XƏBƏRLƏR etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
XƏBƏRLƏR etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

26 Aralık 2014 Cuma

Dekabrın 26-da Təhsil Nazirliyi tərəfindən keçirilən V “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.






Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, rayon təhsil şöbələrinin rəsmiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
 Mərasimdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov artıq 5-ci ildir keçirilən müsabiqəyə marağın böyük olduğunu bildirib. Ümumilikdə 1104 layihənin təqdim olunduğu müsabiqənin rəsmi internet səhifəsində (www.musabiqe.edu.az)qeydiyyatdan keçmiş 6930 müəllim, 1877 tələbə, 5349 şagird və 638 valideyn layihələrin onlayn müzakirəsində iştirak edib.
Müsabiqənin keçirilməsində məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini genişləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqə 3 əsas istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Yüksək bal toplayan namizədlər Təşkilat Komitəsi qarşısında öz işlərini nümayiş etdiriblər. Son nəticədə 21 nəfər qalib elan olunub. 47 nəfərin işi isə fərqləndirilib.
Qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub. Fərqlənən iştirakçılara da müxtəlif hədiyyələr verilib.
Müsabiqənin keçirilməsinə “AZEDUNET”, “Edumedia”, “Ultra”, “Mədəd Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Nar Mobile” və “Dr.Web” şirkətləri sponsorluq edib.

22 Aralık 2014 Pazartesi

"Tarixi hekayə” müsabiqəsi haqqında Ə S A S N A M Ə



1. Ümumi müddəalar
Müsabiqə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının 1905.az portalı tərəfindən keçirilir.
Müsabiqənin məqsədi – yazarlarımızın ölkəmizin tarixi keçmişinə müstəqil müraciəti sayəsində ermənilərin bölgəyə köçürülmələri, azərbaycanlıların məruz qaldıqları soyqırımlar, tarixi Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması, soydaşlarımızın əzəli torpaqlarından deportasiya edilmələri, Ermənistanın Azərbaycan təcavüzü mövzularını bir daha qabartmaqdır.
2. Müsabiqənin iştirakçıları
Yaşından asılı olmadan bütün şəxslər müsabiqənin iştirakçısı ola bilərlər.
3. Müsabiqənin keçirilmə qaydası
3.1. Müsabiqə 1 noyabr 2014-cü ildən 28 fevral 2015-ci il tarixədək keçiriləcək (hekayələrin baxılması və ekspertizadan keçirilməsi münsiflər heyəti tərəfindən həyata keçiriləcəkdir). Münsiflər heyətinin baxdığı hekayələr 1905.az saytında dərc ediləcəkdir.
3.2. Müsabiqə iki nominasiyada keçirilir:
Hekayə – təxəyyül (elmi-tarixi elementlərlə);
Hekayə – yazarın şahidi olduğu hadisələr
3.3. Hər iştirakçı müsabiqəyə yalnız bir iş təqdim edə bilər.
3.4. Müsabiqədə Azərbaycan dilində yazılmış və indiyə qədər dərc edilməmiş əsərlər iştirak edəcək.
3.5. Tərtibata tələblər:
Mətnlər Times New Roman şrifti ilə, 14 keqldə yığılmalıdır. Sətirlər arası interval 1 və ya 1,5 ola bilər. Hekayələr elektron variantda təqdim olunur. Fayl müəllifin adı və soyadı, "hekayə” qeydi ilə adlandırılır (məsələn, "arif ibrahimov_hekaye”)
Hər bir hekayə aşağıdakılar göstərilməklə göndərilir:
Hekayənin adı,
Müsabiqə iştirakçısının adı, soyadı və atasının adı,
əlaqə telefonu (mobil və ya ev telefonu nömrəsi) və elektron poçt ünvanı,
anadan olduğu tarix (il, ay və gün).
Müsabiqəyə göndərilmiş hekayələrə rəy verilmir.
4. Müsabiqəyə yekun vurulması və qaliblərin mükafatlandırılması
4.1. Müsabiqəyə 2015-ci ilin mart ayında yekun vurulacaq;
4.2. Müsabiqədə qalib (I yer) gəlmiş və mükafata layiq yer tutmuş (II və III yer) hekayələrin müəlliflərinə mükafatlar təqdim olunacaqdır. Əlavə olaraq saytda oxucuların ən çox bəyəndiyi hekayə müəllifi "Oxucu simpatiyası” adlı xüsusi mükafat qazanacaq.
4.3. Müsabiqədə fərqlənmiş hekayələr "1905.az saytının kitabxanası” seriyasından ayrıca kitab kimi buraxılacaqdır.

5. Müsabiqəyə təqdim ediləcək hekayələr tarixihekaye@1905.az elektron ünvanına göndərilməlidir.