlərə qoşulan qoşmalar bunlardır: qədər,
kimi, -tək, üçün, ilə (-la, -lə). Bu qoşmalardan ilk üçü – qədər, kimi, -tək
müqayisə, bənzətmə, tərz mənasını bildirir. Məsələn: Qızın dişləri mirvaritək
ağappaq idi. Sevincindən quş kimi uçurdu.
-tək
qoşması qoşulduğu sözlərə bitişik şəkildə yazılır. Bəzi sözlərə qoşulan -ca
qoşması da müqayisə mənasını bildirir. Məsələn: Dəryaca ağlın olsa... .
İlə qoşması
birgəlik, vasitə mənasını bildirir. Məsələn: Əli ilə işim var. Lənkərana gəmi ilə
gedirik.
İlə qoşması
samitlə bitən isimlərə qoşulduqda həm ayrı, həm də bitişik (-la, -lə şəklində)
yazılır. Məsələn: Nurlan ilə – Nurlanla və s. Saitlə bitən sözlərdə isə bu
qoşma həmişə ayrı yazılır. Məsələn: qonşu ilə, Vüsalə ilə və s.
ilə qoşması
ayrı yazıldıqda [ynan, ynən] şəklində tələffüz olunur. Məsələn: atası ilə
[atasıynan], gəmi ilə [gəmiynən]. Qoşma bitişik yazıldıqda isə -nan, -nən şəklində
tələffüz olunur. Məsələn: qardaşımla [qardaşımnan], qələmlə [qələmnən] və s.
Üçün
qoşması isə səbəb və məqsəd mənasını bildirir. Məsələn: anam üçün, oxumaq üçün
və s.
Üçün
qoşması samitlə bitən sözlərdən sonra [-çın4], saitlə bitən sözlərdən sonra isə
[-yçın4] şəklində tələffüz olunur. Məsələn: atam üçün [atamçün], qonşu üçün
[qonşuyçün] və s.
2.Yiyəlik
halda işlənən qoşmalar. Yiyəlik halda olan sözlərə qoşulan qoşmalar bunlardır:
qədər, kimi, -tək, üçün, ilə (-la, -lə). Bu qoşmalardan ilk üçü – kimi, tək, qədər
müqayisə, bənzətmə mənasını bildirir. Məsələn: Onun kimi dost çətin tapılar. Sultan
sənin qədər çalışırdı. Onuntək adamlar bu və-zifəni yerinə yetirə bilərlər.
İlə qoşması
birgəlik, vasitə mənasını bildirir. Məsələn: Səninlə işim var. Onunla gəzməyə
gedirdik və s.
Üçün
qoşması isə səbəb və məqsəd mənasını bildirir. Məsələn: sənin üçün, bizim üçün
və s.
3.Yönlük
halda işlənən qoşmalar. Yönlük halda olan sözlərə qoşulan qoşmalar bunlardır: qədər,
kimi, -dək, -can2, tərəf, doğru, qarşı, sarı, görə, əsasən, aid, dair, məxsus.
Qədər,
kimi, -dək, -can2 qoşmaları məsafə mənasını bildirir. Məsələn: Kəndə qədər
(kimi) piyada getdik. Axşama qədər səni gözləmişəm və s.
Tərəf,
doğru, qarşı, sarı qoşmaları yönəlmə, istiqamət mənalarını ifadə edir. Məsələn:
bağa tərəf (sarı), evə doğru, küləyə qarşı və s.
Görə
qoşması səbəb və istinad bildirir: Xəstəliyinə görə onu evə buraxdılar. Rəhbərliyin
əmrinə görə, bizi burada saxladılar və s. Əsasən qoşması da istinad bildirir: Qərara
əsasən, onlara güzəştlər ediləcək. Tapşırığa əsasən biz buradayıq və s.
Aid, dair,
məxsus qoşmaları da aidlik bildirir: Fəlsəfəyə dair mülahizələri var. Sənə aid
olan kitabları apararsan. Ona məxsus dəftərlərə baxın.
Yönlük
halda işlənən qoşmalardan -dək və -can2 sözlərə bitişik şəkildə yazılır: evədək,
axşamacan, kəndəcən və s.
4. Çıxışlıq
halda işlənən qoşmalar.
əvvəl,
sonra, qabaq, bəri, başqa, savayı, ayrı, özgə, qeyri, ötrü. Bu qoşmalardan – əvvəl,
sonra, qabaq, bəri zaman mənasını bildirir. Məsələn: Mən Orxandan sonra (qabaq,
əvvəl) gəldim. 2007-ci ildən bəri ölkəmizdə çoxlu dəyişikliklər baş verib və s.
Ötrü
qoşması səbəb-məqsəd mənasını bildirir. Məsələn: Ana uşaqlarından ötrü özünü
oda-közə atır. Qoşmalardan başqa, savayı, ayrı, özgə, qeyri isə fərqlənmə mənasında
işlənir. Məsələn: Nurgüldən başqa, (qeyri, savayı, özgə) hamı yatmışdı.
Qoşmalar
qoşulduğu sözlə birlikdə bir cümlə üzvü olur. Məsələn: Bu kitablar şagirdlər
üçündür cümləsində üçündür qoşmasını ayrılıqda xəbər kimi götürmək olmaz, o,
şagirdlər sözü ilə birlikdə sadə ismi xəbərdir.
Qoşmaların
orfoqrafiyası.
Qoşmalar
aid olduqları sözlərdən ayrı yazılır. Dək, can (cən) qoşmaları bu cəhətdən
istisnadır. Onlar əlaqədar olduqları sözlərlə bitişik yazılır.
İlə
qoşmasının yazılışında iki cəhət var:
a) İlə
qoşması saitlə bitən sözlərdən ayrı yazılır.
b) İlə
qoşması samitlə bitən sözlərdə iki cür yazılır:
• Saitlə
bitən sözlərdə olduğu kimi, samitlə bitən sözlərdən də ayrı yazılır.
• İlə
qoşması, ixtisar formasında (-la, -lə) samitlə bitən sözlərlə bitişik yazılır.
Qoşmaların
qrammatik mənaları.
Qoşmaların
hər birinin ümumi qrammatik mənası var. Ancaq bu mənaların reallaşmasında
qoşmaların aid olduğu sözlərin mənası da rol oynayır. Məsələn, kimi qoşması aid
olduğu sözlərdən asılı olaraq, müqayisə, zaman, məkan, tərz mənaları bildirə
bilər. Qoşmaların bəziləri arasında sinonimlik əlaqə də var: sarı-doğru, kimi-cən
Bunlar da göstərir ki, qoşmaların qrammatik məna qrupları arasında qəti fərqlər
qoymaq olmaz. Azərbaycan dilində, şərti də olsa, qoşmaların aşağıdakı məna fərqlərini
göstərmək olur.
1.
Qoşmaların məkan münasibəti bildirmələri: qədər, dək, cən, sarı.
2.
Qoşmaların zaman münasibəti bildirməsi: kimi, dək, cən.
3.
Qoşmaların müqayisə bildirməsi: kimi, tək.
4.
Qoşmaların səbəb və məqsəd bildirməsi: üçün, ötrü, görə.
5. İlə
qoşması birgəlik, vasitə; aid, dair qoşmaları aidlik, barəsində, haqqında mənalarında
işlənir.
Bağlayıcı
Bağlayıcı –
cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan, onları qrammatik cəhətdən
bir-birinə bağlayan köməkçi nitq hissəsidir.
Cümlədəki vəzifəsinə
(sintaktik vəzifəsinə) görə bağlayıcılar iki növə bölünür: tabesizlik bağlayıcıları,
tabelilik bağlayıcıları.
Tabesizlik
bağlayıcıları həm sadə cümlədə, həm də tabesiz mürəkkəb cümlələrdə işlənir. Sadə
cümlələrin həmcins üzvlərini, tabesiz mürəkkəb cümlələrin isə tərkib hissələrini
bir-birinə bağlayır.
Tabelilik
bağlayıcıları isə yalnız tabeli mürəkkəb cümlələrdə işlənir və onların tərkib
hissələrini bir-birinə bağlayır.
Bağlayıcının
mənaca növləri.
Tabesizlik
bağlayıcılarının mənaca aşağıdakı növləri var:
1.Birləşdirmə
bağlayıcıları: və, ilə (-la, -lə). Məsələn: Şagird üçün nizam-intizam və
çalışqanlıq başlıca şərtdir. Aliyə ilə Aydın bir sinifdə oxu-yurlar.
Və
bağlayıcısı istər sadə cümlənin həmcins üzvlərini, istərsə də tabesiz mürəkkəb
cümlənin tərəflərini bir-birinə bağlayır. Məsələn: Günay və Aysu rəfiqədirlər
(sadə cümlə). Zəng vuruldu və şagirdlər sinfə daxil oldular (tabesiz mürəkkəb
cümlə).
İlə
bağlayıcısı isə yalnız sadə cümlənin həmcins üzvlərini bir-birinə bağlayır.
2.Qarşılaşdırma
bağlayıcıları: amma, ancaq, lakin, halbuki, isə. Məsələn: Qonaq onu tanıdı,
amma (ancaq, lakin) heç nə demədi.
3.Bölüşdürmə
bağlayıcıları: ya, ya da, ya da ki, və ya, gah, gah da, gah da ki, istər, istərsə,
istərsə də. Məsələn: Ya yaz, ya da diqqətlə qulaq as. Gah gün çıxırdı, gah da
yağış yağırdı. Istər şagirdlər, istərsə də müəllimlər bu mövzunu çox
xoşlayırlar.
4.İştirak
bağlayıcıları: həm, həm də, həm də ki, o cümlədən, hətta, habelə, həmçinin,
da-da (də-də), da, də. Məsələn: Uşaq həm gündüzlər, həm də gecələr dincəlmir.
Bütün kənd camaatı, hətta qocalar düşmənə qarşı vuruşur. Baba da, nəvə də
sevinirdi. Iclasda kadr məsələsi də müzakirə olundu. Onlar da zəlzələdən zərər
çəkənlərə yardım göndərdi.
5.İnkarlıq
bağlayıcıları: nə, nə də, nə də ki. Məsələn: Uşaq nə yazır, nə də oxuyur. Bu
bağlayıcıların işləndiyi cümlələrin xəbəri daha çox təsdiqdə olur.
6.Aydınlaşdırma
bağlayıcıları: yəni, yəni ki, məsələn. Məsələn: Bakının zəngin sərvəti, yəni
nefti var. O, bir çox şairlərin, məsələn, Füzulinin şeirlərini əzbər bilir.
Tabelilik
bağlayıcılarının mənaca növləri bunlardır:
1. Səbəb
bağlayıcıları: çünki, ona görə ki, ona görə də, ondan ötrü ki, onun üçün ki,
buna görə də. Məsələn: Uşaq dərsə getməmişdi, çünki başı ağrıyırdı. Mən təyinatımı
kəndə aldım, ona görə ki, orada müəllimə ehtiyac var.
2. Şərt
bağlayıcıları: əgər, hərgah, indi ki, madam ki, bir halda ki və s. Məsələn: Əgər
belə oxusan, əlaçı olarsan. Indi ki, sən gedirsən, mən getmirəm.
3.Güzəşt
bağlayıcıları: hərçənd, hərçənd ki və s. Məsələn: Hərçənd ki, o, heç kimi
eşitmir, yenə də xahiş edərik.
4.Aydınlaşdırma
bağlayıcıları: ki, belə ki. Məsələn: Müəllim dedi ki, sabah inşa yazacaqsınız.
Imtahanın nəticələri yaxşıdır, belə ki, şagirdlərin çoxu müsbət qiymət alıblar.
Bağlayıcının
mənaca növləri və orfoqrafiyası.
Bağlayıcılar
quruluşca sadə və mürəkkəb olur. Və, ilə, amma, ancaq, lakin, gah, yəni, hərçənd,
hətta, əgər, çünki bağlayıcıları quruluşca sadədir. Ayrı yazılan indi ki, ona
görə ki, belə ki, yəni ki, həm də, ya da, istərsə də, gah da və bitişik yazılan
halbuki, habelə, hərgah bağlayıcıları isə mürəkkəb bağlayıcılardır.
Bağlayıcıların bəzilərini vergüllə əvəz etmək olur. Məsələn: Zəng vuruldu və dərs
başlandı cümləsindəki və başlayıcısını vergüllə əvəz etmək olar.
Cümlədə təkrar
olunan (qoşa işlənən) həm, həm də, ya, ya da, gah, gah da, nə, nə də və s.
bağlayıcılarının ikincisindən əvvəl vergül qoyulur. Məsələn: O həm oxuyur, həm
də işləyir.
Amma,
ancaq, lakin bağlayıcılarından əvvəl vergül qoyulur. Məsələn: Göy guruldadı,
amma yağış yağmadı. Bu bağlayıcılar bir - birini əvəz edə bilir, yəni sinonim
bağlayıcılardır.
Qoşa işlənən
da, də bağlayıcılarından sonra vergül qoyulur. Məsələn: Uşaq da, cavan da, qoca
da azadlıq istəyir.
Mürəkkəb
cümlələrdə işlənən çünki, ona görə ki, ona görə də bağlayıcılarından əvvəl
vergül qoyulur. Məsələn: Körpə dincəlmirdi, çünki qulağı ağrıyırdı.
Qeyd 1: Ilə
bağlayıcısı və ilə qoşması omonimdir. Bunları bir-birindən fərqləndirmək üçün nəzərə
almaq lazımdır ki, bağlayıcı kimi işlənən ilə sözünü (və ya onun qısa -la, -lə
şəklini) və bağlayıcısı ilə, eləcə də, vergüllə əvəz etmək mümkündür. Məsələn:
Tural ilə Anar qardaşdır – Tural və Anar qardaşdır. Ilə qoşmasını isə və
bağlayıcısı ilə əvəz etmək mümkün deyil. Məsələn: Əli ilə vacib işim var.
Qeyd 2: Ki
bağlayıcısı ilə sifət düzəldən -kı4 şəkilçisini qarışdırmamalı. Sifət düzəldən
-kı4 şəkilçisi dörd cür yazılır və əsasən, zaman bildirən sözlərə artırılır: səhərki
(görüş), axşamkı (qonaq) və s. Bu şəkilçi yiyəlik halda olan əvəzliklərə də
qoşulur: bizimki, onlarınkı, özümüzünkü və s.
Ki
bağlayıcısı həmişə mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayır,
ayrı yazılır və ondan sonra vergül qoyulur.
Ədat
Sözlərin və
cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə ədat deyilir.
Ədatları
işləndiyi cümlələrdən çıxarsaq, həmin cümlələrin mənası müəyyən dərəcədə zəifləyə
bilər. Məsələn: Artıq gözlədiyimiz gün gəlib çatdı. Bu cümləni artıq ədatı
olmadan da işlətmək olar və ondakı məna dəyişməz, yalnız bir qədər zəifləmiş
olar. Deməli, ədatların əsas vəzifəsi cümlədəki mənanı daha da qüvvətləndirmək
və dinləyicinin diqqətini müəyyən bir cəhətə daha artıq yönəltməkdir.
Ədatın mənaca
növləri.
Ədatların mənaca
aşağıdakı növləri var:
1. Qüvvətləndirici
ədatlar: artıq, axı, ən, lap, daha, da, də, nə, hətta, necə, ha, ki, -ca2, belə
və s.
Məsələn:
Axı bizim günahımız nədir? Necə dedin! Ha gözlədim, sən gəlmədin. Bizə bircə
xal lazımdır. Indicə onu gördüm. Biz ki belə danışmamışdıq. Hətta sən də bu işdən
xəbərsizsən. Nə durmusan, oxu da. Bu barədə bir kəlmə belə danışma və s.
2. Dəqiqləşdirici
ədatlar: elə, əsl, məhz.
Məsələn: Elə
hamı mən deyəni deyir. Ora əsl sənin yerindir. Bu işi məhz ona tapşırmaq olar və
s.
3. Məhdudlaşdırıcı
ədatlar: ancaq, yalnız, təkcə, tək bircə, bir və s. Məsələn: Onu dəyişdirsə,
ancaq mühit dəyişdirər. Bircə saf mənəviyyat bizi bu bəlalardan qurtara bilər.
Təkcə Anar bütün tapşırıqları düzgün həll etmişdi və s.
4. Sual ədatları:
bəs, məgər, yəni, -mı4 və s.
Məsələn: Bəs
dünən niyə bizə gəlməmişdin? Məgər mən uşağam? Yəni, doğrudan, sən həmişəlik
gedirsən? Tapşırıqları yazdınızmı? və s.
5. Əmr ədatları:
di, qoy, gəl, gəlin, gör, görün, bax, qoysana, ha, gəlsənə, -sana2 və s.
Məsələn: Di
başla. Qoy dərsini oxusun. Bax, gözləyəcəyəm! Gəl bu işdən əl çəkək. Gəlsənə
dostuna zəng edək. Oxusana, Dərsinizi oxuyun ha. və s.
6. Arzu ədatları:
kaş, kaş ki, təki, barı və s.
Məsələn:
Kaş biz də orada olaydıq! Təki torpaqlarımız azad olunsun. Barı bu günləri boş
keçirmə və s.
7. Təsdiq və
inkar ədatları: bəli, bəli də, hə, yox, xeyr, heç, heç də və s. Ədatlardan
sonra qrammatik prinsipə görə vergül qoyulmur. Lakin bəli, hə, yox, xeyr ədatlarından
sonra intonasiyanın tələbi ilə vergül qoyulur. Məsələn: Bəli, biz azadlığımıza
qovuşduq. Hə, de görüm, mən deyən oldu, olmadı?! Xeyr, sən yanılırsan. Bəli də,
ayağı çarıqlı kiçik bir ölkə, Böyük Firdovsilər yaratdı, bəlkə! (S.Vurğun) və
s.
Bəzən eyni
bir ədat müxtəlif mənalarda işlənə bilər. Məsələn: Bu ki bizim Əlidir! cümləsində
ki ədatı qüvvətləndirmə mənasını, Ay uşaq, xəstələnməmisən ki? cümləsində isə
sual mənasını bildirir.
Ha ədatı həm
qüvvətləndirici, həm də əmr ədatı kimi işlənə bilər. Felin əmr şəkli ilə işləndikdə
bu ədat əmr ədatı, digər sözlərlə işləndikdə isə qüvvətləndirici ədat olur. Məsələn:
Evi təmizləyin ha (əmr). Sənə güvənirəm ha. (qüvvətləndirici)
Qeyd:
Qoysana və gəlsənə sözləri bəzən yalnız ədat kimi, yerinə görə isə fel + ədat
kimi işlənir. Məsələn: Qoysana bir az dincələk (ədat). Gəlsənə bu gün ora getməyək
(ədat). Çantanı yerə qoysana (qoy–fel + sana–ədat). Sən də evə gəlsənə (gəl–fel+sənə–ədat).
Modal sözlər.
Danışanın
ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə modal sözlər deyilir.
Modal sözlərin
mənaca aşağıdakı növləri vardır:
1. Təsdiq
bildirən modal sözlər: əlbəttə (əlbəttə ki), doğrudan (doğrudan da), həqiqətən,
sözsüz, şəksiz, şübhəsiz (şübhəsiz ki), doğrusu, düzü və s. Məsələn: Əlbəttə
ki, düz sözə zaval yoxdur. Doğrudan da, insan gücü tükənməzdir. Sözsüz, qələbə
gec-tez bizim olacaqdır və s.
2. Güman və
şübhə bildirən modal sözlər: gərək (gərək ki), yəqin (yəqin ki), görünür, deyəsən,
ehtimal ki, bəlkə, güman ki, olsun ki, və s. Məsələn: Görünür, düşmən bizim zəif
yerimizi bilir. Gərək ki, sən onu tanıyırsan. Deyəsən, yağış yağacaq. Ola
bilsin ki, görüşümüz sabah baş tutmadı və s.
3. Nəticə,
ümumiləşdirmə bildirən modal sözlər: deməli, yaxşı, demək, xülasə, beləliklə,
ümumiyyətlə, bir sözlə, nəhayət və s. Məsələn: Deməli, qərarımız qətidir. Beləliklə,
biz oranı tərk etməli olduq. Nəhayət, gözlədiyimiz gün gəlib çatdı və s.
4. Fikrin mənbəyini
bildirən modal sözlər: məncə, səncə, bizcə, fikrimizcə və s. Məsələn: Məncə, o,
yalan danışmır. Fikrimizcə, bu məsələnin həlli asandır və s.
5. Sıra və
ardıcıllıq bildirən modal sözlər: birincisi, əvvəla, ikincisi və s. Məsələn:
Birincisi, o, hələ uşaqdır, ikincisi də, günahkar özünsən.
6. Təəssüf
bildirənlər: təəssüf ki, heyif ki, əfsus ki və s. Təəssüf ki, biz mənəviyyata
az əhəmiyyət veririk və s.
7. Bənzətmə
və ya müqayisə bildirən modal sözlər: sanki, elə bil, elə bil ki və s. Məsələn:
Sanki ona dünyanı bağışladılar. Elə danışır, elə bil ki, uşaqdır və s.
Modal sözlər
quruluşca sadə və mürəkkəb olur. Bir sözdən ibarət olan modal sözlər quruluşca
sadədir: əlbəttə, deyəsən, xülasə, deməli, görünür və s. Bəlkə də, doğrudan da,
şübhəsiz ki, bir sözlə, ola bilsin ki, sözsüz ki və s. isə mürəkkəb modal sözlərdir.
Modal sözlər
cümlə üzvlərindən vergüllə ayrılır və cümlənin əvvəlində, ortasında, sonunda
işlənə bilir. Məsələn: Doğrusu, mən yorulmuşam. Mən, düzü, bu yerləri
tanımıram. Sən öz istəyinə çatacaqsan, əlbəttə.
Bütün modal
sözlər ayrı yazılır.
Görünür,
deyəsən, demək, deməli, olmaya, demə, görəsən sözləri həm fel, həm də modal söz
kimi işlənə bilir. Xülasə sözü isə həm isim (məsələn, qəzetlərin xülasəsi) həm
də modal söz kimi işlənə bilir.
Nida
Danışanın
hiss və həyəcanını, qorxu və ya sevincini bildirən köməkçi nitq hissəsinə nida
deyilir.
Nidalar
müxtəlif insan hislərinin və bəzən idarə oluna bilməyən psixoloji yaşantıların
bir səslə və ya bir neçə səsin birləşməsi ilə meydana çıxmasıdır. Nida ifadəçisi
olduğu hislərin adını bildirməyib, onların siqnalları kimi meydana çıxır. Məsələn,
dəhşət anlayışı uy, oy nidaları, sevinc anlayışı bəh, bəh-bəh, oyya nidaları ilə
verilə bilər.
Nidaları
bir neçə qrupa bölmək olar:
1. Təbii
ki, nidalarla, bir qayda, olaraq hislər, emosiyalar ifadə olunur. Hislər müxtəlif
məzmunlarda, hətta bir-birinin əksinə də olur.
- qorxu,
narahatlıq hissi bildirənlər: vay, oy, ox, ah, vaxsey, həzər, Allah sən saxla,
vay-vay-vay...
Məsələn:
Vay, gör mən nə etdim. Ah, görən, onun işi necə olacaq.
- şadlıq,
sevinc və təəccüb hissi bildirənlər: paho, bəh-bəh, bıy, oho, oxqay, afərin, ay
can, aləm, mərhəba və s.
Məsələn:
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can! Afərin, halal olsun sənə ananın
südü və s.
- qəm, kədər
bildirənlər: of, ah, vay, uf, bay-bay-bay... , ey, ox, oy və s. Məsələn: Of, ürəyim
partlayır. Ah, mən bu ayrılığa necə dözəcəyəm?
- ağrı
hissi bildirənlər: uf, ay-vay, Allah-Allah, of-of, dəhşət...
-nifrət,
ikrah və istehza bidirənlər: tfu, tüf, lənətullah, rədd ol, cəhənnəm ol, cəhənnəmə
ki, xux, xox, xa-xa-xa və s. Məsələn: Tfu, sənə çərxi-fələk. Xux, qorxdum səndən
və s.
2. Çağırış,
yalvarış bildirənlər: hey, ey, ay, ay aman, ay haray, huyy, ehey, ədə, dədə, ay
qız, oğlan, ya və s. Məsələn: Hey, hardasınız, bura gəlin. Ay haray, köməyə gəlin
və s.
Çağırış bildirən
ya nidası ərəb mənşəlidir, şeir dili və dini ədəbiyyatla dilimizə keçmişdir: ya
Allah, ya rəbb, ya Məhəmməd ...
Ya nidası
adların sonunda da işlənir. Saitlə bitən sözlərdə ya, samitlə bitən sözlərdə a
şəklində işlənir. Məsələn, Saqiya və ya Seyyida və s.
3. And
bildirənlər: vallah, vallahi, billah, tallah, vallah-billah və s.
4. Təəssüf
bildirənlər: ay dədəm vay, əşi, əşş, heyif, can-can.
5. Müraciət
bildirənlər: haydı, marş, tərpən, başladıq, alo və s.
6. Təəccüb
bildirənlər: pah atonnan, yoxa, bəs belə, yox bir, ə nə danışırsan, ay səni, dəhşət
və s.
7. Son söz
kimi və ya çıxılmaz vəziyyətdə işlənən nidalar: vəssalam, bəs belə, bu da belə,
bu da bu, daha nə deyəsən və s.
8. Alqış məqamında
işlənən nidalar: afərin, sağ ol, eşq olsun, bərəkallah, maşallah və s.
9. Dar məqamda
yaşanan psixoloji gərginlik zamanı işlənən nidalar: ey dad, dad, ay aman, ay
haray, haray və s.
Nidalar
dildə söz yaradıcılığında da iştirak edir. Məsələn, ah nidası həm fel kimi (ah
çəkmək), həm də substantivləşərək isim kimi (ahın dağlara) işlənir.
Müstəqil
leksik mənalı sözlər bəzən nidalara çevrilir. Məsələn, təşəkkür, aman, cəhənnəmə
(ki), haray, dəhşət, can (ay can), aləm kimi müxtəlif isimlər yüksək intonasiya
və psixoloji gərginliklə tələffüz edildikdə nida funksiyasını daşıyır.
Nida həm
bir səsdən (ə! e! a...a...a!), həm də bir neçə sözdən (bəs belə, cəhənnəmə ki!)
ibarət ola bilər.
Nidalar
quruluşca sadə və mürəkkəb olur. Bir sözdən ibarət olan nidalar sadə (məsələn:
ay, ey, ox, eh, vay və s.), iki və daha artıq sözdən ibarət olan nidalar isə
mürəkkəb nidalardır (məsələn: ay can - ay can, pəh-pəh, ay aman, vay dadi-bidad
və s.).
Cümlənin əvvəlində
gələn nidalardan sonra vergül və ya nida işarəsi qoyulur. Məsələn: Ah,
cavanlıq, cavanlıq! Aha! Yaxşıca əlimə keçibsən.
Cümlənin
ortasında gələn nidalardan əvvəl və sonra vergül qoyulur. Məsələn: Qorxdum, ay
aman, yarıldı bağrım.
Cümlənin
sonunda gələn nidalardan əvvəl vergül, sonra isə nida və ya üç nöqtə qoyulur.
Məsələn:
Çıxdı boşa sərvət qazanan əllərim, ey vay !
Çağırış
bildirən a, ay, ey nidalarından sonra vergül qoyulmur. Məsələn: Ay uşaq, yaxına
gəl.
Qeyd: Nidalarla yamsılamaları (təqlidi sözləri)
qarışdırmamaq lazımdır. Yamsılamalar heyvanların çıxardığı səslərdən və təbiətdəki
səslərdən ibarətdir. Onların üzərinə - ıltı4 şəkilçisini artırmaqla isim düzəlir.
Məsələn: vızıltı, gurultu, nərilti, mırıltı, şaqqıltı, xorultu, qaqqıltı və s.
Hamı salam,
YanıtlaSilAdım cənab Rugare Sim. Hollandiyada yaşayıram və bu gün xoşbəxt bir insanam? Mən özümə dedim ki, hər kəs mənə və ailəmizə pis vəziyyətimizdən kömək edir, ona borc axtarır olan hər kəsə müraciət edəcəyəm, mənə və ailəmə xoşbəxtlik verdi, mənə kredit verməyə məcbur oldum Mən 2 uşaqlı bir Atam olduğum müddətdə həyatımı başlamağa 300.000.00 və krediti geri ödəyəcəyini xahiş edirəm ona (cənab, Rugare Sim) ona müraciət et. E-poçt vasitəsilə Cənab Mohamed Careen ilə əlaqə saxlayın: (arabloanfirmserves@gmail.com)
KREDİ TƏTBİQ MƏLUMATI FORMASI
Adı ......
Orta adı .....
2) Cins: ......
3) Lazım olan kredit məbləği: .........
4) Kreditin müddəti: .........
5) Ölkə: .........
6) Ev ünvanı: .........
7) Mobil nömrəsi: .........
8) E-poçt ünvanı ..........
9) Aylıq gəlir: .....................
10) Işğal: ...........................
11) Burda hansı sayt haqqında danışdınız .....................
Təşəkkür və ən xoşniyyətlər.
E-poçt: arabloanfirmserves@gmail.com