Azərbaycan Respublikasının Dövlət himni
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
Azərbaycan
Respublikasının Dövlət bayrağı Azərbaycan
dövlətinin
müstəqilliyinin rəmzidir. Azərbaycan Respublikasının 05 fevral
1991-ci il tarixli 17 XII nömrəli Qanunu ilə təsbit edilmişdir.
Bayrağımızda olan mavi rəng –
türkçülüyün; qırmızı rəng müasirlik və
demokratiyanın; yaşıl rəng islamın rəmzidir.
Aypara və səkkizguşəli ulduz isə Ay ilə Günəşi əks etdirən xoşbəxtlik və əbədilik ifadəsidir.
Azərbaycan
Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqillik rəmzidir. Azərbaycan
Respublikasının 19 yanvar
1993-cü il
tarixli 460 nömrəli Qanunu ilə təsbit edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan dövlətinin,
onun müstəqilliyinin və milli birliyinin rəmzidir. Azərbaycan Respublikasının
27 may 1992-ci il tarixli 142 nömrəli Qanunu ilə təsbit edilmişdir.
NOVRUZ BAYRAMI
Azərbaycanda
adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin
canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə
növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış,
hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("Gün,
çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını
ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq
ənənələrinin davamıdır.
Novruz
bayramı qabağı adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir
və s. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli,paxlava, şəkərbura,
şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və
sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin
xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir,
pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib
çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar.
Novruz bayramında “haxışta”, “bənövşə”, “kos-kosa” oynayırlar.
Novruz
bayramında süfrədə yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan xörəklər
olmalıdır. Şirniyyatlardan şəkərbura, paxlava, badamburma,ballıbadı və s. qədər
saymaq olar. Adətə görə süfrəyə "S" hərfi ilə başlayan 7 növ ərzaq
qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzməvə sairə də
bayram süfrəsinin bəzəyi olur
Novruz
bayramını kosasız təsəvvür etmək mümkün deyil. Sevindirici haldır ki, kosa
oyunu hər bayram xatırlanır, rəqs etməyi bacaran bir uşağın əyninə tərsinə
çevrilmiş kürk geyindirərək, üzünə kağızdan qayrılmış üzlük (maska) taxıb,
başına da kəllə qənd kağızından uzun şiş papaq qoyardılar. Belinə zəncirovlu
bir kəmər bağlanardı. Boynuna da zınqırovlar asardılar. Bu şəkildə hazırlanan
kosanı məhəllə uşaqları araya alıb, həyətləri gəzdirərək bir hava ilə xor
halında xüsusi bir nəğmə oxuyar, kosa isə oynayardı. Kosanın xurcununa bayram
sovqatı qoyardılar. Kosanı adətən keçəl müşayiət edərdi.
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən -
su, od, torpaq və küləkdən yaranıb. Buna uyğun olaraq da Novruz bayramı ərəfəsində 4 çərşənbə qeyd olunur.
Birinci çərşənbə su çərşənbəsi adlandırılır. Yəni bahara doğru çayların azacıq buz
bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır.
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu əkin üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalanır. Hər ailə üzvünün adına bir dənə şam yandırılır, Xonçalar hazırlanır.
Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə bu çərşənbə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi və onu əkinə hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Nənələrimiz "Səməni, saxla məni, ildə göyərdərəm səni"- deyib buğda isladırlar.
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu əkin üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalanır. Hər ailə üzvünün adına bir dənə şam yandırılır, Xonçalar hazırlanır.
Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə bu çərşənbə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi və onu əkinə hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Nənələrimiz "Səməni, saxla məni, ildə göyərdərəm səni"- deyib buğda isladırlar.
Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi
Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər
dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf etdi, ipəkdən,
qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. Alban tarixçisi Musa Kalankatlı
(VII əsr) Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat
verir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı
XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdır. Orta əsrlərdə qızıl-gümüş
saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və
Bərdə şəhərləri idi. Baha başa gəldiyindən əsasən feodallar üçün toxunulan bu
cür xalçalar "zərbaf" adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis
səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş
saplarla toxunulmuş xalça haqqında məlumat verir. XVII əsr Holland səyahətçisi
Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub
mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini xəbər verir.
Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri
haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X
əsrə aid "Hüdud əl-aləm" ("Dünyanın sərhədləri") əsərində
naməlum müəllif Muğanda toxunulan palaz və çullardan, Naxçıvanın zili toxunuşlu
xalılarından məlumat verir, "Kitabi Dədə Qorqud" dastanında Azərbaycanın
ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami, Xaqaninin (XII əsr) əsərlərində xovlu
və xovsuz xalçalar tərənnüm olunur.
Azərbaycan xalçaları digər xalqların xalçası kimi nümayiş etdirilir.
Bu günədək
Kiyev incəsənət muzeyində erməni xalısı kimi nümayiş olunan "Dağkəsəmən"
Qazax xalısının 18-ci əsr Qazax mədəniyyətinə aid olduğu sübuta yetirilib. Bu səhv
Kiyev İncəsənət Muzeyində baş tutan sərgidə düzəldilib. Muzeydə Ukrayna, Azərbaycan,
Rusiya və Polşadan olan ekspertlərin iştirakı ilə keçirilən elmi-praktik konfrans
zamanı Azərbaycan xalçaçıları əsər üzərində olan ornametlər vasitəsilə xalının
həqiqətən də Azərbaycan xalçaçılıq məktəbinə aid olduğunu sübuta yetiriblər.
Milli geyimlər
Azərbaycan xalqının tarixi və milli
mədəniyyətilə bağlı əsas atributlarından biri də milli geyimlərdir. Bu növ ona
görə unikaldır ki, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif
halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq geyimlərdə öz əksini
tapıb.
Azərbaycan XVII əsrdə yaxın Şərqin ən
böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri
ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki,
Şuşa rayonlarında da ipəkçilik istehsalı çox inkişaf etmişdi. Bu rayonlarda
ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal
olunurdu. Geyimin stili onun yiyəsinin ailə vəziyyətini və yaşını əks
etdirirdi. Subay qızların geyimlərı evli qadınların geyimlərindən fərqlənirdi.
Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər.
Çəpkən - çiyinüstü, astarlı və yalançı
qollara malik olan qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir
neçə növ ipək parçalardan tikilirdi.
Ləbbadə - çiyinüstü üst gödəkçəsidir. Bu
geyim sırıqlı astarda olur, tirmədən, məxmərdən və başqa parçalardan tikilirdi.
Güləcə - qadın çiyinüstü üst geyimidir. Bu geyim astarlı olur və tirmədən,
məxmərdən tikilirdi.
Baharı - sırıqlı astarda qadın
çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi.
Kürdü - qadın üst geyimidir. Bu geyim
tirmədən, məxmərdən tikilirdi, xəz dəri və sıx naxışlarla bəzədilirdi.
Eşmək - qadın sırıqlı üst geyimidir, tirmədən və məxmərdən tikilirdi. Bu
geyimin yaxası, ətəyi və qolları safsar xəzdərisilə, qızılı şəbəkə torla və
şəridlə bəzədilirdi.
Qadın bel üst geyimi - bir neçə
tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi.
Şəhərlərdə qadınlar evdən çıxanda
tumanın üstündən çaxçur geyərdilər. Kişi milli üst geyimi - üst köynək,
arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət idi. Bir və ya ikiyanlı arxalıqlar
ipək, atlas, kişmir, mahud, satin və başqa parçalardan tikilirdi.
Qaba - kişi çiyinüstü üst geyimidir və
əsasən tirmədən tikilirdi.
Çuxa - içi tüklü qoyun dərisindən
tikilmiş düyməsiz, naxışlı şubadır.
Milli geyim dəstinə müxtəlif növlü baş
geyimləri və ayaqqabılar daxil idi. Milli geyim dəstlərinə yerli zərgərlərin
yaratdığı zərgərlik məmulatları aiddir. Qadın zərgərlik məmulatları onların
tədbiqinə uyğun olaraq, baş, boyun, döş, bel, bilək hissələrinə bölünür.
Ornamentin ən sadə ünsürlərinə - düz və sınıq xətlər, ziqzaqlar, dairələr,
üçbucaqlar, kiçik romblar, nöqtə ornamentinə erkən bürünc (Azərbaycanda e.ə.
III minilik) dövrünə aid saxsı qablar üzərində rast gəlmək olar. Bu, Azərbaycan
xalqının qədim naxış qoyma sənətinin analoqudur. Azərbaycanda sənətkarlığın
inkişafı haqqında burada müxtəlif dövrlərdə olmuş çoxsaylı tacirlər,
səyahətçilər və diplomatlar çoxlu maraqlı faktları bildirirlər. İtaliya
səyahətçisi Marko Polo (XIII əsr) Şamaxı və Bərdənin ipək məmulatlarının
gözəlliyini vurğulayıb. İngilis səyahətçisi - tacir Antoniy Cenkinson (XVI əsr) yay iqamətgahının dəbdəbəsini təsvir edərək
yazır: "Kral ipək və qızılla bəzədilmiş zəngin bir çadırda oturmuşdu, onun
paltarı mirvari və qiymətli daş-qaşla bəzədilmişdi". XIX əsrin sonu - XX
əsrin əvvəllərində naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala
aid qanovuz, darayi və məxmər idi. Onlar Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa və
Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun
saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal lövhəciklər)
istifadə olunurdu. Boyama zamanı bitkidən alınan boyaq maddələrindən istifadə
edilirdi. Naxış qoyulmuş məmulatlar ornamental motivlərin zənginliyi və
rəngarəngliyi ilə seçilirdi. Azərbaycan naxışlarının ən çox sevilənmotivləri
qızılgül, nərgiz, qərənfil, lalə, liliya (zanbaq) və meyvə ağaclarının (nar,
heyva, alça) çiçəkləri, eləcə də müxtəlif formalı sünbül və yarpaqlar idi.
Naxışların həndəsi şəkilli bəzəkləri düz və sınıq xətlər, ziqzaqlar,
üçbucaqlar, dördbucaqlılar, altı və səkkizguşəli gülşəkilli bəzəklər, kiçik
romblar, ulduzlar və rəmzi günəş təsvirlərindən ibarət idi. Naxışlarda quş
təsvir etməyi xoşlayırdılar: bülbül, tovuz quşu, göyərçin, tutuquşu, hop-hop,
qarğa, qırqovul, dişi bildirçin, kəklik və s. Çox tez-tez quş cütlüklərinin
təsvirinə rast gəlinirdi - ən qədim və sevilən ornament motivi idi. Quşları
adətən ya bir-birini sevən tərzdə, ya da dalaşmış şəkildə (məhəbbət və ayrılıq
rəmzi) təsvir edirdilər. Heyvanlar aləmindən isə naxış tikmələrdə ən çox
ceyranları, tısbağaları, ilan-əjdahaları, atları təsvir edirdilər. Məişət
əşyalarından isə gülab üçün kiçik qrafinlər, daraq qutular, kosmetika üçün şüşə
qablar, dolçalar və s. şəklində bəzəklərə rast gəlinir. Azərbaycanda məişətdə
məşhur və geniş yayılmış tikmə növləri bunlar idi: "qızıl" tikmə, sıx
naxışlı tikmə, tambur naxışlı, texnikada "quş gözü", parlaq
bəzəklərlə tikmə, muncuqla, möhürlənmiş piləklərlə, "kökləmə"
("sırıma"), applikasiya, spiralşəkili tikmə və file üzərində iş.
Tikmələrin geniş yayılmış növlərindən biri - "quş gözü" ağ və ya
rəngli ipək sapla tikilir. "Kökləmə" tikməsinə araqçının, şabkulların
(gecə papağı), namaz xalçalarının, eləcə də yun geyimin bəzədilməsi zamanı
təsadüf olunur. Onu adi və su tikişiylə tikirdilər, astarla üz arasına nazik
yun və ya pambıq qat qoyurdular. Mirvari və muncuqla tikmələr böyük maraq
oyadır ki, onlarla ta qədimdən kostyum ünsürlərini, məişət əşyalarını və s.
bəzəyirdilər. Parlaq bəzəklərlə tikmə - bəzəklərin parça üzərində rəngli ipək
saplarla çəkilmiş rəsmin cizgiləri üzərində tikilməsidir. Applikasiya və spiral
tikmənin nisbətən cavan üsullarıdır. Nadir hallarda təsadüf olunan file
üzərində iş və mereyka (şəbəkəli haşiyə naxışı) daha sonra yayılıb və tətbiq
dairəsi geniş deyil. Əl işinin bu növü daha çox salfet, dəsmal və üz üçün
örtüklərin bəzədilməsi üçün səciyyəvidir. Və bu gün Azərbaycanın bir çox
şəhərlərində tikmə sahəsində qədim məktəblər qorunub saxlanır, Azərbaycan
ustalarının əl işləri beynəlxalq sərgi və muzeylərin ekspozisiyasını
bəzəyirlər. Bütün növ tikmələrin daha qədimi - qızılı tikmədir. Əsas kimi çox
möhkəm
parçalardan istifadə olunurdu. Ən yaxşı
material birrəng qırmızı, zoğalı, bənövşəyi və yaşıl rəngli məxmər idi.
Həmçinin müxtəlif tonlarda olan nazik mahud, parça, tirmə, atlas və tumac
dəridə tikilirdi. Qızılı tikmə üçün qızılı və ya gümüşü saplardan istifadə
olunurdu. Belə növ tikmə bir terminlə adlanırdı: güləbatın. Çox zaman qızılı
tikməylə üst qadın geyimini, baş geyimlərini, ev məişət əşyalarını, at üçün
bəzəkləri və daha xırda məmulatları bəzəyirdilər. Hətta belə bir adət vardı ki,
gəlinin cehizinə qızılı tikməylə tikilmiş müxtəlif məişət təyinatlı əşyalar
daxil edilirdi. Rəngli ipək saplarla tikilən naxışlar arasında daha çox
yayılanı tambur tikiliş tikmə idi. Tambur tikmələrinin istehsal mərkəzi XIX
əsrdə Şəki şəhəri olub. Tambur tikmələri üçün əsas rolu nazik yerli və ya
xaricdən gətirilən qırmızı, qara və tünd - göy rəngli məxmər və mahud parça
oynayırdı. Mürəkkəb və qəribə (qəşəng) naxış tünd fonda parlaq ipək
saplarla tikilirdi.
Bir çox kişilər bu tətbiqi sənət
sahəsində qeyri-adi ustalıq göstərmişdilər. Dəzgahda dartılmış parça
üzərində sənətkar əvvəlcə rəsmin cizgi xətlərini tikir, sonra bütün içini
doldururdu.
Tambur tikmələri üçün iynə
"qarmaç" adlanırdı. Tambur tikmələri ilə qadın geyimləri, böyük
yastıq üzləri, hamam xalçaları, örtüklər bəzədilirdi.
Şuşa qalası
Şuşa qalası-Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır.Qala uzun müddət ərzində şəhəri xarici müdaxilələrdən qorumuş,uzun müddət alınmazlıq simvolu olmuşdur. Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı qala uzun müddət mühasirədə saxlanılsa da ələ keçirilə bilinməmişdir.
Şuşa qalasının əsasının nə zaman qoyulması haqqında dəqiq məlumat yoxdur.Mənbələr sadəcə bu qalanın monqolların Azərbaycana ikinci yürüşü zamanı dağıdıldığı haqqında məlumat verir.
Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib.Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qatışığından istifadə edilib. Qalanın üç qapısı var.Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir.Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında qalanı xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki,bu körpü də Qala körpüsü kimi tanınır.Ərazi strateji baxımdan olduqca əlverişlidir.Belə ki,Şəki qalasında olduğu kimi Şuşa qalası da yüksək dağlıq ərazidə yerləşir.Qarabağ xanı Pənahəli xan Bayat qalası vəŞahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığı mərkəzi bura köçürülür.Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.
Bəzz qalası
Bəzz qalası - Güney Azərbaycanın Şərqi Azərbaycan ostanının Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşən qala.
Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400-600 metr dərinlikdə dərələr əhatə edir.
Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb".
Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans və Azərbaycan Atabəy Eldəgəzlər dövlətlərinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala ərazisindən təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılmışdır. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli qardaşlarımız qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.
Qız qalası
Qız qalası — Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının (İçəri Şəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur.
Hündürlüyü 28 m, diamеtri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır].
Daşdan hörülmüş bu tavanların оrtasında dairəvi dеşiklər vardır. Dеşiklər şaquli хətt istiqamətindədir. Bеlə ki, VIII mərtəbənin tavanının оrtasında оlan dairəvi dеşikdən baхdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yеganə giriş yоlu оnun qərb tərəfində, yеrin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m еnində оlan tağlı qapı yеridir.
Azərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir.
Son illərdə Qız qalasında və onun ətrafndakı meydanda hər il Novruz bayramı şənliklərinin keçirilməsi ənənəsi yaranmışdır
Əlincə qalası
Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq "Alıncaq", "Alancıq" , "Əlincək" və "Əlincə" şəklində çəkilən qala Naxçıvan-Culfayolunun kənarında, Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir. Bu adın qədim türk dilindəki "alan" (yastı, düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir.[1] Lakin qədim türk dilində dağın təpəsi anlamını verən "alın" və qənimət anlamı daşıyan "alınc" sözləri də olmuşdur. H. Qəzvinin məlumatına görə Naxçıvan yaxınlığında Alancıq, Surmari, Taqmar və Faqnan adlı möhkəm qalaların uçuqları yüksəlir. Elxanilər zamanı müəyyən dağıntılara uğramış Əlincə qalası sonrakı dövrdə yenidən bərpa edilmişdir.
Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. "Kitabi-Dədə Qorqud" dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat vermişlər. Tikinti sənətinin xüsusiyyətlərinə görə Əlincə qalası daha qədim dövrə aiddir. XII əsr erməni tarixçisi Stepanos Orbeliyan [2] bu qalanın çox qədimlərdə tikildiyini qeyd edir.
Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınmış, çağının ən güclü hərbi qüvvələrini məğlubyyətə uğradan böyük cahangirƏmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirmişdir. Əlincə qalası on ildən artıq sürən müqavimətdən sonra Teymurilərə1401 – ci ildə təslim olmuş və qalanın belə dözümünün səbəbini aydınlaşdırmaq üçün əmir Teymur şəxsən Əlincəyə qalxmışdır. Bəzi mənbələrdə isə qeyd edilir ki, Şah İsmayıl uşaq ikən bir müddət bu qalada gizlədilmişdir. [3]
Azərbaycan atabəyləri–Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdi. Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı və Eldənizlərin xəzinəsi Əlincəqalada yerləşirdi. 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Manqburnının Azərbaycana hücumu zamanı Eldəniz hökmdarı Özbək (1210 – 1225) Əlincəqalaya sığınmış və burada döyüşlərin birində öldürülmüşdür. Əlincəqala XIII – XIV əsrlərdə Hülakülərin, XIV əsrin II yarısında Cəlairilərin hakimiyyəti altında olmuşdur. Hakimlərindən Sultan Tahirin, kutvallarından (qala rəisi) Uztəmurun (1343), Xacə Cövhərin (1390), əmir Altunun (1390), Seyid Əlinin, Hacı Salehin və Əhməd Oğulşayinin (1401) adları bəllidir.
İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403 – 1406 -cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincə qalanı belə təsvir etmişdir: "Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir".
Mərdəkan qalası
Mərdəkan qalası Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik qaladır. Qala dörd künc formada XIV əsrin ortalarında III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən tikilmişdir. Mərdəkan qalası I Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilmişdir.
Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. Daxili həyəti 28x25-dir. İçəridən qala 5 yarusa bölünür.
Hiç yorum yok:
Yorum Gönder