26 Ekim 2014 Pazar
24 Ekim 2014 Cuma
20 Ekim 2014 Pazartesi
Böyük Azərbaycan şairi Xəlil Rza Ulutürkün doğum günüdür.
80-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə, poeziyası ilə, amalı ilə yetişdirdiyi və zamanın hökmü ilə ortaya çıxan xalq hərəkatına qoşulmuşdu. Hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.
Vətənpərvər böyük şair! Azərbaycan azadlığını varlığından üstün tutan ölməz sənətkar!Sənin qoyduğun iz azadlığa gedən cığırdır. Elə bir cığırdır ki,bu insanların ürəyindən keçir.Sənə olan sevgi də məhz bu yoldan keçir.Azərbaycan xalqı azadlıq carçısı bu böyük şairi həmişə qəlbində yaşadacaq.
Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm.
16 Ekim 2014 Perşembe
Payız fəsli
Payız gəldi - Bəxtiyar Vahabzadə
Gözlərim hər axşam axtarır səni,
Ürəyim
yollardan qayıtmır evə,
Sənsiz
dalğalar da tanımır məni,
Neyləyim ürəyim
heç yatmır evə.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də
getdin, bax yağdı yağışlar.
Payız gəldi,
qərib oldu dəniz,
Bu dənizin
gözü yaşlı sənsiz.
Küçələr,
döngələr izindən qalır,
Yarpaq
pıçıltısı sənin səsindi,
İşıqlar zil
qara gözündən qalır,
Bu şirin
xatirə mənim bəsimdi.
Payız gəldi,
uçdu getdi quşlar,
Sən də
getdin, bax yağdı yağışlar.
Payız gəldi,
qərib oldu dəniz,
Bu dənizin
gözü yaşlı sənsiz.
Özümü aldadır hər axşam-səhər,
Elə bu
havanı oxuyuram mən,
Vallah səndən
ötrü çox darıxmışam,
Başqa nə gəlir
ki axı əlimdən?
Payız gəldi,
uçdu getdi quşlar,
Sən də
getdin, bax yağdı yağışlar.
Payız gəldi,
qərib oldu dəniz,
Bu dənizin
gözü yaşlı sənsiz.
Dostlarım
bilirlər nələr çəkirəm,
Hər axşam
könlümü alırlar mənim,
Hər dəfə
qapımı döyən zaman qəm,
Dostlarım həmdəmim
olurlar mənim.
Payız gəldi,
uçdu getdi quşlar,
Sən də
getdin, bax yağdı yağışlar.
Payız gəldi,
qərib oldu dəniz,
Bu dənizin
gözü yaşlı sənsiz.
15 Ekim 2014 Çarşamba
9 Ekim 2014 Perşembe
3 Ekim 2014 Cuma
Qurban bayramı
Qurban bayramı və ya Dini qurban kəsmə bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.
Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.[1]
Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır.
Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.
Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!
Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
- Qurban: İbrani dilində "gorban" kimi, "Allah üçün verilən hər hansı bir qurban" mənasına gəlir.
- Mənbə-Vikipediya.az
2 Ekim 2014 Perşembe
Hər il 5 oktyabrda Beynəlxalq Müəllim
Günü qeyd edilir. Bu tarixin qeyd edilməsinə dair
qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib.
Müəllimlər
yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi
yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Mənə
bir hərf öyrədənin köləsi olaram". Bu sözlər İslam dünyasının parlaq
simalarından olan Həzrəti Əliyə məxsusdur. Bu adın mənəvi yükünü təmiz vicdanla
daşıyan və bu ada layiq olan həyatım boyu borclu olduğum bütün müəllimlərimi
və onların şəxsində əsl müəllim adına layiq olan bütün müəllimləri təbrik
edirəm!
Bayramınız mübarək!
Kaydol:
Kayıtlar (Atom)