26 Aralık 2015 Cumartesi


                 Qızımdan Nigaranam                                           Zəhmətkeşlərin əziz xatirəsinə

Yenə həmşəki kimi pencərəyə düşən işıq bir simmetriya ilə evi işıqlandırmışdı. Sübh tezdən çıxan günəş göz qamaşdırırdı. Noyabır ayının olmağına baxmayaraq, hava başqa günlərə nisbətən isti idi.
Saat 06 :00. Zəngli saat çaldı. Cavid saatı söndürdü. Gecə gec yatdıgından  yorğun olmuşdu. Lakin birdən işə getmək məcburiyyətində olduğunu xatırladı. Artıq 15-ci gün idi ki, evdı idi. İşə getmək vaxtı gəlmişdi. Yəqin ki, 15 gün deyəndə işin nə olduğunu təssəvür etdiniz . Cavid neft daşlarında həkim işləyirdi.  O, tez ayağa qalxdı və hazırlaşmağa başladı. Yoldaşı səs-küyə ayıldı və həyat yoldaşı üçün tədarük  gördü. Onlar artıq 6 il idi ki, evli idilər. İki əkiz altı yaşında qız uşaqlar vardı. Birinin adı Nigar, o birisinin adı isə Nəzrin.  Cavid qonşu otaqda yatan qızlarının üzündən öpdü və ata nəvazişi ilə saçlarını sığalladı. Nigar ayıldı. O, uşaq olsa da , yaşıdlarından seçilirdi. Deyirlər, əkizlərin  xasiyyətləri bir olur. Ancaq onlarda nisbətən fərqli idi. Nigar Nəzrindən fərqli olaraq cox bilirdi və sanki hər bir xırda şeyi hiss edirdi.   Cavid ayağa durmaq istəyərkən yorğanın altından nazik  bir səs eşitdi.                          
-Ata, bu gün getməsən olmaz?                                                  Atası  gülümsəyərək qızını qucaqladı.                                                                                                             –Anam, əgər getməsəm, sənə gələndə kim şokalad alar?                                                                       Alacaqsan,ata?                                                                   -Nə vaxt dediyimi eləməmişəm?                                                                                                                      Bu vaxt həyat yoldaşı Ayşənin səsi eşidildi:                                                                                               -Cavid, axı gecikirsən , tez ol!                                                                                                                Cavid qapını yavaşca açıb son bir dəfə yoldaşına baxıb evdən cıxdı...                                            Günlər sanki keçmək bilmirdi.                                                                                                                          Cavid 30 yaşında çəlimsiz, qaraşın, bəstəboy, girdəsifət oğlan idi. Əslində uşaqlıqdan polis olmaq istəyən Cavid atasının təkidi ilə həkim olmuşdu. O, hardasa 4 il olardı ki, bu neft daşlarinda işləyirdi. Otağının balaca bir pencərəsi var idi. Günəş bu nəfəslikdən içərini işıqlandırırdı. Otaq sakit, bir o qədər də darıxdırıcı idi...                                 Bu gün Cavidin işə gəldiyi 9 gün olardı. Birdən çöldən səs-küy , çığır-bağır eşidildi. Səs getdikcə yaxınlaşırdı. O, qapını açdı və qucaqda gələn dostunu gördü. Bəli ,bu onun ən yaxın dostu Sahibdir. Axı ona nə olmuşdu? Həkim olsa da, insan əzizinin barmağı  qanasa belə, nə edəcəyini bilmir.                                                                                        
 –Cavid, tez ol kömək elə! O , nəfəs almır!                                                                                                       Sahibi otağa gətirdilər. Cavidin sanki  nitqi  qurumuşdu. Birdən ele bil ki , özünə gəlib qışqırdı:                                                                                                                                                                          -Çox adam olmasın!                                                                                                                                                 Nəbzi çox yavaş atırdı. Rəngi ağarıb, bədəni soyumuşdu. Yavaş-yavaş ürəyinin döyüntüsü 20-yə düşdü. Cavid əlindən heç nə gəlmiyəcəyini bilsə də, yenə əl çəkmirdi. Axı dostunun əlində ölməyinə necə göz yuma bilərdi? Son dəfə Sahib gözünü açdı və Cavidin yaşarmış gözlərinə baxdı. Sanki o nəsə demək istəyirdi.                                                      -Cavid....                                                                                                  
 Sonsuzadək gözünü yumdu. Cavid var gücüylə qışqırdı. Amma nə edə bilərdi ... Üç gün keçdi. Cavid elə bil otağa sığmırdı. Otaqda o yana-bu yana hərlənirdi. Şişmiş gözləri ilə güzgüyə yansıyan surətinə baxıb özünə sual verdi;  ”Görəsən yaşamaqda məqsədimiz, amalımız nədir? Halbuki hamımız bilirik, axırımız Sahibi yola saldığımız son mənzil-soyuq qəbirdir.” Tezliklə evə getmək istəyirdi. Son üç günü necə keçirəcəyinə aid bir fikri yox idi. Cib telefonu ilə evdəkilərlə soraqlaşdı. Yaxşı olduqlarını bilib az da olsa, ürəyinə sərinlik gəldi. Onlarla danışmaq elə bil ruh halını düzəltmişdi. Ancaq bu vəziyyət çox çəkmədi. Qapını açdı və dəhlizə çıxdı. Dəhlizdən eşidilən münaqişə onun diqqətini çəkdi. Cavid bir az da  yaxına getdi. Qarışıq səsələr gəlirdi “Ay başıva dönüm, mənim arvad-uşağım var. Qoy cıxıb gedək xarabamıza!” , “Belə olmaz!” ,”Sakit olun bir !”                         Cavid yanında dayanan sarışın oğlandan nə baş verdiyini xəbər aldı. Dediklərinə görə iş çox olduğuna görə nə evə getməyə icazə var , nə də gələnlərə. Elə bu an işıqlar söndü. Bütün qurğular dayandı. Qışqırıq səsləri eşididi. Yanğın baş vermişdi. Alov qığılcımlarının yaratdığı tüstü yarım saat əvvəl əslində özünü biruzə vermişdi. Ancaq başı  söz-söhbətə qarışan yazıq insanlar bunun fərqində belə olmamışdı.                                     Dəhlizi cığırtı götürdü. İnsanlar nə edəcəyini  bilmirdilər. Cavid hardasa beş dəqiqə donub qaldı. Bəlkə, o, necə qurtulacağını fikirləşirdi, ya da ona nəsə olsa , ailəsinin necə olacağını.                                                                                                                                                                    Dəhlizin başından səs eşidildi “filan otağa keçin, qayıqları  sahmana salmağımızı gözləyin.” Hamı bir anda otağa doluşdu. Qadınlar çox qorxmuşdu. Kimisi ağlayır, kimisi isə dua edib yalvarırdı. Cavidə daha çox təsir edən yanında dayanan Səkinə xalanın ağlayaraq dua etməsi idi. O ,bu qadını çoxdan tanıyırdı. 46 yaşında  bu qadının  bir oğlu ,bir qızı var. Hələ uşaqlarının bir, iki yaşı olanda yoldaşı atıb getmişdi. Uşaqlarını min bir əziyyətlə böyüdən bu qadın həyatın o qədər zorluqlarına qarşı dimdik durmağa çalışmışdı. Cavid bu qədər vaxtda ilk dəfə onu ağlayan gördü.”Allahım, məni uşaqlarıma bağışla. Onları ikinci dəfə yetim qoyma” ancaq bu sözləri təkrarlayırdı.                                            Cavid ətrafa nəzər yetirdi, tüstüdən boğulan insanların halı ona bir anlıq özünü unutdurmuşdu. Bu insanların hamısı  bir tikə çörəkpuluna görə işləyir , bu əziyyətlərə qatlanırdı.                                                                                                                                                                Artıq yarım saatdan cox olardı ki,onlar bir otaqda boğula-boğula qalmışdılar. Alovun istisi onların üzlərini qızartmışdı. Alov dilimləri ərşə ucalırdı. Nə onlara köməyə gələn təyyarəni yaxına buraxır, nə də zəifləyirdi. Sanki ləpələr də  alovla əlbir olub gücsüz, qüvvəsiz insanların  sonuna cıxmaq istəyirdi. Demək olar ki, ilk dəfə idi ki, Xəzər dənizinin cəllad dalğalarının hündürlüyü 10 metrə çatırdı və yanğına təkan verirdi.             Qurtula bilməyəcəyini başa düşən insanlar son dəfə evdəkilərlə vidalaşmaq istədilər. Hər kəs telefona əl atdı. Cavid elə evdəkilərə xəbər vermək istəmişdi ki, nəsə onu bu fikrindən daşındırdı.  Elə bu an qapı açıldı və onlara cıxaraq qayıqlara minmək göstərişi verildi. Hamı bu an çölə çıxdı. İki qayıq var idi . Axı 50 nəfəri iki qayığa necə yerləşdirmək olardı? Qurtulmaq ümidləri yox idi .                                                                          Cavid yoldaşına zəng vurmaq istədi. Əlini cibinə atanda telefonun icəridə qaldığını başa düşdü. Bir anlıq təlaşla içəri qaçdı. Həyəcandan, bəlkə də , yanındakılardan telefon istəmək ağlına gəlməmişdi. Bəlkə, bu elə belə də olmalıydı. İçəri keçən zaman qulağına boğuq bir iniliti sesi gəldi. Bu cavan bir oglan idi. Üzərindəki geyimdən fəhlə işlədiyi aydın görünürdü. Tüstüdən bozarmış yazıq  sifəti, həndəvərindən çıxmış göz bəbəyi ətrafdakılardan imdad diləyirdi. Cavid bu oglanı 4 il ərzində görməmişdi. Nə vaxtsa rastlaşmış olsalar belə, hadisənin yaratdığı həyəcandan xatırlamamağı normal idi . Cavid burda qalmaqla həyatını təhlükəyə salırdı. O, tez oğlana yaxınlaşdı və sudurqa keçirtdiyini gördü. Yalniz o ,oğlanı bu halda qoyub gedə bilməzdi.                                                   Cavid birinci qayığı qaçırtdı. Hardasa 30 nəfər bir qayığa doluşdu. 30 insana bir qayıq tab gətirə bilərdimi ?  Bu bir möcüzə olardı.İkinci qayığı salmaq istəyərkən qayıq çevrilib suya düşdü.Qayığı göz qırpmında düzəldib ,oturdular.Yalnız qayığın deşiyinin olmasının fər     qinə belə varmamışdılar. Onlar həmin qayığa minməmişdən qabaq Cavid həmin oğlanı da götürüb qayığa tərəf getdi.Oglanı qayığa mindirib ,evə zəng vurdu.              –Ayşən, uşaqlara yaxşı bax!                                                                                                                                -Nə? Başa düşmədim ,Cavid nə olub?                                                                                                          
 -Sən bilirsən ki, səni də, uşaqlarım da çox sevirəm. Nəzrinimlə  Nigarımdan narahatam. Onlar sənə əmanət.                                                                                                                         
 Ayşən ağlıyaraq bir də soruşdu:                                                                                                                        -Ay kişi , başıva dönüm nə olub.                                                                                                                         Bu anda kimsə arxadan Cavidə dəydi, telefon  yerə düşdü. Elə bu vaxt qayığı hərəkətə gətirdilər. Həmin dəqiqə Cavidin başı telefona  qarışmışdı. Onun həyəcandan əli , ayağı  əsirdi. Axı niyə o, qayığa minmirdi? Bəlkə də, o, bu hadisəyə xas olan huşsuzluqla hər şeyi unutmuşdu .                                                                                                                                                         Arxaya dönərkən qayığın artıq uzaqlaşdığını gördü.Qışqırsa da, bundan sonra  xeyri yox idi. Dizləri üstə cökdü və alovun dilimlərinə baxdı. On dəqiqə keçmişdi. Cavid bu on dəqiqənin içində ancaq dizi üstə sakit oturaraq təzə doğulmuş uşaq kimi  ətrafı heyrətlə müşahidə edirdi. Elə bil o, bu dünyada deyildi. Bir anlıq istinin diz qapaqlarını yandırdığını hiss etdi və  göz qırpımında ayağa qalxdı. Onun qarşısında iki ölüm seçimi qalmışdı: boğulmaq və ya yanmaq. Dalğalara baxaraq həyatında ilk dəfə ağlamağa başladı . O,özünə-öləcəyinə görəmi ağlayırdı? Əlbəttə ki, yox! Səbəb arxada qoyub getdikəri idi.  Kim deyir ki,kişilər ağlamaz?!                                                                                                    Cavid heç bir şey fikirləşmədən özünü ucsuz –bucaqsız sulara atdı. Dalğalar onu o taydan bu taya çırpırdı. Öləcəyini bilsə də, hələ də mübarizə aparırdı. Bütün ömrü insanalara kömək eləməklə kecən bu adama indi kim kömək edəcəkdi? Boğulmamaq üçün  çırpınırdı. Yavaş –yavaş suyun dərinliyinə çökməyə başladı. Nə qəribədir, ölməyini bilə-bilə ölümün gözünə dik baxmaq. Onun gözünün qarşısına qızları gəldi. O an sanki altına torba tikilmiş gözlərində bir işıq parladı, yuxarı qalxmağa çalışdı. Dalğa onu aparmasın deyə, bir turba tapıb tutdu. Bərk-bərk sıxdı....                                                                      Ayşən Cavidlə danışandan sonra elə bil o dünyanı gördü, həyatına qaranlıq çökdü. Bu 2 saatda 20 il qocalmışdı.                                                                                                                           Anasının ağladığını görən qızları nə baş verdiyini bilmədən anasına qoşularaq hönkürtü vurdu.Gecə xəbər gədi ki, Neft daşlarında işləyən 50 işçidən 28-i sağ çıxıb xəstəxanadadı. Ayşən bu xəbəri eşidib birinci duruxsundu, sonra tez iki uşağınıda götürüb sevinclə ,bir ümid cırağı ilə xəstəxanaya ayaqyalın qaçdı.Yalnız bu sevinc çox çəkmədi. Ərinin nə ölüsü var idi , nə də dirisi. Yenə bədbəxt qızı uşaqları ilə birgə evə qayıtdı...                                   Üç gün keçmişdi. Amma Ayişə üçün gün keçirdimi? O, gecəni gündüz eləyir, günəşin doğmağın belə izləyir, yata bilmirdi. Beş ölünün daha tapıldığı bilindi. Bu ölülərdən ikisinin kimliyi bilinmirdi. Ayişə bir təlaşla ağlaya-ağlaya , şişkin gözlərini silərək morqa tərəf yola düşdü. Heç evdən necə çıxdığı haqda bir fikri yox idi. Ölülərin üzün açarkən ərinin  olmadığını görüb bircə anlıq sevindi. Bu sevinc də bədbəxtin yenə ürəyində qaldı. Həmin vaxt xəbər gəldi ki, bir ölü daha  tapılıb. Bu Cavid idi . Onun soyuq bədənini dirəyə yapışmış halda tapmışdılar. Qadın Cavidin cansız bədəninə baxıb elə bir fəryad cəkdi ki, səsi qulaqlarda  çınladı. Bu fəryad ananın fəryadı idi . Bu cavan bir qadının həyatının ən parlaq bir dövründə qurduğu arzuların feryadı, sönmüş bir ocağın fəryadı idi.                           Havalanmış bir halda xəstəxanadan çıxan qadın  nə edəcəyini bimirdi. O, uşaqlarını belə yaddan çıxartmışdı. Evinə ölü  halda yaxınlaşarkən evindən tüstü çıxdığını və camaatın ətrafa yığışdığını gördü. Hər ağızdan bir avaz gəlirdi ”Məsuliyyətsiz ana!”, ”Anaya bax ! qoyub uşaqları tək başına evi yandırıblar.”, ” Yazıq uşaqlar!”                                 Ananın vay səsi ətrafdakıların üryinə vahimə ,qorxu saldı. Onun iki əkiz balasının cansız bədənini evdən çıxartdılar. Ana yerə  çöküb yaşadıqlarının bir xəyal olduğun düşündü. O , artıq həqiqi mənada dəli olmuşdu. Bir yanğın bir insanın həyatını bu qədərmi məhv edə bilər? Sizcə, artıq o qadının yaşamağının bir mənası varmı?                                                                        

       Nərmin İsgəndərli                                                                                                                                                                                                                                                          

Hiç yorum yok:

Yorum Gönder