Kommunikativ qabiliyyətlər
Pedaqoji texnologiyada müəllimin fəaliyyətini aşağıdakı
funksional
komponentlərə ayırmaq olar:
1) Qnostik
(idraki) komponent
2) Layihələşdirici
komponent
3)
Konstruktiv komponent
4) Təşkilatçılıq
komponenti
5)
Kommunikativ (ünsiyyət) komponent
Qnostik komponentə
daxildir: təlim, təhsil-tərbiyənin
məqsədləri,
tədris etdiyi fənnin məzmunu barədə biliklər, şagirdləri öyrənmək, təlim
prinsiplərini və texnologiyalarını öyrənmək,
öyrədici və
tərbiyəedici məşğələlər keçirmək və s.
Layihələşdirici
komponent. Uzaq məqsədləri (pespektivləri), əməliyyatları, vasitələri özündə
birləşdirir; layihələşdirmə
cinsi fərqlər
nəzərə almaqla həyata keçirilməlidir
Konstruktiv
komponent. Qarşıdakı məşğələni hazırlamaq üçün əməliyyatlar komplektini nəzərdə
tutur
Təşkilatçılıq
komponenti. Məşğələləri hazırlamaq və
keçirmək
üçün əməliyyatlar komplektini nəzərdə tutur
Kommunikativ
komponent. Şagirdlərlə qarşılıqlı ünsiyyət prosesi zamanı fəaliyyət üçün əməliyyatlar
komplektini
özündə birləşdirir.
Son iki
komponent (kommunikativ və təşkilatçılıq
komponentləri)
bir-biri ilə sıx əlaqədədirlər.
Texnologiyaların
müxtəlif təsnifatları var. Onlardan ikisi –
pedaqoji və
psixoloji texnologiyalar xüsusilə qeyd edilməlidir.
Pedaqoji
texnologiyalarda əməliyyatlar və hərəkətlər fiziki cəhətdən hiss olunur.
Psixoloji texnologiyalar gizli xarakter daşıyır.
Bu, konkret
insanın psixikasında baş verən əməliyyatlar və
hərəkətlərdir.
Amma pedaqoji və psixoloji texnologiyalar arasında dəqiq sərhəddi müəyyənləşdirmək
olduqca çətindir.
Pedaqoji
texnologiyalar aşağıdakı kimi təsnif oluna bilər:
1) Təlim
texnologiyası
2) Tərbiyə
texnologiyası
3) İnkişaf
texnologiyası
4) Diaqnostika texnologiyası
Hiç yorum yok:
Yorum Gönder