Qızımdan Nigaranam
Yenə həmşəki kimi pencərəyə düşən işıq bir simmetriya
ilə evi işıqlandırmışdı. Sübh tezdən çıxan günəş göz qamaşdırırdı. Noyabır
ayının olmağına baxmayaraq, hava başqa günlərə nisbətən isti idi. Saat 06 :00.
Zəngli saat çaldı. Cavid saatı söndürdü. Gecə gec yatdıgından yorğun olmuşdu. Lakin birdən işə getmək məcburiyyətində
olduğunu xatırladı. Artıq 15-ci gün idi ki, evdı idi. İşə getmək vaxtı gəlmişdi.
Yəqin ki, 15 gün deyəndə işin nə olduğunu təssəvür etdiniz . Cavid neft
daşlarında həkim işləyirdi. O, tez ayağa
qalxdı və hazırlaşmağa başladı. Yoldaşı səs-küyə ayıldı və həyat yoldaşı üçün tədarük gördü. Onlar artıq 6 il idi ki, evli idilər.
İki əkiz altı yaşında qız uşaqlar vardı. Birinin adı Nigar, o birisinin adı isə
Nəzrin. Cavid qonşu otaqda yatan
qızlarının üzündən öpdü və ata nəvazişi ilə saçlarını sığalladı. Nigar ayıldı.
O, uşaq olsa da , yaşıdlarından seçilirdi. Deyirlər, əkizlərin xasiyyətləri bir olur. Ancaq onlarda nisbətən
fərqli idi. Nigar Nəzrindən fərqli olaraq cox bilirdi və sanki hər bir xırda
şeyi hiss edirdi. Cavid ayağa durmaq
istəyərkən yorğanın altından nazik bir səs
eşitdi.
-Ata, bu gün getməsən olmaz?
Atası gülümsəyərək
qızını qucaqladı.
–Anam, əgər getməsəm, sənə gələndə kim
şokalad alar?
Alacaqsan,ata?
-Nə vaxt dediyimi eləməmişəm?
Bu vaxt həyat yoldaşı Ayşənin səsi
eşidildi: -Cavid, axı gecikirsən , tez ol!
Cavid qapını
yavaşca açıb son bir dəfə yoldaşına baxıb evdən cıxdı...
Günlər sanki keçmək bilmirdi. Cavid 30 yaşında çəlimsiz, qaraşın, bəstəboy,
girdəsifət oğlan idi. Əslində uşaqlıqdan polis olmaq istəyən Cavid atasının təkidi
ilə həkim olmuşdu. O, hardasa 4 il olardı ki, bu neft daşlarinda işləyirdi.
Otağının balaca bir pencərəsi var idi. Günəş bu nəfəslikdən içərini
işıqlandırırdı. Otaq sakit, bir o qədər də darıxdırıcı idi...Bu gün Cavidin işə
gəldiyi 9 gün olardı. Birdən çöldən səs-küy , çığır-bağır eşidildi. Səs getdikcə
yaxınlaşırdı. O, qapını açdı və qucaqda gələn dostunu gördü. Bəli ,bu onun ən
yaxın dostu Sahibdir. Axı ona nə olmuşdu? Həkim olsa da, insan əzizinin
barmağı qanasa belə, nə edəcəyini
bilmir.
–Cavid, tez ol kömək elə! O , nəfəs almır! Sahibi otağa gətirdilər. Cavidin sanki nitqi
qurumuşdu. Birdən ele bil ki , özünə gəlib qışqırdı: -Çox adam olmasın!
Nəbzi çox yavaş atırdı. Rəngi ağarıb, bədəni soyumuşdu. Yavaş-yavaş ürəyinin
döyüntüsü 20-yə düşdü. Cavid əlindən heç nə gəlmiyəcəyini bilsə də, yenə əl çəkmirdi.
Axı dostunun əlində ölməyinə necə göz yuma bilərdi? Son dəfə Sahib gözünü açdı
və Cavidin yaşarmış gözlərinə baxdı. Sanki o nəsə demək istəyirdi. -Cavid... Sonsuzadək gözünü yumdu. Cavid var gücüylə qışqırdı.
Amma nə edə bilərdi ... Üç gün keçdi. Cavid elə bil otağa sığmırdı. Otaqda o
yana-bu yana hərlənirdi. Şişmiş gözləri ilə güzgüyə yansıyan surətinə baxıb
özünə sual verdi; ”Görəsən yaşamaqda məqsədimiz,
amalımız nədir? Halbuki hamımız bilirik, axırımız Sahibi yola saldığımız son mənzil-soyuq
qəbirdir.” Tezliklə evə getmək istəyirdi. Son üç günü necə keçirəcəyinə aid bir
fikri yox idi. Cib telefonu ilə evdəkilərlə soraqlaşdı. Yaxşı olduqlarını bilib
az da olsa, ürəyinə sərinlik gəldi. Onlarla danışmaq elə bil ruh halını düzəltmişdi.
Ancaq bu vəziyyət çox çəkmədi. Qapını açdı və dəhlizə çıxdı. Dəhlizdən eşidilən
münaqişə onun diqqətini çəkdi. Cavid bir az da
yaxına getdi. Qarışıq səsələr gəlirdi “Ay başıva dönüm, mənim
arvad-uşağım var. Qoy cıxıb gedək xarabamıza!” , “Belə olmaz!” ,”Sakit olun bir
!” Cavid yanında dayanan sarışın
oğlandan nə baş verdiyini xəbər aldı. Dediklərinə görə iş çox olduğuna görə nə
evə getməyə icazə var , nə də gələnlərə. Elə bu an işıqlar söndü. Bütün
qurğular dayandı. Qışqırıq səsləri eşididi. Yanğın baş vermişdi. Alov
qığılcımlarının yaratdığı tüstü yarım saat əvvəl əslində özünü biruzə vermişdi.
Ancaq başı söz-söhbətə qarışan yazıq
insanlar bunun fərqində belə olmamışdı.
Dəhlizi cığırtı götürdü. İnsanlar nə edəcəyini bilmirdilər. Cavid hardasa beş dəqiqə donub
qaldı. Bəlkə, o, necə qurtulacağını fikirləşirdi, ya da ona nəsə olsa , ailəsinin
necə olacağını.
Dəhlizin
başından səs eşidildi “filan otağa keçin, qayıqları sahmana salmağımızı gözləyin.” Hamı bir anda
otağa doluşdu. Qadınlar çox qorxmuşdu. Kimisi ağlayır, kimisi isə dua edib
yalvarırdı. Cavidə daha çox təsir edən yanında dayanan Səkinə xalanın ağlayaraq
dua etməsi idi. O ,bu qadını çoxdan tanıyırdı. 46 yaşında bu qadının
bir oğlu ,bir qızı var. Hələ uşaqlarının bir, iki yaşı olanda yoldaşı
atıb getmişdi. Uşaqlarını min bir əziyyətlə böyüdən bu qadın həyatın o qədər
zorluqlarına qarşı dimdik durmağa çalışmışdı. Cavid bu qədər vaxtda ilk dəfə
onu ağlayan gördü.”Allahım, məni uşaqlarıma bağışla. Onları ikinci dəfə yetim
qoyma” ancaq bu sözləri təkrarlayırdı. Cavid ətrafa nəzər yetirdi, tüstüdən boğulan
insanların halı ona bir anlıq özünü unutdurmuşdu. Bu insanların hamısı bir tikə çörəkpuluna görə işləyir , bu əziyyətlərə qatlanırdı.Artıq yarım saatdan cox olardı ki,onlar bir otaqda boğula-boğula qalmışdılar.Alovun
istisi onların üzlərini qızartmışdı. Alov dilimləri ərşə ucalırdı. Nə onlara
köməyə gələn təyyarəni yaxına buraxır, nə də zəifləyirdi. Sanki ləpələr də alovla əlbir olub gücsüz, qüvvəsiz
insanların sonuna cıxmaq istəyirdi. Demək
olar ki, ilk dəfə idi ki, Xəzər dənizinin cəllad dalğalarının hündürlüyü 10
metrə çatırdı və yanğına təkan verirdi.Qurtula bilməyəcəyini başa düşən
insanlar son dəfə evdəkilərlə vidalaşmaq istədilər. Hər kəs telefona əl atdı.
Cavid elə evdəkilərə xəbər vermək istəmişdi ki, nəsə onu bu fikrindən
daşındırdı. Elə bu an qapı açıldı və
onlara cıxaraq qayıqlara minmək göstərişi verildi. Hamı bu an çölə çıxdı. İki
qayıq var idi . Axı 50 nəfəri iki qayığa necə yerləşdirmək olardı? Qurtulmaq
ümidləri yox idi . Cavid yoldaşına zəng vurmaq istədi. Əlini cibinə atanda telefonun icəridə
qaldığını başa düşdü. Bir anlıq təlaşla içəri qaçdı. Həyəcandan, bəlkə də ,
yanındakılardan telefon istəmək ağlına gəlməmişdi. Bəlkə, bu elə belə də
olmalıydı. İçəri keçən zaman qulağına boğuq bir iniliti sesi gəldi. Bu cavan
bir oglan idi. Üzərindəki geyimdən fəhlə işlədiyi aydın görünürdü. Tüstüdən
bozarmış yazıq sifəti, həndəvərindən
çıxmış göz bəbəyi ətrafdakılardan imdad diləyirdi. Cavid bu oglanı 4 il ərzində
görməmişdi. Nə vaxtsa rastlaşmış olsalar belə, hadisənin yaratdığı həyəcandan xatırlamamağı
normal idi . Cavid burda qalmaqla həyatını təhlükəyə salırdı. O, tez oğlana
yaxınlaşdı və sudurqa keçirtdiyini gördü. Yalniz o ,oğlanı bu halda qoyub gedə
bilməzdi. Cavid birinci qayığı qaçırtdı.
Hardasa 30 nəfər bir qayığa doluşdu. 30 insana bir qayıq tab gətirə bilərdimi
? Bu bir möcüzə olardı.İkinci qayığı
salmaq istəyərkən qayıq çevrilib suya düşdü.Qayığı göz qırpmında düzəldib
,oturdular.Yalnız qayığın deşiyinin olmasının fərqinə belə varmamışdılar. Onlar həmin
qayığa minməmişdən qabaq Cavid həmin oğlanı da götürüb qayığa tərəf
getdi.Oglanı qayığa mindirib, evə zəng vurdu.
–Ayşən, uşaqlara yaxşı bax! -Nə? Başa düşmədim ,Cavid nə olub? Sən bilirsən ki, səni də, uşaqlarım da çox sevirəm. Nəzrinimlə Nigarımdan narahatam. Onlar sənə əmanət. Ayşən ağlıyaraq bir də soruşdu: -Ay kişi ,başıva dönüm nə olub.
–Ayşən, uşaqlara yaxşı bax! -Nə? Başa düşmədim ,Cavid nə olub? Sən bilirsən ki, səni də, uşaqlarım da çox sevirəm. Nəzrinimlə Nigarımdan narahatam. Onlar sənə əmanət. Ayşən ağlıyaraq bir də soruşdu: -Ay kişi ,başıva dönüm nə olub.
Bu anda kimsə arxadan Cavidə dəydi, telefon yerə düşdü. Elə bu vaxt qayığı hərəkətə gətirdilər.
Həmin dəqiqə Cavidin başı telefona
qarışmışdı. Onun həyəcandan əli , ayağı
əsirdi. Axı niyə o, qayığa minmirdi? Bəlkə də, o, bu hadisəyə xas olan
huşsuzluqla hər şeyi unutmuşdu . Arxaya
dönərkən qayığın artıq uzaqlaşdığını gördü.Qışqırsa da, bundan sonra xeyri yox idi. Dizləri üstə cökdü və alovun dilimlərinə
baxdı. On dəqiqə keçmişdi. Cavid bu on dəqiqənin içində ancaq dizi üstə sakit
oturaraq təzə doğulmuş uşaq kimi ətrafı
heyrətlə müşahidə edirdi. Elə bil o, bu dünyada deyildi. Bir anlıq istinin diz
qapaqlarını yandırdığını hiss etdi və
göz qırpımında ayağa qalxdı. Onun qarşısında iki ölüm seçimi qalmışdı:
boğulmaq və ya yanmaq. Dalğalara baxaraq həyatında ilk dəfə ağlamağa başladı .
O,özünə-öləcəyinə görəmi ağlayırdı? Əlbəttə ki, yox! Səbəb arxada qoyub getdikəri
idi. Kim deyir ki,kişilər ağlamaz?!
Cavid heç bir şey fikirləşmədən özünü ucsuz –bucaqsız
sulara atdı. Dalğalar onu o taydan bu taya çırpırdı. Öləcəyini bilsə də, hələ də
mübarizə aparırdı. Bütün ömrü insanalara kömək eləməklə kecən bu adama indi kim
kömək edəcəkdi? Boğulmamaq üçün
çırpınırdı. Yavaş –yavaş suyun dərinliyinə çökməyə başladı. Nə qəribədir,
ölməyini bilə-bilə ölümün gözünə dik baxmaq. Onun gözünün qarşısına qızları gəldi.
O an sanki altına torba tikilmiş gözlərində bir işıq parladı, yuxarı qalxmağa
çalışdı. Dalğa onu aparmasın deyə, bir turba tapıb tutdu. Bərk-bərk
sıxdı.... Ayşən Cavidlə danışandan sonra elə bil o dünyanı
gördü, həyatına qaranlıq çökdü. Bu 2 saatda 20 il qocalmışdı. Anasının
ağladığını görən qızları nə baş verdiyini bilmədən anasına qoşularaq hönkürtü
vurdu.Gecə xəbər gədi ki, Neft daşlarında işləyən 50 işçidən 28-i sağ çıxıb xəstəxanadadı.
Ayşən bu xəbəri eşidib birinci duruxsundu, sonra tez iki uşağınıda götürüb
sevinclə ,bir ümid cırağı ilə xəstəxanaya ayaqyalın qaçdı.Yalnız bu sevinc çox
çəkmədi. Ərinin nə ölüsü var idi , nə də dirisi. Yenə bədbəxt qızı uşaqları ilə
birgə evə qayıtdı...
Üç gün
keçmişdi. Amma Ayşən üçün gün keçirdimi? O, gecəni gündüz eləyir, günəşin
doğmağın belə izləyir, yata bilmirdi. Beş ölünün daha tapıldığı bilindi. Bu
ölülərdən ikisinin kimliyi bilinmirdi. Ayşən bir təlaşla ağlaya-ağlaya , şişkin
gözlərini silərək morqa tərəf yola düşdü. Heç evdən necə çıxdığı haqda bir
fikri yox idi. Ölülərin üzün açarkən ərinin
olmadığını görüb bircə anlıq sevindi. Bu sevinc də bədbəxtin yenə ürəyində
qaldı. Həmin vaxt xəbər gəldi ki, bir ölü daha
tapılıb. Bu Cavid idi . Onun soyuq bədənini dirəyə yapışmış halda
tapmışdılar. Qadın Cavidin cansız bədəninə baxıb elə bir fəryad cəkdi ki, səsi
qulaqlarda çınladı. Bu fəryad ananın fəryadı
idi . Bu cavan bir qadının həyatının ən parlaq bir dövründə qurduğu arzuların
feryadı, sönmüş bir ocağın fəryadı idi.
Havalanmış bir halda xəstəxanadan çıxan qadın nə edəcəyini bimirdi. O, uşaqlarını belə
yaddan çıxartmışdı. Evinə ölü halda
yaxınlaşarkən evindən tüstü çıxdığını və camaatın ətrafa yığışdığını gördü. Hər
ağızdan bir avaz gəlirdi ”Məsuliyyətsiz ana!”, ”Anaya bax ! qoyub uşaqları tək
başına evi yandırıblar.”, ” Yazıq uşaqlar!” Ananın vay səsi ətrafdakıların
üryinə vahimə ,qorxu saldı. Onun iki əkiz balasının cansız bədənini evdən
çıxartdılar. Ana yerə çöküb
yaşadıqlarının bir xəyal olduğun düşündü. O , artıq həqiqi mənada dəli olmuşdu.
Bir yanğın bir insanın həyatını bu qədərmi məhv edə bilər? Sizcə, artıq o
qadının yaşamağının bir mənası varmı?