Azərbaycan Respublikasının dövlət bayrağı ölçülərinə görə bərabər
3 horizontal zolaqdan ibarətdir. Üstdəki zolaq mavi, ortadakı zolaq qırmızı,
altdakı zolaq isə yaşıl rəngdədir. Mavi rəng Azərbaycan xalqının türkmənşəli
olması, qırmızı rəng cəmiyyətin müasirləşməsi, yaşıl rəng isə İslam
sivilizasiyasına məsubiyyət mənasını verir. Qırmızı rəngin ortasında, bayrağın
hər iki tərəfində olmaqla, ağ rəngli aypara və səkkiz guşəli ulduz təsvir
edilmişdir. Qeyd edək ki, bu bayraq 1918-ci il 9 noyabr tarixində, Azərbaycan
Demokratik Respublikasının (1918-1920) dövründə yaradılmış və Sovet Sosialist
Resublikaları İttifaqının (SSRİ) dağılmasından sonra, 1991-ci ildə müstəqil Azərbaycan
Respublikasının rəsmi atributu elan edilmişdir. Azərbaycan Respublikasının
1995-ci il 12 noyabrda qəbul edilmiş konstitusiyasına görə, Azərbaycanın dövlət
bayrağı, gerbi və himni milli atributlar hesab edilir. Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanından
sonra, 9 noyabr tarixi “Milli Bayraq Günü” kimi dövlət səviyyəsində qeyd olunur
və bu gün iş günü sayılmır.